Hüceyrə nəzəriyyəsi| Hüceyrənin quruluşu | Biologiya | Khan Academy
-
0:00 - 0:04Müasir insanlar hüceyrələrin mövcudluğunu
və bütün canlıların hüceyrələrdən -
0:04 - 0:05təşkil olunması ideyasını qəbul
etməyə meyllidirlər, biz, yəni -
0:07 - 0:11insanlar, canlı orqanizmlər çoxlu
hüceyrələrdən təşkil olunmuşuq -
0:11 - 0:12və insan bədənində təqribən
37 trilyon hüceyrə var! -
0:19 - 0:23Lakin əgər biz 400 il əvvələ
1600-cü illərə qayıtsaydıq, -
0:23 - 0:25bu bizə o qədərdə aydın olmazdı.
-
0:25 - 0:27Bunun səbəbi odur ki, insanlar
birbaşa müşahidə aparmaq -
0:27 - 0:31üçün lazım olan ləvazimatlara
sahib deyildilər. Onlar, hətta bu hüceyrələrin -
0:31 - 0:34mövcud olduğunu belə bilmirdilər. Onlar
birhüceyrəli orqanizmlərin mövcudluğundan xəbərsiz idilər. -
0:35 - 0:37Lakin bunların hamısı Robert
Hukla dəyişməyə başladı. -
0:39 - 0:44Robert Hukun primitiv mikroskopu
təkmilləşdirmək şansı var idi -
0:44 - 0:45və şəkildə gördüyünüz
onun düzəltdiyi mikroskopdur. -
0:45 - 0:47Diqqətlə baxsanız onun hal-hazırda
istifadə olunan -
0:47 - 0:49mikroskoplara oxşadığını və nə
qədər sadə olduğunu görə bilərsiniz. -
0:49 - 0:52Bu alətin böyüdücü linzaları
var idi, eyni zamanda -
0:52 - 0:56işıq olaraq alovdan istifadə etmişdi və işıq kanaldan
-
0:56 - 0:59keçərək müşahidə edilən
obyektin üzərində əks olunurdu. -
0:59 - 1:041665-ci ildə o, "Mikroqrafiyanı" nəşr edir.
-
1:04 - 1:07Mən yəqin ki, onu düz tələffüz etmirəm.
-
1:07 - 1:12Beləliklə, bu 1665-ci ildir,
Robert Huk bunu nəşr edir və -
1:12 - 1:15kitabda, öz mikroskopu vasitəsilə
etdiyi müşahidələrinin -
1:15 - 1:19təsvirini verir və şəkillərini çəkir.
-
1:19 - 1:21Onun çoxlu heyrətamiz təsvirləri
var idi, əslində o, bit və -
1:21 - 1:24birə kimi müşahidələrini təsvir edə
-
1:24 - 1:27biləcək qədər yaxşı rəssam idi.
-
1:27 - 1:31Lakin onun müşahidə edə biləcəyi
canlılar təkcə bit və birə deyildi. -
1:31 - 1:37O həm də mantarlara baxmışdı, ya da
sadəcə mantara baxmış və müşahidə apararkən "Hey bax, -
1:37 - 1:49burada kiçik kvadratlar var və onlar
sanki bu mantarın bir növ əsas vahidləridir." -
1:49 - 1:56O deyir ki, "Bu mənə içində kahinlərin yaşadığı
və vaxtlarını keçirdiyi hüceyrə adlanan kiçik otaqları xatırladır". -
1:56 - 1:58Ona görə də o, bunları
hüceyrə adlandırır. -
1:58 - 2:00Və bu da terminin haradan
gəldiyini izah edir. -
2:00 - 2:02O, bunları "Mikroqrafiya" kitabında
hüceyrə adlandırır. -
2:03 - 2:04Bu hüceyrədir.
