< Return to Video

Anatomy of a muscle cell

  • 0:00 - 0:03
    Düşünürəm ki, əzələlərin molekulyar
    səviyyədə necə yığıldına
  • 0:03 - 0:05
    dair bir anlayışımız var.
  • 0:05 - 0:08
    Gəlin bir addım geri gedək və əzələlərin
  • 0:08 - 0:11
    ən azından struktur olaraq
    necə göründüyünü və onların
  • 0:11 - 0:12
    əzələlərlə əlaqələndirdiymiz şeylərə necə
    istinad etdiyini başa düşək.
  • 0:12 - 0:16
    Gəlin, bura gərilən bazu əzələsi çəkim.
  • 0:19 - 0:22
    Bu onun dirsəyidir və deyək ki,
  • 0:22 - 0:24
    bu da əlidir.
  • 0:24 - 0:25
    Bu onun bazu əzələsidir
    və o gərilib.
  • 0:28 - 0:31
    Düşünürəm,hamımız əzələlərin
    ən azından makro səviyyədə
  • 0:31 - 0:34
    necə təsvir olunduğu diaqramı gördük və
  • 0:34 - 0:36
    o hər iki tərəfdən sümüyə bağlanır.
  • 0:36 - 0:39
    Qoyun, sümükləri çəkim.
  • 0:39 - 0:41
    Mən çox detallı çəkməyəcəm harada ki,--
    o hər iki ucdakı sümüklərə
  • 0:41 - 0:43
    vətərlərlə bağlanır.
  • 0:43 - 0:50
    Belə ki, burda bəzi
    sümüklər olacaqdır.
  • 0:50 - 0:53
    Burada da onun birləşdiyi başqa sümük var.
  • 0:53 - 0:56
    Və bunlar da əzələləri sümüklərə
  • 0:56 - 0:58
    bağlayan vətərlərdir.
  • 1:03 - 1:05
    Bizim ümumi bir anlayışımız var--
    bu iki sümüyə bağlanır,
  • 1:05 - 1:07
    yığılanda dayaq-hərəkət aparatımızın
    bir hissəsini hərəkətə gətirir.
  • 1:07 - 1:09
    Biz əslində skelet əzələlərinə
    fokuslanmışıq.
  • 1:13 - 1:16
    Digər növləri saya və
    ürək əzələləridir.
  • 1:16 - 1:19
    Ürək əzələləri bunlardır, düşündüyünüz
    kimi, ürəyimizdədirlər.
  • 1:19 - 1:23
    Və saya əzələlər - bunlar daha
    çox qeyri-iradidirlər,
  • 1:23 - 1:26
    yavaş hərəkətli əzələlərdir və
    həzm traktı kimi şeylər bura aiddir.
  • 1:26 - 1:28
    Gələcəkdə bununla bağlı video çəkəcəm,
  • 1:28 - 1:30
    lakin insanların əksəriyyəti
    əzələ dedikdə,
  • 1:30 - 1:34
    onları skelet sistemimizi hərəkətə
    gətirən, qaçmağa, qaldırmağa, danışmağa,
  • 1:34 - 1:39
    nələrsə etməyə və dişləməyə imkan verən
    skelet əzələləri ilə əlaqələndiririk.
  • 1:39 - 1:41
    Beləliklə, normalda əlaqələndirdiyimiz
    şey budur-- gəlin burada
  • 1:41 - 1:42
    bir az daha dərinliyə gedək.
  • 1:42 - 1:46
    Yəni əgər mən buradakı bazudan eninə
    kəsik
  • 1:46 - 1:50
    götürsəydim-- Əgər buradakı əzələdən
    eninə kəsik
  • 1:50 - 1:52
    götürsəydim - bir saniyə, böyüdüm.
  • 2:07 - 2:13
    Və sonra buna bənzər bir şey görünəcəkdi.
  • 2:13 - 2:16
    Bu, oradakı əzələnin içərisidir.
  • 2:16 - 2:18
    Burada dediyim kimi, bizim vətərimiz var.
