-
Düşünürəm ki, əzələlərin molekulyar
səviyyədə necə sıxıldığına
-
dair bir anlayışımız var.
-
Gəlin bir addım geri gedək və əzələlərin
-
ən azından struktur olaraq
necə göründüyünü və əzələlərin
-
əlaqələndirdiklərimizə necə
istinad etdiyini başa düşək.
-
Buraya bazu əzələsi çəkim.
-
Bu onların dirsəyidir və deyək ki,
-
bu da əlidir.
-
Bu, onların bazu əzələsidir
və o gərilib.
-
Düşünürəm,hamımız əzələlərin
ən azından makro səviyyədə
-
necə görsəndiyinin diqaramını gördük və
-
o hər iki tərəfdən sümüyə bağlanır.
-
Bir saniyə, sümükləri çəkim.
-
Onlar hər iki ucdakı sümüklərə
-
vətərlərlə bağlanır.
-
Burada sümük var.
-
Burada da onun bağlandığı başqa sümük var.
-
Və bunlar da vətərlərdir, hansı ki sümükləri
-
əzələlərə bağlayır.
-
Bizim ümumi bir anlayışımız var- bu iki sümüyə bağlanır,
-
sıxılanda skelet sistemimizin bir hissəsini hərəkətə gətirir.
-
Biz əslində skelet əzələlərinə fokuslanmışıq.
-
Digər növləri düz əzələlər və ürək əzələləridir.
-
Ürək əzələləri bunlardır, təsəvvür etdiyiniz kimi, ürəyimizdədirlər.
-
Və düz əzələlər - bunlar daha qeyri-iradidirlər,
-
yavaş hərəkətli əzələlər və həzm sistemimiz bura aiddir.
-
Gələcəkdə bununla bağlı video çəkəcəm,
-
lakin insanların əksəriyyəti əzələ dedikdə,
-
onları skelet sistemimizi hərəkətə gətirən, qaçmağa, qaldırmağa, danışmağa,
-
nələrsə etməyə və dişləməyə imkan verən skelet əzələləri ilə əlaqələndiririk.
-
Beləliklə, normalda əlaqələndirdiyimiz şey budur - gəlin burada
-
bir az daha dərinliyə baxaq.
-
Yəni əgər mən buradakı bazudan bir hissə
-
götürsə idim - Əgər buradakı əzələdən bir hissə
-
götürsə idim - bir saniyə, böyüdüm.
-
Və sonra buna bənzər bir şey görünəcək.
-
Bu buradakı əzələnin içərisidir.
-
Burada dedim ki, bizim vətərimiz var.
-
Əslində burada bir örtük var; vətər və
-
bu əzələnin ətrafındakı örtük arasında ciddi sərhəd
-
və ya ayırma xətti yoxdur, bu örtüyə epimizum
-
deyilir və əslində əzələni örtən
-
birləşdirici toxumadır,onu qoruyur,
-
əzələ ilə sümük və insanın qolunda ola bilən
-
digər toxumalar arasındakı sürtünməni azaldır.
-
Sonra, bu əzələnin içərisində birləşdirici
-
toxuma var.
-
Bir saniyə, başqa rəngdə edim.
-
Narıncı edəcəyəm.
-
Bu perimizium adlanır
-
Bu da sadəcə faktiki əzələnin içərisindəki birləşdirici toxumadır.
-
Perimiziumun böldüyü bu şeylərdən hər biri -
-
bunlardan birini götürüb bir az da
-
irəliyə getməsinə icazə versəydik - yəni əgər
-
bu şeyi buradan götürsəydik - nəyi ki perimizum
-
bölür - və əgər biz onu çəksəydik - əslində, bir saniyə,
-
bunu burada edim.
-
Bunu eynilə belə çıxarsaydıq - deməli. bunun
-
ətrafında perimizium var, düzdür?
-
Bunların hamısı perimiziumdur və birləşdirici toxuma
-
üçün sadəcə bəzəkli bir sözdür.
-
Orada başqa şeylər var.
-
Burada sinirlər və kapilyarlar, hər cür şey var,
-
çünki giriş əzələlərinə qan və neyronal siqnallar
-
getməlidir, yəni bu sadəcə
-
birləşdirici toxuma deyil.
-
Axırda əzələ hüceyrələrinə çatmalı olan
-
başqa şeylər var.
-
Bunların hərəsi - təxminimcə, siz bunlara alt liflər deyəcəksiniz, amma
-
bunlar əzələnin olduqca böyük alt lifləridir.
