Ngozi Okonjo-Iweala Afrikada biznes qurmaq barəsində
-
0:05 - 0:08Çox sağ olun Chris. Bura gələn hər kəs
-
0:08 - 0:12qorxduqlarını deyirlər. Bilmirəm mən də qorxuram ya yox,
-
0:12 - 0:16amma bu mənim bu qədər izləyici qarşısındakı ilk çıxışımdır
-
0:16 - 0:20Və sizin diqqətinizi cəlb etmək üçün heç bir smart texnologiyadan da istifadə etmirəm
-
0:20 - 0:23Slaydlar da yoxdur, ona görə ancaq mənə yönəldin diqqətinizi.
-
0:23 - 0:26(Gülüş)
-
0:26 - 0:32Bu gün burada sizinlə bir neçə hekayəmi bölüşmək və
-
0:32 - 0:35fərqli bir Afrika barəsində danışmaq istəyirəm.
-
0:35 - 0:39Bugün məndən əvvəl siz artıq həmişə eşitdiyiniz Afrika haqqında
-
0:39 - 0:44bəzi fikirlər eşitdiniz:QİÇS/HİV viruslu Afrika, .
-
0:44 - 0:50maliyariya xəstəlikli Afrika, aclıq içindəki Afrika, münaqişəli Afrika
-
0:50 - 0:53və fəlakətlərlə dolu Afrika.
-
0:53 - 0:57Bunların hamısı doğrudur, ancaq
-
0:57 - 1:01sizin haqqında çox da eşitmədiyiniz başqa bir Afrika da var.
-
1:01 - 1:05Bəzən mən də çaşıram və öz-özümə soruşuram ki, görəsən niyə.
-
1:05 - 1:09Chris də qeyd etdiyi kimi dəyişən bir Afrika var.
-
1:09 - 1:11İmkanlarla dolu bir Afrika var.
-
1:11 - 1:14İnsaların öz gələcəklərini və müqəddəratlarını özləri
-
1:14 - 1:16qurmaq istəkləri olan bir Afrika var.
-
1:16 - 1:19Və bu işləri görmək üçün tərəfdaşlara ehtiyac duyan
-
1:19 - 1:23insanlar var. Bu gün mən bunlar haqda danışmaq istəyirəm.
-
1:23 - 1:25Afrikadakı dəyişiklik haqqında bir hekayə
-
1:25 - 1:27ilə başlamaq istəyirəm.
-
1:28 - 1:332005-ci il sentyabrın 15-də
-
1:33 - 1:37neftlə zəngin Nigeriyanın gubernatoru cənab Diepreye Alamieyeseigha
-
1:37 - 1:44Londana səfəri zamanı London Şəhər Metropolitan Polisi tərəfindən həbs olunmuşdur.
-
1:44 - 1:49Səbəb ona və ailəsinə məxsus olan
-
1:49 - 1:52qeyri-fəal bank hesabına
-
1:52 - 1:558 milyon dollar pul köçürülməsi idi
-
1:56 - 1:58Həbs London Metropoltan Polisi və
-
1:58 - 2:01ən cəsarətli və güclü insanlardan biri olan
-
2:01 - 2:04cənab Nuhu Ribadunun öhdəsinda olan
-
2:04 - 2:11Nigeriya İqtisadi Cinayət Komissiyasının birgə səyi nəticəsində baş tutmuşdur.
-
2:11 - 2:14O, Londonda məsuliyyətə cəlb olunmuşdu.
-
2:14 - 2:18Bəzi xətaların nətəcəsində o, qadın geyimində həbsdən qaçmış,
-
2:18 - 2:21Londondan ölkə konstitusiyasına görə
-
2:21 - 2:25ölkəni idarə edən şəxsin-- bəzi ölkələrdə prezident adlanır bu şəxs --
-
2:25 - 2:27toxunulmazlığı olan
-
2:27 - 2:32Nigeriya qaçmışdır.Ancaq sonra nə baş verdi?:
-
2:32 - 2:36insanlar onun hərəkətlərinə o qədər qəzəblənmişdilər ki,
-
2:36 - 2:42ölkə qanunvericiliyi onu ittiham edərək vəzifəsindən uzaqlaşdırmışdı.