  • 2:22 - 2:26
    Əslində burada bir örtük var; vətər və
  • 2:26 - 2:29
    bu əzələnin ətrafındakı örtük arasında
    ciddi sərhəd
  • 2:29 - 2:35
    və ya ayırma xətti yoxdur, bu örtüyə
    epimiziya
  • 2:35 - 2:42
    deyilir və əslində əzələni örtən
  • 2:42 - 2:45
    birləşdirici toxumadır,onu qoruyur,
  • 2:45 - 2:49
    əzələ ilə sümük və insanın qolunda
    ola bilən
  • 2:49 - 2:53
    digər toxumalar arasındakı
    sürtünməni azaldır.
  • 2:53 - 2:57
    Sonra, bu əzələnin içərisində birləşdirici
  • 2:57 - 2:58
    toxuma var.
  • 2:58 - 3:00
    Gəlin, bunu başqa rənglə çəkim.
  • 3:00 - 3:01
    Narıncı edəcəyəm.
  • 3:18 - 3:21
    Bu perimiziya adlanır,
  • 3:21 - 3:24
    və sadəcə faktiki əzələnin içərisindəki
    birləşdirici toxumadır.
  • 3:29 - 3:33
    Perimiziyanın böldüyü bu şeylərdən
    hər biri--
  • 3:33 - 3:38
    bunlardan birini götürüb bir az da
  • 3:38 - 3:40
    irəliyə getməsinə icazə versəydik--
    yəni əgər
  • 3:40 - 3:44
    bu şeyi buradan götürsəydik --
    nəyi ki perimiziya
  • 3:44 - 3:46
    bölür-- və əgər biz onu dartsaydıq--
    əslində, qoyun,
  • 3:46 - 3:47
    bunu burada çəkim..
  • 3:47 - 3:52
    Bunu eynilə belə dartıb çıxartsaydıq--
    deməli, bunun
  • 3:52 - 3:55
    ətrafında perimiziya olardı, elə deyilmi?
  • 3:55 - 3:58
    Bunların hamısı permiziyadır və
    bu sadəcə birləşdirici
  • 3:58 - 4:01
    toxuma üçün yaraşıqlı sözdür.
  • 4:01 - 4:02
    Orada başqa şeylər də var.
  • 4:02 - 4:04
    Burada sinirlər və kapilyarlar,
    hər cür şey var,
  • 4:04 - 4:08
    çünki giriş əzələlərinə qan və
    neyron siqnalları
  • 4:08 - 4:10
    getməlidir, yəni bu sadəcə
  • 4:10 - 4:11
    birləşdirici toxuma deyil.
  • 4:11 - 4:14
    Axırda əzələ hüceyrələrinə çatmalı olan
  • 4:14 - 4:15
    başqa şeylər də var.
  • 4:15 - 4:19
    Bunların hərəsi - zənnimcə, siz bunlara
    əzələ lifləri deyəcəksiniz, amma
  • 4:19 - 4:23
    bunlar əzələnin olduqca
    böyük lifləridir.
  • 4:23 - 4:24
    Bu fassiya adlanır.
  • 4:36 - 4:40
    Fassiya içərisindəki birləşdirici toxuma
  • 4:40 - 4:41
    endomiziya adlanır.
  • 4:45 - 4:49
    Təkrar edirəm, birləşdirici toxumadan
    əlavə, burada kapilyarlar,
  • 4:49 - 4:53
    sinirlər, nəticədə
    əzələ hüceyrələri ilə
  • 4:53 - 4:57
    təmasda olmalı olan hər şey var.
  • 4:57 - 5:00
    Tək bir əzələnin içindəyik.
  • 5:05 - 5:07
    Bütün bu yaşıl birləşdirici toxuma
    endomiziyadır.
  • 5:13 - 5:16
    Və endomiziyadakı hər şey həqiqi
  • 5:16 - 5:18
    əzələ hüceyrəsidir.
