Çox qəhərəmanlarımız var dünyada. Onların supergücləri arasında ən pisi isə görünməzlikdir. Katadorlar məsələn, onlar yaşamaq üçün təkrar emal olunan materialları yığan işçilərdir. Katadorlar sosial bərabərsizlik, işsizlik və zibil yığımı sisteminin çatışmazlığından yığılıb qalmış zibil tullantılarının çoxluğundan meydana gəldilər. Katadorlar bütün hamıya fayda verən ağır, dürüst və lazımlı bir işlə məşğuldurlar. Amma onlara buna görə təşəkkür edilmir. Burada, Braziliyada, təkrar emal olunacaq məhsulların 90 % - ni onlar toplayırlar. Katadorların çoxu müstəqil işləyir. Küçələrdən tullantıları yığıb, yenidən emal mərkəzlərinə çox ucuz qiymətə satırlar. Onlar çantalarına, alış-veriş arabalarına, velosipedlərinə və karroçalarına 300 kilodan artıq yük toplaya bilərlər. Karroçalar Braziliyanın bir neçə küçəsində rast gəlinən taxtadan və ya metaldan hazırlanan arabalardır və qrafitiyə və yaxud küçə sənətini xatırladırlar. Bu təcrid olunmuş super qəhramanlar ilə tanışmağımın səbəbi də bu oldu. Mən qrafiti rəssamı və aktivistəm. Mənim əsərlərim əsasən sosial, siyasət və ətraf mühitin qorunması məsələləri haqdadır. 2007-ci ildə şəhər həyatına dəstək məqsədiylə işimin yönünü divarlardan karroçalara çevirdim. Amma bu dəfə katadorları da dəstəkləyirdim. İşlərimə incəsənət və yumoru da qarışdırmağım daha çox diqqət çəkdi. Bu katadorları diqqət mərkəzinə gətirməyə və onların özlərinə güvənlərinin artmasına kömək etdi. Bu gün onlar küçələrdə mətbuatda və sosial mediada məşhurdurlar. Məsələ belədir ki, bu dünya ilə tanışandan bəri həmişə bu sahədə işləmişəm. Bir çox şəhərdə 200-dən çox karroça boyamışam. və dünyada bir çox sərgilərə və gəzintilərə dəvət edildim. Fərqinə vardım ki, görünməzlikləri ilə katadorlar sadəcə Brazilyaya məxsus deyillər. Onlara Argentinada, Çilidə, Cənubi Afrikada, Türkiyədə, hətta Yaponiya və ABŞ kimi inkişaf etmiş ölkələrdə də rast gəldim. Bundan sonraya bu məsələyə daha çox insanın cəlb olunmalı olduğunu anladım, çünki bu böyük iş idi. Bundan sonra "Karroçamı Gözəlləşdir" (Pimp My Carroça) başlığı altında bir hərəkat yaratdım. (Gülüş) - xalq tərəfindən maliyyələşdirilə bilən bir hərəkatdir. Təşəkkür edirəm. (Alqışlar) Yəni, "Karroçamı Gözəlləşdir" katadorlara və karroçalarına kömək məqsədi ilə yaradılan xalq dəstəkli böyük bir hərəkat idi. Katadorlar həkimlər, stomatoloqlar, pediatrlar, saç stilistləri, masaj terapistləri və bu kimi tanınmış professionallar və sağlamlıq xidmətçiləri tərəfindən dəstəklənirdilər. Həmçinin, karroçalar könüllülərimiz tərəfindən təmir olunarkən, onlara təhlükəsizlik köynəkləri, əlcəklər yağışkeçirməyən plaş və şəhəri yaxşı görmək üçün eynəklər verilirdi. Təhlükəsizlik üçün başqa vasitlələr də alırdılar: əksetdirici lentlər, siqnallar və güzgülər. Son olaraq küçə rəssamları tərəfindən boyanaraq bu möhtəşəm və böyük səyyar sərginin parçası olurdular. "Karroçamı Gözəlləşdir" Sao Paulo, Rio de Janeiro və Kuribita küçələrinə çıxdı. Amma Braziliyadan xaricdə olan şəhərlərin də tələbini qarşılamaq üçün TEDx dən ilhamlanaraq, "Karroçamı Gözəlləşdir" in asanlaşdırılmış, xalq tərəfindən maliyyələşdirilən, azad hazırlanan versiyası olan Pimpx i yaratdıq. Beləliklə, hamı qoşula biləcəkdi. 2 il ərzində 170 katador, 800 könüllü və 200 küçə rəssamı, və 1000-dən artıq donor "Karroçamı Gözəlləşdir" hərəkatına qoşuldu. Onların köməkliyi ilə hətta yerli məktəblərdə yenidən emal öyrədilirdi. Artıq katadorlar görünməzliyi geridə qoyub getdikcə hörmət edilən və dəyər verilən insanlar olurdular. Gözəlləşdirilmiş karroçalarına görə qərəzli fikirlərə qarşı gələ bilir, gəlirlərini və cəmiyyətlə əlaqələrini artıra bilirdilər. İndi isə sizə şəhərinizdəki katadorlar və digər görünməz super qəhrəmanları tapmağa və onları tanımağa çağırıram. Dünyanı sərhədlər və hüdudlar olmadan bir bütün olaraq görməyə çalışın. İstər inanın istər yox, dünyada 20 milyondan çox katador var. Ona görə gələn dəfə birini gördüyünüzdə onları cəmiyyətimizin həyati bir hissəsi kimi tanıyın. Muito orbigado, təşəkkür edirəm. (Alqışlar)