1 00:00:05,000 --> 00:00:08,000 Çox sağ olun Chris. Bura gələn hər kəs 2 00:00:08,000 --> 00:00:12,000 qorxduqlarını deyirlər. Bilmirəm mən də qorxuram ya yox, 3 00:00:12,000 --> 00:00:16,000 amma bu mənim bu qədər izləyici qarşısındakı ilk çıxışımdır 4 00:00:16,000 --> 00:00:20,000 Və sizin diqqətinizi cəlb etmək üçün heç bir smart texnologiyadan da istifadə etmirəm 5 00:00:20,000 --> 00:00:23,000 Slaydlar da yoxdur, ona görə ancaq mənə yönəldin diqqətinizi. 6 00:00:23,000 --> 00:00:26,000 (Gülüş) 7 00:00:26,000 --> 00:00:32,000 Bu gün burada sizinlə bir neçə hekayəmi bölüşmək və 8 00:00:32,000 --> 00:00:35,000 fərqli bir Afrika barəsində danışmaq istəyirəm. 9 00:00:35,000 --> 00:00:39,000 Bugün məndən əvvəl siz artıq həmişə eşitdiyiniz Afrika haqqında 10 00:00:39,000 --> 00:00:44,000 bəzi fikirlər eşitdiniz:QİÇS/HİV viruslu Afrika, . 11 00:00:44,000 --> 00:00:50,000 maliyariya xəstəlikli Afrika, aclıq içindəki Afrika, münaqişəli Afrika 12 00:00:50,000 --> 00:00:53,000 və fəlakətlərlə dolu Afrika. 13 00:00:53,000 --> 00:00:57,000 Bunların hamısı doğrudur, ancaq 14 00:00:57,000 --> 00:01:01,000 sizin haqqında çox da eşitmədiyiniz başqa bir Afrika da var. 15 00:01:01,000 --> 00:01:05,000 Bəzən mən də çaşıram və öz-özümə soruşuram ki, görəsən niyə. 16 00:01:05,000 --> 00:01:09,000 Chris də qeyd etdiyi kimi dəyişən bir Afrika var. 17 00:01:09,000 --> 00:01:11,000 İmkanlarla dolu bir Afrika var. 18 00:01:11,000 --> 00:01:14,000 İnsaların öz gələcəklərini və müqəddəratlarını özləri 19 00:01:14,000 --> 00:01:16,000 qurmaq istəkləri olan bir Afrika var. 20 00:01:16,000 --> 00:01:19,000 Və bu işləri görmək üçün tərəfdaşlara ehtiyac duyan 21 00:01:19,000 --> 00:01:23,000 insanlar var. Bu gün mən bunlar haqda danışmaq istəyirəm. 22 00:01:23,000 --> 00:01:25,000 Afrikadakı dəyişiklik haqqında bir hekayə 23 00:01:25,000 --> 00:01:27,000 ilə başlamaq istəyirəm. 24 00:01:28,000 --> 00:01:33,000 2005-ci il sentyabrın 15-də 25 00:01:33,000 --> 00:01:37,000 neftlə zəngin Nigeriyanın gubernatoru cənab Diepreye Alamieyeseigha 26 00:01:37,000 --> 00:01:44,000 Londana səfəri zamanı London Şəhər Metropolitan Polisi tərəfindən həbs olunmuşdur. 27 00:01:44,000 --> 00:01:49,000 Səbəb ona və ailəsinə məxsus olan 28 00:01:49,000 --> 00:01:52,000 qeyri-fəal bank hesabına 29 00:01:52,000 --> 00:01:55,000 8 milyon dollar pul köçürülməsi idi 30 00:01:56,000 --> 00:01:58,000 Həbs London Metropoltan Polisi və 31 00:01:58,000 --> 00:02:01,000 ən cəsarətli və güclü insanlardan biri olan 32 00:02:01,000 --> 00:02:04,000 cənab Nuhu Ribadunun öhdəsinda olan 33 00:02:04,000 --> 00:02:11,000 Nigeriya İqtisadi Cinayət Komissiyasının birgə səyi nəticəsində baş tutmuşdur. 34 00:02:11,000 --> 00:02:14,000 O, Londonda məsuliyyətə cəlb olunmuşdu. 35 00:02:14,000 --> 00:02:18,000 Bəzi xətaların nətəcəsində o, qadın geyimində həbsdən qaçmış, 36 00:02:18,000 --> 00:02:21,000 Londondan ölkə konstitusiyasına görə 37 00:02:21,000 --> 00:02:25,000 ölkəni idarə edən şəxsin-- bəzi ölkələrdə prezident adlanır bu şəxs -- 38 00:02:25,000 --> 00:02:27,000 toxunulmazlığı olan 39 00:02:27,000 --> 00:02:32,000 Nigeriya qaçmışdır.Ancaq sonra nə baş verdi?: 40 00:02:32,000 --> 00:02:36,000 insanlar onun hərəkətlərinə o qədər qəzəblənmişdilər ki, 41 00:02:36,000 --> 00:02:42,000 ölkə qanunvericiliyi onu ittiham edərək vəzifəsindən uzaqlaşdırmışdı. 