< Return to Video

Introduction to Magnetism

  • 0:01 - 0:03
    Cazibə qüvvəsi,
  • 0:03 - 0:05
    Elektrostatika haqqında bir az öyrənmişik.
  • 0:05 - 0:09
    İndi isə kainatın fundamental
    qüvvələrindən daha birini
  • 0:09 - 0:10
    öyrənməyin əsl vaxtıdır.
  • 0:10 - 0:13
    Qravitasiyadan sonra ikinci
  • 0:13 - 0:14
    bizə ən çox tanış olan mövzu
  • 0:14 - 0:15
    yəni maqnetizmdən danışacağıq.
  • 0:17 - 0:18
    Bəs bu sözün mənşəyi haradan gəlir?
  • 0:18 - 0:22
    Mən tarixçi deyiləm,amma maqnetik cismləri
  • 0:22 - 0:30
    özünə çəkən maqnit minerallarını bir çox
  • 0:30 - 0:33
    mədəniyyətin kəşf etdiyini bilirəm.
  • 0:33 - 0:38
    Bu minerallar dəmir kimi metalları
  • 0:38 - 0:39
    özünə
  • 0:39 - 0:41
    cəzb edir. Və maqnit daşı adlanır.
  • 0:41 - 0:43
    Bu termin səhv etmirəmsə,
    Qərbdə istifadə olunur.
  • 0:43 - 0:46
    Onların maqnit adlandırılmasının səbəbi,
  • 0:46 - 0:51
    Yunanıstanın Maqnesiya əyaləti yaxınlığında tapılan
  • 0:51 - 0:52
    maqnit daşlarıdır.
  • 0:57 - 0:58
    Yəqin ki, orada yaşayan əhaliyə də
  • 0:58 - 1:00
    Maqnetlər deyirdilər.
  • 1:00 - 1:04
    Nəysə.Bu mövzunu internetdə
    araşdıra bilərsiz və mənim bildiyimdən
  • 1:04 - 1:05
    daha çoxunu öyrənə bilərsiniz.
  • 1:05 - 1:08
    Gəlin, hələlik, Maqnetizmin nə olduğuna dair
    diqqətimizi cəmləyək.
  • 1:08 - 1:12
    Hamımız kiçik yaşlarımızda,
    maqnitlərlə və kompaslarla oynamışıq.
  • 1:12 - 1:15
    Düşünürəm ki, çoxumuzun
  • 1:15 - 1:16
    onun necə işlədiyinə dair az-çox biliyi var.
  • 1:16 - 1:21
    İndi sizə, onun reallıqda nə olduğunu
  • 1:21 - 1:22
    izah edəcəyəm.
    Bu olduqca dərin mövzudur.
  • 1:22 - 1:26
    Belə ki, bu mövzuya riyazi
    olaraq yanaşa bilərik,
  • 1:26 - 1:29
    həmçinin
  • 1:29 - 1:31
    elektriklə necə əlaqəli olduğunu görə bilərik.
  • 1:31 - 1:34
    Bu videoda sizə
    elektrostatik qüvvəi ilə
  • 1:34 - 1:37
    maqnit qüvvəsinin əslində eyni
    şey olduğunu, sadəcə
  • 1:37 - 1:39
    fərqli baxış bucağı səbəbindən
    belə adlandırıldıqlarını
  • 1:39 - 1:40
    göstərəcəyəm.
    Bütün bunların necə
  • 1:40 - 1:42
    qarışıq səsləndiyini bilirəm.
  • 1:42 - 1:45
    Amma klassik Nyuton dünyasında,
  • 1:45 - 1:46
    onlara iki müxtəlif qüvvə kimi baxırıq.
  • 1:46 - 1:49
    Qravitasiyaya
  • 1:49 - 1:52
    yaxından bələd olduğumuza rəğmən ,
    necədə sirli olduğunu bilirik.
  • 1:52 - 1:55
    Öyrəndikcə, maqnit sahəsinin də qravitasiya qədər
  • 1:55 - 1:57
    sirli olduğunu görəcəyik.
  • 1:57 - 1:59
    İndi isə gəlin, maqnetizmin
    necə işlədiyinə
  • 1:59 - 2:03
    dair nələrsə öyrənməyə çalışaq.
