Məhdud və diffuz emfizema | NCLEX-RN | Khan Academy
-
0:02 - 0:05Beləliklə, emfizemaya aid
etdiyimiz iki kateqoriya, -
0:05 - 0:07asinar (məhdud) və
panasinar (diffuz) emfizemadır. -
0:07 - 0:09Bu adlar coğrafiya ilə bağlıdır.
-
0:10 - 0:12Bu bilirsiniz nəyə bənzəyir?
-
0:12 - 0:15Deyək ki, şəhəri sel basır,
bu halda su yalnız mərkəzi küçələrlə -
0:15 - 0:16gedəcək yoxsa, bütün
şəhəri əhatə edəcək? -
0:16 - 0:19Yəni qısaca bu iki kateqoriya
"Emfizema haradadır?" sualını verir. -
0:19 - 0:21Latın dilinə nəzər salsaq,
-
0:21 - 0:22"pan" hər yer, "sentri" isə mərkəz
-
0:22 - 0:24mənasına gəlir.
-
0:25 - 0:27Bəs "asinar" nə deməkdir?
-
0:27 - 0:29Elə bu da coğrafi termindir və
-
0:29 - 0:31"acinus" kimi yazılır.
-
0:32 - 0:34Harada olduğumuzu müəyyən
etmək üçün ağciyərləri çəkək. -
0:34 - 0:38Bu traxeyadır. Ondan sonra
iki böyük bronx gəlir. -
0:38 - 0:41Ağciyər payının biri burda,
digəri isə burdadır. -
0:41 - 0:44Bronxlar ağacın gövdəsinə
bənzəyir. O, şaxələndikcə -
0:44 - 0:46ondan "bronxiol" adlanan
kiçik budaqlar -
0:46 - 0:49əmələ gəlir. Biz də elə
-
0:49 - 0:51buradayıq.
-
0:51 - 0:55Bronxiollardan sonra
çəkdiyim bütün şaxələr -
0:55 - 0:57yerdə qalan hava
yollarını təsvir edir. -
0:57 - 1:00Burada alveol dəstəsi var.
-
1:02 - 1:05Deməli, ağciyərdəki asinusların
saysız-hesabsız şaxələri var. -
1:05 - 1:08Tək halda onların biri buna bənzəyir.
-
1:08 - 1:12Beləliklə, bu bizə məhdud və
diffuz emfizemanı -
1:12 - 1:15qarşılaşdırmağa kömək
edir, elə deyilmi? -
1:15 - 1:17Sağlam asinus belə olur.
Həm hava yolları boyunca, -
1:17 - 1:20həm də alveolların içində
-
1:20 - 1:22yerləşən sıx burulmuş
strukturlara diqqət edin. -
1:23 - 1:25Sıx burulmuş, elastik
-
1:25 - 1:28struktur elastin zülalıdır.
-
1:28 - 1:31Elastini zülal inhibitoru
elastaza parçalayır. -
1:31 - 1:34Bu toxumanın yenilənməsi və
-
1:34 - 1:36qoca toxumanın yeyilməsi
-
1:36 - 1:38baxımından xeyirlidir.
-
1:38 - 1:42Bütün bu sistem qaraciyərdə
-
1:42 - 1:44sintez olunan alfa 1-antitripsin
maddəsi tərəfindən idarə olunur. -
1:44 - 1:47Onun funksiyası elastazanın
miqdarını tənzimləməkdir. -
1:47 - 1:51Elastazanı inhibirləşdirməklə o,
elastini də inhibirləşdirir. -
1:51 - 1:55Antitripsin isə daha çox elastinin
sintez olunmasına kömək edir. -
1:56 - 1:59Məhdud və ya diffuz
emfizemaya malik olmağınızdan -
1:59 - 2:02asılı olmayaraq, elastinin
-
2:02 - 2:03parçalanması artıq miqdarda
elastazanın sintez olunması -
2:03 - 2:06patofiziologiyası ilə bağlıdır.
-
2:06 - 2:08Elastin nə üçün parçalanır?
-
2:09 - 2:11Gəlin ilk öncə məhdud
emfizemanı araşdıraq. -
2:11 - 2:15Bu asinus yuxarıda çəkdiyim
asinusun oxşarıdır. -
2:15 - 2:16Lakin indi elastinin miqdarı
azaldığı üçün -
2:16 - 2:18burada daha az divar
-
2:18 - 2:20olacaq.
-
2:20 - 2:23Qalan divarlar yastı
olduğu üçün bu hüceyrə -
2:23 - 2:25əvvəlki gözəl formasını
saxlaya bilmir və -
2:25 - 2:27birinci şəkildəki hüceyrə
daha böyük görünür. -
2:28 - 2:30Məhdud emfizema bölgüsü
-
2:30 - 2:32adlandırdığımız bu növ
üçün onun erkən olduğunu və -
2:32 - 2:34hər yerə yayılmadığını deyə bilərik.
-
2:34 - 2:37Məhdud emfizema iltihaba
səbəb olur ki, -
2:37 - 2:40emfizemanın ilk patofiziologiyası budur.
-
2:41 - 2:43İltihab neytrofilləri özünə
cəlb edir. Neytrofil -
2:43 - 2:45orqanizmin istənilən
yerində iltihaba qarşı -
2:45 - 2:46mübarizə aparan ağ
qan hüceyrəsidir. -
2:46 - 2:48Ağciyərə gələn neytrofil
buradakı iltihabla mübarizə -
2:48 - 2:51aparmaq üçün elastaza sintez
edir. Elə problem də buradan başlayır. -
2:52 - 2:55İltihab artdığı üçün daha
çox elastaza sintez olunur. -
2:55 - 2:58Bu problemə adətən siqaret səbəb olur.
