Biz artıq öyrənmişik ki, hüceyrə tənəffüsü təxminən üç fazaya bölünə bilər. İlk faza qlükozanın parçalanması mənasını verən qlikolizdir, Bu oksigen ilə və ya oksigensiz baş verə bilər. Əgər oksigen yoxdursa, fermentləşmə olacaq, bunun haqqında gələcəkdə danışacağıq. Fermentasiya nəticəsində insanda süd turşusu əmələ gəlir. Orqanizmlərin başqa növləri alkoqol və ya etanol istehsal edə bilər. Lakin oksigenimiz varsa- əksər hissələrin oksigenlə davam etdiyini fərz edirik- Əgər oksigen olarsa, Krebs tsiklinə keçə bilərik. Bəzən limon turşusu istifadə etdiyindən limon turşusu dövrü adlanır. Eyni şey portağal yaxud limon nektarında da var. Ondan sonra isə elektron nəqliyyat zənciri ilə davam edirik. Hüceyrə tənəffüsünə ilk baxış videosunda ATF-nin əsas hissəsinin məhz burada istehsal olunduğunu öyrəndik. Baxmayaraq ki,burada bu mərhələlərdən çıxan məhsullar istifadə olunur. İndi bu videoda isə yalnız qlikolizə yönəlmək istəyirəm. Bu bir növ - bəzən çətin bir tapşırıq olur, çünki həqiqətən əlavə məlumatlara rast gələ bilirsiniz. Mən bir az əlavə şeyləri və əsl mexanizmi göstərəcəyəm. Bu, çox qorxunc görünə bilər. Ancaq bunu sizin üçün sadələşdirmək istəyirəm,beləcə bir çox lazımlı məlumata sahib ola bilərsiniz.Və sonra dəyərləndirə bilərik,sonra bəlkə də qlikolizə ətraflı baxanda bir az daha mənalı gələ bilər. Deməli,qlikoliz və ya elə hüceyrə tənəffüsü qlükoza ilə başlayır. Və qlükozanın formulunu bilirik. Bu C6H12O6. Bütün quruluşunu çəkə bilərdim; bu, bir az vaxt aparardı. Lakin diqqətimi yalnız karbon sütununa yönəldəcəyəm.Deməli,o, halqadır,yaxud halqa ola bilər. Ancaq onu ardıcıl altı karbon şəklində çəkəcəyəm. Bilmək yaxşı olar ki, iki növ vacib qlikoliz mərhələsi var. İlkini hazırlıq mərhələsi adlandırıram. Və hazırlıq mərhələsi, əslində iki ATF istifadə edir. Bilirsiniz ki,hüceyrə tənəffüsün bütün məqsədi ATF əmələ gətirməkdir, amma əvvəlcə iki ATF istifadə etməliyəm. 2 ATF istifadə edirəm və sonra əsas olaraq, qlükoza burada iki ədəd 3 karbonlu birləşməyə parçalanır, bunların həmçinin fosfat qrupu da var. Fosfat qrupları həmin ATF-dən gəlir. Bunlarda fosfat qrupu var və buna tez-tez.. əslində, bunun bir çox adı var.Bəzən buna PQAL deyilir. Bunu bilmək həqiqətən lazım deyil. Yaxud fosfoqliseraldehid.Həqiqətən hecaya ayırmaq bacarığıma meydan oxuyur. Bunu bilmək o qədər də vacib deyil. Bilməlisiniz ki, ilk mərhələdə iki ATF istifadə edirsiz. Buna görə mən buna hazırlıq mərhələsi deyirəm. Bir elmi bənzətmə lazımdırsa, hazırlıq mərhələsi deyilə bilər. Və sonra bu iki FQAL molekulunun hər biri daha sonra oksigensiz mərhələyə keçə bilər. Oksigensiz mərhələdə FQAL-ların hər biri piruvata çevrilir. Digər 3 karbonlu molekuldur, amma fərqli konfiqurasiyadadır. Ancaq piruvata çevriləcəyi proses - və qoyun,piruvatı mavi rəngdə yazım,çünki bu sözü bilmək yaxşıdır. İndi sizə quruluşu da göstərəcəyəm. Piruvat. Bəzən buna piruvik turşusu da deyilir. Eyni şeydir. Və bu, əslində, qlikolizin son məhsuludur.Beləliklə, hazırlıq mərhələsində qlükoza ilə başlayırsınız. Qlükozanı parçalamağa və hər iki ucuna fosfat qoymağa kömək edən fosfoqliseraldehidlə son qoyursunuz. Və sonra hər biri müstəqil olaraq oksigensiz mərhələyə keçir. Beləliklə, başladığınız hər qlükoza molekulu üçün iki piruvat molekuluna sahib olursunuz. İndi deyirsiniz ki, bir oksigensiz mərhələ var idi, oradan nə əldə etdik? Bizim oksigensiz.. Qoyun