  • 2:03 - 2:08
    Hamımız maqnitlə az-çox tanışıq.
  • 2:08 - 2:11
    (Onu sarı çəkmək istəmədim.
  • 2:11 - 2:12
    Amma kənarlarını sarı edə bilərəm.
  • 2:12 - 2:16
    Yox ya da.)
  • 2:16 - 2:21
    Aha.Əgər bu maqnitdirsə ,biz onun həmişə
  • 2:21 - 2:24
    iki qütbünün olduğunu bilirik.
  • 2:24 - 2:28
    Şimal qütbü və cənub qütbü.
  • 2:28 - 2:30
    İngilis dilində şimal və cənub sözlərinin baş
    hərfi ilə onun tərəflərini işarələyirik.
  • 2:30 - 2:34
    İnsanların maqnit daşlarını
  • 2:34 - 2:37
    kəşf etdikdən sonra iynəni maqnitləşdirib
  • 2:37 - 2:40
    mantardan keçirdilər və
  • 2:40 - 2:45
    onu bir vedrə suya qoydular. Bu zaman
  • 2:45 - 2:46
    o , Yerin şimal qütbünü göstərdi.
  • 2:46 - 2:48
    İynə yer kürəsinin şimalını göstərdiyi üçün
  • 2:48 - 2:51
    bu tərəfi şimal qütbü adlandırdılar.
  • 2:51 - 2:53
    İynənin yer kürəsinin cənubunu
  • 2:53 - 2:57
    göstərən ucunu isə
  • 2:57 - 2:59
    cənub qütbü
  • 2:59 - 3:00
    adlandırdılar.
  • 3:00 - 3:03
    Başqa cür desək, əgər
    əlimizdə bir maqnit varsa,
  • 3:03 - 3:06
    o,
  • 3:06 - 3:08
    sürtünmə olmadan sərbəst buraxıldığında
  • 3:08 - 3:11
    yönəldiyi tərəfə
  • 3:11 - 3:12
    şimal qütbü deyəcəyik.
  • 3:12 - 3:15
    Digər tərəf də cənub qütbü olacaq.
  • 3:15 - 3:24
    Bəllidir ki,Yerin yuxarı hissəsini
  • 3:24 - 3:27
    şimal qütbü adlandırırıq.
  • 3:27 - 3:31
    Yəni bura şimal qütbüdür.
  • 3:31 - 3:35
    Bu hissə isə cənub qütbü adlanır.
  • 3:35 - 3:39
    Bunlarla yanaşı, bir də maqnitik şimal anlayışı var.
  • 3:39 - 3:42
    Bu nöqtə kompasın
  • 3:42 - 3:47
    şimal qütbünün
  • 3:47 - 3:49
    işarə etdiyi yerdir.
  • 3:49 - 3:52
    Onuda deyim ki, Yer daxilində hərəkət edən maye
  • 3:52 - 3:54
    olduğu üçün maqnitik şimal daim hərəkətdədir.
  • 3:54 - 3:55
    Və bir qədər də başqa qarşılıqlı təsirlərdə vardır.
  • 3:55 - 3:57
    Bu , olduqca qarışıq təsirlərdir.
  • 3:57 - 4:01
    Amma təxmini desək,
    Maqnitik şimal təxminən Kanadanın şimalında
  • 4:01 - 4:04
    yerləşir. Yəni bura,
  • 4:04 - 4:06
    maqnitik şimal olmalıdır.
  • 4:06 - 4:07
    Amma Maqnitik cənubun harada
    olduğunu dəqiq olaraq bilmirəm.
  • 4:07 - 4:09
    Yenə o da daim
  • 4:09 - 4:10
    hərəkətdədir.
  • 4:10 - 4:15
    Və gördüyünüz kimi, onlar,
    coğrafi Şimal və cənub
  • 4:15 - 4:16
    qütbündən bir az
    kənarda yerləşirlər.
  • 4:16 - 4:20
    Bura bir az daha mürəkkəb görünə bilər.
  • 4:20 - 4:24
    Maqnitik şimal coğrafi bir yeri
  • 4:24 - 4:27
    işarə edir. Və bu yer, maqnitin şimal
    ucunun göstərəcəyi yerdir.
