Zibil arabamı gözəlləşdir...
-
0:01 - 0:04Çox qəhərəmanlarımız var dünyada.
-
0:04 - 0:10Onların supergücləri arasında ən pisi isə
görünməzlikdir. -
0:10 - 0:12Katadorlar məsələn,
-
0:12 - 0:14onlar yaşamaq üçün təkrar emal olunan
materialları yığan işçilərdir. -
0:18 - 0:21Katadorlar sosial bərabərsizlik,
işsizlik və -
0:21 - 0:24zibil yığımı sisteminin çatışmazlığından
-
0:24 - 0:29yığılıb qalmış zibil tullantılarının çoxluğundan
meydana gəldilər. -
0:29 - 0:34Katadorlar bütün hamıya fayda verən ağır,
dürüst və lazımlı bir işlə məşğuldurlar. -
0:34 - 0:39Amma onlara buna görə təşəkkür edilmir.
-
0:39 - 0:46Burada, Braziliyada, təkrar emal olunacaq
məhsulların 90 % - ni onlar toplayırlar. -
0:47 - 0:50Katadorların çoxu müstəqil işləyir.
-
0:50 - 0:53Küçələrdən tullantıları yığıb, yenidən emal mərkəzlərinə
-
0:53 - 0:56çox ucuz qiymətə satırlar. Onlar çantalarına,
alış-veriş arabalarına, -
0:56 - 0:59velosipedlərinə və karroçalarına
300 kilodan artıq yük toplaya bilərlər. -
1:05 - 1:07Karroçalar Braziliyanın bir neçə küçəsində rast gəlinən
-
1:07 - 1:10taxtadan və ya metaldan hazırlanan arabalardır və
-
1:10 - 1:13qrafitiyə və yaxud küçə sənətini xatırladırlar.
-
1:13 - 1:18Bu təcrid olunmuş super qəhramanlar ilə tanışmağımın səbəbi də bu oldu.
-
1:18 - 1:20Mən qrafiti rəssamı və aktivistəm.
-
1:20 - 1:26Mənim əsərlərim əsasən sosial, siyasət
və ətraf mühitin qorunması məsələləri haqdadır. -
1:26 - 1:312007-ci ildə şəhər həyatına dəstək məqsədiylə işimin
-
1:31 - 1:34yönünü divarlardan karroçalara çevirdim.
-
1:34 - 1:38Amma bu dəfə katadorları da
dəstəkləyirdim. -
1:38 - 1:43İşlərimə incəsənət və yumoru da
qarışdırmağım daha çox diqqət çəkdi. -
1:43 - 1:46Bu katadorları diqqət mərkəzinə
gətirməyə və onların -
1:46 - 1:48özlərinə güvənlərinin artmasına kömək etdi.
-
1:48 - 1:53Bu gün onlar küçələrdə mətbuatda və
sosial mediada məşhurdurlar. -
1:53 - 1:56Məsələ belədir ki,
-
1:56 - 2:00bu dünya ilə tanışandan bəri həmişə bu
sahədə işləmişəm. -
2:00 - 2:03Bir çox şəhərdə 200-dən çox karroça
boyamışam. -
2:03 - 2:07və dünyada bir çox sərgilərə və gəzintilərə
dəvət edildim. -
2:07 - 2:12Fərqinə vardım ki, görünməzlikləri ilə katadorlar
-
2:12 - 2:14sadəcə Brazilyaya məxsus deyillər.
-
2:14 - 2:19Onlara Argentinada, Çilidə, Cənubi Afrikada,
-
2:19 - 2:23Türkiyədə, hətta Yaponiya və ABŞ kimi
-
2:23 - 2:28inkişaf etmiş ölkələrdə də rast gəldim.
-
2:28 - 2:33Bundan sonraya bu məsələyə daha çox
insanın cəlb olunmalı olduğunu anladım, -
2:33 - 2:35çünki bu böyük iş idi.
-
2:35 - 2:40Bundan sonra "Karroçamı Gözəlləşdir" (Pimp My Carroça) başlığı
altında bir hərəkat yaratdım. -
2:40 - 2:44(Gülüş) - xalq tərəfindən maliyyələşdirilə bilən bir hərəkatdir.
-
2:44 - 2:45Təşəkkür edirəm.
-
2:45 - 2:48(Alqışlar)
-
2:49 - 2:53Yəni, "Karroçamı Gözəlləşdir" katadorlara
və karroçalarına kömək məqsədi ilə -
2:53 - 2:56yaradılan xalq dəstəkli böyük bir hərəkat idi.
-
2:56 - 3:00Katadorlar həkimlər, stomatoloqlar, pediatrlar, saç stilistləri,
-
3:00 - 3:06masaj terapistləri və bu kimi tanınmış professionallar
-
3:06 - 3:08və sağlamlıq xidmətçiləri tərəfindən dəstəklənirdilər.
