Hans Rosling görə görəcəyiniz ən yaxşı statistikalarlı təqdim edir
-
0:00 - 0:04Təxminən 10 il əvvəl, isveçli tələbələrə "Qlobal inkişaf" mövzusunu
-
0:04 - 0:08tədris edirdim. Bu dövr "Afrikada aclıq" mövzusunda Afrikalı həmkarlarımla
-
0:08 - 0:12apardığım təxminən 20 illik tədiqiqatdan sonrakı müddəti əhatə edir.
-
0:12 - 0:16Demək olar ki, dünya haqda az-çox biliyim vardı.
-
0:16 - 0:21Beleliklə, Kalorinska Tibb Universitetində fəaliyyətə başladım.
-
0:21 - 0:25Bakalavrlara "Qlobal səhiyyə" mövzusunu deyirdim. Bu cür fürsət
-
0:25 - 0:28həm də bir az həyacanlı idi. Fikirləşirdim ki, burdakı tələbələr
-
0:28 - 0:31İsveç universitetlərində ən yüksək göstəriciləri olanlardı,
-
0:31 - 0:34və güman edirdim ki, onlar mənim onlara
-
0:34 - 0:38öyrədəcəyim hər şeyi bilirlər. Elə ilk mühazirədə bir sınaq apardım.
-
0:38 - 0:41Mənə çox şeylər öyrətmiş suallardan bir belə oldu:
-
0:41 - 0:45“Aşağıdakı beş cütlükdə ən çox uşaq ölümü hansı ölkədədir?”
-
0:45 - 0:49Birində uşaq ölümü digərinə nisbətən 2 dəfə çox olan ölkələri
-
0:49 - 0:54birgə qruplaşdırdım. Bu halda fərq daha böyük olaraq
-
0:54 - 0:59məlumatların qeyri-müəyyənliyi anlamından kənara çıxırdı.
-
0:59 - 1:01sizləri imtahan etmirəm amma
-
1:01 - 1:06cavab - Türkiyə, Polşa, Rusiya, Pakistan, və Cənubi Afrikadır.
-
1:06 - 1:09Bu isə isveçli tələbələrin nəticələridir. Çox dar bir etimad intervalı
-
1:09 - 1:12yarandı ki, bu də məni çox sevindirdi:
-
1:12 - 1:16mümkün 5 cavabdan 1.8-i doğru idi. Yəni burda həqiqətən də
-
1:16 - 1:19beynəlxalq səhiyyə üzrə mühazirənin
-
1:19 - 1:21(gülüş) yeri vardı.
-
1:21 - 1:25Lakin bir axşam, hesabat hazırlayarkən,
-
1:25 - 1:29əsl kəşf etdiyimi anladım. Başa düşdüm ki,
-
1:29 - 1:34statistika baxımından yüksək göstəricili isveçli tələbələr
-
1:34 - 1:36dünya haqqında şimpanzedən daha az
-
1:36 - 1:38biliyə sahibdirlər. (gülüş)
-
1:38 - 1:42Çünki şimpanzeyə Şri Lanka və Türkiyənin hər birinə görə bir banan versəydim
-
1:42 - 1:45sualların 50%-nə düzgün cavab verərdi.
-
1:45 - 1:49Lakin tələbələr buna qadir deyildilər. Məni narahat edən şey onların
-
1:49 - 1:52savadsızlığı yox, streotip düşüncə tərzi idi.
-
1:52 - 1:56Qeyri-etik olsa da Universitetin müəllimləri üzərində də təcrübə apardım
-
1:56 - 1:57(gülüş)
-
1:57 - 1:59Nobel tibb mükafatına səviyyəsində və
-
1:59 - 2:01onların da şimpanze olmasını aşkarladım.
-
2:01 - 2:04(gülüş)
-
2:04 - 2:08Bu nöqtədə fikir mübadiləsinə ehtiyac olduğunu başa düşdüm,
-
2:08 - 2:11axı dünyanın gedişatını anlatan və hər bir ölkədəki
-
2:11 - 2:14uşaq sağlamlığı haqda göstəricilər hamıya məlumdur.
