Təxminən 10 il əvvəl, isveçli tələbələrə "Qlobal inkişaf" mövzusunu
tədris edirdim. Bu dövr "Afrikada aclıq" mövzusunda Afrikalı həmkarlarımla
apardığım təxminən 20 illik tədiqiqatdan sonrakı müddəti əhatə edir.
Demək olar ki, dünya haqda az-çox biliyim vardı.
Beleliklə, Kalorinska Tibb Universitetində fəaliyyətə başladım.
Bakalavrlara "Qlobal səhiyyə" mövzusunu deyirdim. Bu cür fürsət
həm də bir az həyacanlı idi. Fikirləşirdim ki, burdakı tələbələr
İsveç universitetlərində ən yüksək göstəriciləri olanlardı,
və güman edirdim ki, onlar mənim onlara
öyrədəcəyim hər şeyi bilirlər. Elə ilk mühazirədə bir sınaq apardım.
Mənə çox şeylər öyrətmiş suallardan bir belə oldu:
“Aşağıdakı beş cütlükdə ən çox uşaq ölümü hansı ölkədədir?”
Birində uşaq ölümü digərinə nisbətən 2 dəfə çox olan ölkələri
birgə qruplaşdırdım. Bu halda fərq daha böyük olaraq
məlumatların qeyri-müəyyənliyi anlamından kənara çıxırdı.
sizləri imtahan etmirəm amma
cavab - Türkiyə, Polşa, Rusiya, Pakistan, və Cənubi Afrikadır.
Bu isə isveçli tələbələrin nəticələridir. Çox dar bir etimad intervalı
yarandı ki, bu də məni çox sevindirdi:
mümkün 5 cavabdan 1.8-i doğru idi. Yəni burda həqiqətən də
beynəlxalq səhiyyə üzrə mühazirənin
(gülüş) yeri vardı.
Lakin bir axşam, hesabat hazırlayarkən,
əsl kəşf etdiyimi anladım. Başa düşdüm ki,
statistika baxımından yüksək göstəricili isveçli tələbələr
dünya haqqında şimpanzedən daha az
biliyə sahibdirlər. (gülüş)
Çünki şimpanzeyə Şri Lanka və Türkiyənin hər birinə görə bir banan versəydim
sualların 50%-nə düzgün cavab verərdi.
Lakin tələbələr buna qadir deyildilər. Məni narahat edən şey onların
savadsızlığı yox, streotip düşüncə tərzi idi.
Qeyri-etik olsa da Universitetin müəllimləri üzərində də təcrübə apardım
(gülüş)
Nobel tibb mükafatına səviyyəsində və
onların da şimpanze olmasını aşkarladım.
(gülüş)
Bu nöqtədə fikir mübadiləsinə ehtiyac olduğunu başa düşdüm,
axı dünyanın gedişatını anlatan və hər bir ölkədəki
uşaq sağlamlığı haqda göstəricilər hamıya məlumdur.
Bu məlumatları əks etdirən belə bir proqram yaratdıq: hər dairə bir ölkəni bildirir.
Burda gördüyünüz ölkə Çindir, buradakı isə Hindistan.
Dairənin böyüklüyü əhalinin sayını və burdakı absis oxu isə doğum səviyyəsini göstərir.
Çünki tələbələrimdən ilk dəfə
dünyaya baxışlarını öyrənmək üçün
"Dünya haqqında nə fikirləşirsiniz?" deyə soruşanda
dərsliklərinin yalnız şəkilli kitab olduğunu kəşf elədim.
(gülüş)
Onlara görə dünya "biz" və "onlar"dan ibarətdir -
"Biz Qərb, onlar isə üçüncü dünya ölkələridir”
- “Bəs Qərb deyəndə nə başa düşürsünüz?”
- “Qərb - uzun ömür və kiçik ailə, üçüncü dünya - qısa ömür və geniş ailə”
Burada olduğu kimi doğum səviyyəsini - orta hesabla bir qadına düşən uşaq sayı -
- bir, iki, üç, dörd, təxminən səkkiz uşağa qədər artır.