  • 4:27 - 4:32
    Amma Yer kürəsinə maqnit kimi baxsaq,onda
  • 4:32 - 4:33
    bu hissə cənub qütbü olardı.
  • 4:35 - 4:39
    Yəni əgər Yer kürəsi
    böyük bir maqnit olsaydı,
  • 4:39 - 4:41
    buranı maqnitin cənub
    qütbü kimi görərdik.
  • 4:41 - 4:44
    Qısası,coğrafi cənub qütbü, maqnitin
  • 4:44 - 4:45
    şimal qütbüdür.
  • 4:45 - 4:46
    Bunun biraz qarışıq
    olduğunu bilirəm.
  • 4:46 - 4:47
    Vikipediyadan bu haqda daha çoxunu
    oxuya bilərsiniz.
  • 4:47 - 4:50
    Unutmayın ki, şimal
  • 4:50 - 4:52
    qütbünə istinad edəndə
  • 4:52 - 4:54
    coğrafi şimal nöqtəsini ,
  • 4:54 - 4:57
    cənub qütbü dedikdə
    isə coğrafi cənub nöqtəsini nəzərdə tutmaq
  • 4:57 - 5:00
    lazımdır. Bu adlandırmadakı
  • 5:00 - 5:04
    fərqi gəlin,sizə belə
  • 5:04 - 5:07
    izah edim. İki maqnitin əks qütblərinin
    bir-birini
  • 5:07 - 5:11
    cəzb etdiyini bilirik.
  • 5:11 - 5:15
    Əgər maqnitimin bu tərəfi Yerin şimal qütbünə yönəlirsə,
  • 5:15 - 5:20
    Yerin şimal qütbü və Yerin maqnitik şimalı
  • 5:20 - 5:23
    əslində həmin maqnitin cənub qütbü olmalıdır.
  • 5:23 - 5:23
    Və əksinə.
  • 5:23 - 5:26
    Maqnitimin cənub qütbü Yerin
  • 5:26 - 5:28
    maqnitik cənubuna doğru yönəlir.
  • 5:28 - 5:30
    Buda Yer böyüklüyündəki maqnitin
  • 5:30 - 5:32
    şimal qütbünə uyğun gəlir.
  • 5:32 - 5:34
    Yeri biraz çaşqınlıq yaratdığı üçün
  • 5:34 - 5:35
    buradan çıxaracağam.
  • 5:35 - 5:38
    Sadəcə maqnitlərlə
  • 5:38 - 5:41
    işləyək.Bu daha rahat olacaq.
  • 5:41 - 5:44
    Bunların
  • 5:44 - 5:46
    hamısını
  • 5:46 - 5:47
    silim.
  • 5:50 - 5:52
    Maraqlıdır,görəsən, maqnezium elementi
    ilk dəfə Maqnesiyada
  • 5:52 - 5:53
    mı tapılıb.
  • 5:53 - 5:56
    Ola bilər məncə.
  • 5:56 - 5:57
    Laksatif olan
  • 5:57 - 5:59
    Maqnezium südünü araşdırmışdım.
  • 5:59 - 6:03
    Maqnesiyada kəşf edilməsə də içərisində
  • 6:03 - 6:05
    maqnezium var.
  • 6:05 - 6:08
    Düşünürəm ki, maqnezium
    Maqnesiyada kəşf edilsəydi
  • 6:08 - 6:09
    onun kökəni də
    Maqnesiyadan gələrdi.
  • 6:09 - 6:12
    Maqnesiya haqda bu qədər bəsdir.
  • 6:12 - 6:14
    Maqnitlərə geri dönək.
  • 6:14 - 6:18
    Bu maqnitdirsə...
    Gəlin başqa bir maqnit daha çəkək.
  • 6:18 - 6:21
    (Bu maqniti silək.)
  • 6:24 - 6:25
    Aha.
  • 6:25 - 6:27
    İndi isə iki maqnit çəkirəm.
  • 6:33 - 6:37
    Uşaq vaxtı etdiyimiz təcrübələrdən bilirik ki, bu
  • 6:37 - 6:39
    şimal qütbü, bu isə cənub qütbüdür.