  • 5:18 - 5:20
    Bu əsl əzələ hüceyrəsidir.
  • 5:20 - 5:21
    Bunu bənövşəyi rəngdə çəkəcəyəm.
  • 5:21 - 5:25
    Buradakı şeyi - bir az bayıra çəkə
    bilərəm.
  • 5:30 - 5:37
    Əgər bunu bayıra çəksəm,
    bu əsl əzələ hüceyrəsidir.
  • 5:37 - 5:39
    Əldə etmək istədiyimiz bu idi, amma bütün miozin
  • 5:39 - 5:44
    və aktin liflərinin o əzələ hüceyrəsinə
    necə sığdığını
  • 5:44 - 5:46
    anlamaq üçün əzələ hüceyrəsinin daha
    dərininə gedəcəyik.
  • 5:46 - 5:49
    Buradakı əzələ hüceyrəsi və
    ya miofibrildir.
  • 5:51 - 5:54
    Əzələlərlə qarşılaşarkən
    çox görə biləcəyiniz iki
  • 5:54 - 5:58
    ön şəkilçi var - siz mionu görəcəksiniz,
    təxmin etdiyiniz kimi
  • 5:58 - 6:00
    əzələ mənasını verir.
  • 6:00 - 6:02
    Siz həm də sarko sözünü görəcəksiniz,
    sarkolema,
  • 6:02 - 6:06
    ya da sarkoplazmatik retikulum kimi.
  • 6:06 - 6:10
    Siz həmçinin, sarko önşəkilçisini də
    görəcəksiniz
  • 6:10 - 6:14
    və bu ət deməkdir - yəni siz sarkofaq,
    ya da sarko ilə başlayan
  • 6:14 - 6:15
    digər şeyləri düşünə bilərsiniz.
  • 6:15 - 6:17
    Deməli, sarko ət deməkdir.
  • 6:17 - 6:19
    Əzələ ətdir və mio da əzələdir.
  • 6:19 - 6:20
    Bu miofibrildir.
  • 6:20 - 6:23
    Bu əsl əzələ hüceyrəsidir, gəlin, əsl
  • 6:23 - 6:23
    əzələni yaxınlaşdıraq.
  • 6:23 - 6:27
    Gəlin, bunu burada daha böyük çəkim.
  • 6:27 - 6:31
    Yəni əsl əzələ hüceyrəsi miofibril adlanır.
  • 6:31 - 6:35
    Genişliyə nisbətən daha uzun olduğu üçün buna lif deyilir
  • 6:35 - 6:37
    və onlar müxtəlifdirlər - qoyun,
  • 6:37 - 6:39
    miofibrili belə çəkim.
  • 6:46 - 6:48
    Əzələ hüceyrəsinin də eninə kəsiyini
    götürəcəyəm.
  • 6:53 - 6:57
    Bu nisbətən qısa ola bilər--bir neçə yüz
  • 6:57 - 7:01
    mikrometr--ya da bu olduqca
    uzun-- ən azı hüceyrəvi
  • 7:01 - 7:02
    standartlara görə kifayət
    qədər uzun ola bilər.
  • 7:02 - 7:06
    Bir neçə santimetrdən danışırıq.
  • 7:06 - 7:07
    Bunu bir hüceyrə kimi düşünün.
  • 7:07 - 7:08
    Bu olduqca uzun hüceyrədir.
  • 7:08 - 7:11
    Çox uzun olduğuna görə əslində birdən çox
  • 7:11 - 7:13
    nüvəyə sahib olmalıdır.
  • 7:13 - 7:15
    Əslində, nüvələri çəkmək üçün, gəlin,
  • 7:15 - 7:17
    miofibrilləri daha yaxşı çəkim.
  • 7:17 - 7:22
    Xarici membranlarda nüvələrin
    bu miofibrilə yerləşə biləcəyi
  • 7:22 - 7:26
    kiçik hissələr çəkəcəyəm.
