-
Hal-hazırda, kainatın necə
əmələ gəldiyinə dair
-
üstünlük təşkil edən nəzəriyyə Böyük
Partlayış nəzəriyyəsi olaraq adlandırılır.
-
Kainatın bu sonsuz kiçik nöqtə,
-
bu sonsuz kiçik təklik
olaraq başladığı fikri də
-
məhz buradan gəlir.
-
Sonra böyük bir partlayış oldu və
-
o vəziyyətdən indi bildiyimiz
kainata doğru genişləndi.
-
Və məncə, Böyük Partlayış
-
adlandırılmağına uyğun olaraq,
-
siz bu tip partlayışı hər şeyin sonsuz
şəkildə bir yerə toplandığını
-
və sonra partladığını,
-
xaricə doğru partladığını
-
təsəvvür edirsiniz.
-
Bütün maddə xaricə partladıqca
-
sıxlaşmağa başladı.
-
Və sonra bu kiçik qalaktikalar və
-
qalaktika qrupları yarandı.
-
Onlar da sıxlaşmağa başladılar.
-
Onların daxilində planetlər
və ulduzlar da sıxlaşdı.
-
Beləliklə, hal-hazırda sahib olduğumuz
-
kainatımız yarandı.
-
Ancaq Böyük Partlayışı vizuallaşdırmaq
üçün istifadə edilən bu modelin
-
bir neçə problemi var.
-
Birincisi, Böyük Partlayışdan danışarkən
-
biz maddədən deyil, sadəcə kütlədən
və ya kainatdakı maddənin
-
bir nöqtədə olmasından danışırıq.
-
Söhbət real məkanın
genişlənməsindən gedir.
-
Biz təkcə kosmosdakı fiziki kütlədən,
-
fiziki maddənin genişlənməsi
kimi bir şeydən danışmırıq.
-
Söhbət kosmosun özündən gedir.
-
Bu cür modeldə isə
-
bunların hamısı genişlənir.
-
Amma bu başqa bir şeyə
doğru genişlənmirmi
-
deyə düşünürsünüz.
-
Əgər bu maddənin bəlkə də ən uzaq hissəsi
-
buradadırsa, bəs burdakı şey nədir?
-
Bu, kosmos deyilmi deyə düşünürsünüz.
-
Bəs kosmosun özünün genişləndiyini
necə deyə bilərsiniz?
-
Böyük Partlayışın nəzərdə
tutduğu başqa bir fikir də
-
budur ki, əgər bu ən uzaq şeydirsə,
-
bu, kainatın sərhəddi ola bilərmi?
-
Kainatın sərhəddi varmı?
-
Bu sualın cavabı və izah etməyə
-
çalışacağımız ilk şey budur ki,
-
kainatın sərhəddi yoxdur.
-
İkincisi isə odur ki, hər hansı
bir xarici məkan yoxdur.
-
Biz başqa məkana doğru genişlənmirik.
-
İndi bunu izah edəcəyəm.
-
İndi bunun niyə belə olduğunu görəcəyik.
-
Bunu görməyin ən yaxşı
-
yolu isə analogiyadır yəni bənzətmə.
-
Təsəvvür edək ki, mənim sonlu sahəsi olan,
-
amma kənarları olmayan iki ölçülü fəzam var.
-
Sonsuz deyil,
-
sonlu sahəsi olan və
kanarları olmayan bir fəza.
-
Bu, ilk baxışdan çətin görünür.
-
Çünkü sonlu sahəsi olan, lakin
-
hələ də kənarı olmayan
bir şeyi necə qura bilərəm?
-
Nə vaxt bir sahə çəkməyə çalışsam,
-
mənə elə gəlir ki, onun
kənarları olmalıdır.
-
Əgər bu iki ölçülü fəza əyri olarsa,
-
nə olar deyə düşünə bilərsiniz.
-
Məncə bunun ən sadə
-
nümunəsi kürə səthidir.
-
Gəlin bura bir kürə çəkək.
-
Bu gördüyünüz bir kürədir.
-
Gəlin bu yer kürəsində bir neçə
-
en və uzunluq xətləri çəkək.
-
Bu cür kürədə sizin
-
məhdud sahəniz var.
-
Bunu anlamaq üçün hər hansı bir
-
qabarcığın səthini və ya
-
Yerin səthini təsəvvür edə bilərsiniz.
-
Məhdud bir sahəniz var,
lakin sərhədi yoxdur.
-
Əgər əbədi olaraq bir istiqamətdə
getməyə davam etsəniz,
-
bütün yolu gedəcək və digər tərəfə
-
geri dönəcəksiniz.