-
2:04 - 2:07O, çox yaxşı rəssam idi və
heyrətamiz rəsmlər çəkirdi. -
2:07 - 2:10"Mikroqrafiya" kitabında çoxlu təsvirlər
-
2:10 - 2:14versə də, təəssüf ki, Robert Hukun
günümüzə gəlib çıxmış şəkilləri yoxdur. -
2:14 - 2:17Bu inanılmaz hekayədir. Bir çox
fərziyyələrə görə Robert Hukun -
2:17 - 2:23yeganə orijinal portreti İsaak Nyuton
tərəfindən yandırılmışdır. -
2:23 - 2:26Bu gələcəkdə danışa bildiyimiz,
mübahisəli başqa bir hekayədir. -
2:26 - 2:32Lakin Robert Hukun gördüyü - o buna "hüceyrə"
demişdi - -
2:32 - 2:37onun baxdığı ölü toxuma idi, yəni o hüceyrə
qalıqlarını müşahidə edirdi. Onun gördüyü əslində -
2:37 - 2:42hüceyrə qılafının qalıqları idi. O, birbaşa "canlı hüceyrəni" müşahidə etməyə qadir deyildi. O, "Hey, bu
-
2:42 - 2:46bütün həyatın vahidləri ola bilər və hüceyrələr də özlüyündə çoxala bilər" deyə biləcək qədər məlumata sahib deyildi.
-
2:46 - 2:53"Və bütün hüceyrələr digər hüceyrələrdən yaranır."
Lakin biz tarixdə irəliləmədikcə bu inkişaf -
2:53 - 2:57etməyə başlamayacaqdı. Bir neçə il sonraya
gedək və Antoni Van Levenhuka çataq. -
2:57 - 2:59Bilirəm, yəqin ki, bunu da
düzgün tələffüz etmədim. -
3:00 - 3:04O, hollandiyalı idi və linza düzəldirdi.
Hukun işlərindən ilhamlanaraq deyir ki, -
3:04 - 3:10"Mən linza düzəldə bilirəm, bəlkə bununla
daha yaxşı mikroskop düzəldə və daha yaxşı müşahidələr apara bilərəm." -
3:10 - 3:13O, bunu edə bilərdi, eyni zamanda bunu edərək canlı hüceyrələri və canlı birhüceyrəli
-
3:13 - 3:17orqanizmləri birbaşa müşahidə edə bilərdi.
-
3:17 - 3:20Belə ki, o, birbaşa spermi müşahidə etmişdi.
-
3:20 - 3:23O demişdi ki, "Bu şey sanki canlıdır!"
-
3:23 - 3:31O, protozoaları birbaşa müşahidə edə bilmişdi - bunlar birhüceyrəli, eukariotlardır
-
3:31 - 3:35onların hüceyrə divarı var və bu şeylər
birhüceyrəli heyvanlara oxşayırlar. -
3:35 - 3:38O, onlara "animakul" adını vermişdi.
-
3:41 - 3:47Deyirdi "Bax, sanki burda kiçik
heyvanlar gəzirlər." -
3:47 - 3:51Deyir, ola bilsin ki, bu həyatın bir növ
sadə formasıdır, ya da ən azından -
3:51 - 3:54deyir ki, bu qədər kiçik ölçülərdə
belə, həyata rast gəlmək olar. -
3:55 - 4:03Lakin hüceyrə nəzəriyyəsinin tam, müasir forması gələcəyə doğru 100-150-il getmədikcə hələ üzə çıxmayacaq.
-
4:03 - 4:051800-ci illərin əvvəlinə çatdıq.
-
4:06 - 4:14Deməli, biz sürətlə 1830-cu illərə getsək, ekranda Mattias Şleyden və Teodor Şvan adlı iki centlmenin şəklini görərik.
-
4:14 - 4:16Bunlar "müasir hüceyrə nəzəriyyəsi"
adlandırdığımız nəzəriyyənin -
4:16 - 4:19təməlini qoymağa başlayan insanlardırlar.
-
4:19 - 4:22Belə ki, müasir hüceyrə nəzəriyyəsi.
-
4:22 - 4:27Müşahidələrindən istifadə edərək
belə bir nəticəyə gəlirlər ki, -
4:27 - 4:30"Bəlkə də, bütün həyat, bütün
canlı orqanizmlər bir və ya -
4:30 - 4:42bir neçə hüceyrədən təşkil olunublar."