-
2:59 - 3:01Siqarət çəkərkən çıxan
tüstü bir növ qaza bənzəsə də, -
3:01 - 3:03əslində o, ağciyərlərə daxil
olan -
3:03 - 3:05milyonlarla
-
3:05 - 3:08kiçik hissəciklərdən
-
3:08 - 3:09ibarətdir.
-
3:09 - 3:11Onların hamısı yaddır,
hamısı qıcıqlandırıcıdır və -
3:12 - 3:15ağciyərlər bir süzgəc kimi
fəaliyyət göstərir. Onu da deyək ki, -
3:15 - 3:18bu tüstü hissəcikləri ağciyərdə
tələyə düşəcək qədər böyükdür. -
3:18 - 3:21Böyük olduqları üçün asinusun
sonuna qədər süzgəcdən keçə -
3:21 - 3:22bilmirlər. Sonda məhdud
emfizema bölgüsünə ilişib -
3:22 - 3:26qalırlar. Yadınıza gəlirsə,
məhdud emfizemaya -
3:26 - 3:27ağciyərdə iltihab yaradan
-
3:27 - 3:29siqaret tüstüsü
-
3:29 - 3:30səbəb olurdu.
-
3:30 - 3:32Ağciyərlərə bütöv şəkildə baxsaq,
-
3:32 - 3:34məhdud emfizemanın
daha çox bronxiollar kimi -
3:34 - 3:37böyük tənəffüs yollarının
yanında yerləşdiyini görərik. -
3:41 - 3:43Növbəti diffuz emfizemadır.
-
3:44 - 3:47Diffuz emfizema hər hansı bir
-
3:47 - 3:49xarici amildən qaynaqlanmır;
-
3:50 - 3:52bu problem orqanizmin
özündən yaranır. -
3:53 - 3:57Burada alfa 1-antitripsin
çatışmazlığı var. -
3:57 - 4:00Yuxarıda onun elastazanın
miqdarını tənzimlədiyini, -
4:00 - 4:03yəni qatılığını bir qədər
azaltdığını demişdik. -
4:04 - 4:06Alfa 1-antitripsin çatışmayanda
elastaza nəzarətsiz qalır və -
4:06 - 4:09toxumada qarşısına çıxan
-
4:09 - 4:11bütün elastin zülallarını parçalayır.
-
4:12 - 4:14Bu problem ağciyərin
bütün toxumalarına xas -
4:14 - 4:14olduğu üçün onu fərqləndirmək
-
4:14 - 4:17elə də asan deyil.
-
4:18 - 4:20Hər yerdə elastik toxuma
olduğu üçün elastin -
4:20 - 4:22hər yerdə parçalanır.
-
4:22 - 4:25Alfa 1-tripsin qaraciyərdə
sintez olunur. Bu xəstəliyin -
4:25 - 4:26ortaya çıxması bizə DNT-də,
-
4:26 - 4:28yəni onu kodlaşdıran gendə
-
4:28 - 4:30problemin olmasından
-
4:30 - 4:32xəbər
-
4:32 - 4:33verir.
-
4:33 - 4:36Səhv qatlanmış zülal
qaraciyəri tərk edə bilmir və -
4:36 - 4:37bu qaraciyər xəstəliyinə səbəb olur.
-
4:37 - 4:39Ağciyərlərə gəldikdə isə burada
-
4:39 - 4:42diffuz emfizema ilə qarşılaşırıq.
- Title:
- Məhdud və diffuz emfizema | NCLEX-RN | Khan Academy
- Description:
-
Centriacinar and panacinar are different classifications of disease emphysema based on the location of the damaged lung tissue. Learn how inflammation can give rise to centriacinar emphysema, and how a deficiency in alpha-1-antitrypsin can lead to panacinar emphysema. Created by Amy Fan.
Watch the next lesson: https://www.khanacademy.org/test-prep/nclex-rn/rn-respiratory-system-diseases/rn-emphysema/v/emphysema-treatment?utm_source=YT&utm_medium=Desc&utm_campaign=Nclex-rn
Missed the previous lesson? https://www.khanacademy.org/test-prep/nclex-rn/rn-respiratory-system-diseases/rn-emphysema/v/dlco?utm_source=YT&utm_medium=Desc&utm_campaign=Nclex-rn
NCLEX-RN on Khan Academy: A collection of questions from content covered on the NCLEX-RN. These questions are available under a Creative Commons Attribution-NonCommercial-ShareAlike 3.0 United States License (available at http://creativecommons.org/licenses/by-nc-sa/3.0/us/).
About Khan Academy: Khan Academy offers practice exercises, instructional videos, and a personalized learning dashboard that empower learners to study at their own pace in and outside of the classroom. We tackle math, science, computer programming, history, art history, economics, and more. Our math missions guide learners from kindergarten to calculus using state-of-the-art, adaptive technology that identifies strengths and learning gaps. We've also partnered with institutions like NASA, The Museum of Modern Art, The California Academy of Sciences, and MIT to offer specialized content.
For free. For everyone. Forever. #YouCanLearnAnything
Subscribe to Khan Academy’s NCLEX-RN channel: https://www.youtube.com/channel/UCDx5cTeADCvKWgF9x_Qjz3g?sub_confirmation=1
Subscribe to Khan Academy: https://www.youtube.com/subscription_center?add_user=khanacademy - Video Language:
- English
- Team:
- Khan Academy
- Duration:
- 04:43