-
2:14 - 2:19Bu məlumatları əks etdirən belə bir proqram yaratdıq: hər dairə bir ölkəni bildirir.
-
2:19 - 2:25Burda gördüyünüz ölkə Çindir, buradakı isə Hindistan.
-
2:25 - 2:31Dairənin böyüklüyü əhalinin sayını və burdakı absis oxu isə doğum səviyyəsini göstərir.
-
2:31 - 2:34Çünki tələbələrimdən ilk dəfə
-
2:34 - 2:36dünyaya baxışlarını öyrənmək üçün
-
2:36 - 2:38"Dünya haqqında nə fikirləşirsiniz?" deyə soruşanda
-
2:38 - 2:42dərsliklərinin yalnız şəkilli kitab olduğunu kəşf elədim.
-
2:42 - 2:43(gülüş)
-
2:43 - 2:46Onlara görə dünya "biz" və "onlar"dan ibarətdir -
-
2:46 - 2:49"Biz Qərb, onlar isə üçüncü dünya ölkələridir”
-
2:49 - 2:52- “Bəs Qərb deyəndə nə başa düşürsünüz?”
-
2:52 - 2:57- “Qərb - uzun ömür və kiçik ailə, üçüncü dünya - qısa ömür və geniş ailə”
-
2:57 - 3:03Burada olduğu kimi doğum səviyyəsini - orta hesabla bir qadına düşən uşaq sayı -
-
3:03 - 3:07- bir, iki, üç, dörd, təxminən səkkiz uşağa qədər artır.
-
3:07 - 3:13Əlimizdə 1960-62-ci ildən başlayaraq bütün ölkələrdəki ailə tərkibinə dair yaxşı məlumatlarımız var,
-
3:13 - 3:16həm də daha dəqiq. Buradaki gözlənilən uzunömürlülük
-
3:16 - 3:20ölkələrdən asılı olaraq 30-70 yaş arası dəyişir.
-
3:20 - 3:231962-ci ildə burada həqiqətən də bəzi sənaye ölkələrində
-
3:23 - 3:28kiçik tərkibli və uzun ömürlü ailələr yaşayırdı.
-
3:28 - 3:30Və burada inkişaf etməkdə olan ölkələrdə:
-
3:30 - 3:33qısa ömrü və geniş tərkibli ailələri yaşayırdı.
-
3:33 - 3:37İndi baxaq görək 1962-ci ildən hansı dəyişikliklər baş verib.
-
3:37 - 3:40Tələbələr ölkələri bu cür bölməkdə haqlı idilər?
-
3:41 - 3:44İnkişaf etməkdə olan ölkələr kiçik ailələrlə burada,
-
3:44 - 3:46uzun ömürlülər isə buradadırlar ?
-
3:46 - 3:49Ok. Dünyanı dayandıraq. Bunlar hamısı BMT-nin müsaid
-
3:49 - 3:52məlumatlarıdır. Başlayaq. Görürsünüz oranı?
-
3:52 - 3:55Çindir, daha yaxşı sağlamlıq göstəriciləri ilə irələyir.
-
3:55 - 3:58Yaşıl rəngli Latın Amerikasi ölkələri daha kiçik tərkibli alilərə doğru irəliləyir.
-
3:58 - 4:01Sarı rənglilər isə ərəb ölkələridir -
-
4:01 - 4:05- daha böyük ailələrə - amma yox, uzun ömür və kiçik ailələrə doğru,
-
4:05 - 4:08aşağıdakı yaşıllar isə Afrika ölkələridir, yerlərində sayırlar
-
4:08 - 4:11Bu Hindistandır. İndoneziya yüksək sürətlə irəliləyir
-
4:11 - 4:12(gülüş)
-
4:12 - 4:1580-ci illər: Banqladeş hələ də Afrika ölkələrinin arasındadır.
