< Return to Video

ÜDM deflyatoru | ÜDM: Milli gəlirin ölçülməsi | Makroiqtisadiyyat | Khan Akademiya

  • 0:01 - 0:04
    Son videoda yalnız bir məhsul
    və ya xidmət satan
  • 0:04 - 0:06
    çox sadələşdirilmiş
    iqtisadiyyatı öyrəndik.
  • 0:06 - 0:09
    Lakin indi bir az daha
    ümumi və ya
  • 0:09 - 0:12
    mürəkkəb iqtisadiyyatlar
    barədə düşünək.
  • 0:12 - 0:16
    Deyək ki, iqtisadçı bir ildə
    həmin iqtisadiyyatda
  • 0:16 - 0:21
    istehsal olunan məhsul və xidmətlərin
    qiymət səviyyəsini
  • 0:21 - 0:24
    100 olaraq müəyyənləşdirdi.
  • 0:24 - 0:27
    Beləliklə, onlar
  • 0:27 - 0:28
    düzgün rəqəmlərə vurdular və böldülər.
  • 0:28 - 0:30
    Yaratdıqları indeks bunun
  • 0:30 - 0:32
    100 olduğunu göstərdi.
  • 0:32 - 0:35
    Bunu bir il ilə müqayisədə
    digər illərdə
  • 0:35 - 0:37
    qiymətləri fərqləndirmək
    məqsədi ilə edirlər.
  • 0:37 - 0:44
    Deyək ki, ikinci ildə indekslərdən
    istifadə edərək qiymətlərin
  • 0:44 - 0:48
    indi 110 olduğu müəyyənləşdirilir.
  • 0:48 - 0:50
    Bunu etmək asan deyil.
  • 0:50 - 0:52
    İqtisadiyyatda yalnız bir məhsul
    və ya xidmət olsa idi,
  • 0:52 - 0:55
    bu, sadə olardı. Məsələn,
    son nümunədə olan
  • 0:55 - 0:56
    almalar sadə bir iş idi.
  • 0:56 - 0:58
    Almanın qiymətini götürək.
  • 0:58 - 1:01
    O, 0,50 dollardan 0,55
    dollara dəyişdi.
  • 1:01 - 1:03
    Real həyatda bu, sadə deyil.
  • 1:03 - 1:06
    Xeyli məhsul və xidmət var.
  • 1:06 - 1:07
    Bəzi qiymətlər qalxır,
  • 1:07 - 1:09
    bəziləri isə enir.
  • 1:09 - 1:11
    Mal və xidmətlərin
    miqdarı dəyişir.
  • 1:11 - 1:13
    Ola bilər ki, birinci ildə
  • 1:13 - 1:14
    təklif olunan mal
    və xidmətlər
  • 1:14 - 1:15
    ikinci ildə olmasın.
  • 1:15 - 1:18
    Yəni ikinci ildə birinci ildə
    mövcud olmayan
  • 1:18 - 1:20
    mal və xidmətlər var.
  • 1:20 - 1:21
    Bu video üçün iqtisadçıların bunu
  • 1:21 - 1:24
    deyə biləcəyini fərz edək.
  • 1:24 - 1:27
    Qiymətlərin ümumi səviyyəsini
    birinci ildə 100 dedik,
  • 1:27 - 1:28
    indi isə 110-dur.
  • 1:28 - 1:30
    Başqa sözlə desək, məhsullar
  • 1:30 - 1:33
    10% bahalaşdı.
  • 1:33 - 1:37
    Bu əlaqəni bildiyimizi fərz edək.
  • 1:37 - 1:39
    Bunu təxmin etmək asan deyil.
  • 1:39 - 1:41
    Bunun üçün mükəmməl
    bir yol yoxdur.
  • 1:41 - 1:44
    Real ÜDM ilə nominal ÜDM
  • 1:44 - 1:48
    arasındakı əlaqəni necə müəyyən
    edə bilərik?
  • 1:48 - 1:50
    Real ÜDM dedikdə --
  • 1:50 - 1:57
    ikinci ildəki real ÜDM-dən
    danışırıq --
  • 1:57 - 1:59
    hansısa baza
  • 1:59 - 2:01
    ildə qiymətlər baxımından
  • 2:01 - 2:04
    ÜDM-dən danışırıq.
  • 2:04 - 2:07
    Bu nümunədə 1-ci
    ilə əsasən
  • 2:07 - 2:11
    ikinci ildəki real ÜDM
    haqqında düşünəcəyik.
  • 2:11 - 2:14
    İkinci ildə istehsal olunan
    mal və xidmətlər
  • 2:14 - 2:17
    birinci ildəki qiymətlər ilə
  • 2:17 - 2:20
    eyni olsa idi, necə olardı?
  • 2:20 - 2:24
    Bu, ikinci ildəki real
    ÜDM olacaq.
  • 2:24 - 2:28
    Bunu düşünməyin bir
    yolu da nisbətdir.
  • 2:28 - 2:30
    Buraya nominal ÜDM-i yazaq.
  • 2:30 - 2:33
    Bu, ikinci ildəki ÜDM-dir.
  • 2:33 - 2:37
    O, ikinci ildəki dollarlar
    ilə ölçülür.
  • 2:37 - 2:39
    Bu nisbəti adlandıra
    bilərik.
  • 2:39 - 2:44
    Nominal ÜDM-i real
    ÜDM-ə bölürük.
  • 2:44 - 2:47
    Bu, birinci illin dolları
    ilə ölçülür.
  • 2:53 - 2:55
    Bu, ikinci və birinci
    ildəki
  • 2:55 - 2:59
    qiymət nisbətləri ilə
    eynidir.
  • 2:59 - 3:02
    Nisbət
  • 3:02 - 3:08
    110 böl 100 olacaq.