aşağıya oksigensiz mərhələ yazım. Bu, oksigensiz mərhələmizdir. Ağ fon üçün üzr istəyirəm. Bunu ona görə etdim ki, göstərdiyim mexanizmi, vikipediyadan kopyalayıb yapışdırdım və arxa planları ağ olduğu üçün bu videoda yalnız ağ fondan istifadə etdim. Ancaq məncə, qara fon daha yaxşıdır. Buradakı oksigensiz mərhələdir. Beləliklə, fosfoglikeraldehid piruvata və ya piruvik turşusuna çevriləndə iki şey istehsal edirik. Və ya üç şeyi istehsal etdiyimizi söyləyə bilərik. bu FQAL-lərin hər biri piruvat olarkən iki ATF istehsal edirik. Beləliklə, orada iki ATF istehsal olunur, bura iki ATF yazacağam. Və sonra hər biri bir NADH istehsal edir. Və bunu daha tünd bir rəngdə yazacağam. NADH. Əlbəttə ki, bütün molekulu vakuumda istehsal etmirlər. Əslində etdikləri bir NAD+ xammalı ilə başlamaqdır- buna görə NAD+ ilə başlayırlar və əsasən, hidrogen əlavə edərək reduksiya edirlər. Xatırlayın, bir neçə video əvvəl hidrogen əldə edərək reduksiya olmasını görmüşdünüz. Deməli, NAD NADH-a reduksiya olur. Daha sonra NADH ATF istehsal etmək üçün elektron nəqliyyat zəncirini istifadə edir. Beləliklə, burada ən vacib şey, qlikoliz reaksiyasını yaza bilməyimizdir, qlükoza ilə başlayırıq. Və sizin 1 neçə NAD+ -a ehtiyacınız var. Əslində, hər qlükoza molekulu üçün 2 NAD+ -a ehtiyacınız olacaq. 2 ATF-yə ehtiyacınız olacaq. Mən yalnız başlamaq üçün lazım olan bütün maddələri yazıram. ATF-ə çevirmədən əvvəl bu ADF-lərə ehtiyacınız olacaq. Yəni, üstəgəl 4 ADF yazacağam. Və qlikolizdən sonra... İcazənizlə buradakı yazını düzəldim. Üzr istəyirəm, bu ADF idi. Qoyun, bunu yenidən yazım. 4 ADF. Və 4 fosfat ionuna da ehtiyacınız ola bilər, üstəgəl 4. Mən onları yalnız belə deyirəm, yazılışları isə bu cürdür. Bəlkə belə də yaza bilərəm 4 fosfat qrupu. 1 qlikolizdən sonra 2 piruvat və 2 NADH əmələ gələcək. NAD-lar reduksiya olacaq. O, hidrogen əldə edib. Reduksiya, elektron qazandırır. Lakin, bioloji mənada hidrogen əldə etməsini düşünürük. Hidrogen elektro-mənfi olmadığı üçün elektronu ala bilirsiniz. Onun elektronlarını əldə etdiniz. Beləliklə, iki NADH və daha sonra bu iki ATF hazırlıq mərhələsində istifadə olunur. Buna görə onları bir az ayrıca yazdım. Deməli bu ikisi istifadə olundu. 2 ADF-niz qaldı. Bunlar da ATF-yə çevrilir. Beləliklə, üstəgəl 4 ATF. Zənnimcə, dördünə ehtiyacımız yox idi. Bizim yalnız iki fosfat qrupuna ehtiyacımız vardı. Çünki ikisi buradan gəlir. Sonra orada dörd ədəd olması üçün cəmi iki ədədə ehtiyacımız var. Ancaq böyük mənzərə budur ki, bir qlükoza ilə başlayır, iki piruvatla sonlanır. İki ATF istifadə edirsiniz. Dörd ATF əldə edirsiniz. Yekun olaraq 2 ATF əmələ gəlmiş olur. İcazə verin,bunu çox böyük yazım. Yekun olaraq qlikolizdən 2 ATF əldə etdiniz. Hər biri sonradan 3 ATF istehsal etmək üçün elektron nəqliyyat zəncirində istifadə edilə bilən iki NADH əldə edirsiniz. İki NADH əldə edirsiniz və Krebs tsikli üçün xammal olaraq Asetil-KoA-lara yenidən çevriləcək iki piruvat əldə edirsiniz. Bunlar qlikolizin məhsullarıdır. İndi isə gəlin,böyük rəsmdə, mexanizmdə nəzər salaq. Çünki,görəndə sizə qorxuducu gələ bilər. Ancaq bayaq danışdığım eyni mövzuları görəcəyik. Burada bir qlükoza ilə başlayırıq. Altı karbonlu zəncirdir. Bir dairədə, bir halqadadır. 1, 2, 3, 4, 5, 6 karbon. Bunu çox böyük bir sadələşdirmə etmək üçün belə yaza bilərdim. Bir neçə mərhələdən keçir. Burada bir ATF istifadə edirəm. Buna görə qoyun,bunu başqa rəngdə edim. Bir ATF istifadə etdiyimi narıncı rəngdə göstərim. Orada bir ATF istifadə edirəm. 