  • 7:26 - 7:29
    Unutmayın, bu fərdi əzələ hüceyrələrindən
    yalnız biridir
  • 7:29 - 7:33
    və çox uzun olduqlarına görə də
    çoxlu nüvəyə sahibdirlər.
  • 7:33 - 7:35
    Gəlin, onun eninə kəsiyini götürüm,
  • 7:35 - 7:37
    çünki biz onun daxilinə
    nəzər yetirəcəyik.
  • 7:37 - 7:40
    Dediyim kimi, o çoxnüvəlidir.
  • 7:40 - 7:43
    Beləliklə, onun membranının
    şəffaf olduğunu təsəvvür etsək,
  • 7:43 - 7:47
    burada bir nüvə,
    burada başqa bir nüvə,
  • 7:47 - 7:49
    burada başqa bir nüvə,
  • 7:49 - 7:50
    orada başqa bir nüvə olacaqdır.
  • 7:50 - 7:52
    Çoxnüvəli olmasının səbəbi budur ki,
  • 7:52 - 7:56
    böyük məsafələrdə zülalların
  • 7:56 - 7:58
    bu nüvədən əzələ hüceyrəsinin
    digər hissəsinə qədər getməsini
  • 7:58 - 7:59
    gözləməyinə ehtiyac yoxdur.
  • 7:59 - 8:03
    Əslində, olması lazım olan yerə yaxın
  • 8:03 - 8:04
    DNT məlumatına sahib ola bilərsiniz.
  • 8:04 - 8:05
    Beləliklə, o çoxnüvəlidir.
  • 8:05 - 8:09
    Bir mənbədə oxumuşdum--
    Hər millimetr əzələ toxumasında
  • 8:09 - 8:10
    orta hesabla təxminən
    30 və ya daha çox nüvə olduğunu düşünürəm.
  • 8:10 - 8:13
    Əslində belə olub-olmadığını bilmirəm,
  • 8:13 - 8:17
    amma nüvələr əzələ hüceyrəsinin
    membranının altındadır
  • 8:17 - 8:20
    -- və son videodan bunun adının
  • 8:20 - 8:21
    nə olduğunu xatırlayırsınız.
  • 8:21 - 8:23
    Əzələ hüceyrəsinin membranı sarkolemmadır.
  • 8:31 - 8:33
    Bunlar nüvələrdir.
  • 8:37 - 8:44
    Sonra bunun
    eninə kəsiyini götürsəniz,
  • 8:44 - 8:47
    daxilində miofibril adlanan boruların
    olduğunu görərsiniz.
  • 8:47 - 8:53
    Yəni burada hüceyrənin
    içərisində bir dəstə
  • 8:53 - 8:54
    boru var.
  • 8:54 - 8:56
    Qoyun, onlardan birini çıxarım.
  • 8:56 - 8:58
    Beləliklə, bu borulardan
    birini çıxartdım.
  • 8:58 - 8:59
    Bu miofibrildir.
  • 9:04 - 9:07
    Və işıq mikroskopunun altında
    buna baxsanız,
  • 9:07 - 9:11
    üzərində kiçik zolaqlar
    olduğunu görəcəksiniz.
  • 9:11 - 9:14
    Zolaqlar buna oxşar bir şeyə bənzəyəcək,
  • 9:14 - 9:18
    buna bənzər bir şey kimi görünəcək
    və bunun kimi
  • 9:18 - 9:19
    bir az incə olanlar olacaq.
  • 9:19 - 9:24
    Və bu miofibrillərin içərisində miozini
    və aktin filamentləri
  • 9:24 - 9:25
    tapacağıq.
  • 9:25 - 9:28
    Gəlin, bu miofibrili yaxınlaşdıraq.
  • 9:28 - 9:32
    Molekulyar səviyyəyə çatana qədər
    yaxınlaşdırmağa davam edəcəyik.
  • 9:32 - 9:36
    Beləliklə, bu miofibrildir,
    yadda saxlayın--
  • 9:36 - 9:39
    əzələ hüceyrəsi olan,
    miofiberin daxilindədir.