-
2:43 - 2:45Bu gün Alams-qısaca belə adlandırırlar onu- həbsdədir.
-
2:46 - 2:51Bu Afrika xalqının artıq öz liderlərinin korrupsiyasına
-
2:51 - 2:56göz yummadığını göstərən hekayədir.
-
2:57 - 3:02Bu hekayə onu göstərir ki, insanlar
-
3:02 - 3:07resursların bir neçə qrup arasında bölüşdürüləcəyi yerlərə daşınmasını deyil
-
3:07 - 3:10insanların xeyrinə bölüşdürülməsini istəyirlər.
-
3:10 - 3:14Bununla çatdırmaq istədiyim budur ki, hər yerdə korrupsiyalı Afrika haqda eşidəndə onu da nəzərə alasınız ki, bəzi ölkələrdə insalar və hökumət korrupsiyaya qarşı çox çalışırlar, və bəzi ölkələrdə bu mübarizə müvəffəqiyyət qazanır.
-
3:14 - 3:18onu da nəzərə alasınız ki, bəzi ölkələrdə insalar və hökumət
-
3:18 - 3:21korrupsiyaya qarşı çox çalışırlar, mübarizə aparırlar,
-
3:21 - 3:25və bəzi ölkələrdə bu mübarizə müvəffəqiyyət qazanır.
-
3:25 - 3:28Bu problemin həlli deməkdir? Cavab təbii ki, xeyr.
-
3:28 - 3:32Hələ gediləcək çox yol var, amma bunun üçün istək də var.
-
3:32 - 3:36Və müvəffəqiyyətlər bu mübarizədə xüsusi rol oynayır.
-
3:36 - 3:38Buna görə də korrupsiya haqda eşidəndə
-
3:38 - 3:41heç bir şey edilmədiyini fikirləşməyin-
-
3:41 - 3:44fikirləşməyin ki, yüksək səviyyəli korrupsiya görə heç bir Afrika ölkəsində
-
3:44 - 3:47iş görmək mümkün deyil. Bu doğru deyil.
-
3:47 - 3:53Mübarizə istəkləri var, bəzi ölkələrdə mübarizə davam edir və
-
3:53 - 3:57qalib gəlinir. Mənim ölkəm,
-
3:57 - 4:00uzunmüddətli diktatorluq tarixi olan Nigeriyanın da daxil olduğu bəzi ölkələrdə bu mübarizə davam edir
-
4:00 - 4:04və gediləcək uzun yol var.
-
4:04 - 4:08Ancaq məsələnin məğzi budur ki, davamlılıq var.
-
4:09 - 4:11Nəticələr göz qabağındadır:
-
4:11 - 4:15Dünya Bankı tərəfindən aparılan monitorinq göstərir ki,
-
4:15 - 4:19korrupsiya meylləri azalır
-
4:19 - 4:22və idarəçilik inkişaf etdirilir.
-
4:22 - 4:26Afrika İqtisadi Komissiyasının tədqiqatı
-
4:26 - 4:3028 Afrika ölkəsindəki idarəetmənin təkmilləşdirilməsi cəhdlərini təsdiq edir.
-
4:30 - 4:32Və icazənizlə bu idarəçilik mövzusunu bitirməzdən əvvəl
-
4:32 - 4:34bir şey də demək istəyirəm.
-
4:34 - 4:37İnsanlar ancaq və ancaq korrupsiya haqda danışırlar.
-
4:37 - 4:39İnsanlar korrupsiya haqda danışan kimi ağlınıza Afrika gəlir.