-
İndi isə üçölçülü fəza düşünək.
-
.
-
.
-
.
-
Gəlin onu burada çəkək.
-
.
-
.
-
Üçölçülü fəza dediyimiz üçün
-
kosmos əvəzinə mən sonlu həcmdən
və sərhədsiz olmasından danışmaq istəyirəm.
-
Bunu necə edim?
-
Bu barədə səthi düşünəndə görürük ki,
-
əgər sonlu həcmimiz varsa,
-
bəlkə də o, hansısa kubun içində olacaq.
-
Bu hallarda kənarlarımız var.
-
Və ya hətta sonlu bir həcmi kürənin
-
daxili hissəsi kimi düşünə bilərsiniz.
-
Və aydındır ki, oradakı
bütün səthin kənarı var.
-
Sonlu həcmi olan və kənarları olmayan
-
üçölçülü fəzanı necə qurmaq olar?
-
İndi sizə deyim ki, bunu göz önündə
-
canlandırmaq bizim üçün çox çətindir.
-
Ancaq bunu vizuallaşdırmaq
-
üçün mən burada çəkdiyim
-
eynisini çəkəcəyəm.
-
Əgər üçdən çox məkan ölçüsünə köklənmiş
-
dərin bir beyniniz yoxdursa,
-
demək olar ki, edə biləcəyiniz şey
-
bənzətmə yolu ilə bir
kürə təsəvvür etməkdir.
-
Gəlin bunu aydınlaşdıraq.
-
Bu iki ölçülü səthdir.
-
Kürənin səthində yalnız
-
iki perpendikulyar istiqamətdə
hərəkət edə bilərsiniz.
-
Siz belə və ya bu şəkildə
hərəkət edə bilərsiniz.
-
Sola və sağa və ya yuxarı və
aşağı hərəkət edə bilərsiniz.
-
Bu, üç ölçülü sferanın
-
iki ölçülü səthidir.
-
Bənzətmə yolu ilə
-
üçölçülü səthi təsəvvür edək.
-
Bunu riyazi şəkildə edə bilərsiniz.
-
Burada riyaziyyat əslində
o qədər də çətin deyil.
-
Bu, dörd ölçülü sferanın
üçölçülü səthidir.
-
Mən də eyni şəkildə çəkəcəyəm.
-
Əgər biz bunu üç ölçülü
-
səthin iki ölçüsü kimi görsək,
-
bu elə eyni şeydir.
-
Mən bunun kainatın
-
forması olduğunu demirəm.
-
Biz onun əsl formasını bilmirik.
-
Amma biz bilirik ki,
onun bir az əyriliyi var.
-
Onun əsl formasını bilmirik,
lakin kürə ən sadəsidir.
-
Başqalarını da çəkə bilərik.
-
Toroid də kənarı olmayan sonlu
həcmə malik olması baxımından
-
uyğun ola bilər.
-
Bir şeyi daha aydınlaşdıraq ki,
-
onun həqiqətən məhdud bir həcmi
-
olub olmadığını belə bilmirik.
-
Bu hələ sual altındadır.
-
Amma mənim etmək istədiyim şey
-
onun məhdud həcmə malik ola biləcəyini
-
həm də kənarsız ola
biləcəyini göstərməkdir.
-
Çünkü xüsusən Böyük Partlayış nəzəriyyəsi
-
haqqında danışarkən məhdud
həcmli bir şeydən danışırıq.
-
Bu, müəyyən mənada
-
bir ölçüdə sonlu bir həcm deməkdir.
-
O, çox böyük, ağlasığmaz dərəcədə
böyük bir həcm olsa da,
-
sonludur.
-
Gəlin bu kürəni təsəvvür edək.
-
.
-
.
-
.
-
.
-
Amma bu dördölçülü kürənin
səthində olsanız,
-
hər hansı bir istiqamətə getsəniz, dönüb
-
başladığınız yerə qayıdacaqsınız.
-
O yolla getsən, bura qayıdarsan.
-
Kainat çox böyükdür.
-
Hətta işığın özünün də kainatı keçməsi
-
inanılmaz vaxt aparacaq.
-
Və əgər bu sferanın özü genişlənirsə,
-
o qədər sürətlə genişlənir
ki, işıq heç vaxt ətrafına
-
qayıtmaya bilər.
-
Ancaq nəzəri olaraq, əgər bir şey
-
kifayət qədər sürətli olsa və
-
bir şey ətrafında fırlanmağa
davam edərsə,
-
nəticədə bu nöqtəyə qayıda bilər.