-
Bu fasikul adlanır.
-
Fasikul içərisindəki birləşdirici toxuma endomizium
-
adlanır.
-
Təkrar edirəm, birləşdrici toxumadan əlavə, bunda
-
kapilyarlar var, sinirlər var, nəticədə əzələ
-
hüceyrələri ilə təmasda olmalı olan hər şey var.
-
Tək bir əzələnin içindəyik.
-
Bütün bu yaşıl birləşdirici toxuma endomiziumdur.
-
Və endomiziumdakı hər şey həqiqi bir
-
əzələ hüceyrəsidir.
-
Bu əsl əzələ hüceyrəsidir.
-
Bunu bənövşəyi rəngdə edəcəm.
-
Buradakı şeyi - bir az çölə çəkə bilərəm.
-
əgər bunu çölə çəksəm, bu əsl əzələ hüceyrəsidir.
-
Buna çatmaq istədik, amma bütün miyozin
-
və aktin liflərinin o əzələ hüceyrəsinə necə sığdığını
-
anlamaq üçün əzələ hüceyrəsinin içinə belə gedəcəyik.
-
Buradakı bir əzələ hüceyrəsi ya da miyofibrildir.
-
Əzələlərlə qarşılaşarkən çox görə biləcəyiniz iki
-
ön şəkilçi var - siz miyo-nu görəcəksiniz, təxmin etdiyiniz kimi
-
əzələ mənasını verir.
-
Siz həm də sarko sözünü görəcəksiniz, sarkolemma,
-
ya da sarkoplazmik retikulum kimi.
-
Siz həmçinin, sarko önşəkilçisini də görəcəksiniz
-
və bu ət deməkdir - yəni siz sarkofaqus, ya da sarko ilə başlayan
-
digər şeyləri düşünə bilərsiniz.
-
Deməli, sarko ət deməkdir.
-
Əzələ ətdir və miyo da əzələdir.
-
Bu miyofibrildir.
-
Bu əsl əzələ hüceyrəsidir, gəlin əsl
-
əzələni yaxınlaşdıraq
-
Bir saniyə, bunu burada daha böyük çəkim.
-
Yəni əsl əzələ hüceyrəsi miyofibril adlanır.
-
Genişliyindən daha uzun olduğu üçün buna lif deyilir
-
və onlar müxtəlifdirlər - bir saniyə,
-
miyofibrili belə çəkim.
-
Əzələ hüceyrəsinin də bir hissəsini götürəcəyəm.
-
Bu nisbətən qısa ola bilər - bir neçə yüz
-
mikrometr - ya da bu olduqca uzun ola bilər
-
ən azı hüceyrəvi standartlara görə.
-
Bir neçə santimetrdən danışırıq.
-
Bunu bir hüceyrə kimi düşünün.
-
Bu olduqca uzun hüceyrədir.
-
Çox uzun olduğundan əslində birdən çox
-
nüvəyə sahib olmalıdır.
-
Əslində, nüvələri çəkim, bir saniyə
-
daha yaxşı çəkim miyofibrilləri.
-
Xarici membranlarda nüvələrin
bu miyofiberə yerləşə biləcəyi
-
kiçik parçalar əmələ gətirəcəyəm.
-
Unutmayın, bu fərdi əzələ hüceyrələrindən
yalnız biridir
-
və çox uzun olduqlarına görə də
bir çox nüvəyə sahibdirlər.
-
İcazə verin, onun eninə kəsiyini götürüm
-
çünki, biz onun daxilinə
nəzər yetirəcəyik.
-
Dediyim kimi, o çoxnüvəlidir.
-
Beləliklə, onun membranının
şəffaf olduğunu təsəvvür etsək,
-
burada bir nüvə,
burada başqa bir nüvə,
-
burada başqa bir nüvə,
-
orada başqa bir nüvə olacaqdır.
-
Çoxnüvəli olmasının səbəbi budur ki,
-
böyük məsafələrdə zülalların
-
bu nüvədən əzələ hüceyrəsinin
bu hissəsinə qədər getməsini
-
gözləmək lazım deyil.
-
Əslində, siz DNT haqqında məlumatı
lazım olan yerə yaxın
-
əldə edə bilərsiniz.
-
Beləliklə, o çoxnüvəlidir.
-
Səhv etmirəmsə, bir mənbədə oxumuşdum--
Hər millimetr əzələ toxumasında
-
orta hesabla təxminən
30 nüvə olduğunu düşünürəm.
