Fosfolipidin quruluşu|Hüceyrələr|MCAT|Khan Academy
-
0:02 - 0:04Bu videoda biz hüceyrə
-
0:04 - 0:07membranında olan fosfolipidlərin
-
0:07 - 0:09quruluşunu dərindən araşdıracayıq.
-
0:09 - 0:11Qısaca xatırladaq ki, fosfolipid
-
0:11 - 0:12belə təsvir edilir.
-
0:12 - 0:15Bunun polyar fosfat başcığı
-
0:15 - 0:17və 2 yağ turşusu zənciri var.
-
0:17 - 0:21Bütün bunlar qliserol onurğa sütunu
vasitəsi ilə bir yerdə saxlanılır. -
0:21 - 0:22Bu nə deməkdir?
-
0:22 - 0:27Molekul da daxil olmaqla bu şəkil
əslində nəyə bənzəyir? -
0:27 - 0:31Yaxşı, gəlin birinci
yağ turşusundan danışaq. -
0:31 - 0:33Xatırladaq ki, 2 yağ turşusu var,
-
0:33 - 0:34onları 2-ə vuraq.
-
0:34 - 0:37Burada asılmış halda 2
quyruq görə bilərsiniz. -
0:37 - 0:41Belə ki, bizim yağ turşumuz
uzun karbon -
0:41 - 0:44zəncirinə birləşmiş karboksil turşusudur.
-
0:44 - 0:48Karboksil turşumuz buna oxşardır.
-
0:48 - 0:52Onun ikiqat rabitəli oksigeni
və hidroksil qrupu var. -
0:52 - 0:54Onun R-radikalı adlandırdığımız
-
0:54 - 0:57həqiqətən də çox uzun karbon zənciri
var. -
0:57 - 1:00Növbəti qliserol onurğa
sütunumuzdur ki, -
1:00 - 1:02qliserol sadə quruluşa malikdir.
-
1:02 - 1:05O buna bənzəyir.
-
1:05 - 1:08Onun 3 hidroksil qrupuna -- spirt qrupuna
-
1:08 - 1:10birləşən 3 karbonu var.
-
1:10 - 1:13Hər fosfolipiddə təkcə bir qliserol var.
-
1:13 - 1:18Ən sonuncusu bizim haqqında
danışdığımız, böyük polyar başcıq qrupu -
1:18 - 1:19olan fosfat qrupumuzdur.
-
1:19 - 1:21Düşündüyünüz
kimi fosfat -
1:21 - 1:24qrupunda bir fosfor və ona
birləşmiş -
1:24 - 1:29dörd oksigen var.
-
1:29 - 1:32Bütün bunları bir yerə yığdıqda
o, əslində nəyə bənzəyir? -
1:32 - 1:34Vaxt itirməmək üçün bütün
hissələrin -
1:34 - 1:37şəklini əvvəlcədən çəkmişəm.
-
1:37 - 1:39O buna bənzəyir.
-
1:44 - 1:48Burada görə bilərsiniz ki, iki yağ
turşusu zənciri mürəkkəb efir -
1:48 - 1:52rabitəsi ilə fosfat qrupuna
birləşmiş qliserolla -
1:52 - 1:57mürəkkəb efir rabitəsi
vasitəsi ilə birləşib. -
1:57 - 2:02İndi görəcəksiniz ki, mənfi
oksigenlərdən biri -
2:02 - 2:03itir və hidroksil -- spirt qrupu
-
2:03 - 2:07ilə əvəz olunur.
-
2:07 - 2:09Bu narıncı rəngdə olandır.
-
2:09 - 2:11Hüceyrədə
-
2:11 - 2:14fosfolipid buna bənzəyir.
-
2:14 - 2:18Mənfi oksigen
hidrogeni qəbul edir -
2:18 - 2:19və spirt qrupuna çevrilir.
-
2:22 - 2:28Buna bənzəyən fosfolipid molekulu
-
2:28 - 2:32hüceyrə membranında
həqiqətən də nadirdir. -
2:32 - 2:35Belə bir fosfolipid yaranır.
-
2:35 - 2:38Səbəb budur ki, bu molekul
-
2:38 - 2:41bir neçə fərqli molekullarla birləşib
-
2:41 - 2:45müxtəlif fosfolipid dəstləri yaradır.
-
2:45 - 2:49Vaxt xatirinə
molekulları qabaqcadan çəkmişəm -
2:49 - 2:53və əgər siz hüceyrə membranını
çox sevən tədqiqatçı deyilsinizsə, -
2:53 - 2:55bunu əzbərdən
bilməyinizə ehtiyac -
2:55 - 2:57olmayacaq, çünki bu quruluşlar bir qədər
-
2:57 - 2:59mürəkkəbdir.