-
4:42 - 4:46Hal-hazırda buna əminik,
lakin keçmişdə bu aydın deyildi. -
4:46 - 4:52Bir və bir neçə hüceyrənin həyatın bir növ
vahidi olmağı heç kimə aydın deyildi. -
4:52 - 4:54Əgər həyat bir və ya bir neçə
hüceyrədən təşkil olunubsa, -
4:54 - 4:59o zaman biz hüceyrəyə həyatın
əsas vahidi kimi baxa bilərik. -
4:59 - 5:07Hüceyrə həyatın əsas vahididir.
-
5:07 - 5:10Həyatın ən kiçik vahidlərinin hüceyrələr, yəni
-
5:10 - 5:15canlı hüceyrələr olduğunu demək çox güclü bir bəyanatdır.
-
5:15 - 5:21Bu tamamlanmış hüceyrə nəzəriyyəsi deyildi və bu iki centlmenin hər ikisi hüceyrənin digər hüceyrələrdən yarandığını bilirdi.
-
5:21 - 5:25Onlar hüceyrələrin çoxaldığını
müşahidə etmişdilər, lakin bu hələ -
5:25 - 5:31də açıq sual olaraq qalırdı ki, "Bəlkə bəzi hüceyrələr başqa hüceyrələrdən yaranırlar? Digərləri isə spontan olaraq yaranırlar....
-
5:31 - 5:37....əgər doğru elementlər və mühit varsa, onlar necəsə yaradıla bilər. Ya da özləri heç bir şeydən yaranırlar."
-
5:37 - 5:47Müasir hüceyrə nəzəriyyəsinin üçüncü prinsipi yaranana qədər, yəni 1800-ci illərin ortalarında müasir hüceyrə nəzəriyyəsinin üçüncü prinsipinin yaranmasına qədər bu heç kimə aydın deyildi.
-
5:47 - 5:51Bu bütün hüceyrələrin digər
hüceyrələrdən yaranması fikri idi. -
5:51 - 5:56Bütün hüceyrələr digər hüceyrələrdən
-
5:56 - 6:00Bu fikrin həqiqi atası, bu fikri yaradan centlmen
-
6:00 - 6:03budur, Robert Remak.
-
6:03 - 6:09Bəzən bu prinsip buradakı
Rudolf Virxovun adı altında hallanır, -
6:09 - 6:18lakin müəyyən olundu ki, o, Remakın
tədqiqatını özününküləşdirib, belə ki, -
6:18 - 6:20bütün hüceyrələrin digər hüceyrələrdən
yaranması prinsipi üçün qrant ona layiq olan Remaka verilməli idi. -
6:20 - 6:24Bir daha qeyd edək ki, o, " Ola bilsin ki, hüceyrələr digər hüceyrələrdən əmələ gəlir" deyən ilk insan
-
6:24 - 6:32deyildi. Lakin o deyirdi ki, "Bu fundamental bir şeydir, onlar necəsə, yəni spontan olaraq meydana gəlmirlər, bütün hüceyrələr təxminən bu şəkildə yaranırlar".
-
6:32 - 6:35İndi nə vaxtsa, hətta indiki dünyada belə, insanlar son olaraq
-
6:35 - 6:37hüceyrələrin digər hüceyrələrdən yarandığını düşünürlər, lakin burada təbii
-
6:37 - 6:43bir sual meydana çıxır "Bəs burada birinci hüceyrə və ya ilkin hüceyrə dəsti olmalıdırmı? ".
-
6:43 - 6:47İnsanlar buna yüz faiz əmin deyillər, lakin biz yer
-
6:47 - 6:53üzündəki həyatın təkamülünə baxsaq, ilk hüceyrənin
3.5 milyard il əvvəl meydana çıxdığını görə bilərik. -
6:53 - 6:57Biz onların necə meydana çıxdığına yüz
faiz əmin deyilik, lakin burada bəzi nəzəriyyələr var. -
6:58 - 7:01Məsələn, bizim fosfolipidlərə aid
videomuz var, müəyyən olunmuşdur -
7:01 - 7:09ki, fosfolipidlər təbii olaraq ikiqat təbəqəni
formalaşdırırlar. Onlar əslində -
7:10 - 7:16ikiqat fosfolipid təbəqəsinə malik dəyirmi
membranı formalaşdırırlar. -
7:16 - 7:19Bu bizi bir növ başlanğıca aparır,
deməli, onlar spontan olaraq formalaşa bilirlər. -
7:19 - 7:25Bəzi nəzəriyyələrə əsaslanaraq hüceyrələrin
əcdadlarının mexanizmlərinə baxaq. -
7:25 - 7:293.5 milyard il əvvələ getsək burada
öz-özünü törədən RNT molekulu və ya necəsə -
7:29 - 7:35özünü törədə bilən zülallarla rastlaşa bilərik.