-
4:39 - 4:41Budur Afrika xalqlarının
-
4:41 - 4:45surəti. Ancaq başqa bir şeyi də nəzərinizə çatdırım:
-
4:45 - 4:51Alams 8 milyon dolları Londondakı bank hesabına köçürdə bilirdisə,
-
4:53 - 4:57insanlar İnkişaf Etmiş Ölkələrdə otura- otura
-
4:57 - 5:01İnkişafda Olan Ölkələrin iqtisadiyyatından 20 ~ 40 milyard pul qazanırlarsa,
-
5:01 - 5:04bunları etmək mümkündürsə, bunə nə deyirsiniz?
-
5:04 - 5:07Bu sizcə korrupsiya deyil?
-
5:08 - 5:12Bu ölkədə oğurluq mallar alırsansa məsuliyyətə cəlb olunmursan?
-
5:13 - 5:16Buna görə də belə korrupsiya halları haqda danışanda
-
5:16 - 5:19pulun ancaq daşındığı və qarşısı alınmalı olan
-
5:19 - 5:23dünyanın o biri tərəfi haqda da fikirləşin.
-
5:23 - 5:26Hal- hazırda Dünya Bankı ilə bərabarər bu mövzu haqqında işləyirəm.
-
5:26 - 5:29Çalışıram ki,
-
5:29 - 5:32İnkişafda Olan Ölkələrdən daşınmış resursları,
-
5:32 - 5:35pulları geri gətirim.
-
5:35 - 5:38Çünki, ordakı 20 milyard dolları geri gətirə bilsək,
-
5:38 - 5:41bu ölkələrə edilən bütün
-
5:41 - 5:44yardımlardan daha çox olar.
-
5:44 - 5:51(Alqış)
-
5:51 - 5:55Bu gün danışmaq istədiyim digər mövzu, yenidənqurma- islahat istəyidir.
-
5:55 - 5:59Biz, afrikalılar, hər kəsin
-
5:59 - 6:04kömək və qayğısından yorulmuşuq.
-
6:04 - 6:08Biz minnətdarıq, ancaq
-
6:08 - 6:12islahat arzumuzla öz tale yükümüzü özümüz daşımaq istəyirik.
-
6:13 - 6:17Və bir çox Afrika ölkəsində hal-hazırda bu tam dərk olunub.
-
6:17 - 6:21Buna ancaq özümüzün nail ola biləcəyimiz dərk olunub. Bunu etməli olduğumuz.
-
6:21 - 6:25Başlanğıc üçün partnyorların dəvət olunması.
-
6:25 - 6:28İndi iqtisadiyyatımızı inkişaf etdirməliyik, liderlərimiz dəyişməliyik,
-
6:28 - 6:34dəyişmək və informasiya qovuşmaq üçün daha demokratik olmalıyıq.
-
6:34 - 6:36Və Afrika qitəsinin ölkələrindən birində:
-
6:36 - 6:39Nigeriyada etməyə başladığımız da bu oldu.
-
6:39 - 6:42Əslində Nigeriyada deyilsinizsə Afrikada deyilsiz deməkdir.
-
6:42 - 6:43Bunu bilməlisiniz məncə.
-
6:43 - 6:44(Gülüş)
-
6:44 - 6:464 Sab- Sahara ölkəsindən biridir Nigeriya:
-
6:48 - 6:53140 milyon əhalisi var- əasasən xaotik əhali-
-
6:54 - 6:58amma çox maraqlıdırlar. Heç vaxt darıxmayacaqsınız.
-
6:58 - 6:59(Gülüş)
-
6:59 - 7:01Biz özümüz ölçülər götürüb
-
7:01 - 7:03özümüz islahatlara başladıq.
-
7:04 - 7:06Və həmin vaxt bunları etmək əzmi olan
-
7:06 - 7:09liderimizin dəstəyi ilə
-
7:09 - 7:11özümüz
-
7:11 - 7:13islahat planlarımızı hazırladıq.
-
7:13 - 7:16Beynəlxalq Valyuta Fondu deyil. 21 il işləyib
-
7:16 - 7:19vitze- prezidenti olduğum Dünya Bankının da köməyi olmadan.