-
4:15 - 4:18Ancaq baxın- 80-ci illərdə möcüzə baş verir:
-
4:18 - 4:21imamlar ailə planlamasını dəstəkləməyə başlayırlar.
-
4:21 - 4:26Onlar bu küncə yaxınlaşırlar. 90-cı illər, dəhşətli QİÇS epidemiyası
-
4:26 - 4:29Afrika ölkələrində ömürləri qısaldır
-
4:29 - 4:33və digər ölkələr uzunömürlü və kiçik ailələrlə bu küncə yaxınlaşırlar,
-
4:33 - 4:37və sonunda tamamilə yeni dünya qarşımızdadır.
-
4:37 - 4:50(alqışlar)
-
4:50 - 4:55Gəlin birbaşa ABŞ və Vyetnamı müqayisə edək.
-
4:55 - 5:001964-cü il: Amerikalılara məxsus kiçik ailələr və uzun ömürlülük;
-
5:00 - 5:04Vyetnamda isə geniş ailələr və qısa ömürlüllük. Nə baş verdiyinə baxaq:
-
5:04 - 5:10müharibə zamanının məlumatlarına görə ölüm sayının çoxluğuna baxmayaraq,
-
5:10 - 5:13yaşam müddəti artır. İlin sonlarına doğru
-
5:13 - 5:16Vyetnamda ailə planlanması başlayır və ölkə kiçik ailələrə doğru irəliləyir.
-
5:16 - 5:19ABŞ isə daha uzun ömür və eyni ailə həcmiylə
-
5:19 - 5:22orada qərar tutur. Və budur 80-ci illər,
-
5:22 - 5:25onlar kommunist planlamasından bazar iqtisadiyyatına keçirlər,
-
5:25 - 5:29və bu keçid sosial həyatdan da sürətlə gedir. Nəticədə,
-
5:29 - 5:342003-cü ildə Vyetnamda yaşam müddəti və ailə tərkibi göstəriciləri ABŞ-ın
-
5:34 - 5:41müharibənin son dövrü - 1974-cü ilə aid göstəriciləriylə eynidir.
-
5:41 - 5:45Məncə, bu cür məlumatlara baxmadan
-
5:45 - 5:49Asiyanın böyük iqtisadi dəyişiklikdən daha öncə
-
5:49 - 5:53sosial dəyişikliklərin baş verdiyini anlamarıq.
-
5:53 - 5:58Gəlin indi başqa bir aspektə -
-
5:58 - 6:05dünyadakı ümumi gəlirin bölgüsü aspektinə keçək. Bu dünyadakı ümumi gəlirin bölgüsüdür.
-
6:05 - 6:10Günə 1, 10, və ya 100 dollar.
-
6:10 - 6:14Varlılarla kasıblar arasında uçurumun olması fikri bir mifdir.
-
6:14 - 6:18Sadəcə gördüyünüz bu insanları göstərən təpəcik var.
-
6:19 - 6:23Gəlin gəlir bölgüsünə nəzər salaq: budur,
-
6:23 - 6:29dünya əhalisinin 20%-i olan ən varlı təbəqəsi dünyanın
-
6:29 - 6:36illik gəlirinin təxminən 74%-nə sahibdirlər. Kasıb 20%-i isə
-
6:36 - 6:41bu gəlirin sadəcə 2%-nə sahibdirlər.
-
6:41 - 6:45Bu inkişafda olan ölkə anlayışının şübhəli olduğunu göstərir.
-
6:45 - 6:50Buradakıların digərlərinə maddi yardım edirlər. Ancaq burada - mərkəzdə
-
6:50 - 6:54dünya əhalisinin çox hissəsi dayanır, onlar gəlirlərin 24%-nə sahibdirlər.
-
6:54 - 6:58Bunu başqa formatda da eşitmişik. Bunlar kimlərdir?
-
6:58 - 7:02Digər dövlətlər hanı? Sizə Afrikanı göstərə bilərəm.
-
7:02 - 7:07Budur, dünya əhalisinin 10%-i, əksəriyyəti kasıbdır.
