-
Biz artıq öyrənmişik ki, hüceyrə tənəffüsü
-
təxminən üç fazaya bölünə bilər.
-
İlk faza qlükozanın parçalanması
-
mənasını verən
qlikolizdir,
-
Bu oksigen ilə və ya oksigensiz
baş verə bilər.
-
Əgər oksigen yoxdursa,
fermentləşmə olacaq,
-
bunun haqqında gələcəkdə danışacağıq.
-
Fermentasiya nəticəsində insanda
-
süd turşusu əmələ gəlir.
-
Orqanizmlərin başqa növləri alkoqol və ya
-
etanol istehsal edə bilər.
-
Lakin oksigenimiz varsa- əksər hissələrin
-
oksigenlə davam etdiyini fərz edirik-
-
Əgər oksigen olarsa,
-
Krebs tsiklinə keçə bilərik.
-
Bəzən limon turşusu istifadə etdiyindən
-
limon turşusu dövrü adlanır.
-
Eyni şey portağal yaxud limon nektarında
da var.
-
Ondan sonra isə
elektron nəqliyyat zənciri
-
ilə davam edirik.
-
Hüceyrə tənəffüsünə ilk baxış videosunda
-
ATF-nin əsas hissəsinin məhz burada
istehsal olunduğunu
-
öyrəndik.
-
Baxmayaraq ki,burada
bu mərhələlərdən çıxan
-
məhsullar istifadə olunur.
-
İndi bu videoda isə
yalnız qlikolizə
-
yönəlmək istəyirəm.
-
Bu bir növ - bəzən çətin bir tapşırıq
olur, çünki həqiqətən əlavə
-
məlumatlara rast gələ bilirsiniz.
Mən
-
bir az əlavə şeyləri və əsl
mexanizmi
-
göstərəcəyəm. Bu,
-
çox qorxunc görünə bilər.
-
Ancaq bunu sizin üçün
sadələşdirmək istəyirəm,beləcə
-
bir çox lazımlı məlumata
-
sahib ola bilərsiniz.Və sonra dəyərləndirə
-
bilərik,sonra bəlkə də qlikolizə
ətraflı baxanda bir az
-
daha mənalı gələ bilər.
-
Deməli,qlikoliz və ya
elə hüceyrə tənəffüsü
-
qlükoza ilə başlayır.
-
Və qlükozanın formulunu bilirik.
-
Bu C6H12O6.
Bütün quruluşunu
-
çəkə bilərdim;
bu, bir az vaxt aparardı.
-
Lakin
-
diqqətimi yalnız karbon sütununa
-
yönəldəcəyəm.Deməli,o, halqadır,yaxud
halqa ola bilər.
-
Ancaq onu ardıcıl altı karbon
şəklində çəkəcəyəm.
-
Bilmək yaxşı olar ki,
iki növ vacib qlikoliz
-
mərhələsi var.
-
İlkini hazırlıq mərhələsi adlandırıram.
-
Və hazırlıq mərhələsi,
əslində iki ATF istifadə edir.
-
Bilirsiniz ki,hüceyrə tənəffüsün
bütün məqsədi ATF
-
əmələ gətirməkdir,
amma əvvəlcə iki ATF
-
istifadə etməliyəm.
-
2 ATF istifadə edirəm və sonra
əsas olaraq, qlükoza burada
-
iki ədəd 3 karbonlu birləşməyə parçalanır,
-
bunların həmçinin fosfat qrupu da var.
-
Fosfat qrupları həmin ATF-dən gəlir.
-
Bunlarda fosfat qrupu var və
-
buna tez-tez.. əslində,
bunun bir çox adı var.Bəzən
-
buna PQAL deyilir.
Bunu bilmək
-
həqiqətən lazım deyil.
-
Yaxud fosfoqliseraldehid.Həqiqətən hecaya
ayırmaq bacarığıma meydan oxuyur.
-
Bunu bilmək o qədər də
-
vacib deyil.
-
Bilməlisiniz ki,
ilk mərhələdə
-
iki ATF istifadə edirsiz.
-
Buna görə mən buna
hazırlıq mərhələsi deyirəm.
-
Bir elmi bənzətmə lazımdırsa,
hazırlıq mərhələsi deyilə bilər.