-
7:20 - 7:22İslahatları heç kəs sənin əvəzinə edə bilməz. Sən özün etməlisən.♫
-
7:22 - 7:26Biz 1-cisi: dövləti heç bir əlaqəsi
-
7:26 - 7:30olmayan iqtisadiyyatdan ayırdıq.
-
7:30 - 7:32Dövlət istehsalla məşğul olmamalı və
-
7:32 - 7:33xidmət işlərinə qarışmamalıdır,
-
7:33 - 7:36çünki bu səmərəsizdir.
-
7:36 - 7:40Beləliklə biz bir çox sahələri özəlləşdirdik.
-
7:40 - 7:44(Alqış)
-
7:45 - 7:49Nəticədə bazarları də sərbəstləşdirməyə qərar verdik.
-
7:49 - 7:52İnana bilərsiniz ki, islahatlardan əvvəl, 2003-cü ilin sonlarında,
-
7:52 - 7:56mən Vaşinqtonu tərk edib İqtisadiyyat Naziri postunu almaq
-
7:56 - 7:58üçün ölkəyə gedəndə bizim yalnız 30 illik tarixində ancaq
-
8:00 - 8:044,500 xətlə təhciz olunmuş
-
8:04 - 8:09telekomunikasiya sistemimiz var idi.
-
8:09 - 8:11( Gülüş)
-
8:11 - 8:14Nigeriyada telefon xətti olmaq zənginlik hesab olunurdu.
-
8:14 - 8:16Ona sahib ola bilməzdiniz.Bunun üçün gərək rüşvət verməli idiniz.
-
8:16 - 8:18Telefona sahib olmaq üçün hər şey etməli idiniz.
-
8:18 - 8:21Prezident Obasanjo telekomunikasiya sisteminin
-
8:21 - 8:25özəlləşməsini təmin edəndən sonra
-
8:26 - 8:344500 simli telefonlardan 32 milyon GSM xətlərə qədər artım oldu və artım davam edir.
-
8:34 - 8:39Nigeriyanın telekomunikasiya bazarı Çindən sonra dünyada ən sürətlə
-
8:39 - 8:44inkişaf edən bazardır. Telekomunikasiya sahəsinə hər il 1 milyard dollara yaxın
-
8:44 - 8:50investisiya qoyulur.Və bunu bəzi ağıllı insanlardan başqa heç kəs bilmir.
-
8:50 - 8:53(Gülüş)
-
8:53 - 8:57Ən ağıllı və birinci gələn investment
-
8:57 - 8:59Cənubi Afrikanın MTN şirkəti idi.
-
8:59 - 9:03Və mənim 3 il İqtisadiyyat Naziri olduğum dövrdə hər il orta hesabla
-
9:03 - 9:06360 milyon dollar gəlir əldə etdilər.
-
9:08 - 9:14Sərbəst bazarda 360 milyon dollar həm də kasıb bir ölkədə,
-
9:14 - 9:18adam başına düşən orta aylıq gəliri 500 dollardan aşağı olan bir ölkədə.
-
9:19 - 9:21Və gördüyünüz kimi: budur bazar.
-
9:21 - 9:24Onlar bunu gizli saxlasalar da əvvəl axır ortaya çıxır.
-
9:25 - 9:28Nigeriyalılar özləri də
-
9:28 - 9:30simsiz telekomunikasiya şirkətləri yaratmağa başladılar,
-
9:30 - 9:32və onların üç ya dördü mövcuddur.
-
9:32 - 9:35Hələ burda böyük bir sərbəst bazar var,
-
9:35 - 9:38ancaq insanlar bu haqda bilmirlər, bilmək istəmirlər.
-
9:40 - 9:42Buna görə də özəlləşdirmə etdiyimiz ilk iş oldu.
-
9:43 - 9:49Etdiyimiz digər şey isə iqtisadiyyatı daha yaxşı idarə etmək oldu.