42 00:02:43,000 --> 00:02:45,000 Bu gün Alams-qısaca belə adlandırırlar onu- həbsdədir. 43 00:02:46,000 --> 00:02:51,000 Bu Afrika xalqının artıq öz liderlərinin korrupsiyasına 44 00:02:51,000 --> 00:02:56,000 göz yummadığını göstərən hekayədir. 45 00:02:57,000 --> 00:03:02,000 Bu hekayə onu göstərir ki, insanlar 46 00:03:02,000 --> 00:03:07,000 resursların bir neçə qrup arasında bölüşdürüləcəyi yerlərə daşınmasını deyil 47 00:03:07,000 --> 00:03:10,000 insanların xeyrinə bölüşdürülməsini istəyirlər. 48 00:03:10,000 --> 00:03:14,000 Bununla çatdırmaq istədiyim budur ki, hər yerdə korrupsiyalı Afrika haqda eşidəndə onu da nəzərə alasınız ki, bəzi ölkələrdə insalar və hökumət korrupsiyaya qarşı çox çalışırlar, və bəzi ölkələrdə bu mübarizə müvəffəqiyyət qazanır. 49 00:03:14,000 --> 00:03:18,000 onu da nəzərə alasınız ki, bəzi ölkələrdə insalar və hökumət 50 00:03:18,000 --> 00:03:21,000 korrupsiyaya qarşı çox çalışırlar, mübarizə aparırlar, 51 00:03:21,000 --> 00:03:25,000 və bəzi ölkələrdə bu mübarizə müvəffəqiyyət qazanır. 52 00:03:25,000 --> 00:03:28,000 Bu problemin həlli deməkdir? Cavab təbii ki, xeyr. 53 00:03:28,000 --> 00:03:32,000 Hələ gediləcək çox yol var, amma bunun üçün istək də var. 54 00:03:32,000 --> 00:03:36,000 Və müvəffəqiyyətlər bu mübarizədə xüsusi rol oynayır. 55 00:03:36,000 --> 00:03:38,000 Buna görə də korrupsiya haqda eşidəndə 56 00:03:38,000 --> 00:03:41,000 heç bir şey edilmədiyini fikirləşməyin- 57 00:03:41,000 --> 00:03:44,000 fikirləşməyin ki, yüksək səviyyəli korrupsiya görə heç bir Afrika ölkəsində 58 00:03:44,000 --> 00:03:47,000 iş görmək mümkün deyil. Bu doğru deyil. 59 00:03:47,000 --> 00:03:53,000 Mübarizə istəkləri var, bəzi ölkələrdə mübarizə davam edir və 60 00:03:53,000 --> 00:03:57,000 qalib gəlinir. Mənim ölkəm, 61 00:03:57,000 --> 00:04:00,000 uzunmüddətli diktatorluq tarixi olan Nigeriyanın da daxil olduğu bəzi ölkələrdə bu mübarizə davam edir 62 00:04:00,000 --> 00:04:04,000 və gediləcək uzun yol var. 63 00:04:04,000 --> 00:04:08,000 Ancaq məsələnin məğzi budur ki, davamlılıq var. 64 00:04:09,000 --> 00:04:11,000 Nəticələr göz qabağındadır: 65 00:04:11,000 --> 00:04:15,000 Dünya Bankı tərəfindən aparılan monitorinq göstərir ki, 66 00:04:15,000 --> 00:04:19,000 korrupsiya meylləri azalır 67 00:04:19,000 --> 00:04:22,000 və idarəçilik inkişaf etdirilir. 68 00:04:22,000 --> 00:04:26,000 Afrika İqtisadi Komissiyasının tədqiqatı 69 00:04:26,000 --> 00:04:30,000 28 Afrika ölkəsindəki idarəetmənin təkmilləşdirilməsi cəhdlərini təsdiq edir. 70 00:04:30,000 --> 00:04:32,000 Və icazənizlə bu idarəçilik mövzusunu bitirməzdən əvvəl 71 00:04:32,000 --> 00:04:34,000 bir şey də demək istəyirəm. 72 00:04:34,000 --> 00:04:37,000 İnsanlar ancaq və ancaq korrupsiya haqda danışırlar. 73 00:04:37,000 --> 00:04:39,000 İnsanlar korrupsiya haqda danışan kimi ağlınıza Afrika gəlir. 