Return to Video

Thin layer chromotography

  • 0:00 - 0:02
    Deyək ki, bizim
    içində müəmmalı
  • 0:02 - 0:04
    bir maye olan flakonumuz
    var və mən burada
  • 0:04 - 0:06
    nə baş verdiyini
    aydınlaşdırmaq istəyirəm.
  • 0:06 - 0:08
    Əvvəlcə bunun sadəcə bir
    maddə yoxsa bir neçə
  • 0:08 - 0:10
    maddənin qarışığı
  • 0:10 - 0:12
    olduğunu düşünürəm.
  • 0:12 - 0:15
    Bu videoda baxacağımız üsulla
  • 0:15 - 0:18
    nümunəni tərkibinə ayırmaqla
    burada ən az neçə
  • 0:18 - 0:20
    maddə olduğunu müəyyənləşdirmək mümkündür.
  • 0:20 - 0:23
    və bu üsulun ümumi adı xromatoqrafiyadır,
  • 0:23 - 0:26
    lakin bu videoda ancaq nazik təbəqə
    xromatoqrafiyasını öyrənəcəyik
  • 0:26 - 0:28
    və o, çox rast gəlinən üsullardandır,
  • 0:28 - 0:30
    Lakin xromatoqrafiyanın
    digər növləri də,
  • 0:30 - 0:31
    məsələn, kağız xromatoqrafiyası,
  • 0:31 - 0:34
    oxşar prinsipə əsaslanır.
  • 0:34 - 0:38
    İndi biz şüşə və ya plastik lövhənin
  • 0:38 - 0:41
    yuxarısına bərk polyar bir maddənin
  • 0:41 - 0:46
    nazik təbəqəsini yerləşdirəcəyik.
  • 0:47 - 0:48
    Biz indi bura tez-tez
  • 0:48 - 0:51
    istifadə olunan bərk polyar maddə,
  • 0:51 - 0:55
    yəni nazik silikogel
    təbəqəsi yerləşdirəcəyik.
  • 0:55 - 0:56
    Bu, məsaməli maddədir.
  • 0:56 - 0:58
    Silikogelin məsaməli olması çox önəmlidir,
  • 0:58 - 1:01
    çünki bizə mayenin
    kapilyar hərəkəti nəticəsində
  • 1:01 - 1:03
    buradan keçməyi lazımdır.
  • 1:03 - 1:06
    Silikogel çox
  • 1:06 - 1:09
    polyar bir maddədir.
  • 1:10 - 1:11
    İndi biz müəmmalı
  • 1:11 - 1:13
    maddəmizdən çox az miqdarda götürüb
  • 1:13 - 1:15
    bura, yəni silikogelin
  • 1:15 - 1:20
    üzərinə yerləşdirəcəyik.
  • 1:20 - 1:21
    Daha sonra üzərində
  • 1:21 - 1:23
    silikogel və nöqtə boyda
    müəmmalı maddə olan
  • 1:23 - 1:26
    lövhəmizi götürüb bir tərəfini
  • 1:26 - 1:30
    məhlula batıracağıq.
  • 1:30 - 1:31
    Burada önəmli
    olan şey
  • 1:31 - 1:35
    məhlulumuzun silikogeldən
    daha az polyar olmasıdır.
  • 1:35 - 1:37
    Bura daha az polyardır.
  • 1:37 - 1:40
    Bunun polyarlığından asılı olaraq nə
  • 1:40 - 1:42
    baş verdiyi haqda
    bir qədər danışacağıq.
  • 1:42 - 1:45
    Normalda burada çox az
  • 1:45 - 1:48
    miqdarda məhlulumuz, yəni
  • 1:48 - 1:49
    həlledicimiz olur.
  • 1:49 - 1:52
    Adətən buradakı mayenin buxarlanmaması
  • 1:52 - 1:53
    üçün qapalı
  • 1:53 - 1:56
    qaba yerləşdirilir.
  • 1:56 - 1:58
    Bu zaman sizcə nə baş verir?
  • 1:58 - 2:01
    Əvvəl də dediyim kimi
    bu maddə məsaməlidir.
  • 2:01 - 2:03
    Buna görə də burada kapilyar hərəkət
    baş verəcək.
  • 2:03 - 2:06
    Buradakı maye yuxarı hərəkət edərək
  • 2:06 - 2:07
    silikogelin içindəki kiçik
  • 2:07 - 2:09
    məsamələrdən keçəcək.
  • 2:09 - 2:12
    Bu, qeyri mütəhərrik fazadır.
    Bunu niyə belə adlandırırıq?
  • 2:12 - 2:13
    Çünki hərəkət etmir.
  • 2:13 - 2:16
    Lakin az polyar həlledicini
  • 2:17 - 2:19
    mütəhərrik faza
  • 2:19 - 2:22
    adlandıracağıq, çünki bu,
  • 2:22 - 2:25
    müəmmalı maddəmizdən götürüb
  • 2:25 - 2:27
    silikogeldən keçir.
  • 2:27 - 2:28
    Deyək ki, bu müəmmalı maddəmiz
  • 2:28 - 2:31
    iki müxtəlif maddədən ibarətdir.
  • 2:31 - 2:33
    Əgər bir maddə çox polyardırsa,
    bu, o deməkdir ki,
  • 2:33 - 2:35
    o, çox polyar olan qeyri mütəhərrik fazaya
  • 2:35 - 2:38
    daha çox cəzb olunacaq.
  • 2:38 - 2:40
    Buna görə də çox uzağa
    hərəkət edə bilməyəcəklər.
  • 2:40 - 2:42
    Lakin müəmmalı maddəmiz az polyar
  • 2:42 - 2:43
    olduğundan o, silikogelə
  • 2:43 - 2:46
    elə də çox cəzb olunmayacaq.