-
9:50 - 9:52Çünki öz iqtisadiyyatını yaxşı idarə edə bilməsən
-
9:53 - 9:56heç kəs sənə kömək etməyəcək.
-
9:56 - 10:00Və Nigeriyada neft sektoru korrupsiyaya uğradığı
-
10:00 - 10:05və idarəçiliyi düzgün olmadığı bilinirdi.
-
10:05 - 10:09Beləliklə biz nə etməyə çalışdıq? Biz neft qiymətlərindən
-
10:10 - 10:12asılı olmayan büdcə planı hazırladıq.
-
10:12 - 10:16Əvvəllər büdcəni neftdən gələn gəlirlərlə uyğunlaşdırırdıq,
-
10:16 - 10:21çünki neft ən böyük gəlir mənbəyi idi,
-
10:21 - 10:24gəlirin 70%-ni təşkil edirdi.
-
10:24 - 10:28Bu asılılığı pozmaqla büdcə qiymətlərini
-
10:28 - 10:31neft qiymətlərindən aşağı hesablamağa başladıq
-
10:31 - 10:35və bu qiymətlərdən artıq olanları büdcədə yığdıq.
-
10:36 - 10:39Qarşısını ala biləcəyimizi bilmirdik, çox mübahisəli məsələ idi.
-
10:39 - 10:42Ancaq nəticə olaraq, neftin qiyməti
-
10:42 - 10:45çox yüksək olduğu halda belə yüksək sürətlə inkişaf edən
-
10:45 - 10:49və özüllü iqtisaqiyyat yarada bildik.
-
10:49 - 10:51Onlar geriləyəndə bizdə eynisilə gerilədik.
-
10:51 - 10:55Əməkhaqqlarını ödəyəcək qədər də pulumuz yox idi.
-
10:56 - 11:00Ancaq hər şey yaxşı oldu. Mən vəzifədən getməzdən əvvəl
-
11:00 - 11:06bizim 27 milyard dollar yığımımız var idi. Bu yığımlar 2003-cü ildə
-
11:06 - 11:10mən vəzifəyə gələndə sadəcə 7 milyard dollardan ibarət olan ehtiyata (reserve ) köçürüldü.
-
11:11 - 11:14Mən vəzifədən çıxanda bizim 30 milyarda yaxın pul var idi.
-
11:14 - 11:17Və hal-hazırda iqtisadiyyatın xüsusi təşkilinin nəticəsi olaraq
-
11:18 - 11:22bu rəqəm 40 milyarddır.
-
11:23 - 11:26Və bu pul iqtisadiyyata dayaq verir və stabilləşdirir.
-
11:26 - 11:29Adətən qeyri-sabit olan iqtisadiyyatımız indi müəyyən qədər sabit və planlıdır,
-
11:29 - 11:33bazarda iş adamlarının təxmin edə biləcəkləri
-
11:33 - 11:38qiymətlər mövcuddur.
-
11:40 - 11:44Biz infilyasiyanı 28%-dən 11%-ə endirdik.
-
11:46 - 11:52Keçən onillikdə ortalama 2,3 artan ÜDM-i (Ümumdaxıili Məhsul),
-
11:52 - 11:55bu onillikdə 6,5%-ə çatdırdıq.
-
11:56 - 11:59Yəni etdiyimiz bütün dəyişikliklər və irəliləyişlər
-
11:59 - 12:02iqtisadi göstəricilərlə də təsdiqlənmiş oldu.
-
12:02 - 12:06Daha da vacibi odur ki, biz-
-
12:06 - 12:08əvvəllər ancaq neft sektorundan gələn gəlirlərlə
-
12:08 - 12:11inkişaf edən Afrika ölkələri
-
12:13 - 12:16qeyri- neft sektorunda da imkanlar
-
12:16 - 12:19yaratmaq istəyirik.
-
12:19 - 12:22Kənd təsərrüfatında 8%-ə yaxın inkişaf müşahidə olundu.