-
7:07 - 7:12Bu OECD-dir. Varlı "ölkə", BMT-nin özəl bir klubu.
-
7:12 - 7:17Onlar burada - yuxarıdadırlar. Afrika və OECD arasında böyük fərq ortada.
-
7:17 - 7:20Bu isə Latın Amerikasıdır. Dünyada hər bir təbəqə burada mövcuddur -
-
7:20 - 7:23ən kasıbından tutmuş an varlısına qədər.
-
7:23 - 7:28Və onun üstündə Şərqi-Avropanı, Şərqi-Asiyanı
-
7:28 - 7:33və Cənubi-Asiyanı qoya bilərik. Təxminən 1970-ci ildə bu ölkələrin
-
7:33 - 7:38görüntüsünə baxarkən fərqi asanlıqla müşahidə edə bilərik.
-
7:38 - 7:42Tam kasıblıq şəraitində yaşayanların çoxu asiyalılar idi.
-
7:42 - 7:49Dünyadakı yoxsulluq problemi birbaşa Asiya ilə bağlı idi.
-
7:49 - 7:52Dünyaya zamanın axını ilə nəzər salsaq
-
7:52 - 7:55əhali artımı ilə yüz minlərlə asiyalının yoxsulluqdan çıxdığını
-
7:55 - 7:58və digərlərinin isə yoxsullaşdığını görərik
-
7:58 - 8:02Dünya Bankının irəli sürdüyü ən yaxşı təxminlərə görə,
-
8:02 - 8:06tezlikə bölgü aradan qalxacaq, əksər əhali ortada mövqe tutacaq
-
8:06 - 8:08Bu əlbəttə ki, logoritmik cədvəldir,
-
8:08 - 8:13amma biz iqtisadiyyatı artım faizi ilə müəyyən edirik.
-
8:13 - 8:19Bunu faiz artımı kimi qəbul edirik. Burarda dəyişiklik etsəm və
-
8:19 - 8:23ailə gəlirləri əvəzinə adambaşına düşən ÜDM-ni qoysam
-
8:23 - 8:29və fərdi məlumatları ÜDM-nin regional göstəriciləri ilə əvəz etsəm
-
8:29 - 8:33və budur regionları ayırıram, kürənin böyüklüyü əhalinin sayını göstərir.
-
8:33 - 8:36OECD burada, orada isə Afrikanın Sub-Sahara ölkələridir,
-
8:36 - 8:39və buradan ərəb ölkələrini ayırsaq,
-
8:39 - 8:43həm Afrika, həm də Asiya olan ərəb ölkəlrini ayırsaq,
-
8:43 - 8:48və buradakı absis oxuna böyütsək və ölçülərə sosial dəyərlər
-
8:48 - 8:51qatsaq - uşaqların həyatda qalma göstəricisini
-
8:51 - 8:56absis oxunda pul, burada isə uşaqların həyatda qalma göstəriciləri görünür -
-
8:56 - 9:00bəzi ölkələrdə uşaqların 99,7%-i 5 yaşına qədər həyatda qalır -
-
9:00 - 9:04digərlərində bu göstərici 70%-dir. Bu nöqtədə
-
9:04 - 9:08OECD, Latın Amerikası, Sub-Sahara Afrikası, Şərqi Avropa,
-
9:08 - 9:12Şərqi Asiya, Ərəb ölkələri və Cənubi Asiya arasında fərq nəzərə çarpır.
-
9:12 - 9:17Uşaqların həyatda qalması və pul arasında güclü asılılıq var.
-
9:17 - 9:25Sub-Sahara Afrikasını da bölək - burada səhiyyə yuxarılarda isə yüksək səviyyali səhiyyə görsənir.
-
9:25 - 9:30Burada Sub-Sahara Afrikasını ölkələr üzrə bölürəm
-
9:30 - 9:35və bu bölünmədə də kürələrin ölçüsü əhalinin sayını bildirir.