  • 9:39 - 9:41
    Miofiber əzələ hüceyrəsidir.
  • 9:41 - 9:46
    Miofibril-- siz onu əzələ hüceyrəsi
    daxilindəki boru kimi
  • 9:46 - 9:47
    görə bilərsiniz.
  • 9:47 - 9:48
    Bunlar, yığılmanı həyata keçirən
  • 9:48 - 9:50
    əsas elementlərdir.
  • 9:50 - 9:53
    Mən miofibrili böyütsəm,
  • 9:53 - 9:57
    siz buna bənzər şeylər görəcəksiniz və
  • 9:57 - 9:59
    o da belə zolaqlı olacaq.
  • 9:59 - 10:01
    Zolaqlar buna oxşar
    görsənəcəklər.
  • 10:01 - 10:05
    Belə qısa zolaqlar da görmüş olacaqsınız.
  • 10:10 - 10:14
    O zaman, bu bir az tünd olanlar kimi daha geniş zolaqlarınız olacaq -
  • 10:14 - 10:18
    mən onları nisbətən diqqətlə çəkməyə çalışıram və
  • 10:18 - 10:20
    orada kiçik bir xətt çıxa bilər.
  • 10:20 - 10:25
    Eyni şey burada da təkrarlanır.
  • 10:25 - 10:26
    Beləliklə, bu təkrarlama vahidlərinin
  • 10:26 - 10:30
    hər biri sarkomer adlanır.
  • 10:37 - 10:40
    Və bu təkrarlama, vahidləri
    birindən digərinə-- Z-xətti adlanan
  • 10:40 - 10:43
    xəttdən digər Z-xəttinə gedir
  • 10:43 - 10:46
    Bütün bu terminologiya,
  • 10:46 - 10:48
    insanların mikroskopla baxıb,
    bu xəttləri gördükdə onlara
  • 10:48 - 10:50
    ad verməsi nəticəsində ortaya çıxdı.
  • 10:50 - 10:52
    Beləliklə, başqa bir terminologiyanız--
    bunun miozin və aktinlə
  • 10:52 - 10:55
    necə əlaqəli olduğunu
    bir saniyə sonra danışacağıq.
  • 10:55 - 10:57
    Tam burada A-diski yerləşir.
  • 11:01 - 11:03
    Və buradakı məsafədə və ya bu hissələr
  • 11:03 - 11:07
    İ-diskləri adlanır.
  • 11:07 - 11:09
    Və bir neçə saniyədən sonra bunun
    danışdığımız mexanizmlərlə, vahidlərlə--
  • 11:09 - 11:13
    və ya son videoda danışdığımız
  • 11:13 - 11:14
    molekullarla necə əlaqəli
    olduğunundan bəhs edəcəyik.
  • 11:14 - 11:18
    Əgər buranı böyütsəniz, bu miofibrillərin
    eninə kəsiyini götürüb
  • 11:18 - 11:20
    daxilinə nəzər yetirsəniz--
  • 11:20 - 11:24
    əgər onu kəsmək və ya doğramaq istəsəniz--
  • 11:24 - 11:29
    əgər onu izlədiyiniz ekrana
  • 11:29 - 11:32
    paralel olaraq doğrasaydınız,
  • 11:32 - 11:34
    belə bir şey görəcəksiniz.
  • 11:34 - 11:35
    Beləliklə, bu sizin Z-diskiniz olacaq.
  • 11:41 - 11:43
    Bu isə növbəti Z-diskinizdir.
  • 11:43 - 11:45
    İndi isə bir sarkomeri böyüdürəm.
  • 11:45 - 11:50
    Bu başqa bir Z-diskidir.
  • 11:50 - 11:53
    Sonra burada aktin filamentləri var.
  • 11:53 - 11:55
    Indi, danışdığım molekulyar səviyyəyə
  • 11:55 - 11:56
    yaxınlaşırıq.
  • 12:17 - 12:20
    Aktin filamentləri arasında isə
  • 12:20 - 12:23
    miozin filamentləri vardır.