Əlimizdə 1960-62-ci ildən başlayaraq bütün ölkələrdəki ailə tərkibinə dair yaxşı məlumatlarımız var,
həm də daha dəqiq. Buradaki gözlənilən uzunömürlülük
ölkələrdən asılı olaraq 30-70 yaş arası dəyişir.
1962-ci ildə burada həqiqətən də bəzi sənaye ölkələrində
kiçik tərkibli və uzun ömürlü ailələr yaşayırdı.
Və burada inkişaf etməkdə olan ölkələrdə:
qısa ömrü və geniş tərkibli ailələri yaşayırdı.
İndi baxaq görək 1962-ci ildən hansı dəyişikliklər baş verib.
Tələbələr ölkələri bu cür bölməkdə haqlı idilər?
İnkişaf etməkdə olan ölkələr kiçik ailələrlə burada,
uzun ömürlülər isə buradadırlar ?
Ok. Dünyanı dayandıraq. Bunlar hamısı BMT-nin müsaid
məlumatlarıdır. Başlayaq. Görürsünüz oranı?
Çindir, daha yaxşı sağlamlıq göstəriciləri ilə irələyir.
Yaşıl rəngli Latın Amerikasi ölkələri daha kiçik tərkibli alilərə doğru irəliləyir.
Sarı rənglilər isə ərəb ölkələridir -
- daha böyük ailələrə - amma yox, uzun ömür və kiçik ailələrə doğru,
aşağıdakı yaşıllar isə Afrika ölkələridir, yerlərində sayırlar
Bu Hindistandır. İndoneziya yüksək sürətlə irəliləyir
(gülüş)
80-ci illər: Banqladeş hələ də Afrika ölkələrinin arasındadır.
Ancaq baxın- 80-ci illərdə möcüzə baş verir:
imamlar ailə planlamasını dəstəkləməyə başlayırlar.
Onlar bu küncə yaxınlaşırlar. 90-cı illər, dəhşətli QİÇS epidemiyası
Afrika ölkələrində ömürləri qısaldır
və digər ölkələr uzunömürlü və kiçik ailələrlə bu küncə yaxınlaşırlar,
və sonunda tamamilə yeni dünya qarşımızdadır.
(alqışlar)
Gəlin birbaşa ABŞ və Vyetnamı müqayisə edək.
1964-cü il: Amerikalılara məxsus kiçik ailələr və uzun ömürlülük;
Vyetnamda isə geniş ailələr və qısa ömürlüllük. Nə baş verdiyinə baxaq:
müharibə zamanının məlumatlarına görə ölüm sayının çoxluğuna baxmayaraq,
yaşam müddəti artır. İlin sonlarına doğru
Vyetnamda ailə planlanması başlayır və ölkə kiçik ailələrə doğru irəliləyir.
ABŞ isə daha uzun ömür və eyni ailə həcmiylə
orada qərar tutur. Və budur 80-ci illər,
onlar kommunist planlamasından bazar iqtisadiyyatına keçirlər,
və bu keçid sosial həyatdan da sürətlə gedir. Nəticədə,
2003-cü ildə Vyetnamda yaşam müddəti və ailə tərkibi göstəriciləri ABŞ-ın
müharibənin son dövrü - 1974-cü ilə aid göstəriciləriylə eynidir.
Məncə, bu cür məlumatlara baxmadan
Asiyanın böyük iqtisadi dəyişiklikdən daha öncə
sosial dəyişikliklərin baş verdiyini anlamarıq.
Gəlin indi başqa bir aspektə -
dünyadakı ümumi gəlirin bölgüsü aspektinə keçək. Bu dünyadakı ümumi gəlirin bölgüsüdür.
Günə 1, 10, və ya 100 dollar.