-
9:35 - 9:39Siero Leone burada aşağıda, Mavriki isə orada- yuxarıdadır. Mavriki ticarət
-
9:39 - 9:42maneəsini aşan ilk ölkə idi və onlar istehsal etdikləri şəkər və
-
9:43 - 9:48tekstili Avropa və Şimali Amerika bazarlarına asanlıqla ixrac edirdilər.
-
9:48 - 9:52Afrikada böyük fərq var. Qana burda mərkazdədir.
-
9:52 - 9:55Sierra Leonedə - humanitar yardım.
-
9:55 - 10:00Uqandada - inkişaf üçün ayrılan yardım. Buraya sərmayə vaxtıdır
-
10:00 - 10:03Bura tətilə getmək olar. Afrika daxilində bizim fikirləşdiyimiz kimi
-
10:03 - 10:08heç də hər şey eyni deyil - fərq böyükdür.
-
10:08 - 10:12Cənubi Asiyanı da bölə bilərik - Hindistan mərkəzdə duran böyük kürədir.
-
10:12 - 10:16Şri Lanka ilə Əfqanıstan arasında böyük fərq görünür.
-
10:16 - 10:20Ərəb ölkələrini də bölə bilərik. Eyni iqlim, eyni mədəniyyət,
-
10:20 - 10:24eyni din - qonşu olmalarına baxmayaraq aralarında böyük fərq var.
-
10:24 - 10:29Yəmən - vətəndaş müharibəsi. Birləşmiş Ərəb Əmirliyi - sərfəli və düzgün bölüşmüş pul.
-
10:29 - 10:36Tam real. Ölkəyə xaricdən gələn bütün işçilərin bütün övladları da daxil olmaqla
-
10:36 - 10:40Məlumatlar bəzən düşündüyümüzdən də yaxşı olur. Bəziləri isə bunun əksini deyir.
-
10:41 - 10:43Tam dəqiqlik olmasa da fərq aydın görsənir:
-
10:43 - 10:46Kamboca ilə Sinqapurun arasındakı fərq
-
10:46 - 10:49məlumatların zəifliyindən çoxdur. Şərqi Avropa -
-
10:49 - 10:55uzunmüddətli Sovet iqtisadiyyatı, ancaq 10 illik müddətdə ölkələr özlərini
-
10:55 - 10:58çox fərqli şəkildə göstərdilər. Burada isə Latın Amerikası ölkələridir.
-
10:58 - 11:02Sağlam ölkə tapmaq üçün Kubaya getməyə ehtiyac yoxdur.
-
11:02 - 11:07Tezliklə Çili uşaq ölümü üzrə göstəricilərinin az olmasına görə Kubanı qabaqlayacaq
-
11:07 - 11:10Burada isə yüksək gəlirli OECD ölkələridir.
-
11:10 - 11:14Burada dünyadakı ümumi vəziyyəti
-
11:14 - 11:19az-çox göstərdik. Əgər dünyada 1960-cı ildən başlayan
-
11:19 - 11:25tempi müşahidə etsək görərik ki,
-
11:25 - 11:28Mao Tsedun Çinə səhiyyə gətirdi və vəfat etdi,
-
11:28 - 11:33Dalınca Den Siaopin gəldi və Çinə pul gətirdi. Çini yenə də əsas dalğaya saldı.
-
11:33 - 11:37Burada ölkələrin necə fərqli şəkildə hərəkət etdiyini görürük,
-
11:37 - 11:41ona görə də ümumi dünyanın inkişaf formatına
-
11:41 - 11:46uyğun ölkəni tapmaq çətindir.
-
11:46 - 11:52Sizləri yenidən 1960-cı ilə qaytarmaq istəyirəm.
-
11:52 - 12:02Cənubi Koreyanı burdakı Braziliya ilə müqayisə etmək istərdim.
-
12:02 - 12:07Yazılar yoxa çıxdı - və burada olan Uqandanı da
-
12:07 - 12:12müqayisə etmək istərdim. Hərəkətə gətiririk və budur.
