Çox qəhərəmanlarımız var dünyada.
Onların supergücləri arasında ən pisi isə
görünməzlikdir.
Katadorlar məsələn,
onlar yaşamaq üçün təkrar emal olunan
materialları yığan işçilərdir.
Katadorlar sosial bərabərsizlik,
işsizlik və
zibil yığımı sisteminin çatışmazlığından
yığılıb qalmış zibil tullantılarının çoxluğundan
meydana gəldilər.
Katadorlar bütün hamıya fayda verən ağır,
dürüst və lazımlı bir işlə məşğuldurlar.
Amma onlara buna görə təşəkkür edilmir.
Burada, Braziliyada, təkrar emal olunacaq
məhsulların 90 % - ni onlar toplayırlar.
Katadorların çoxu müstəqil işləyir.
Küçələrdən tullantıları yığıb, yenidən emal mərkəzlərinə
çox ucuz qiymətə satırlar. Onlar çantalarına,
alış-veriş arabalarına,
velosipedlərinə və karroçalarına
300 kilodan artıq yük toplaya bilərlər.
Karroçalar Braziliyanın bir neçə küçəsində rast gəlinən
taxtadan və ya metaldan hazırlanan arabalardır və
qrafitiyə və yaxud küçə sənətini xatırladırlar.
Bu təcrid olunmuş super qəhramanlar ilə tanışmağımın səbəbi də bu oldu.
Mən qrafiti rəssamı və aktivistəm.
Mənim əsərlərim əsasən sosial, siyasət
və ətraf mühitin qorunması məsələləri haqdadır.
2007-ci ildə şəhər həyatına dəstək məqsədiylə işimin
yönünü divarlardan karroçalara çevirdim.
Amma bu dəfə katadorları da
dəstəkləyirdim.
İşlərimə incəsənət və yumoru da
qarışdırmağım daha çox diqqət çəkdi.
Bu katadorları diqqət mərkəzinə
gətirməyə və onların
özlərinə güvənlərinin artmasına kömək etdi.
Bu gün onlar küçələrdə mətbuatda və
sosial mediada məşhurdurlar.
Məsələ belədir ki,
bu dünya ilə tanışandan bəri həmişə bu
sahədə işləmişəm.
Bir çox şəhərdə 200-dən çox karroça
boyamışam.
və dünyada bir çox sərgilərə və gəzintilərə
dəvət edildim.
Fərqinə vardım ki, görünməzlikləri ilə katadorlar
sadəcə Brazilyaya məxsus deyillər.
Onlara Argentinada, Çilidə, Cənubi Afrikada,
Türkiyədə, hətta Yaponiya və ABŞ kimi
inkişaf etmiş ölkələrdə də rast gəldim.
Bundan sonraya bu məsələyə daha çox
insanın cəlb olunmalı olduğunu anladım,
çünki bu böyük iş idi.
Bundan sonra "Karroçamı Gözəlləşdir" (Pimp My Carroça) başlığı
altında bir hərəkat yaratdım.
(Gülüş) - xalq tərəfindən maliyyələşdirilə bilən bir hərəkatdir.
Təşəkkür edirəm.
(Alqışlar)
Yəni, "Karroçamı Gözəlləşdir" katadorlara
və karroçalarına kömək məqsədi ilə
yaradılan xalq dəstəkli böyük bir hərəkat idi.
Katadorlar həkimlər, stomatoloqlar, pediatrlar, saç stilistləri,
masaj terapistləri və bu kimi tanınmış professionallar
və sağlamlıq xidmətçiləri tərəfindən dəstəklənirdilər.
Həmçinin, karroçalar könüllülərimiz
tərəfindən təmir olunarkən,
onlara təhlükəsizlik köynəkləri, əlcəklər
yağışkeçirməyən plaş və şəhəri
yaxşı görmək üçün eynəklər verilirdi.
Təhlükəsizlik üçün başqa vasitlələr
də alırdılar:
əksetdirici lentlər, siqnallar və güzgülər.
Son olaraq küçə rəssamları
tərəfindən boyanaraq
bu möhtəşəm və böyük səyyar sərginin parçası olurdular.
"Karroçamı Gözəlləşdir" Sao Paulo, Rio de
Janeiro və Kuribita küçələrinə çıxdı.
Amma Braziliyadan xaricdə olan
şəhərlərin də tələbini qarşılamaq üçün
TEDx dən ilhamlanaraq, "Karroçamı
Gözəlləşdir" in asanlaşdırılmış,
xalq tərəfindən maliyyələşdirilən, azad
hazırlanan versiyası olan Pimpx i yaratdıq.
Beləliklə, hamı qoşula biləcəkdi.
2 il ərzində 170 katador, 800 könüllü
və 200 küçə rəssamı,
və 1000-dən artıq donor
"Karroçamı Gözəlləşdir" hərəkatına qoşuldu.
Onların köməkliyi ilə hətta yerli
məktəblərdə yenidən emal öyrədilirdi.
Artıq katadorlar görünməzliyi geridə qoyub
getdikcə hörmət edilən və dəyər verilən
insanlar olurdular.
Gözəlləşdirilmiş karroçalarına görə qərəzli
fikirlərə qarşı gələ bilir,
gəlirlərini və cəmiyyətlə əlaqələrini
artıra bilirdilər.
İndi isə sizə şəhərinizdəki katadorlar
və digər görünməz
super qəhrəmanları tapmağa və
onları tanımağa çağırıram.
Dünyanı sərhədlər və hüdudlar olmadan
bir bütün olaraq görməyə çalışın.
İstər inanın istər yox,
dünyada 20 milyondan çox katador var.
Ona görə gələn dəfə birini gördüyünüzdə
onları cəmiyyətimizin həyati bir
hissəsi kimi tanıyın.
Muito orbigado, təşəkkür edirəm.
(Alqışlar)