-
12:22 - 12:26Bütün telekomunikasiya sistemi, tikinti sahələri inkişaf etdi,
-
12:26 - 12:31və bu siyahını davam etdirmək olar. Bununla onu demək istəyirəm ki,
-
12:31 - 12:33makroiqtisadiyyat gücləndikcə
-
12:33 - 12:37bütün sektorlarda böyük imkanlar yaranır.
-
12:38 - 12:41Əvvəl də nəzərinizə çatdırdığım kimi kənd təsərrüfatında böyük imkanlar var.
-
12:41 - 12:45Mineral sahələrində imkanlar var. Sərmayə qoyulmamış,
-
12:45 - 12:48hətta kəşf olunmamış coxlu minerallar var. Və bilirik ki,
-
12:48 - 12:51normal qanunvericilik olmadan investisiya qoyuluşu
-
12:51 - 12:54mümkün deyil . Buna uyğun olaraq
-
12:54 - 12:57dünyada ən yaxşı mədən sənayesi qanunvericiliklərindən birini yaratmışıq.
-
12:58 - 13:00Mənzil tikintisi və daşınmaz əmlak bazarında yaxşı fürsətlər var.
-
13:00 - 13:03140 milyonluq ölkədə heç nə yox idi-
-
13:04 - 13:09burda olduğu kimi alış-veriş mərkəzləri mövcud deyildi.
-
13:10 - 13:13Bu insanların arzularını reallaşdırmaq istəyən
-
13:13 - 13:15investorlar üçün əla şans idi.
-
13:16 - 13:19Və bu investorlar alış-veriş mərkəzlərindən təxminlərindən
-
13:19 - 13:224 qat artıq artıq pul görtürürlər.
-
13:23 - 13:26Əvvəl də dediyim kimi, tikinti , daşınmaz əmlak,
-
13:26 - 13:28ipoteka sahələrində böyük yatırım lazımdır.
-
13:29 - 13:33Maliyyə xidmət sahələri: 89 bank var idi. Çoxu həqiqi fəaliyyətdən uzaq.
-
13:33 - 13:37Biz onlardan kapitallarını artırmaq və bölüşdürməyi
-
13:37 - 13:42tələb etməklə 80 bankın 25 bankda birləşməsinə nail olduq .
-
13:42 - 13:47Və göstəricilər 25 milyon dollardan 150 milyon dollara qədər dəyişdi.
-
13:47 - 13:51İndi korporativ banklar və gücləndirilmiş bank sistemi
-
13:51 - 13:55xarici isvestorları da cəlb edir.
-
13:55 - 13:59Birləşmiş Krallığın Barclays Bankı 500 milyon investisiya qoyub.
-
13:59 - 14:03Standard Chartered bankı 140 milyon.
-
14:03 - 14:06Və daha başqalarını da saya bilərəm. Dollarlar sistemə qoşulmağa davam edir.
-
14:06 - 14:08Sığorta sahəsində də eyni şeyi edirik.
-
14:08 - 14:11Maliyyə sahəsində böyük şanslar var.
-
14:11 - 14:17Turizm sahəsində: bir çox Afrika ölkəsində böyük imaklar.
-
14:17 - 14:20Bir çox insan elə Şərqi Afrikanı turizmə görə tanıyır:
-
14:21 - 14:24vəhşi həyat, fillər və s.
-
14:24 - 14:26Ancaq turizm sahəsini insanlara xeyir verəcək şəkildə
-
14:26 - 14:29təşkil etmək çox vacibdir.
-
14:30 - 14:33Beləliklə demək istədiklərim bunlardır. Demək istəyirəm ki,
-
14:33 - 14:36qitədə yeni cərəyan var.
-
14:36 - 14:412000-ci ildən bəri ölkələrinin 2/3-ündə çox partiyalı sistem
-
14:41 - 14:43mövcud olan
-
14:43 - 14:45yeni demokratiya dalğası.