-
12:12 - 12:21Gördüyünüz kimi Cənubi Koreya çox sürətlə irəliləyir, bununla bərabər
-
12:21 - 12:24Braziliyada irəliləyiş zəifdi.
-
12:24 - 12:30Əgər yenidən geri qayıtsaq və onlara belə izlər qoysaq,
-
12:30 - 12:34yenidən görə bilərsiniz ki, ölkələrin inkişafı
-
12:34 - 12:40bir-birindən fərqli sürətdə olsa da amma ümumən
-
12:40 - 12:44səhiyyə və pul artımı ilə eyni tempdə gedir. Bu da
-
12:44 - 12:48maddi inkişafın səhiyyənin inkişafından asılı olması deməkdir
-
12:49 - 12:53Buna misal olaraq birləşmiş Ərəb Əmirliyinin inkişafını göstərmək olar.
-
12:53 - 12:56Onlar bu nöqtədən təbii ehtiyatlarla zəngin ölkə kimi gəlirdilər.
-
12:56 - 13:00Pulları vardı, amma sağlamlıq bazarda satılmır.
-
13:00 - 13:04Sağlamlığa sərmayə qoyulmalıdır. Uşaqları məktəblə təmin etmək lazımdır.
-
13:04 - 13:07Səhiyyə kadrları yetişməlidir. Əhali maariflənməlidir.
-
13:07 - 13:10Şeyx Səid bu deyilənləri düzgün şəkildə həyata keçirə bildi
-
13:10 - 13:14və neftin qiymətinin düşməsinə baxmayaraq, ölkəni bura qədər gətirdi.
-
13:14 - 13:18Beləliklə, dünyanın təxmini əsas mənzərəsini görürük -
-
13:18 - 13:20ölkələr əksərən öz pullarını
-
13:20 - 13:25əvvəlki dövrlərə nisbətən daha səmərəli xərcləməyə meyllidilər.
-
13:25 - 13:32Bu ölkələrin orta statistik məlumatlarına uyğun mənzərəsidir. Ümumilikdə,
-
13:32 - 13:37orta statistik məlumatın götürülməsi təhlükəlidir. Çünki
-
13:37 - 13:43ölkələr arasında fərq var və bura baxsaq görərik ki,
-
13:43 - 13:49bu gün Uqanda Cənubi Koreyanın 1960-cı ildəki vaziyyətindədir. Əgər Uqandanı bölsək
-
13:49 - 13:54daxilində böyük fərqlər olduğunu görə bilərik. Ölkəni 5 hissəyə ayırdıq.
-
13:54 - 13:57Ən varlı uqandalı 20%-lə burada,
-
13:57 - 14:01Ən kasıblar isə orada-aşağıdadır. Cənubi Afrikanı da bölürəm.
-
14:01 - 14:06Əgər dəhşətli aclığın hökm sürdüyü Nigeriyaya baxsaq,
-
14:06 - 14:11belə halla qaşılaşarıq. Nigerlərin ən kasıb 20%-i orada,
-
14:11 - 14:14və Cənubi Afrikanın ən varlı 20%- buradadır
-
14:14 - 14:19və biz hələ də Afrikada problemlərin həllini müzakirə edirik.
-
14:19 - 14:22Afrika çox qarışıq və fərqlidir. Yuxarıdakı beşliyin hamısına
-
14:22 - 14:26QİÇS-ə universal yanaşmanı birtərəfli
-
14:26 - 14:30tədbiq edə bilməzsiniz. Dünyanın təkmilləşdirilməsi
-
14:30 - 14:35ayrı kontekstlərdən düşünülməli və xüsusilə regional səviyyədə
-
14:35 - 14:38həyata keçirilməməlidir. Daha diqqətli, dəqiq olmalıyıq.
-
14:38 - 14:42Bu cür fərdi yanaşma şagirdlərin çox köməyinə gəlir.
-
14:42 - 14:47Hətta daha çox siyasətçi və korporasiyalar dünyanın dəyişməsini
-
14:47 - 14:51bu cür görməkdə maraqlıdır. Bəs bu niyə baş tutmur?