  • 6:39 - 6:43
    Şimal qütbünün başqa bir maqnitin cənub qütbünə
  • 6:43 - 6:46
    cəzb olunduğunu artıq bilirik.
  • 6:46 - 6:48
    Əgər bu maqniti öz ətrafında fırlatsam,
  • 6:48 - 6:52
    bu zaman ,şimal tərəfləri bir-birinə baxan
  • 6:52 - 6:54
    iki maqnit bir-birini itələyəcək.
  • 6:54 - 6:57
    Buradan, elektrostatikada olduğu kimi,
  • 6:57 - 7:01
    maqnitin də öz ətrafında
    sahə əmələ gətirmə xassəsi ortaya çıxır.
  • 7:01 - 7:06
    Ətrafında yaratdığı sahə vektorları həmin sahəyə
  • 7:06 - 7:10
    gətirilən və maqnit xassəli cisimlərə
  • 7:10 - 7:16
    qüvvə tətbiq edəcək.
  • 7:16 - 7:18
    Maqnit sahəsinə başlamazdan əvvəl,
  • 7:18 - 7:24
    maqnitizm və elektrostatika arasındakı
  • 7:24 - 7:25
    böyük bir fərqi izah etmək istəyirəm.
  • 7:25 - 7:30
    Maqnetizm həmişə dipol formasındadır.
  • 7:30 - 7:31
    Yəni,
  • 7:31 - 7:33
    o, həmişə iki qütblü formadadır.
  • 7:33 - 7:35
    Şimal və cənub qütbləri.
  • 7:35 - 7:40
    Elektrostatikada isə iki yükünüz var.
  • 7:40 - 7:43
    Müsbət və
  • 7:43 - 7:45
    mənfi yüklər.
  • 7:45 - 7:47
    Onlar özbaşlarına mövcud ola bilirlər.
  • 7:47 - 7:48
    Yəni, bir proton varsa,
  • 7:48 - 7:50
    onun yanında bir elektronun olması
  • 7:50 - 7:50
    şərt deyil.
  • 7:50 - 7:55
    Həmin o tək proton təkbaşına
  • 7:55 - 7:56
    öz ətrafında müsbət bir
    elektrostatik sahə yaradacaq.
  • 7:56 - 7:58
    Buradakı sahə xətləri isə
  • 7:58 - 7:59
    həmin protonun yaratdığı
    intensivlik xətlərini
  • 7:59 - 8:00
    göstərir və onlar hər zaman bir-birindən itələnir.
  • 8:00 - 8:05
    Eyni bir şəkildə,
  • 8:05 - 8:07
    bir elektron düşünək.
  • 8:07 - 8:09
    Burda isə protona
    sahib olmağınız məcburi deyil.
  • 8:09 - 8:10
    Yəni elektrostatikada
    tək yüklə də işləyə bilərsiz.
  • 8:10 - 8:13
    Həmin tək yüklər
  • 8:13 - 8:15
    monopollar adlanır.
  • 8:15 - 8:17
    Amma Maqnetizmdə sizin hər zaman dipolunuz vardır.
  • 8:17 - 8:20
    Əgər bu maqniti götürsəm
  • 8:20 - 8:29
    və yarıya bölsəm,
  • 8:29 - 8:30
    möcüzəvi şəkildə o maqnitin yarısı da
  • 8:30 - 8:32
    daha iki maqnitə çevriləcək.
  • 8:32 - 8:34
    Belə ki, bu cənub, bu şimal,
  • 8:34 - 8:37
    bu cənub, bu da şimal olacaq.
  • 8:37 - 8:41
    Nəzəri olaraq, maqnit monopolu
  • 8:41 - 8:44
    kimi bir hadisənin varlığı iddia edilir.
  • 8:44 - 8:46
    Amma bu hadisə , təbiətdə hələ də
  • 8:46 - 8:48
    müşahidə edilməmişdir.
  • 8:48 - 8:51
    Yəni,Təbiətdə gördüyümüz
    hər şey iki qütblüdür.
  • 8:51 - 8:54
    Bu maqniti kəsməyə davam edin.Yalnız bir elektron qalana
  • 8:54 - 8:56
    qədər ağlınızda kəsməyə çalışın.