Varlılarla kasıblar arasında uçurumun olması fikri bir mifdir.
Sadəcə gördüyünüz bu insanları göstərən təpəcik var.
Gəlin gəlir bölgüsünə nəzər salaq: budur,
dünya əhalisinin 20%-i olan ən varlı təbəqəsi dünyanın
illik gəlirinin təxminən 74%-nə sahibdirlər. Kasıb 20%-i isə
bu gəlirin sadəcə 2%-nə sahibdirlər.
Bu inkişafda olan ölkə anlayışının şübhəli olduğunu göstərir.
Buradakıların digərlərinə maddi yardım edirlər. Ancaq burada - mərkəzdə
dünya əhalisinin çox hissəsi dayanır, onlar gəlirlərin 24%-nə sahibdirlər.
Bunu başqa formatda da eşitmişik. Bunlar kimlərdir?
Digər dövlətlər hanı? Sizə Afrikanı göstərə bilərəm.
Budur, dünya əhalisinin 10%-i, əksəriyyəti kasıbdır.
Bu OECD-dir. Varlı "ölkə", BMT-nin özəl bir klubu.
Onlar burada - yuxarıdadırlar. Afrika və OECD arasında böyük fərq ortada.
Bu isə Latın Amerikasıdır. Dünyada hər bir təbəqə burada mövcuddur -
ən kasıbından tutmuş an varlısına qədər.
Və onun üstündə Şərqi-Avropanı, Şərqi-Asiyanı
və Cənubi-Asiyanı qoya bilərik. Təxminən 1970-ci ildə bu ölkələrin
görüntüsünə baxarkən fərqi asanlıqla müşahidə edə bilərik.
Tam kasıblıq şəraitində yaşayanların çoxu asiyalılar idi.
Dünyadakı yoxsulluq problemi birbaşa Asiya ilə bağlı idi.
Dünyaya zamanın axını ilə nəzər salsaq
əhali artımı ilə yüz minlərlə asiyalının yoxsulluqdan çıxdığını
və digərlərinin isə yoxsullaşdığını görərik
Dünya Bankının irəli sürdüyü ən yaxşı təxminlərə görə,
tezlikə bölgü aradan qalxacaq, əksər əhali ortada mövqe tutacaq
Bu əlbəttə ki, logoritmik cədvəldir,
amma biz iqtisadiyyatı artım faizi ilə müəyyən edirik.
Bunu faiz artımı kimi qəbul edirik. Burarda dəyişiklik etsəm və
ailə gəlirləri əvəzinə adambaşına düşən ÜDM-ni qoysam
və fərdi məlumatları ÜDM-nin regional göstəriciləri ilə əvəz etsəm
və budur regionları ayırıram, kürənin böyüklüyü əhalinin sayını göstərir.
OECD burada, orada isə Afrikanın Sub-Sahara ölkələridir,
və buradan ərəb ölkələrini ayırsaq,
həm Afrika, həm də Asiya olan ərəb ölkəlrini ayırsaq,
və buradakı absis oxuna böyütsək və ölçülərə sosial dəyərlər
qatsaq - uşaqların həyatda qalma göstəricisini
absis oxunda pul, burada isə uşaqların həyatda qalma göstəriciləri görünür -
bəzi ölkələrdə uşaqların 99,7%-i 5 yaşına qədər həyatda qalır -
digərlərində bu göstərici 70%-dir. Bu nöqtədə
OECD, Latın Amerikası, Sub-Sahara Afrikası, Şərqi Avropa,
Şərqi Asiya, Ərəb ölkələri və Cənubi Asiya arasında fərq nəzərə çarpır.
Uşaqların həyatda qalması və pul arasında güclü asılılıq var.
Sub-Sahara Afrikasını da bölək - burada səhiyyə yuxarılarda isə yüksək səviyyali səhiyyə görsənir.
Burada Sub-Sahara Afrikasını ölkələr üzrə bölürəm
və bu bölünmədə də kürələrin ölçüsü əhalinin sayını bildirir.