  • 12:28 - 12:31
    Yadınızda saxlayın, miozin filamenti iki
    başcığa malikdir.
  • 12:31 - 12:37
    Hər birinin aktin filamentləri boyunca sürünən
  • 12:37 - 12:37
    iki başcığı var.
  • 12:37 - 12:39
    Mən onlardan bir cütünü çəkirəm,
  • 12:39 - 12:42
    sonra onlar ortada belə yapışırlar.
  • 12:42 - 12:44
    Bir saniyə sonra əzələlər yığıldıqda
  • 12:44 - 12:47
    baş verənlərdən danışacağıq.
  • 12:47 - 12:48
    Burada yenidən
    birini çəkə bilərəm.
  • 12:51 - 12:53
    Belə ki, bunun çəkdiyimdən daha çox başcığı var,
  • 12:53 - 12:55
    amma bu sizə nə baş verdiyini
    təsəvvür etməyə kömək edir.
  • 13:00 - 13:03
    Bunlar miozinlərdir, düşünürəm ki,
  • 13:03 - 13:06
    əvvəlki videoda gördüyümüz kimi, zülallar
    və onların hamısı birləşib,
  • 13:06 - 13:08
    burada da digəri olacaq.
  • 13:08 - 13:10
    Detallı şəkildə çəkməyimə
    ehtiyac yoxdur.
  • 13:10 - 13:13
    Bu halda, siz dərhal görürsünüz ki,
    A-diski miozinin
  • 13:13 - 13:15
    yerləşdiyi yerə uyğundur.
  • 13:15 - 13:17
    Buradakı bizim A-diskimizdir.
  • 13:20 - 13:24
    Burada isə kəsişmə baş verir.
  • 13:24 - 13:28
    Onlar hətta dinclik halında da kəsişirlər,
  • 13:28 - 13:30
    lakin, İ-diskində yalnız
  • 13:30 - 13:32
    aktin filamentləri var, miozin yoxdur.
  • 13:36 - 13:39
    Sonra miozin filamentləri yerində
    titin ilə tutulur ki,
  • 13:39 - 13:44
    bu da yaylı zülallar kimi təsəvvür
    edilə bilər.
  • 13:44 - 13:46
    Mən bunu başqa rəngdə
    çəkmək istəyirəm.
  • 13:52 - 13:55
    Beləliklə, miozin yerində titin
    vasitəsilə tutulur.
  • 13:58 - 14:01
    O Z-diskinə titin ilə bərkidilmişdir.
  • 14:01 - 14:02
    Beləliklə, nə baş verdi?
  • 14:02 - 14:07
    Bütün bunlar bizdə var--
    neyron həyəcanlandıqda--
  • 14:07 - 14:11
    gəlin, neyronun uc nöqtəsini
    burada çəkim,
  • 14:11 - 14:12
    neyron aksonunun uc nöqtəsini isə
    burada çəkim.
  • 14:12 - 14:13
    Bu hərəki neyrondur.
  • 14:13 - 14:15
    O bu adama deyir ki,
    yığılsın.
  • 14:15 - 14:17
    Onda fəaliyyət potensialı
    olduğunu söyləyir.
  • 14:17 - 14:21
    Fəaliyyət potensialı membran üzrə bütün
  • 14:21 - 14:23
    istiqamətlərdə yayılır.
  • 14:23 - 14:25
    Və sonda, əgər biz buna
    bu nöqtədən baxsaq,
  • 14:25 - 14:30
    onlarda belə kiçik köndələn və ya
    T-formalı kanallar var.
  • 14:32 - 14:36
    Onlar hüceyrəyə daxil olur və
    fəaliyyət potensialını yaymağa
  • 14:36 - 14:37
    davam edirlər.
  • 14:37 - 14:42
    Onlar kalsiumu ayırmaq üçün
    sarkoplazmatik retikulumu işə salırlar.