Onlar -
7:35 - 7:40uzun müddət ərzində öz aralarında çoxalaraq, daha təkmil
mexanizmə sahib olublar. -
7:40 - 7:45Ola bilər ki, həmin zülallar
indiki müasir hüceyrələrlə -
7:45 - 7:50daha oxşar olublar, çoxalmaq və
ətraf mühitdən kifayət qədər enerji -
7:50 - 7:54və qida almaq qabiliyyətinə malik olublar.
-
7:54 - 8:01Nəhayət, müasir hüceyrənin formalaşması bu şəkildədir. Lakin bu heyrətamiz sual hələ də, araşdırma mövzusudur.
- Title:
- Hüceyrə nəzəriyyəsi| Hüceyrənin quruluşu | Biologiya | Khan Academy
- Description:
-
Introduction to cell theory--the idea that 1) all living things are made of one or more cells, 2) cells are the basic unit of life and 3) all cells come from other cells. Explore the roles that Hooke, Leeuwenhoek and others played in developing cell theory.
Watch the next lesson: https://www.khanacademy.org/science/biology/structure-of-a-cell/prokaryotic-and-eukaryotic-cells/v/cell-size?utm_source=YT&utm_medium=Desc&utm_campaign=biology
Missed the previous lesson? https://www.khanacademy.org/science/biology/structure-of-a-cell/introduction-to-cells/v/scale-of-cells?utm_source=YT&utm_medium=Desc&utm_campaign=biology
Biology on Khan Academy: Life is beautiful! From atoms to cells, from genes to proteins, from populations to ecosystems, biology is the study of the fascinating and intricate systems that make life possible. Dive in to learn more about the many branches of biology and why they are exciting and important. Covers topics seen in a high school or first-year college biology course.
About Khan Academy: Khan Academy offers practice exercises, instructional videos, and a personalized learning dashboard that empower learners to study at their own pace in and outside of the classroom. We tackle math, science, computer programming, history, art history, economics, and more. Our math missions guide learners from kindergarten to calculus using state-of-the-art, adaptive technology that identifies strengths and learning gaps. We've also partnered with institutions like NASA, The Museum of Modern Art, The California Academy of Sciences, and MIT to offer specialized content.
For free. For everyone. Forever. #YouCanLearnAnything
Subscribe to Khan Academy's Biology channel: https://www.youtube.com/channel/UC82qE46vcTn7lP4tK_RHhdg?sub_confirmation=1
Subscribe to Khan Academy: https://www.youtube.com/subscription_center?add_user=khanacademy - Video Language:
- English
- Team:
- Khan Academy
- Duration:
- 08:03
jam.isa edited Azerbaijani subtitles for Cell theory | Structure of a cell | Biology | Khan Academy | ||
Goshgar_M edited Azerbaijani subtitles for Cell theory | Structure of a cell | Biology | Khan Academy | ||
jam.isa edited Azerbaijani subtitles for Cell theory | Structure of a cell | Biology | Khan Academy | ||
jam.isa edited Azerbaijani subtitles for Cell theory | Structure of a cell | Biology | Khan Academy | ||
jam.isa edited Azerbaijani subtitles for Cell theory | Structure of a cell | Biology | Khan Academy | ||
jam.isa edited Azerbaijani subtitles for Cell theory | Structure of a cell | Biology | Khan Academy | ||
jam.isa edited Azerbaijani subtitles for Cell theory | Structure of a cell | Biology | Khan Academy | ||
jam.isa edited Azerbaijani subtitles for Cell theory | Structure of a cell | Biology | Khan Academy |