  • 2:46 - 2:49
    Buna görə də hərəkət edə biləcəklər.
  • 2:49 - 2:52
    Haradasa bura qədər hərəkət edə biləcək.
  • 2:52 - 2:54
    Bunu mütəhərrik fazamız silikogelin
  • 2:54 - 2:57
    yuxarı hissəsinə qədər çatanadək
  • 2:57 - 2:58
    davam etdirə bilərik.
  • 2:58 - 2:59
    Bura baxdıqda bunun niyə
  • 2:59 - 3:01
    xromatoqrafiya adlandığını
    görə bilirik.
  • 3:01 - 3:02
    Bunu ilk dəfə etdikdə
  • 3:02 - 3:05
    əslində müxtəlif rəngli bitki örtüyünün
  • 3:05 - 3:08
    müxtəlif toxumalarını ayırırdılar.
  • 3:08 - 3:10
    "Xroma" müxtəlif rənglərə işarə edir.
  • 3:10 - 3:12
    Lakin hər zaman müxtəlif rəngli
  • 3:12 - 3:13
    şeylərə işarə etməyə
  • 3:13 - 3:16
    bilir, bəzən fərqi görmək
    üçün Ultra bənövşəyi işıq lazım olur.
  • 3:16 - 3:17
    Nazik təbəqəli
    xromatoqrafiyanı istifadə
  • 3:17 - 3:21
    etdikdə əsl nöqtəmizin müxtəlif
  • 3:21 - 3:23
    dərəcədə hərəkət etdiyini görürük.
  • 3:23 - 3:25
    Burada qarışığımızda olan
    maddələrin sayına
  • 3:25 - 3:29
    uyğun nöqtələr əmələ gəlir.
  • 3:29 - 3:32
    Buradakı nöqtə ən az polyar
  • 3:32 - 3:36
    olan maddəni göstərir və
    az polyar olan maddə çox polyar olan
  • 3:36 - 3:40
    maddədən daha uzağa hərəkət edir, çünki
    çox polyar olan, yəni qeyri mütəhərrik fazada
  • 3:40 - 3:43
    olan maddə silikogelə
    daha çox cəzb olunur.
  • 3:43 - 3:46
    Bunların həlledicidə nə qədər getdiyini
  • 3:46 - 3:49
    ölçmək üçün
  • 3:49 - 3:52
    bir yol mövcuddur.
  • 3:52 - 3:55
    Bu, mütəhərriklik əmsalı adlanır.
  • 3:55 - 3:58
    Mütəhərriklik əmsalı.
  • 3:59 - 4:03
    Qısa olaraq Rf kimi yazılır.
  • 4:03 - 4:07
    O, həll olan maddənin getdiyi məsafə
    bölünsün həlledicinin
  • 4:08 - 4:13
    getdiyi məsafə kimi
  • 4:19 - 4:22
    hesablanır.
  • 4:22 - 4:23
    Daha aydın desək,
  • 4:23 - 4:26
    Burada həlledicinin getdiyi ümumi yol yox,
  • 4:26 - 4:30
    bu başlanğıc nöqtədən
    getdiyi yol
  • 4:30 - 4:33
    nəzərdə tutulur.
  • 4:33 - 4:36
    Bura yazım - "başlanğıc nöqtədən".
  • 4:37 - 4:40
    Gəlin bunu da başlanğıc nöqtə adlandırım.
  • 4:41 - 4:42
    Bu halda nə etməliyik?
  • 4:43 - 4:44
    Bu mərhələdə xətkeşdən istifadə edəcəyik.
  • 4:47 - 4:52
    Gəlin bura A yazım.
  • 4:52 - 4:55
    Deməli, A maddəsi üçün
    mütəhərriklik əmsalı
  • 4:55 - 4:59
    həll olan maddənin getdiyi yol, yəni
  • 4:59 - 5:03
    bir santimetr bölünsün
  • 5:03 - 5:05
    başlanğıc nöqtəni keçən həlledicinin
  • 5:05 - 5:09
    getdiyi yola bərabər olacaq.
  • 5:09 - 5:12
    Buradan görürük ki,
  • 5:12 - 5:15
    başlanğıc nöqtədən beş
    santimetr yol gedib.
  • 5:15 - 5:18
    Bir santimetr bölünsün beş
    santimetr 0.2-yə
  • 5:18 - 5:20
    bərabər olacaq.
  • 5:21 - 5:25
    Bəs B maddəsinin mütəhərriklik əmsalı nəyə
  • 5:26 - 5:30
    bərabər olacaq?
  • 5:30 - 5:32
    Deməli bu, nümunəmizi yerləşdirdiyimiz
  • 5:33 - 5:36
    başlanğıc nöqtədən
  • 5:36 - 5:38
    üç santimetr
  • 5:38 - 5:40
    yol gedib.
  • 5:40 - 5:45
    Üç santimetr bölünsün beş santimetr
    0.6-ya bərabər olacaq.
  • 5:45 - 5:47
    Bu situasiyada
  • 5:47 - 5:51
    daha çox polyar olan maddənin
    mütəhərriklik əmsalı daha az polyar
  • 5:51 - 5:55
    olan maddənin mütəhərriklik əmsalından
    daha az olacaq.
  • 5:55 - 5:59
    Çünki qeyri mütəhərrik fazamız
    həlledicimizdən daha polyardır və
  • 5:59 - 6:04
    daha az polyar olan
    həlledici daha polyar olan
  • 6:04 - 6:06
    maddələri daha çətin hərəkət etdiririr.
Title:
Thin layer chromotography
Description:

more » « less
Video Language:
English
Team:
Khan Academy
Duration:
06:08

Azerbaijani subtitles

Revisions Compare revisions