  • 3:08 - 3:11
    Bunun haqqında bir az
    düşünək.
  • 3:11 - 3:14
    Bu, eyni məhsul və
    xidmətləri ölçmək
  • 3:14 - 3:15
    deməkdir.
  • 3:15 - 3:19
    Real ÜDM birinci ildəki
    qiymətlərlə ölçülür.
  • 3:19 - 3:23
    Nominal ÜDM isə ikinci ildəki
    qiymətlərlə ölçülür.
  • 3:23 - 3:25
    Əgər birinci və ikinci
    il arasındakı məhsullar
  • 3:25 - 3:27
    10% baha olsa, nominal
    ÜDM real ÜDM-dən
  • 3:27 - 3:30
    10% daha çox olacaq.
  • 3:30 - 3:32
    Burada eyni nisbətlər
    olmalıdır.
  • 3:32 - 3:35
    İndi istənilən riyazi üsuldan
    istifadə edərək
  • 3:35 - 3:36
    hesablaya bilərik.
  • 3:36 - 3:40
    Bunun ikinci ildəki nominal ÜDM
    olduğunu deyək.
  • 3:40 - 3:42
    Buraya nominal yazaq.
  • 3:42 - 3:43
    .
  • 3:43 - 3:45
    .
  • 3:45 - 3:47
    Bu, ikinci ildə nominal
    ÜDM-dir.
  • 3:47 - 3:52
    Nominal ÜDM bərabərdir --
  • 3:52 - 3:55
    hər iki tərəfi real ÜDM-ə
    vura bilərik --
  • 3:55 - 4:02
    110 böl 100 vur
    real ÜDM.
  • 4:05 - 4:07
    Bu, ikinci ildə nominal
    ÜDM-dir.
  • 4:07 - 4:12
    Real ÜDM ikinci ildə birinci ilin
    dollarlarına görə ölçülür.
  • 4:12 - 4:17
    Bərabərliyin hər iki tərəfini
  • 4:17 - 4:19
    110 böl 100-ə bölək.
  • 4:19 - 4:26
    İkinci ildəki nominal
    ÜDM böl
  • 4:26 - 4:40
    110, böl 100 yazaraq
    real ÜDM-i alırıq.
  • 4:40 - 4:42
    Bu, ikinci ildə nominal ÜDM-dir.
  • 4:45 - 4:47
    Bu formada yazaraq ikinci ildə
  • 4:47 - 4:50
    nominal ÜDM-i əldə
    edirsiniz.
  • 4:50 - 4:53
    Qiymətlərin səviyyəsində də
  • 4:53 - 4:54
    artım mövcudur.
  • 4:54 - 4:55
    Buna qiymət inflyasiyası deyilir.
  • 4:55 - 4:57
    Burada görə bilərik.
  • 4:57 - 5:00
    İndi isə real ÜDM-i əldə etmək üçün
    deflyasiya edirik.
  • 5:00 - 5:03
    Onu qiymətlərin nisbətinə bölürük.
  • 5:03 - 5:05
    Bunu mahiyyətcə qiymətlərin
    artımına bölürük.
  • 5:05 - 5:08
    Həmçinin buna ikinci
    il qiymətləri ilə
  • 5:08 - 5:10
    birinci il qiymətləri arasındakı
    nisbət deyə bilərik.
  • 5:10 - 5:13
    Buradakı miqdar 1,1-dir.
  • 5:13 - 5:14
    Bunu düşünməyin digər
    yolu da odur ki,
  • 5:14 - 5:18
    ikinci ildə real ÜDM-i əldə
    etmək üçün
  • 5:18 - 5:19
    nominal ÜDM-i azaldırıq.
  • 5:19 - 5:22
    Bu, birinci ilin qiymətləridir.
  • 5:26 - 5:31
    Bu rəqəm deflyator
  • 5:31 - 5:33
    adlanır.
  • 5:33 - 5:38
    Bu, ÜDM deflyatorudur.
  • 5:38 - 5:42
    Bir baza il seçirik, burada
    o, birinci ildir.
  • 5:42 - 5:44
    Burada baza il
    1985,
  • 5:44 - 5:45
    2006 və ya
  • 5:45 - 5:47
    istənilən il
  • 5:47 - 5:47
    ola bilər.
  • 5:47 - 5:51
    ÜDM deflyator həmin baza ilə
    nisbətdə olacaq.
  • 5:51 - 5:53
    Buradakı baza 100 olsa,
  • 5:53 - 5:55
    deflyator bu ilin rəqəmini
  • 5:55 - 5:56
    söyləyəcək.
  • 5:56 - 5:58
    Hətta zamanda geriyə
    gedə bilərsiniz.
  • 5:58 - 6:00
    Sıfırıncı ildə məhsullar ucuzlaşdığı üçün
  • 6:00 - 6:02
    deflyator 85 ola bilər.
  • 6:02 - 6:04
    Qiymətlər aşağı düşə və
  • 6:04 - 6:06
    deflyasiya ola bilər.
  • 6:06 - 6:09
    Beləliklə, ikinci ildə deflyator
    98 olar.
  • 6:09 - 6:11
    Vaxt keçdikcə inflyasiya
    mövcud olduğu
  • 6:11 - 6:14
    üçün bu, deflyator adlanır.
  • 6:14 - 6:17
    Ümumiyyətlə, nominal ÜDM
    deflyasiya edir.
  • 6:17 - 6:20
    Onu birdən böyük bir
    dəyərə bölürük.
  • 6:20 - 6:23
    Real ÜDM-i əldə etmək üçün
    baza ili olan
  • 6:23 - 6:27
    100-ü 100-ə böləcəksiniz.
Title:
ÜDM deflyatoru | ÜDM: Milli gəlirin ölçülməsi | Makroiqtisadiyyat | Khan Akademiya
Description:

ÜDM deflyatoru, nominal ÜDM və real ÜDM arasındakı əlaqə

Növbəti dərsi izləyin: https://www.khanacademy.org/economics-finance-domain/macroeconomics/gdp-topic/real-nominal-gdp-tutorial/v/example-calculating-real-gdp-with-a-deflator?utm_source=YT&utm_medium=Desc&utm_campaign=macroeconomics

Əvvəlki dərs qaçırdınız? https://www.khanacademy.org/economics-finance-domain/macroeconomics/gdp-topic/real-nominal-gdp-tutorial/v/real-gdp-and-nominal-gdp?utm_source=YT&utm_medium=Desc&utm_campaign=macroeconomics

Khan Akademiyada makroiqtisadiyyat: Ənənəvi kollec səviyyəsində makroiqtisadiyyata giriş kursunda əhatə olunan mövzular

Khan Akademiya haqqında: Khan Akademiya şagirdlərə sinif daxilində və xaricində öz templəri ilə təhsil almağa imkan verən təcrübə məşqləri, təlimat videoları və fərdi öyrənmə paneli təklif edir. Riyaziyyat, elm, kompüter proqramı, tarix, sənət tarixi, iqtisadiyyat və başqa sahələri əhatə edir. Riyazi tapşırıqlarımız güclü yönlərini və öyrənmə boşluqlarını müəyyənləşdirən ən müasir, uyğunlaşma texnologiyasından istifadə edərək uşaqları uşaq bağçasından hesablamalara qədər istiqamətləndirir. Xüsusi məzmun təqdim etmək üçün NASA, Müasir İncəsənət Muzeyi, Kaliforniya Elmlər Akademiyası və MIT kimi qurumlarla da əməkdaşlıq etdik.

Pulsuz. Hər kəs üçün. Daimi. #ÇoxŞeyÖyrənəBilərsiniz

Khan Akademiyanın Makroiqtisadiyyat kanalına abunə olun: https://www.youtube.com/channel/UCBytY7pnP0GAHB3C8vDeXvg
Khan Akademiyaya abunə olun: https://www.youtube.com/subscription_center?add_user=khanacademy

more » « less
Video Language:
English
Team:
Khan Academy
Duration:
06:28

Azerbaijani subtitles

Revisions Compare revisions