-
3:08 - 3:13Həmçinin, karroçalar könüllülərimiz
-
3:13 - 3:15tərəfindən təmir olunarkən,
onlara təhlükəsizlik köynəkləri, əlcəklər -
3:15 - 3:20yağışkeçirməyən plaş və şəhəri
yaxşı görmək üçün eynəklər verilirdi. -
3:20 - 3:22Təhlükəsizlik üçün başqa vasitlələr
də alırdılar: -
3:22 - 3:25əksetdirici lentlər, siqnallar və güzgülər.
-
3:25 - 3:27Son olaraq küçə rəssamları
tərəfindən boyanaraq -
3:27 - 3:31bu möhtəşəm və böyük səyyar sərginin parçası olurdular.
-
3:32 - 3:38"Karroçamı Gözəlləşdir" Sao Paulo, Rio de
Janeiro və Kuribita küçələrinə çıxdı. -
3:38 - 3:43Amma Braziliyadan xaricdə olan
şəhərlərin də tələbini qarşılamaq üçün -
3:43 - 3:48TEDx dən ilhamlanaraq, "Karroçamı
Gözəlləşdir" in asanlaşdırılmış, -
3:48 - 3:54xalq tərəfindən maliyyələşdirilən, azad
hazırlanan versiyası olan Pimpx i yaratdıq. -
3:54 - 3:57Beləliklə, hamı qoşula biləcəkdi.
-
3:57 - 4:052 il ərzində 170 katador, 800 könüllü
və 200 küçə rəssamı, -
4:05 - 4:07və 1000-dən artıq donor
-
4:07 - 4:10"Karroçamı Gözəlləşdir" hərəkatına qoşuldu.
-
4:10 - 4:15Onların köməkliyi ilə hətta yerli
məktəblərdə yenidən emal öyrədilirdi. -
4:16 - 4:20Artıq katadorlar görünməzliyi geridə qoyub
-
4:20 - 4:24getdikcə hörmət edilən və dəyər verilən
insanlar olurdular. -
4:24 - 4:28Gözəlləşdirilmiş karroçalarına görə qərəzli
fikirlərə qarşı gələ bilir, -
4:28 - 4:32gəlirlərini və cəmiyyətlə əlaqələrini
artıra bilirdilər. -
4:32 - 4:37İndi isə sizə şəhərinizdəki katadorlar
və digər görünməz -
4:37 - 4:41super qəhrəmanları tapmağa və
onları tanımağa çağırıram. -
4:41 - 4:46Dünyanı sərhədlər və hüdudlar olmadan
bir bütün olaraq görməyə çalışın. -
4:46 - 4:48İstər inanın istər yox,
-
4:48 - 4:54dünyada 20 milyondan çox katador var.
-
4:54 - 4:56Ona görə gələn dəfə birini gördüyünüzdə
-
4:56 - 5:01onları cəmiyyətimizin həyati bir
hissəsi kimi tanıyın. -
5:01 - 5:04Muito orbigado, təşəkkür edirəm.
-
5:04 - 5:09(Alqışlar)
- Title:
- Zibil arabamı gözəlləşdir...
- Speaker:
- Mundano
- Description:
-
Brazilyada "katadorlar" tullantıları və yenidən emal oluna biləcək materialları toplayırlar. Halbuki, onlar hamı üçün faydalı olan həyati bir işi görsələr də, küçələrdə avara-avara gəzdiklərinə görə demək olar ki, görünməzdirlər. Bir TED ortağı olan Mundanoya da qulaq asın. Bu təsiredici söhbətdə o, bu qəhraman işçilərin arabalarını yumor ilə birləşdirərək bir gözəlliyə çevirən "Karroçamı Gözəlləşdir" (Pimp My Carroça) başlıqlı layihəsini təsvir edir. Bu qloballaşan bir hərəkatdır.
- Video Language:
- English
- Team:
- closed TED
- Project:
- TEDTalks
- Duration:
- 05:22
Gulchin Taghiyeva approved Azerbaijani subtitles for Trash cart superheroes | ||
Gulchin Taghiyeva accepted Azerbaijani subtitles for Trash cart superheroes | ||
Gulchin Taghiyeva edited Azerbaijani subtitles for Trash cart superheroes | ||
Gulchin Taghiyeva edited Azerbaijani subtitles for Trash cart superheroes | ||
Gulchin Taghiyeva edited Azerbaijani subtitles for Trash cart superheroes | ||
Gulchin Taghiyeva edited Azerbaijani subtitles for Trash cart superheroes | ||
Gulchin Taghiyeva edited Azerbaijani subtitles for Trash cart superheroes | ||
Gulchin Taghiyeva edited Azerbaijani subtitles for Trash cart superheroes |