-
14:46 - 14:49Onların hamısı qüsursuz deyil və qüsursuz da olmayacaq,
-
14:49 - 14:51amma mövcud ənənə aydındır.
-
14:51 - 14:55Demək istəyirəm ki,
-
14:55 - 14:58bütün qitədə illik artım son üç ildə
-
14:58 - 15:022,3 %-dən 5%-ə çatdırılıb.
-
15:02 - 15:06Bu bir çox İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) ölkəsindən daha yaxşı göstəricidir
-
15:07 - 15:11Aydındır ki, hər şey dəyişir.
-
15:11 - 15:13Qitədəki konfliktlər həll olunur;
-
15:14 - 15:1610 il əvvəlki 12 konfliktdən
-
15:16 - 15:183~4-ü qalıb,
-
15:18 - 15:21Ən dəhşətli Darfur onlardan biridir təbii ki.
-
15:21 - 15:24Və, belə bir sərhəd effekti var ki,
-
15:24 - 15:26əgər qitənin hansısa hissəsində nəsə baş verirsə,
-
15:26 - 15:29bu bütün qitəyə təsir göstərir.
-
15:29 - 15:32Ancaq nəzərə almalıyıq ki,
-
15:32 - 15:38qitə yalnız bir ölkədən deyil, bir neçə ölkədən ibarətdir.
-
15:38 - 15:40Və əgər konfliktlərin sayı azalıbsa,
-
15:40 - 15:43bu ona işarə edir ki, çoxlu imkanlar olan
-
15:43 - 15:50stabil, inkişafda olan iqtisadiyyatlara
-
15:50 - 15:53investisiya qoymaq lazımdır.
-
15:54 - 15:58Və bu investisiyalar haqda bir şey də demək istəyirəm.
-
15:59 - 16:01İndi Afrikaya kömək etməyin ən yaxşı yolu
-
16:02 - 16:05onlara öz ayaqları üstündə durmasına kömək etməkdir.
-
16:05 - 16:09Və bunu etməyin ən yaxşı yolu yeni iş yerləri açmaqdır.
-
16:10 - 16:14Malyariyaya qarşı mübarizə və bu sahəyə pul ayrılmasına
-
16:14 - 16:18heç bir etirazımız yoxdur. Bunu deməyə çalışmıram. Bu yaxşı işdir.
-
16:19 - 16:23Ancaq ailədə işləyən valideyinlərin olmasını təsəvvür edin: onlar
-
16:23 - 16:25uşaqlarının məktəbə getməsini təmin edə bilər,
-
16:25 - 16:28özləri dərman alıb xəstəliklə mübarizə apara bilərlər.
-
16:28 - 16:32Əgər özünüzünə pul qazandırmaqla bərabər,
-
16:32 - 16:37insanların işləməsinə və öz ayaqları üstündə dayanmasına
-
16:37 - 16:42kömək edə bilirsinizsə, bu böyük iş deyilmi? Bu ediləcək ən yaxşı iş deyilmi?
-
16:42 - 16:45Və onu da deyim ki, qitədə qadınlara investisiya qoymaq
-
16:45 - 16:47yaxşı fikirdir.
-
16:48 - 16:55(Alqış)
-
16:55 - 17:00Özümlə bərabər CD gətirmişdim. Bağışlayın ki əvvəldən məlumat vermədim.
-
17:00 - 17:02Buna baxmağınızı çox istərdim.
-
17:02 - 17:05Burada: " Afrika: Biznes üçün açıqdır." yazılıb.
-
17:06 - 17:09Və əslində bu vidio ilin sənədli filmi
-
17:09 - 17:11mükafatını qazanıb.
-
17:11 - 17:13Bilməyinizi istəyirəm ki, bu videonu
-
17:13 - 17:18hazırlayan xanım, İyun sesiyasının keçiriləcəyi Tanzaniyadandır.
