Beləliklə, emfizemaya aid
etdiyimiz iki kateqoriya,
asinar (məhdud) və
panasinar (diffuz) emfizemadır.
Bu adlar coğrafiya ilə bağlıdır.
Bu bilirsiniz nəyə bənzəyir?
Deyək ki, şəhəri sel basır,
bu halda su yalnız mərkəzi küçələrlə
gedəcək yoxsa, bütün
şəhəri əhatə edəcək?
Yəni qısaca bu iki kateqoriya
"Emfizema haradadır?" sualını verir.
Latın dilinə nəzər salsaq,
"pan" hər yer, "sentri" isə mərkəz
mənasına gəlir.
Bəs "asinar" nə deməkdir?
Elə bu da coğrafi termindir və
"acinus" kimi yazılır.
Harada olduğumuzu müəyyən
etmək üçün ağciyərləri çəkək.
Bu traxeyadır. Ondan sonra
iki böyük bronx gəlir.
Ağciyər payının biri burda,
digəri isə burdadır.
Bronxlar ağacın gövdəsinə
bənzəyir. O, şaxələndikcə
ondan "bronxiol" adlanan
kiçik budaqlar
əmələ gəlir. Biz də elə
buradayıq.
Bronxiollardan sonra
çəkdiyim bütün şaxələr
yerdə qalan hava
yollarını təsvir edir.
Burada alveol dəstəsi var.
Deməli, ağciyərdəki asinusların
saysız-hesabsız şaxələri var.
Tək halda onların biri buna bənzəyir.
Beləliklə, bu bizə məhdud və
diffuz emfizemanı
qarşılaşdırmağa kömək
edir, elə deyilmi?
Sağlam asinus belə olur.
Həm hava yolları boyunca,
həm də alveolların içində
yerləşən sıx burulmuş
strukturlara diqqət edin.
Sıx burulmuş, elastik
struktur elastin zülalıdır.
Elastini zülal inhibitoru
elastaza parçalayır.
Bu toxumanın yenilənməsi və
qoca toxumanın yeyilməsi
baxımından xeyirlidir.
Bütün bu sistem qaraciyərdə
sintez olunan alfa 1-antitripsin
maddəsi tərəfindən idarə olunur.
Onun funksiyası elastazanın
miqdarını tənzimləməkdir.
Elastazanı inhibirləşdirməklə o,
elastini də inhibirləşdirir.
Antitripsin isə daha çox elastinin
sintez olunmasına kömək edir.
Məhdud və ya diffuz
emfizemaya malik olmağınızdan
asılı olmayaraq, elastinin
parçalanması artıq miqdarda
elastazanın sintez olunması
patofiziologiyası ilə bağlıdır.
Elastin nə üçün parçalanır?
Gəlin ilk öncə məhdud
emfizemanı araşdıraq.
Bu asinus yuxarıda çəkdiyim
asinusun oxşarıdır.
Lakin indi elastinin miqdarı
azaldığı üçün
burada daha az divar
olacaq.
Qalan divarlar yastı
olduğu üçün bu hüceyrə
əvvəlki gözəl formasını
saxlaya bilmir və
birinci şəkildəki hüceyrə
daha böyük görünür.
Məhdud emfizema bölgüsü
adlandırdığımız bu növ
üçün onun erkən olduğunu və
hər yerə yayılmadığını deyə bilərik.
Məhdud emfizema iltihaba
səbəb olur ki,
emfizemanın ilk patofiziologiyası budur.
İltihab neytrofilləri özünə
cəlb edir. Neytrofil
orqanizmin istənilən
yerində iltihaba qarşı
mübarizə aparan ağ
qan hüceyrəsidir.
Ağciyərə gələn neytrofil
buradakı iltihabla mübarizə
aparmaq üçün elastaza sintez
edir. Elə problem də buradan başlayır.
İltihab artdığı üçün daha
çox elastaza sintez olunur.
Bu problemə adətən siqaret səbəb olur.
Siqarət çəkərkən çıxan
tüstü bir növ qaza bənzəsə də,
əslində o, ağciyərlərə daxil
olan
milyonlarla
kiçik hissəciklərdən
ibarətdir.
Onların hamısı yaddır,
hamısı qıcıqlandırıcıdır və
ağciyərlər bir süzgəc kimi
fəaliyyət göstərir. Onu da deyək ki,
bu tüstü hissəcikləri ağciyərdə
tələyə düşəcək qədər böyükdür.
Böyük olduqları üçün asinusun
sonuna qədər süzgəcdən keçə
bilmirlər. Sonda məhdud
emfizema bölgüsünə ilişib
qalırlar. Yadınıza gəlirsə,
məhdud emfizemaya
ağciyərdə iltihab yaradan
siqaret tüstüsü
səbəb olurdu.
Ağciyərlərə bütöv şəkildə baxsaq,
məhdud emfizemanın
daha çox bronxiollar kimi
böyük tənəffüs yollarının
yanında yerləşdiyini görərik.
Növbəti diffuz emfizemadır.
Diffuz emfizema hər hansı bir
xarici amildən qaynaqlanmır;
bu problem orqanizmin
özündən yaranır.
Burada alfa 1-antitripsin
çatışmazlığı var.
Yuxarıda onun elastazanın
miqdarını tənzimlədiyini,
yəni qatılığını bir qədər
azaltdığını demişdik.
Alfa 1-antitripsin çatışmayanda
elastaza nəzarətsiz qalır və
toxumada qarşısına çıxan
bütün elastin zülallarını parçalayır.
Bu problem ağciyərin
bütün toxumalarına xas
olduğu üçün onu fərqləndirmək
elə də asan deyil.
Hər yerdə elastik toxuma
olduğu üçün elastin
hər yerdə parçalanır.
Alfa 1-tripsin qaraciyərdə
sintez olunur. Bu xəstəliyin
ortaya çıxması bizə DNT-də,
yəni onu kodlaşdıran gendə
problemin olmasından
xəbər
verir.
Səhv qatlanmış zülal
qaraciyəri tərk edə bilmir və
bu qaraciyər xəstəliyinə səbəb olur.
Ağciyərlərə gəldikdə isə burada
diffuz emfizema ilə qarşılaşırıq.