-
Və sonra bu iki FQAL molekulunun
hər biri daha sonra
-
oksigensiz mərhələyə keçə bilər.
-
Oksigensiz mərhələdə FQAL-ların hər biri
-
piruvata çevrilir.
-
Digər 3 karbonlu molekuldur,
amma fərqli konfiqurasiyadadır.
-
Ancaq piruvata çevriləcəyi proses -
-
və qoyun,piruvatı mavi rəngdə yazım,çünki
-
bu sözü bilmək yaxşıdır.
-
İndi sizə quruluşu da
göstərəcəyəm.
-
Piruvat.
-
Bəzən buna piruvik turşusu da deyilir.
-
Eyni şeydir.
-
Və bu, əslində,
qlikolizin son məhsuludur.Beləliklə,
-
hazırlıq mərhələsində
qlükoza ilə başlayırsınız.
-
Qlükozanı parçalamağa
və hər iki ucuna fosfat
-
qoymağa kömək edən
fosfoqliseraldehidlə
-
son qoyursunuz.
-
Və sonra hər biri müstəqil olaraq
oksigensiz
-
mərhələyə keçir.
-
Beləliklə, başladığınız
hər qlükoza molekulu üçün
-
iki piruvat molekuluna sahib olursunuz.
-
İndi deyirsiniz ki,
bir oksigensiz mərhələ var idi,
-
oradan nə əldə etdik?
-
Bizim oksigensiz.. Qoyun aşağıya
-
oksigensiz mərhələ yazım. Bu,
-
oksigensiz mərhələmizdir.
-
Ağ fon üçün üzr istəyirəm.
Bunu
-
ona görə etdim ki,
göstərdiyim mexanizmi,
-
vikipediyadan kopyalayıb yapışdırdım və
arxa planları
-
ağ olduğu üçün bu videoda
yalnız ağ fondan istifadə
-
etdim.
-
Ancaq məncə, qara fon
-
daha yaxşıdır.
-
Buradakı oksigensiz mərhələdir.
-
Beləliklə, fosfoglikeraldehid piruvata
və ya piruvik turşusuna
-
çevriləndə iki şey istehsal edirik.
-
Və ya üç şeyi istehsal etdiyimizi
söyləyə bilərik.
-
bu FQAL-lərin hər biri piruvat olarkən
-
iki ATF istehsal edirik.
-
Beləliklə, orada iki ATF istehsal olunur,
-
bura iki ATF yazacağam.
-
Və sonra hər biri
bir NADH istehsal edir.
-
Və bunu daha tünd bir rəngdə yazacağam.
-
NADH.
-
Əlbəttə ki, bütün molekulu
vakuumda
-
istehsal etmirlər.
-
Əslində etdikləri bir NAD+
xammalı ilə başlamaqdır-
-
buna görə NAD+ ilə başlayırlar
-
və əsasən, hidrogen əlavə edərək
-
reduksiya edirlər.
-
Xatırlayın, bir neçə video əvvəl
-
hidrogen əldə edərək
reduksiya olmasını görmüşdünüz.
-
Deməli, NAD NADH-a reduksiya olur.
-
Daha sonra NADH ATF istehsal etmək üçün
-
elektron nəqliyyat zəncirini
istifadə edir.
-
Beləliklə, burada ən vacib şey,
-
qlikoliz reaksiyasını yaza bilməyimizdir,
qlükoza ilə
-
başlayırıq.
-
Və sizin 1 neçə NAD+ -a ehtiyacınız var.
-
Əslində, hər qlükoza molekulu üçün
-
2 NAD+ -a ehtiyacınız olacaq.
-
2 ATF-yə ehtiyacınız olacaq.
-
Mən yalnız başlamaq üçün lazım olan bütün
-
maddələri yazıram.
-
ATF-ə çevirmədən əvvəl
-
bu ADF-lərə ehtiyacınız olacaq.
-
Yəni, üstəgəl 4 ADF yazacağam.
-
Və qlikolizdən sonra...
-
İcazənizlə buradakı yazını düzəldim.
-
Üzr istəyirəm, bu ADF idi.
-
Qoyun, bunu yenidən yazım.
-
4 ADF.
-
Və 4 fosfat ionuna da
-
ehtiyacınız ola bilər, üstəgəl 4.
-
Mən onları yalnız belə deyirəm,
-
yazılışları isə bu cürdür.
