Beləliklə, emfizemaya aid etdiyimiz iki kateqoriya, asinar (məhdud) və panasinar (diffuz) emfizemadır. Bu adlar coğrafiya ilə bağlıdır. Bu bilirsiniz nəyə bənzəyir? Deyək ki, şəhəri sel basır, bu halda su yalnız mərkəzi küçələrlə gedəcək yoxsa, bütün şəhəri əhatə edəcək? Yəni qısaca bu iki kateqoriya "Emfizema haradadır?" sualını verir. Latın dilinə nəzər salsaq, "pan" hər yer, "sentri" isə mərkəz mənasına gəlir. Bəs "asinar" nə deməkdir? Elə bu da coğrafi termindir və "acinus" kimi yazılır. Harada olduğumuzu müəyyən etmək üçün ağciyərləri çəkək. Bu traxeyadır. Ondan sonra iki böyük bronx gəlir. Ağciyər payının biri burda, digəri isə burdadır. Bronxlar ağacın gövdəsinə bənzəyir. O, şaxələndikcə ondan "bronxiol" adlanan kiçik budaqlar əmələ gəlir. Biz də elə buradayıq. Bronxiollardan sonra çəkdiyim bütün şaxələr yerdə qalan hava yollarını təsvir edir. Burada alveol dəstəsi var. Deməli, ağciyərdəki asinusların saysız-hesabsız şaxələri var. Tək halda onların biri buna bənzəyir. Beləliklə, bu bizə məhdud və diffuz emfizemanı qarşılaşdırmağa kömək edir, elə deyilmi? Sağlam asinus belə olur. Həm hava yolları boyunca, həm də alveolların içində yerləşən sıx burulmuş strukturlara diqqət edin. Sıx burulmuş, elastik struktur elastin zülalıdır. Elastini zülal inhibitoru elastaza parçalayır. Bu toxumanın yenilənməsi və qoca toxumanın yeyilməsi baxımından xeyirlidir. Bütün bu sistem qaraciyərdə sintez olunan alfa 1-antitripsin maddəsi tərəfindən idarə olunur. Onun funksiyası elastazanın miqdarını tənzimləməkdir. Elastazanı inhibirləşdirməklə o, elastini də inhibirləşdirir. Antitripsin isə daha çox elastinin sintez olunmasına kömək edir. Məhdud və ya diffuz emfizemaya malik olmağınızdan asılı olmayaraq, elastinin parçalanması artıq miqdarda elastazanın sintez olunması patofiziologiyası ilə bağlıdır. Elastin nə üçün parçalanır? Gəlin ilk öncə məhdud emfizemanı araşdıraq. Bu asinus yuxarıda çəkdiyim asinusun oxşarıdır. Lakin indi elastinin miqdarı azaldığı üçün burada daha az divar olacaq. Qalan divarlar yastı olduğu üçün bu hüceyrə əvvəlki gözəl formasını saxlaya bilmir və birinci şəkildəki hüceyrə daha böyük görünür. Məhdud emfizema bölgüsü adlandırdığımız bu növ üçün onun erkən olduğunu və hər yerə yayılmadığını deyə bilərik. Məhdud emfizema iltihaba səbəb olur ki, emfizemanın ilk patofiziologiyası budur. İltihab neytrofilləri özünə cəlb edir. Neytrofil orqanizmin istənilən yerində iltihaba qarşı mübarizə aparan ağ qan hüceyrəsidir. Ağciyərə gələn neytrofil buradakı iltihabla mübarizə aparmaq üçün elastaza sintez edir. Elə problem də buradan başlayır. İltihab artdığı üçün daha çox elastaza sintez olunur. Bu problemə adətən siqaret səbəb olur. Siqarət çəkərkən çıxan tüstü bir növ qaza bənzəsə də, əslində o, ağciyərlərə daxil olan milyonlarla kiçik hissəciklərdən ibarətdir. Onların hamısı yaddır, hamısı qıcıqlandırıcıdır və ağciyərlər bir süzgəc kimi fəaliyyət göstərir. Onu da deyək ki, bu tüstü hissəcikləri ağciyərdə tələyə düşəcək qədər böyükdür. Böyük olduqları üçün asinusun sonuna qədər süzgəcdən keçə bilmirlər. Sonda məhdud emfizema bölgüsünə ilişib qalırlar. Yadınıza gəlirsə, məhdud emfizemaya ağciyərdə iltihab yaradan siqaret tüstüsü səbəb olurdu. Ağciyərlərə bütöv şəkildə baxsaq, məhdud emfizemanın daha çox bronxiollar kimi böyük tənəffüs yollarının yanında yerləşdiyini görərik. Növbəti diffuz emfizemadır. Diffuz emfizema hər hansı bir xarici amildən qaynaqlanmır; bu problem orqanizmin özündən yaranır. Burada alfa 1-antitripsin çatışmazlığı var. Yuxarıda onun elastazanın miqdarını tənzimlədiyini, yəni qatılığını bir qədər azaltdığını demişdik. Alfa 1-antitripsin çatışmayanda elastaza nəzarətsiz qalır və toxumada qarşısına çıxan bütün elastin zülallarını parçalayır. Bu problem ağciyərin bütün toxumalarına xas olduğu üçün onu fərqləndirmək elə də asan deyil. Hər yerdə elastik toxuma olduğu üçün elastin hər yerdə parçalanır. Alfa 1-tripsin qaraciyərdə sintez olunur. Bu xəstəliyin ortaya çıxması bizə DNT-də, yəni onu kodlaşdıran gendə problemin olmasından xəbər verir. Səhv qatlanmış zülal qaraciyəri tərk edə bilmir və bu qaraciyər xəstəliyinə səbəb olur. Ağciyərlərə gəldikdə isə burada diffuz emfizema ilə qarşılaşırıq.