-
14:51 - 14:55Nəyə görə əlimizdə olan məlumatlardan istifadə etmirik? BMT-də,
-
14:55 - 14:57milli statistika agentliklərində,
-
14:57 - 15:01universitetlər və QHT-lərdə məlumatlar mövcuddur.
-
15:01 - 15:03Bəzən məlumatlar gizlədiyi üçün
-
15:03 - 15:08internetə, ictimaiyyətə çıxarlmadığı üçün onlardan səmərəli istifadə edə bilmirik.
-
15:08 - 15:11Dünyanın dəyişməsini əks etdirən bu məlumatlar
-
15:11 - 15:15dövlət statistikası deyil. Bəzi buna bənzər internet
-
15:15 - 15:21səhifələri var ki, müxtəlif bazalara istinad edilərək doldurulmuş,
-
15:21 - 15:26bu məlumatları satırlar, şifrələyirlər bu cür mənasız satatistikanı.
-
15:26 - 15:29( gülüş) (alqış)
-
15:29 - 15:33Bu bir şeyə yaramır. Bəs ehtiyac nəyədir? Məlumat bazamız var.
-
15:33 - 15:37Yenisinə ehtiyac yoxdur. Bu yuxarıdakılar da daxil olmaqla
-
15:37 - 15:40əla dizayn alətlərimiz var. Beləliklə məlummatları tərtibatla
-
15:40 - 15:45əlaqələndirərək "Gapminder" adlı qeyri-kommersiya qurğusu yaratdıq.
-
15:45 - 15:48London metrosundakı "boşluğa diqqət”-“mind the gap” yazısına uyğun -
-
15:48 - 15:51"Gapminder"i ən uyğun ad hesab etdik.
-
15:51 - 15:55Məlumatları əlaqələndirəcək belə bir proqram təminatı hazırladıq.
-
15:55 - 16:01Bu çox da çətin olmadı. Bir neçə ilə başa gəldi və animasiya da yaratdıq.
-
16:01 - 16:03İstənilən statistikanı götürüb bu proqrama daxil edə bilərsiniz.
-
16:03 - 16:08BMT-nin statistikası, həmçinin bəzi qurumlarının məlumatlarına istinad edirik.
-
16:08 - 16:12Bəzi ölkələr məlumatlarının dünyaya çıxmasını qəbul ediblər.
-
16:12 - 16:15Bizim isə hazırda axtarış funksiyasına yehtiyacımız var.
-
16:15 - 16:20Statistikaları axtarılabiləcək formata köçürüb,
-
16:20 - 16:23dünyaya açmaq istəyirik. Bütün bunun əvəzində biz nə eşidirki?
-
16:23 - 16:27Əsas statistik orqanlarla danışmışam. Hər kəs belə deyir:
-
16:28 - 16:32“Bu mümkün deyil. Bunu etmək olmaz. Statistik məlumatlar xüsusi olduğundan
-
16:32 - 16:35onları digər adi məlumatlar kimi axtarış funksiyası ilə əldə etmək olmaz.
-
16:35 - 16:40Statistik məlumatlar tələbələrə, iş adamlarına pulsuz verilə bilməz.”
-
16:40 - 16:43Ancaq bizim də elə bu lazımdır.
-
16:43 - 16:46Dövlət statistikası budur
-
16:46 - 16:49və biz internetdə məlumatların gültək açmasını istərdik.
-
16:49 - 16:54Əsas məsələ də onların əldə olunacaq formata salmaqdır, beləliklə insanlar
-
16:54 - 16:56onları hərəkətə gətirmək üçün müxtəlif alətlərdən istifadə edə bilərlər.
-
16:56 - 17:01Bu mənada, sizlərə xoş xəbərim var:
-
17:01 - 17:05BMT Statistikasının hazırkı rəhbəri bunu mümkün sayır amma
-
17:05 - 17:07həm də “biz bunu edə bilmərik” deyir.