-
Bəlkə belə də yaza bilərəm
-
4 fosfat qrupu.
-
1 qlikolizdən sonra
-
2 piruvat və
-
2 NADH əmələ gələcək.
-
NAD-lar reduksiya olacaq.
-
O, hidrogen əldə edib.
-
Reduksiya,
-
elektron qazandırır. Lakin,
-
bioloji mənada
hidrogen əldə
-
etməsini düşünürük.
-
Hidrogen elektro-mənfi olmadığı üçün
elektronu
-
ala bilirsiniz.
-
Onun elektronlarını əldə etdiniz.
-
Beləliklə, iki NADH və daha sonra
bu iki ATF hazırlıq mərhələsində
-
istifadə olunur. Buna görə
-
onları bir az ayrıca yazdım. Deməli
-
bu ikisi istifadə olundu.
-
2 ADF-niz qaldı.
-
Bunlar da
-
ATF-yə çevrilir.
-
Beləliklə, üstəgəl 4 ATF.
Zənnimcə,
-
dördünə ehtiyacımız yox idi.
-
Bizim yalnız iki fosfat qrupuna ehtiyacımız vardı.
-
Çünki ikisi buradan gəlir.
-
Sonra orada dörd ədəd olması üçün
-
cəmi iki ədədə ehtiyacımız var.
-
Ancaq böyük mənzərə budur ki,
bir qlükoza ilə başlayır,
-
iki piruvatla sonlanır.
-
İki ATF istifadə edirsiniz.
-
Dörd ATF əldə edirsiniz.
-
Yekun olaraq 2 ATF əmələ gəlmiş olur.
-
İcazə verin,bunu çox böyük yazım.
-
Yekun olaraq qlikolizdən
2 ATF əldə etdiniz.
-
Hər biri sonradan 3 ATF istehsal etmək
üçün elektron nəqliyyat zəncirində
-
istifadə edilə bilən
iki NADH əldə edirsiniz.
-
İki NADH əldə edirsiniz və Krebs tsikli üçün
-
xammal olaraq Asetil-KoA-lara yenidən çevriləcək
-
iki piruvat əldə edirsiniz.
-
Bunlar qlikolizin məhsullarıdır.
-
İndi isə gəlin,böyük rəsmdə,
mexanizmdə
-
nəzər salaq.
-
Çünki,görəndə sizə qorxuducu
-
gələ bilər.
-
Ancaq bayaq danışdığım
eyni mövzuları görəcəyik.
-
Burada bir qlükoza ilə başlayırıq.
-
Altı karbonlu zəncirdir.
-
Bir dairədə, bir halqadadır.
-
1, 2, 3, 4, 5, 6 karbon.
-
Bunu çox böyük bir sadələşdirmə etmək üçün
-
belə yaza bilərdim.
-
Bir neçə mərhələdən keçir.
-
Burada bir ATF
istifadə edirəm.
-
Buna görə qoyun,bunu başqa rəngdə edim.
-
Bir ATF istifadə etdiyimi
narıncı rəngdə göstərim.
-
Orada bir ATF istifadə edirəm.
-
1 ATF-ni burada istifadə edirəm.
-
Sizə dediyim kimi, onun bir az fərqli
-
adları var.
-
Ancaq bu,
-
buradakı fosfoqlikeraldehiddir.
-
Buna gliseraldehid 3-fosfat da deyirlər.
-
Tamamilə eyni molekuldur.
-
Ancaq gördüyünüz kimi, əvvəllər,
onu çox təqribi çəkdiyim zaman
-
orada 1, 2, 3 karbon var.
-
Həm də bir fosfat qrupu da var.
-
Fosfat qrupu əslində oksigenə bağlıdır.
-
Ancaq yalnız sadələşdirmək üçün
-
fosfat qrupunu elə çəkirəm.
-
Bunu da burada göstərdim.
-
Buradakı
-
fosfoqlikeraldehid idi.
-
Əsl quruluşu buradadır.Lakin
-
düşünürəm ki,bəzən quruluşa baxanda
böyük mənzərəni gözdən
-
qaçırmaq asan olur.
-
Bunlardan iki ədəd var.
-
Bir növ bunun vasitəsiylə,
başqa bir növ izomerinə çevrilib,
-
geri qayıda biləcəyinizi bildirirlər.