  • 14:42 - 14:47
    Kalsium, tropomiozini hərəkətə gətirən,
  • 14:47 - 14:50
    aktin filamentlərinə bağlı olan troponinə
  • 14:50 - 14:52
    birləşir və sonra sürünmə baş verə bilər.
  • 14:52 - 14:55
    Miozin aktin filamenti üzərində
    sürünmək üçün
  • 14:55 - 14:57
    ATF-dən istifadə etməyə başlaya
    bilər.
  • 14:57 - 15:03
    Təsəvvür edin ki, onlar sürünərkən
    onları güc zərbəsi itələyəcək--
  • 15:03 - 15:07
    siz aktin filamentlərinin bu istiqamətdə
    hərəkət etdiyini, ya da,
  • 15:07 - 15:10
    miozinin bu istiqamətdə hərəkət
    etmək istədiyini görə bilərsiniz,
  • 15:10 - 15:12
    amma siz bu halda ipi hər iki
    tərəfdən də
  • 15:12 - 15:14
    çəkmiş olursunuz, elə deyilmi?
  • 15:14 - 15:18
    Beləliklə, miozin bir yerdə qalacaq
  • 15:18 - 15:20
    və aktin filamentləri isə birlikdə
    dartılacaqlar.
  • 15:23 - 15:26
    Əzələ məhz bu şəkildə yığılır.
  • 15:26 - 15:29
    Buna görə ümid edirik ki, bu video
  • 15:29 - 15:32
    yığılan əzələnin ümumi şəklini
    son bir neçə videoda
  • 15:32 - 15:35
    öyrəndiyimiz molekulyar səviyyədə
  • 15:35 - 15:36
    baş verənlərlə əlaqələndirdi.
  • 15:36 - 15:40
    Bunun əzələ içindəki bütün miofibrillərdə
  • 15:40 - 15:43
    baş verdiyini təsəvvür edə bilərsiniz,
  • 15:43 - 15:46
    çünki sarkoplazmatik retikulum kalsiumu
  • 15:46 - 15:50
    sitoplazmaya buraxır--
    buna mioplazma da deyirlər,
  • 15:50 - 15:52
    çünki biz əzələ hüceyrələri--
    bu əzələ hüceyrələrinin
  • 15:52 - 15:54
    sitoplazmasından danışırıq.
  • 15:54 - 15:57
    Kalsium bu miofibrillərin
    hər yerini tutur.
  • 15:57 - 16:01
    O bütün troponinə - ya da bu
    aktin filamentlərinin üzərindəki
  • 16:01 - 16:05
    ən azından bir çox troponinə yapışa bilər
  • 16:05 - 16:07
    və nəticədə bütün əzələnin
    yığılmasına səbəb ola bilər.
  • 16:07 - 16:11
    Bu baş verdikdə isə hər əzələ lifinin,
  • 16:11 - 16:13
    miofibrilin və ya hər əzələ hüceyrəsinin
  • 16:13 - 16:14
    bu qədər yığılma gücü olmayacaq.
  • 16:14 - 16:17
    Lakin, onu, ətrafındakı hər şey ilə
    birləşdirdikdə--
  • 16:17 - 16:19
    onlardan yalnız biri və ya
    bir neçəsi işlədikdə,
  • 16:19 - 16:20
    sizdə əzələ səyriməsi
    baş verəcək.
  • 16:20 - 16:23
    Amma, əzələlərin birlikdə yığılması
    baş verdikdə,
  • 16:23 - 16:25
    bir iş görmək üçün, və ya
    sümükləri bir arada saxlamaq üçün,
  • 16:25 - 16:28
    hətta bəzi ağırlıqları qaldırmaq üçün
  • 16:28 - 16:29
    güc yaranmış olacaqdır.
  • 16:29 - 16:32
    Ümid edirəm ki, sizin üçün kifayət qədər
    faydalı oldu.
Title:
Anatomy of a muscle cell
Description:

more » « less
Video Language:
English
Team:
Khan Academy
Duration:
16:32

Azerbaijani subtitles

Revisions Compare revisions