  • 8:56 - 8:59
    Hətta tək bir elektron qalanda belə
  • 8:59 - 9:00
    maqnit dipolunun varlığını görəcəksiz.
  • 9:00 - 9:04
    O yenə də maqnit sahəsi
    yaradacaq və maqnit zərrəciyin hələ də
  • 9:04 - 9:05
    bir şimal və bir də
    cənub qütbü olacaqdır.
  • 9:05 - 9:09
    Beləliklə, maqnitlərdə ,
    sahənin ,maqnit daxilindəki
  • 9:09 - 9:12
    elektronlar tərəfindən
    yaradıldığını görmüş olduq.
  • 9:12 - 9:15
    Daha dəqiq desək, o , elektronların
    öz ərtafında
  • 9:15 - 9:17
    fırlanması nəticəsində meydana
  • 9:17 - 9:18
    gəlir.
  • 9:18 - 9:21
    Qavranmağı çətin olsa da ,Elektronlar müəyyən
  • 9:21 - 9:22
    kütləyə sahibdir.
  • 9:22 - 9:24
    Artıq bu andan fırlanan topların enerji və ya kütlə olması
  • 9:24 - 9:25
    qeyri-müəyyən olmağa başlayır.
  • 9:25 - 9:27
    Bir enerji topu necə fırlanar
  • 9:27 - 9:28
    Və sair kimi suallar meydana gəlir.
  • 9:28 - 9:32
    Artıq mövzu metafizikaya çevrilir.
  • 9:32 - 9:33
    Bu haqda çox danışmaq istəmirəm.
  • 9:33 - 9:36
    Çünki olduqca dərin mövzudur və
  • 9:36 - 9:38
    maqnitizmdən uzaqlaşmağımıza
  • 9:38 - 9:40
    səbəb ola bilər.
  • 9:40 - 9:43
    Öyrəndik ki, bu böyük maqnitlərin
  • 9:43 - 9:47
    maqnit sahəsinə, maqnitlərin içərisindəki
    elektron fırlanmaları və
  • 9:47 - 9:51
    elektronların proton ətrafında yaratdığı
  • 9:51 - 9:54
    real maqnit sahələri səbəb olur.
  • 9:54 - 9:56
    Ümid edirəm danışdıqlarım
    sizə anlaşılmaz qalmadı.
  • 9:56 - 9:58
    Soruşa bilərsiniz ki, necə ola bilər ki, metal çubuq
  • 9:58 - 10:01
    bəzən maqnitləşir bəzən yox.
  • 10:01 - 10:03
    Cavabı belədir: Əgər metal çubuqda elektronların hamısı təsadüfi
  • 10:03 - 10:06
    hərəkət edərsə o maqnitləşməz.
  • 10:06 - 10:11
    Çünki maqnetik spinlər
  • 10:11 - 10:12
    və ya elektronların
    yaratdığı maqnetizm bir-birini
  • 10:12 - 10:13
    ləğv edər.
  • 10:13 - 10:16
    Amma əgər elektron spinlərini
  • 10:16 - 10:20
    nizamlasanız bu zaman
  • 10:20 - 10:21
    maqnitlənmiş bir çubuğunuz olar.
  • 10:21 - 10:24
    10 dəqiqə limitini keçmişəm artıq .
  • 10:24 - 10:26
    Ümid edirəm ki, maqnitin nə olduğunu
  • 10:26 - 10:27
    anladınız.
  • 10:27 - 10:31
    Növbəti videoda sizə maqnitləşmiş cisimlər arasındakı
  • 10:31 - 10:34
    qarşılıqlı təsirləri izah edəcəyəm.
  • 10:34 - 10:36
    Daha sonra maqnit sahəsinin
  • 10:36 - 10:39
    hərəkət edən
  • 10:39 - 10:41
    yüklü zərrəciyə təsirini öyrənəcəyik.
  • 10:41 - 10:43
    Gələn videoda görüşənədək.
Title:
Introduction to Magnetism
Description:

more » « less
Video Language:
English
Team:
Khan Academy
Duration:
10:44

Azerbaijani subtitles

Revisions Compare revisions