-
İndi biz bu, dörd ölçülü kürənin
-
üçölçülü səthindən danışsaq, hansı ki,
-
əgər bu doğrudursa, əgər kainat
-
dörd ölçülü kürənin
-
üçölçülü səthidirsə, bu o deməkdir ki,
-
yuxarı qalxsanız və
qalxmağa davam etsəniz,
-
sonunda aşağıdan geri qayıdacaqsınız.
-
Yuxarı qalxmağa davam etsəniz,
-
sonda olduğunuz yerə qayıdacaqsınız.
-
Bu, inanılmaz dərəcədə uzun bir məsafə
-
ola bilər, amma sonunda
olduğunuz yerə qayıdacaqsınız.
-
Sağ tərəfə getsəniz,
-
yenə əvvəlki yerinizə geri dönəcəksiniz.
-
Və əgər səhifəyə
-
daxil olursunuzsa,
-
elə indi burda çəkdiyim kimi
-
sonda yuxarıdan geri qayıdacaqsınız.
-
Beləliklə, bütün bunların
-
mənası budur ki, nəhayət, sonda
-
olduğunuz yerə qayıdacaqsınız.
-
Genişlənən kainat məsələsinə qayıdaq,
-
hansı ki, başqa bir məkana
doğru genişlənmir.
-
Bütün məkan bu qədərdir,
lakin hələ də genişlənir.
-
Modelimiz budur.
-
Böyük Partlayışdan qısa müddət sonra
-
dörd ölçülü kürəmizin necə
göründüyünü təsəvvür edə bilərsiniz.
-
Bəlkə də bir az daha kiçik
bir dördölçülü kürə idi.
-
Bəlkə də Böyük Partlayış zamanı bu,
-
inanılmaz dərəcədə kiçik bir kürə idi.
-
Bir az sonra daha böyük
bir kürəyə çevrildi.
-
Səhifədən çölə çıxdığını, yəni
-
bir kürə olduğunu göstərmək üçün
-
gəlin onu bir az kölgələndirək.
-
Və sonra kürə bu kimi görünəcəkdir.
-
İndi siz bu şey bu kürənin
xaricində deyilmi,
-
o hansısa məkana doğru genişlənmirmi
-
və ya bu, bir növ kainatın bir hissəsi
-
deyilmi deyə düşünə bilərsiniz.
-
Əgər siz üç ölçülüdən danışırsınızsa,
-
xeyr, elə deyil
-
Bütün kainat bu səthdən ibarətdir.
-
Bu dördölçülü kürənin səthidir.
-
Əgər daha çox ölçülər haqqında danışmağa
-
başlasanız, bəli, bəlkə də
üçölçülü kainatımızdan
-
kənar şeylər haqqında danışa bilərsiniz.
-
Beləliklə, bu məkanda və
zamanda genişləndikcə
-
hər şey getdikcə bir-birindən ayrılır.
-
Hansı ki, dördüncü ölçünü görməyin
-
bir yolu da zamanın özüdür.
-
Gələcək videolarda Böyük Partlayışın
-
nə üçün hazırda əlimizdə olan ən yaxşı
nəzəriyyə olduğuna dair daha çox sübut
-
göstərəcəyəm.
-
Ancaq təsəvvür edə biləcəyiniz kimi,
-
bu kürə üzərində bir-birindən çox uzaqda
-
yerləşən üç nöqtə varsa,
-
bu dörd ölçülü kürə genişləndikcə,
-
bu qabarcıq partladıqca
-
və ya şişdikcə,
-
bu üç nöqtə bir-birindən
-
daha da uzaqlaşacaq.
-
Əslində Böyük Partlayışa inanmağın
ilk və əsas məqamlardan biri
-
hər şeyin mərkəzi bir nöqtədən
genişlənməməsi gerçəyidir.
-
Yəni hər şey hər şeydən genişlənir.
-
Kainatın hər hansı bir nöqtəsindən
-
hər hansı bir istiqamətə hərəkət etsəniz,
-
qalan hər şey genişlənir
-
və uzaqlaşır. Nə qədər uzağa getsən,
-
o, səndən bir o qədər tez uzaqlaşır.
-
Odur ki, bir az düşünməyiniz üçün
-
burada sonlandırıram.
-
Müşahidə oluna bilən
kainatı müşahidə etməyin
-
nə demək olduğunu anlamaq üçün
-
bunların bəzilərini inkişaf etdirəcəyik.