-
2:59 - 3:02Amma onların necə göründüyü
-
3:02 - 3:04ilə tanış olmaq yaxşı olardı.
-
3:04 - 3:09Belə ki, burada serin, xolin,
etanolamin, inozit -
3:09 - 3:11və qliserol var.
-
3:11 - 3:13Siz fərqinə varacaqsınız ki,
-
3:13 - 3:17xüsusi hidroksil qruplarını
narıncı rəngdə çəkmişəm. -
3:17 - 3:20Səbəb budur ki, serin, xolin və
digərlərindən fərqli olaraq -
3:20 - 3:23bu narıncı rəngli
hidroksil qrupları fosfoefir -
3:23 - 3:26rabitəsi adlandırdığımız quruluş
vasitəsi ilə fosfat -
3:26 - 3:29qrupumuza birləşir.
-
3:34 - 3:37Bu əsl bir molekulda necə görünərdi?
-
3:37 - 3:39Əgər serin həqiqətən də fosfolipidə
-
3:39 - 3:42birləşsəydi, bu nəyə bənzəyərdi?
-
3:42 - 3:46Başqa bir slayda keçid edirik,
-
3:46 - 3:49çünki artıq boş yer bitib.
-
3:49 - 3:52Beş fərqli fosfolipidin meydana
-
3:52 - 3:54gələ biləcəyini görəcəksiniz.
-
3:54 - 3:58Burada fosfatidilserin, fosfatidilxolin,
-
3:58 - 4:08fosfatidiletanolamin, fosfatidilinozit
-
4:08 - 4:12və kardiolipin kimi tanınan
difosfatidilqliserol var. -
4:12 - 4:14Ən sonuncu molekulda
-
4:14 - 4:18ortadakı qliserola birləşən
-
4:18 - 4:212 fosfatidil p qrupu var.
-
4:21 - 4:24Təkrar edirəm, əgər siz
hüceyrə membranını -
4:24 - 4:25araşdırmırsınızsa, sizin
-
4:25 - 4:26bu quruluşları əzbər bilməyinizə
-
4:26 - 4:30ehtiyac yoxdur. Sadəcə
bunu bilin ki, hüceyrə -
4:30 - 4:33membranında olan bu fosfolipidlər
həqiqətən də çox -
4:33 - 4:36müxtəlifdirlər və fərqli
formalarda ola bilərlər. -
4:36 - 4:39Hüceyrə membranımızı təşkil edən
-
4:39 - 4:41fosfolipidlərə dərindən baxsaq,
-
4:41 - 4:43onların hamısının membran boyu
-
4:43 - 4:46səpələndiyini görəcəyik.
-
4:46 - 4:48İndi biz ilk şəkilə qayıdırıq.
-
4:53 - 5:00Deməli, bu
qeyri-polyar -
5:00 - 5:05və bu sarı rəngdə olan
hissə isə polyardır. -
5:05 - 5:08Əgər biz fosfolipidin ümumi
təsvirini burda -
5:08 - 5:10çəkdiyimiz şəkil ilə uyğunlaşdırsaq,
-
5:10 - 5:12bu tam olaraq buna bənzəyər.
-
5:12 - 5:15Bu polyar başcıq qrupudur və
-
5:15 - 5:18burada 2 yağ turşusu var.
-
5:18 - 5:21Qliserol qrupu burada
-
5:21 - 5:25təsvir edilməyib, çünki o
hər şeyi bir yerdə saxlayır. -
5:25 - 5:28Qısa bir şey haqqında da
danışıb yekunlaşdıraq. -
5:28 - 5:30Belə ki, fosfolipidlər buna bənzəyir.
-
5:30 - 5:34R-radikalı
uzun karbon -
5:34 - 5:37zəncirindən təşkil olunub.
-
5:37 - 5:40Əksər hallarda digər karbonlar kimi
-
5:40 - 5:42bu karbonlar bir-biri ilə 2 qat
-
5:42 - 5:44rabitə əmələ gətirir.
-
5:44 - 5:47Yadda saxlayın ki, ikiqat rabitələr yalnız
-
5:47 - 5:49sis və trans formada olur.
-
5:49 - 5:54Kimyada sis rabitədə
ikiqat rabitəli karbon -
5:54 - 5:56və eyni tərəfin hər
iki hissəsində karbonlar -
5:56 - 6:00olur, trans rabitədə isə karbonlarımız
-
6:00 - 6:04əks tərəflərdə olur.