Siero Leone burada aşağıda, Mavriki isə orada- yuxarıdadır. Mavriki ticarət
maneəsini aşan ilk ölkə idi və onlar istehsal etdikləri şəkər və
tekstili Avropa və Şimali Amerika bazarlarına asanlıqla ixrac edirdilər.
Afrikada böyük fərq var. Qana burda mərkazdədir.
Sierra Leonedə - humanitar yardım.
Uqandada - inkişaf üçün ayrılan yardım. Buraya sərmayə vaxtıdır
Bura tətilə getmək olar. Afrika daxilində bizim fikirləşdiyimiz kimi
heç də hər şey eyni deyil - fərq böyükdür.
Cənubi Asiyanı da bölə bilərik - Hindistan mərkəzdə duran böyük kürədir.
Şri Lanka ilə Əfqanıstan arasında böyük fərq görünür.
Ərəb ölkələrini də bölə bilərik. Eyni iqlim, eyni mədəniyyət,
eyni din - qonşu olmalarına baxmayaraq aralarında böyük fərq var.
Yəmən - vətəndaş müharibəsi. Birləşmiş Ərəb Əmirliyi - sərfəli və düzgün bölüşmüş pul.
Tam real. Ölkəyə xaricdən gələn bütün işçilərin bütün övladları da daxil olmaqla
Məlumatlar bəzən düşündüyümüzdən də yaxşı olur. Bəziləri isə bunun əksini deyir.
Tam dəqiqlik olmasa da fərq aydın görsənir:
Kamboca ilə Sinqapurun arasındakı fərq
məlumatların zəifliyindən çoxdur. Şərqi Avropa -
uzunmüddətli Sovet iqtisadiyyatı, ancaq 10 illik müddətdə ölkələr özlərini
çox fərqli şəkildə göstərdilər. Burada isə Latın Amerikası ölkələridir.
Sağlam ölkə tapmaq üçün Kubaya getməyə ehtiyac yoxdur.
Tezliklə Çili uşaq ölümü üzrə göstəricilərinin az olmasına görə Kubanı qabaqlayacaq
Burada isə yüksək gəlirli OECD ölkələridir.
Burada dünyadakı ümumi vəziyyəti
az-çox göstərdik. Əgər dünyada 1960-cı ildən başlayan
tempi müşahidə etsək görərik ki,
Mao Tsedun Çinə səhiyyə gətirdi və vəfat etdi,
Dalınca Den Siaopin gəldi və Çinə pul gətirdi. Çini yenə də əsas dalğaya saldı.
Burada ölkələrin necə fərqli şəkildə hərəkət etdiyini görürük,
ona görə də ümumi dünyanın inkişaf formatına
uyğun ölkəni tapmaq çətindir.
Sizləri yenidən 1960-cı ilə qaytarmaq istəyirəm.
Cənubi Koreyanı burdakı Braziliya ilə müqayisə etmək istərdim.
Yazılar yoxa çıxdı - və burada olan Uqandanı da
müqayisə etmək istərdim. Hərəkətə gətiririk və budur.
Gördüyünüz kimi Cənubi Koreya çox sürətlə irəliləyir, bununla bərabər
Braziliyada irəliləyiş zəifdi.
Əgər yenidən geri qayıtsaq və onlara belə izlər qoysaq,
yenidən görə bilərsiniz ki, ölkələrin inkişafı
bir-birindən fərqli sürətdə olsa da amma ümumən
səhiyyə və pul artımı ilə eyni tempdə gedir. Bu da
maddi inkişafın səhiyyənin inkişafından asılı olması deməkdir
Buna misal olaraq birləşmiş Ərəb Əmirliyinin inkişafını göstərmək olar.
Onlar bu nöqtədən təbii ehtiyatlarla zəngin ölkə kimi gəlirdilər.
Pulları vardı, amma sağlamlıq bazarda satılmır.