-
17:19 - 17:24Bu göstərir ki, Afrikalılar, xüsusilə qadınlar bütün çətinliklərə baxmayaraq,
-
17:24 - 17:29bəziləri hətta dünya standartlarına uyğun olan biznes qurmağı bacarıblar.
-
17:29 - 17:32Bu qadınlardan biri Adenike Ogunlesi,
-
17:32 - 17:34hobbi olaraq başladığı uşaq paltarları tikməyi
-
17:34 - 17:39biznesə çevirdi.
-
17:39 - 17:42O, Afrikaya xas matetialları başqa materiallarla qatmaqla
-
17:43 - 17:44buna nail oldu.
-
17:44 - 17:49O, Afrika materiallarınnın qarışığı olan
-
17:49 - 17:53velvet parçadan paltarlar hazırlayır.Çox yaradıcı dizaynları var.
-
17:55 - 17:58Ona hətta Wall-Mart dan da sifarişlər gəlir.
-
17:59 - 18:00(Gülüş)
-
18:01 - 18:0310,000 dəst.
-
18:04 - 18:08Bu göstərir ki, bizim bacarıqlı insanlarımız var.
-
18:08 - 18:13Və qadınlar çalışqandırlar, onlar işlərinə diqqət verir, çox işləyirlər
-
18:13 - 18:15Digər nümunələrlə davam edəcəm.
-
18:15 - 18:19Rvandadan Beatris Gabuka gül biznesi ilə məşğul olur və
-
18:19 - 18:24hal hazırda hər gün Amsterdamdakı holland gül bazarına gül ixrac edir,
-
18:24 - 18:28200-dən çox qadını işlə təmin edir.
-
18:29 - 18:33Ancaq bu bizneslərin hamısı kapital azlığından əziyyət çəkir, çünki
-
18:34 - 18:37bizdən başqa heç kəs bizim
-
18:37 - 18:42bacarığımıza inanmır. Heç kəs Afrikada bazar haqda fikirləşmir.
-
18:42 - 18:45Heç kəs mövcud imkanlar haqda fikirləşmir.
-
18:45 - 18:48Və mən burada deyirəm ki, indi qayığa minməyənlər
-
18:48 - 18:50bir də qayığı görməyəcəklər.
-
18:50 - 18:56Əgər Afrikada olmaq istəyirsinizsə, investisiya qoymaq haqda fikirləşin.
-
18:57 - 19:03Dünyadakı Beatrislər, Adenikelər haqda fikirləşin,
-
19:03 - 19:06onları qlobal iqtisadiyyata gətirən işləri,
-
19:06 - 19:09ətrafınkadı qadınları işlə təmin etməkləri,
-
19:09 - 19:12valideyinləri işlədiyinə görə
-
19:12 - 19:14təhsil ala bilən uşaqlar haqda
-
19:14 - 19:17fikirləşin.
-
19:18 - 19:22Sizi imkanlardan istifadə etməyə dəvət edirəm.
-
19:23 - 19:27Tanzaniyada olarkən diqqətlə qulaq asın,
-
19:27 - 19:31çünki eşitdikləriniz həm sizə həm də başqalarına xeyir
-
19:31 - 19:36gətirəcək imkanlar
-
19:36 - 19:41aça bilər.
-
19:41 - 19:42Çox sağ olun.
-
19:42 - 19:50(Alqış)
- Title:
- Ngozi Okonjo-Iweala Afrikada biznes qurmaq barəsində
- Speaker:
- Ngozi Okonjo-Iweala
- Description:
-
Hamımız Afrikanın mənfi imici barədə məlumatlıyıq—aclıq və xəstəlik, münaqişə və korrupsiya. Amma Ngozi Okonjo- İveala, Afrika xalqlarının daha az müzəkirə olunan hekayələrinin: yenidənqurma, iqitisadi inkişaf və biznes imkanları, olduğunu deyir.
- Video Language:
- English
- Team:
- closed TED
- Project:
- TEDTalks
- Duration:
- 19:49