1 ATF-ni burada istifadə edirəm. Sizə dediyim kimi, onun bir az fərqli adları var. Ancaq bu, buradakı fosfoqlikeraldehiddir. Buna gliseraldehid 3-fosfat da deyirlər. Tamamilə eyni molekuldur. Ancaq gördüyünüz kimi, əvvəllər, onu çox təqribi çəkdiyim zaman orada 1, 2, 3 karbon var. Həm də bir fosfat qrupu da var. Fosfat qrupu əslində oksigenə bağlıdır. Ancaq yalnız sadələşdirmək üçün fosfat qrupunu elə çəkirəm. Bunu da burada göstərdim. Buradakı fosfoqlikeraldehid idi. Əsl quruluşu buradadır.Lakin düşünürəm ki,bəzən quruluşa baxanda böyük mənzərəni gözdən qaçırmaq asan olur. Bunlardan iki ədəd var. Bir növ bunun vasitəsiylə, başqa bir növ izomerinə çevrilib, geri qayıda biləcəyinizi bildirirlər. Lakin vacib olan bu birləşmələrdən ikisinin,indi 3 karbonlu birləşmələr olmasıdır. Qlükoza parçalanmışdır. İndi isə oksigensiz mərhələyə başlamağa hazırıq. Xatırlayın, sizin bu birləşmədən burada 2 ədəd var idi. Buna görə də, bu mexanizmi çəkdikləri zaman orada iki dəfə yazdılar. Çünki qlükoza bu molekulların ikisinə ayrılmışdır. Beləliklə,molekulların hər biri indi bunu burada edəcək. Və gliseraldehid 3-fosfat və ya FQAL və ya fosfoglikeraldehidlərin hər biri üçün deyə bilərik ki- mexanizmə baxa bilərik, burada ADF bir ATF-yə çevriləcək. Belləliklə, üstəgəl 1 ATF. Və sonra piruvata gedən yolda yenə baş verdiyini görürük. Sağda piruvatlaşdırma yolumuzda başqa bir üstəgəl ATF yazılıb. Beləliklə, istehsal olunan FQAL və ya fosfoqlikeraldehidlərin hər biri üçün, oksigensiz mərhələdə iki ATF istehsal edirik. Bunlardan 2 ədəd var idi. Bir qlükoza üçün oksigensiz mərhələdə cəmi dörd ATF istehsal edəcəyik. Beləliklə, oksigensiz mərhələdə dörd ATF. Hazırlıq mərhələsində 1, 2 ATF istifadə etdik. Beləliklə, birbaşa qlikolizdən yaranan ümumi yekun ATF iki ATF-dir. Dörd, ümumi istehsal olunur. Lakin hazırlıq mərhələsində ikisini istifadə etməli olduq. Və sonra NAD və NADH-ları burada görürük. Hər bir fosfoglikeraldehid, ya da qliseraldehid 3-fosfat və ya FQAL və ya necə demək istədiyinizsə, bunlar üçün bu mərhələdə NAD+ -ın NADH-a reduksiya olduğunu görürsünüz. Beləliklə, bu, bu birləşmələrin hər biri üçün bir dəfə baş verir. Əlbəttə, bunlardan iki dənədir. Qlükoza bunlardan ikisinə parçalandı. Beləliklə, iki NADH istehsal ediləcəkdir. Və daha sonra bunların hər biri 3 ATF istehsal etmək üçün elektron nəqliyyat zəncirində istifadə ediləcəkdir. Və nəhayət,hər şeyi deyib bitirdikdən sonra, piruvatlarla qalırıq. O, qəşəng və böyük çəkilib. Bir piruvatın necə göründüyünə baxa bilərik. Və vəd edildiyi kimi,bütün oksigen rabitələrinə və hər şeyə baxa bilərik. Ancaq bu 3 karbonlu bir quruluşdur. 3 karbonlu bir sütununa sahibdir. Beləliklə, son nəticə,qlükozanın karbonlarının yarıya bölünməsidir. O oksidləşdi. Hidrogenlərin bir azı ondan ayrıldı. Gördüyünüz kimi,burada yalnız 3 hidrogen var. Biz 12 hidrogenli qlükoza ilə başlamışdıq. İndi isə karbonları oksigenlə daha güclü bir şəkildə bağlanır. Yəni,elektronları oksigenlər tərəfindən oğurlanır və ya ələ keçirilir. Beləliklə, bu müddətdə karbon oksidləşdi. Daha ediləcək çox oksidləşmə üçün olacaq. Və bu müddətdə daha sonra ATF istehsalı üçün istifadə edilə bilən iki yekun ATF və iki NADH yarada bildik. Hər halda, ümid edirəm ki, bu sizin üçün faydalı oldu.