Lakin
-
vacib olan bu birləşmələrdən
-
ikisinin,indi 3 karbonlu birləşmələr
olmasıdır.
-
Qlükoza parçalanmışdır.
-
İndi isə oksigensiz mərhələyə
başlamağa hazırıq.
-
Xatırlayın, sizin bu birləşmədən
burada 2 ədəd var idi. Buna görə də,
-
bu mexanizmi çəkdikləri zaman
-
orada iki dəfə yazdılar.
Çünki
-
qlükoza bu molekulların
-
ikisinə ayrılmışdır.
-
Beləliklə,molekulların hər biri indi
-
bunu burada edəcək.
-
Və gliseraldehid 3-fosfat
və ya FQAL
-
və ya fosfoglikeraldehidlərin
hər biri üçün deyə bilərik ki-
-
mexanizmə baxa bilərik, burada
-
ADF bir ATF-yə çevriləcək.
-
Belləliklə, üstəgəl 1 ATF.
-
Və sonra piruvata gedən yolda
-
yenə baş verdiyini görürük.
-
Sağda piruvatlaşdırma yolumuzda başqa bir
-
üstəgəl ATF yazılıb.
Beləliklə,
-
istehsal olunan FQAL və ya
fosfoqlikeraldehidlərin hər biri üçün,
-
oksigensiz mərhələdə iki ATF
-
istehsal edirik.
-
Bunlardan 2 ədəd var idi.
-
Bir qlükoza üçün oksigensiz mərhələdə cəmi
-
dörd ATF istehsal edəcəyik.
-
Beləliklə, oksigensiz mərhələdə dörd ATF.
-
Hazırlıq mərhələsində
1, 2 ATF istifadə etdik.
-
Beləliklə, birbaşa qlikolizdən yaranan
ümumi yekun ATF
-
iki ATF-dir.
-
Dörd, ümumi istehsal olunur.
Lakin
-
hazırlıq mərhələsində
ikisini istifadə etməli olduq.
-
Və sonra NAD və NADH-ları burada görürük.
-
Hər bir fosfoglikeraldehid, ya da
qliseraldehid 3-fosfat
-
və ya FQAL və ya necə demək istədiyinizsə,
bunlar üçün
-
bu mərhələdə NAD+ -ın NADH-a
-
reduksiya olduğunu görürsünüz.
-
Beləliklə, bu, bu birləşmələrin
hər biri üçün bir dəfə baş verir.
-
Əlbəttə, bunlardan iki dənədir.
-
Qlükoza bunlardan ikisinə parçalandı.
-
Beləliklə, iki NADH istehsal ediləcəkdir.
-
Və daha sonra bunların hər biri 3 ATF
-
istehsal etmək üçün elektron nəqliyyat
zəncirində istifadə ediləcəkdir. Və
-
nəhayət,hər şeyi
deyib bitirdikdən sonra,
-
piruvatlarla qalırıq.
-
O, qəşəng və böyük çəkilib.
-
Bir piruvatın necə
göründüyünə baxa bilərik.
-
Və vəd edildiyi kimi,bütün oksigen
rabitələrinə və hər şeyə baxa
-
bilərik.
-
Ancaq bu 3 karbonlu bir quruluşdur.
-
3 karbonlu bir sütununa sahibdir.
-
Beləliklə, son nəticə,qlükozanın
karbonlarının yarıya
-
bölünməsidir.
-
O oksidləşdi.
-
Hidrogenlərin bir azı
ondan ayrıldı.
-
Gördüyünüz kimi,burada
yalnız 3 hidrogen var.
-
Biz 12 hidrogenli qlükoza ilə başlamışdıq.
-
İndi isə karbonları oksigenlə
daha güclü
-
bir şəkildə bağlanır.
-
Yəni,elektronları
oksigenlər tərəfindən
-
oğurlanır və ya ələ keçirilir.
-
Beləliklə, bu müddətdə karbon oksidləşdi.
-
Daha ediləcək çox oksidləşmə üçün olacaq.
-
Və bu müddətdə daha sonra ATF
istehsalı üçün istifadə edilə bilən
-
iki yekun ATF və iki NADH yarada bildik.
-
Hər halda, ümid edirəm ki,
bu sizin üçün faydalı oldu.