-
6:04 - 6:07Bunlar hidrogenlərdir.
-
6:07 - 6:10Əgər bu hərtərəfli molekulu böyütsək,
-
6:10 - 6:13transda bizim yağ turşumuz
-
6:13 - 6:16buna bənzər, yəni olduqca düz olacaq.
-
6:16 - 6:19Amma sisdə bükülmə yaranacaq,
-
6:19 - 6:22çünki sis rabitəmizdəki
əyri ona bükülmə verir. -
6:22 - 6:24Hüceyrə membranının axıcılığından
-
6:24 - 6:29danışsaq, bunun əslində
çox əhəmiyyəti var. -
6:29 - 6:32Bir sözlə, fosfolipidlər
3 vacib komponentdən -
6:32 - 6:37təşkil olunub-- yağ turşuları,
qliserol və fosfat. -
6:37 - 6:41Hərtərəfli molekul çəksək,
-
6:41 - 6:44bu üçü buna bənzəyir.
-
6:44 - 6:46Bundan başqa polyar fosfat qrupunda
-
6:46 - 6:50müxtəlif molekul növləri ilə
-
6:50 - 6:52birləşib hüceyrə membranını
-
6:52 - 6:56təşkil edən və müxtəlif fosfolipidlər
-
6:56 - 6:59yaradan OH qrupu var.
- Title:
- Fosfolipidin quruluşu|Hüceyrələr|MCAT|Khan Academy
- Description:
-
more » « less
Hüceyrə membranında fosfolipidlərin hərtərəfli quruluşu haqqında öyrənin. Willaim Tsai-dən. Willaim Tsai tərəfindən yaradılıb.
Növbəti dərsə baxın: https://www.khanacademy.org/test-prep/mcat/cells/cell-membrane-overview/v/cell-membrane-overview-fluid-mosaic-model?utm_source=YT&utm_medium=Desc&utm_campaign=mcat
Əvvəlki dərsə baxmamısınız? https://www.khanacademy.org/test-prep/mcat/cells/cell-membrane-overview/v/cell-membrane-introduction?utm_source=YT&utm_medium=Desc&utm_campaign=mcat
Khan Academy-də MCAT: İrəli gedin və mətnə əsaslanmış sualları məşq edin.
Khan Academy Azərbaycanca, riyaziyyat, fizika, biologiya, proqramlaşdırma, tarix, incəsənət, iqtisadiyyat və daha bir çox bunlar kimi mövzulara toxunur. Boşluqları və güclü cəhətləri aydınlaşdırıb uyğun olaraq tapşırıq vermə alqoritmamızdan istifadə edərək riyaziyyat üzrə ibtidai sinifdən universitet səviyyəsinə qədər bütün şagirdlərə bələdçilik edir. Sayt həmçinin daha mütəxəssisləşdirilmiş məzmun vəd etmək üçün NASA, Modern Sənət Muzeyi, Kaliforniya Elmlər Akademiyası və MIT kimi qurumlarla əməkdaşlıq edir.
Hər kəs üçün, hər yerdə ödənişsiz #KhanAcademyAzərbaycanca
Khan Academy-nin MCAT kanalına abunə olun:
https://www.youtube.com/channel/UCDkK5wqSuwDlJ3_nl3rgdiQ?sub_confirmation=1Khan Academy-ə abunə olun: https://www.youtube.com/subscription_center?add_user=khanacademy
- Video Language:
- English
- Team:
Khan Academy
- Duration:
- 07:01
| Biology_kaa edited Azerbaijani subtitles for Phospholipid structure | Cells | MCAT | Khan Academy | ||
|
jam.isa edited Azerbaijani subtitles for Phospholipid structure | Cells | MCAT | Khan Academy | |
|
jam.isa edited Azerbaijani subtitles for Phospholipid structure | Cells | MCAT | Khan Academy | |
| Biology_kaa edited Azerbaijani subtitles for Phospholipid structure | Cells | MCAT | Khan Academy | ||
| Biology_kaa edited Azerbaijani subtitles for Phospholipid structure | Cells | MCAT | Khan Academy | ||
| Biology_kaa edited Azerbaijani subtitles for Phospholipid structure | Cells | MCAT | Khan Academy | ||
| Biology_kaa edited Azerbaijani subtitles for Phospholipid structure | Cells | MCAT | Khan Academy | ||
| Biology_kaa edited Azerbaijani subtitles for Phospholipid structure | Cells | MCAT | Khan Academy |