-
Əslində belə olub-olmadığını bilmirəm,
-
amma nüvələr əzələ hüceyrəsinin
membranının altındadır
-
-- və son videodan bunun adının
-
nə olduğunu xatırlayırsınız.
-
Əzələ hüceyrəsinin membranı sarkolemmadır.
-
Bunlar nüvələrdir.
-
Bundan sonra bunun
eninə kəsiyini götürsəniz,
-
daxilində miofibril adlanan borular var.
-
Yəni burada hüceyrənin
içərisində bir dəstə
-
borular var.
-
İcazə verin, onlardan birini çıxarım.
-
Beləliklə, bu borulardan
birini çıxartdım.
-
Bu miofibrildir.
-
Və işıq mikroskopunun altında
buna baxsanız,
-
üzərində kiçik cizgilər
olduğunu görəcəksiniz.
-
Cizgilər buna bənzər bir şeyə bənzəyəcək,
-
buna bənzər bir şey görünəcək
və bunun kimi
-
bir az incə olanlar olacaq.
-
Və bu miofibrillərin içərisində miyozini
və aktin filamentləri
-
tapacağıq.
-
Gəlin, bu miofibrilin şəklini
yaxınlaşdıraq.
-
Molekulyar səviyyəyə çatana qədər
yaxınlaşdırmağa davam edəcəyik.
-
Beləliklə, bu miofibrildir,
yadda saxlayın--
-
əzələ hüceyrəsi olan,
miofiberin daxilindədir.
-
Miofiber əzələ hüceyrəsidir.
-
Miofibril-- siz onu əzələ hüceyrəsi
daxilindəki boru kimi olduğunu
-
görə bilərsiniz.
-
Bunlar, büzülmənin əsas
-
səbəbkarlarıdır.
-
Mən miofibrili böyütsəm,
-
siz buna bənzər şeylər görəcəksiniz və
-
o da belə cizgili olacaq.
-
Zolaqlar buna bənzər olacaq.
-
Belə qısa zolaqlar da görmüş olacaqsınız.
-
O zaman, bu bir az tünd olanlar kimi daha geniş zolaqlarınız olacaq -
-
mən onları nisbətən diqqətlə çəkməyə çalışıram və
-
orada kiçik bir xətt çıxa bilər.
-
Eyni şey burada da təkrarlanır.
-
Beləliklə, bu təkrarlama vahidlərinin
-
hər biri sarkomer adlanır.
-
Və bu təkrarlama, vahidləri
Z-xətti adlanan bir xəttdən
-
digər Z-xəttinə gedir
-
Bütün bu terminologiya,
-
insanların mikroskopla baxıb,
bu xəttləri gördükdə onlara
-
ad verməsi nəticəsində ortaya çıxdı.
-
Beləliklə, başqa bir terminologiyanız var-
bunun miozin və aktinlə
-
necə əlaqəli olduğunu
bir saniyə sonra danışacağıq.
-
Tam burada A-diski yerləşir.
-
Və buradakı məsafədə və ya bu hissələrdə
-
İ-diskləri yerləşir.
-
Və bir neçə saniyədən sonra bunun
danışdığımız mexanizmlərlə, vahidlərlə--
-
və ya son videoda danışdığımız
-
molekullarla necə əlaqəli
olduğunundan bəhs edəcəyik.
-
Əgər buranı böyütsəniz, bu miofibrillərin
eninə kəsiyini götürüb
-
daxilinə nəzər yetirsəniz--
-
əgər onu kəsmək və ya doğramaq istəsəniz--
-
əgər onu izlədiyiniz ekrana
-
paralel olaraq doğrasaydınız,
-
belə bir şey görəcəksiniz.
-
Beləliklə, bu sizin Z-diskiniz olacaq.
-
Bu isə növbəti Z-diskinizdir.
-
İndi isə bir sarkomeri böyüdürəm.
-
Bu başqa bir Z-diskidir.
-
Aktin filamentlər isə buradadır.
-
Indi biz, danışdığım molekulyar səviyyəyə
-
yaxınlaşırıq.
-
Aktin filamentləri arasında isə
-
miozin filamentləri vardır.
-
Yadınızda saxlayın, bu iki başlıq miozin ipliyində idi.
-
Hər birinin aktin filamentləri boyunca sürünən
-
iki başı var.
-
Mən onlardan bir cütünü çəkirəm,
-
sonra onlar ortada belə yapışırlar.
-
Bir saniyə sonra əzələlər büküldükdə
-
baş verənlərdən danışacağıq.
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-