-
17:07 - 17:11(gülüş)
-
17:11 - 17:13Bu həqiqətən ağıllı adamdı, hə?
-
17:13 - 17:15(gülüş)
-
17:15 - 17:19Beləliklə, önümüzdəki illərdə statistikalarda çox dəyişiklik olacağını görə bilərik
-
17:19 - 17:23Gəlirlərin bölünməsində yeni aspektlər olduğunu görə bilərik.
-
17:23 - 17:28Bu Çinin 1970-ci il gəlir bölgüsüdür.
-
17:29 - 17:34Bu isə Birləşmiş Ştatların - 1970-ci il.
-
17:34 - 17:38Demək olar ki, kəsişmirlər. Sonrasına baxaq.
-
17:38 - 17:43Çin inkişaf edir, bərabərlik ideyası aradan qalxır,
-
17:43 - 17:47ABŞ-a tərəf yayılma gedir.
-
17:47 - 17:49Ruha bənzər vəziyyətdə, hə?
-
17:49 - 17:51(gülüş)
-
17:51 - 18:01Bu xeyli qorxuludur, amma məlumatın olması vacibdir.
-
18:01 - 18:07Bunları görməyimizə ehtiyac var. Lakin müzakirə etmək əvəzinə
-
18:07 - 18:12hər 1000 nəfərə düşən internet istifadəçiləri ilə yekunlaşdırmaq istərdim.
-
18:12 - 18:17Bu proqramın köməyilə ölkələrdə baş verən 500-ə yaxın dəyişikliyi asanlıqla öyrənə bilərsiniz
-
18:17 - 18:21Bunları yeniləmək müəyyən vaxt apara bilər.
-
18:21 - 18:26Absis oxunda istədiyiniz dəyişikliyi görə bilərsiniz.
-
18:26 - 18:31İstərdik ki, məlumat bazalarına giriş pulsuz olsun,
-
18:31 - 18:34Onları axtarıla biləcək, bir toxunuşla
-
18:34 - 18:39başa düşüləcək qrafik formata salmaq mümkün olsun.
-
18:39 - 18:42Bu isə statistiklərin xoşuna gəlmir,
-
18:42 - 18:51çünki onlar bunu real hesab etmir və statistik-analitik metodlara ehtiyac olduğunu deyirlər
-
18:51 - 18:54Ancaq bu fərziyyədən başqa bir şey deyil.
-
18:54 - 18:58Məruzəmi dünyanın internetlə bağlı gedişatına dair statistika ilə sona çatdırıram
-
18:58 - 19:02İnternet istifadəçilərinin sayı bu cür artır. Bu adam başına düşən ÜDM-dir.
-
19:02 - 19:07Bu irəliləməkdə olan yeni texnologiyalardır və həqiqətən
-
19:07 - 19:12çox gözəl şəkildə ölkələrin iqtisadiyyatı ilə tamalanır. Buna görə də 100 dollarlıq
-
19:12 - 19:15kompüter lazımlı görünür. Bu yaxşı tendensiyadır.
-
19:15 - 19:18Sanki dünya hamarlaşır, elə deyilmi? Sadəcə iqtisadiyyatı deyil,
-
19:18 - 19:21digər sahələri də inkişaf etdirməkdə olan ölkələri illərcə izləmək
-
19:21 - 19:25maraqlı olacaq. Sizin də dövlət statistik məlumatları vasitəsilə
-
19:25 - 19:27bu müşahidəyə qoşulmağınızı arzu edirəm. Təşəkkürlər.
-
19:28 - 19:31(alqış)
- Title:
- Hans Rosling görə görəcəyiniz ən yaxşı statistikalarlı təqdim edir
- Speaker:
- Hans Rosling
- Description:
-
Statistikanın bu cür təqdimatını nə vaxtsa görməmisiniz. Hans Rosling idman şərhçisinin üslubu ilə "inkişaf etməkdə olan dünya" adlı mifi alt-üst edir.
- Video Language:
- English
- Team:
closed TED
- Project:
- TEDTalks
- Duration:
- 19:33