Sağlamlığa sərmayə qoyulmalıdır. Uşaqları məktəblə təmin etmək lazımdır.
Səhiyyə kadrları yetişməlidir. Əhali maariflənməlidir.
Şeyx Səid bu deyilənləri düzgün şəkildə həyata keçirə bildi
və neftin qiymətinin düşməsinə baxmayaraq, ölkəni bura qədər gətirdi.
Beləliklə, dünyanın təxmini əsas mənzərəsini görürük -
ölkələr əksərən öz pullarını
əvvəlki dövrlərə nisbətən daha səmərəli xərcləməyə meyllidilər.
Bu ölkələrin orta statistik məlumatlarına uyğun mənzərəsidir. Ümumilikdə,
orta statistik məlumatın götürülməsi təhlükəlidir. Çünki
ölkələr arasında fərq var və bura baxsaq görərik ki,
bu gün Uqanda Cənubi Koreyanın 1960-cı ildəki vaziyyətindədir. Əgər Uqandanı bölsək
daxilində böyük fərqlər olduğunu görə bilərik. Ölkəni 5 hissəyə ayırdıq.
Ən varlı uqandalı 20%-lə burada,
Ən kasıblar isə orada-aşağıdadır. Cənubi Afrikanı da bölürəm.
Əgər dəhşətli aclığın hökm sürdüyü Nigeriyaya baxsaq,
belə halla qaşılaşarıq. Nigerlərin ən kasıb 20%-i orada,
və Cənubi Afrikanın ən varlı 20%- buradadır
və biz hələ də Afrikada problemlərin həllini müzakirə edirik.
Afrika çox qarışıq və fərqlidir. Yuxarıdakı beşliyin hamısına
QİÇS-ə universal yanaşmanı birtərəfli
tədbiq edə bilməzsiniz. Dünyanın təkmilləşdirilməsi
ayrı kontekstlərdən düşünülməli və xüsusilə regional səviyyədə
həyata keçirilməməlidir. Daha diqqətli, dəqiq olmalıyıq.
Bu cür fərdi yanaşma şagirdlərin çox köməyinə gəlir.
Hətta daha çox siyasətçi və korporasiyalar dünyanın dəyişməsini
bu cür görməkdə maraqlıdır. Bəs bu niyə baş tutmur?
Nəyə görə əlimizdə olan məlumatlardan istifadə etmirik? BMT-də,
milli statistika agentliklərində,
universitetlər və QHT-lərdə məlumatlar mövcuddur.
Bəzən məlumatlar gizlədiyi üçün
internetə, ictimaiyyətə çıxarlmadığı üçün onlardan səmərəli istifadə edə bilmirik.
Dünyanın dəyişməsini əks etdirən bu məlumatlar
dövlət statistikası deyil. Bəzi buna bənzər internet
səhifələri var ki, müxtəlif bazalara istinad edilərək doldurulmuş,
bu məlumatları satırlar, şifrələyirlər bu cür mənasız satatistikanı.
( gülüş) (alqış)
Bu bir şeyə yaramır. Bəs ehtiyac nəyədir? Məlumat bazamız var.
Yenisinə ehtiyac yoxdur. Bu yuxarıdakılar da daxil olmaqla
əla dizayn alətlərimiz var. Beləliklə məlummatları tərtibatla
əlaqələndirərək "Gapminder" adlı qeyri-kommersiya qurğusu yaratdıq.
London metrosundakı "boşluğa diqqət”-“mind the gap” yazısına uyğun -
"Gapminder"i ən uyğun ad hesab etdik.
Məlumatları əlaqələndirəcək belə bir proqram təminatı hazırladıq.
Bu çox da çətin olmadı. Bir neçə ilə başa gəldi və animasiya da yaratdıq.
İstənilən statistikanı götürüb bu proqrama daxil edə bilərsiniz.
BMT-nin statistikası, həmçinin bəzi qurumlarının məlumatlarına istinad edirik.
Bəzi ölkələr məlumatlarının dünyaya çıxmasını qəbul ediblər.
Bizim isə hazırda axtarış funksiyasına yehtiyacımız var.
Statistikaları axtarılabiləcək formata köçürüb,
dünyaya açmaq istəyirik. Bütün bunun əvəzində biz nə eşidirki?
Əsas statistik orqanlarla danışmışam. Hər kəs belə deyir:
“Bu mümkün deyil. Bunu etmək olmaz. Statistik məlumatlar xüsusi olduğundan
onları digər adi məlumatlar kimi axtarış funksiyası ilə əldə etmək olmaz.
Statistik məlumatlar tələbələrə, iş adamlarına pulsuz verilə bilməz.”
Ancaq bizim də elə bu lazımdır.
Dövlət statistikası budur
və biz internetdə məlumatların gültək açmasını istərdik.
Əsas məsələ də onların əldə olunacaq formata salmaqdır, beləliklə insanlar
onları hərəkətə gətirmək üçün müxtəlif alətlərdən istifadə edə bilərlər.
Bu mənada, sizlərə xoş xəbərim var:
BMT Statistikasının hazırkı rəhbəri bunu mümkün sayır amma
həm də “biz bunu edə bilmərik” deyir.
(gülüş)
Bu həqiqətən ağıllı adamdı, hə?
(gülüş)
Beləliklə, önümüzdəki illərdə statistikalarda çox dəyişiklik olacağını görə bilərik
Gəlirlərin bölünməsində yeni aspektlər olduğunu görə bilərik.
Bu Çinin 1970-ci il gəlir bölgüsüdür.
Bu isə Birləşmiş Ştatların - 1970-ci il.
Demək olar ki, kəsişmirlər. Sonrasına baxaq.
Çin inkişaf edir, bərabərlik ideyası aradan qalxır,
ABŞ-a tərəf yayılma gedir.
Ruha bənzər vəziyyətdə, hə?
(gülüş)
Bu xeyli qorxuludur, amma məlumatın olması vacibdir.
Bunları görməyimizə ehtiyac var. Lakin müzakirə etmək əvəzinə
hər 1000 nəfərə düşən internet istifadəçiləri ilə yekunlaşdırmaq istərdim.
Bu proqramın köməyilə ölkələrdə baş verən 500-ə yaxın dəyişikliyi asanlıqla öyrənə bilərsiniz
Bunları yeniləmək müəyyən vaxt apara bilər.
Absis oxunda istədiyiniz dəyişikliyi görə bilərsiniz.
İstərdik ki, məlumat bazalarına giriş pulsuz olsun,
Onları axtarıla biləcək, bir toxunuşla
başa düşüləcək qrafik formata salmaq mümkün olsun.
Bu isə statistiklərin xoşuna gəlmir,
çünki onlar bunu real hesab etmir və statistik-analitik metodlara ehtiyac olduğunu deyirlər
Ancaq bu fərziyyədən başqa bir şey deyil.
Məruzəmi dünyanın internetlə bağlı gedişatına dair statistika ilə sona çatdırıram
İnternet istifadəçilərinin sayı bu cür artır. Bu adam başına düşən ÜDM-dir.
Bu irəliləməkdə olan yeni texnologiyalardır və həqiqətən
çox gözəl şəkildə ölkələrin iqtisadiyyatı ilə tamalanır. Buna görə də 100 dollarlıq
kompüter lazımlı görünür. Bu yaxşı tendensiyadır.
Sanki dünya hamarlaşır, elə deyilmi? Sadəcə iqtisadiyyatı deyil,
digər sahələri də inkişaf etdirməkdə olan ölkələri illərcə izləmək
maraqlı olacaq. Sizin də dövlət statistik məlumatları vasitəsilə
bu müşahidəyə qoşulmağınızı arzu edirəm. Təşəkkürlər.
(alqış)