74 00:04:39,000 --> 00:04:41,000 Budur Afrika xalqlarının 75 00:04:41,000 --> 00:04:45,000 surəti. Ancaq başqa bir şeyi də nəzərinizə çatdırım: 76 00:04:45,000 --> 00:04:51,000 Alams 8 milyon dolları Londondakı bank hesabına köçürdə bilirdisə, 77 00:04:53,000 --> 00:04:57,000 insanlar İnkişaf Etmiş Ölkələrdə otura- otura 78 00:04:57,000 --> 00:05:01,000 İnkişafda Olan Ölkələrin iqtisadiyyatından 20 ~ 40 milyard pul qazanırlarsa, 79 00:05:01,000 --> 00:05:04,000 bunları etmək mümkündürsə, bunə nə deyirsiniz? 80 00:05:04,000 --> 00:05:07,000 Bu sizcə korrupsiya deyil? 81 00:05:08,000 --> 00:05:12,000 Bu ölkədə oğurluq mallar alırsansa məsuliyyətə cəlb olunmursan? 82 00:05:13,000 --> 00:05:16,000 Buna görə də belə korrupsiya halları haqda danışanda 83 00:05:16,000 --> 00:05:19,000 pulun ancaq daşındığı və qarşısı alınmalı olan 84 00:05:19,000 --> 00:05:23,000 dünyanın o biri tərəfi haqda da fikirləşin. 85 00:05:23,000 --> 00:05:26,000 Hal- hazırda Dünya Bankı ilə bərabarər bu mövzu haqqında işləyirəm. 86 00:05:26,000 --> 00:05:29,000 Çalışıram ki, 87 00:05:29,000 --> 00:05:32,000 İnkişafda Olan Ölkələrdən daşınmış resursları, 88 00:05:32,000 --> 00:05:35,000 pulları geri gətirim. 89 00:05:35,000 --> 00:05:38,000 Çünki, ordakı 20 milyard dolları geri gətirə bilsək, 90 00:05:38,000 --> 00:05:41,000 bu ölkələrə edilən bütün 91 00:05:41,000 --> 00:05:44,000 yardımlardan daha çox olar. 92 00:05:44,000 --> 00:05:51,000 (Alqış) 93 00:05:51,000 --> 00:05:55,000 Bu gün danışmaq istədiyim digər mövzu, yenidənqurma- islahat istəyidir. 94 00:05:55,000 --> 00:05:59,000 Biz, afrikalılar, hər kəsin 95 00:05:59,000 --> 00:06:04,000 kömək və qayğısından yorulmuşuq. 96 00:06:04,000 --> 00:06:08,000 Biz minnətdarıq, ancaq 97 00:06:08,000 --> 00:06:12,000 islahat arzumuzla öz tale yükümüzü özümüz daşımaq istəyirik. 98 00:06:13,000 --> 00:06:17,000 Və bir çox Afrika ölkəsində hal-hazırda bu tam dərk olunub. 99 00:06:17,000 --> 00:06:21,000 Buna ancaq özümüzün nail ola biləcəyimiz dərk olunub. Bunu etməli olduğumuz. 100 00:06:21,000 --> 00:06:25,000 Başlanğıc üçün partnyorların dəvət olunması. 101 00:06:25,000 --> 00:06:28,000 İndi iqtisadiyyatımızı inkişaf etdirməliyik, liderlərimiz dəyişməliyik, 102 00:06:28,000 --> 00:06:34,000 dəyişmək və informasiya qovuşmaq üçün daha demokratik olmalıyıq. 103 00:06:34,000 --> 00:06:36,000 Və Afrika qitəsinin ölkələrindən birində: 104 00:06:36,000 --> 00:06:39,000 Nigeriyada etməyə başladığımız da bu oldu. 105 00:06:39,000 --> 00:06:42,000 Əslində Nigeriyada deyilsinizsə Afrikada deyilsiz deməkdir. 106 00:06:42,000 --> 00:06:43,000 Bunu bilməlisiniz məncə. 107 00:06:43,000 --> 00:06:44,000 (Gülüş) 108 00:06:44,000 --> 00:06:46,000 4 Sab- Sahara ölkəsindən biridir Nigeriya: 109 00:06:48,000 --> 00:06:53,000 140 milyon əhalisi var- əasasən xaotik əhali- 110 00:06:54,000 --> 00:06:58,000 amma çox maraqlıdırlar. Heç vaxt darıxmayacaqsınız. 111 00:06:58,000 --> 00:06:59,000 (Gülüş) 112 00:06:59,000 --> 00:07:01,000 Biz özümüz ölçülər götürüb 113 00:07:01,000 --> 00:07:03,000 özümüz islahatlara başladıq. 114 00:07:04,000 --> 00:07:06,000 Və həmin vaxt bunları etmək əzmi olan 115 00:07:06,000 --> 00:07:09,000 liderimizin dəstəyi ilə 116 00:07:09,000 --> 00:07:11,000 özümüz 117 00:07:11,000 --> 00:07:13,000 islahat planlarımızı hazırladıq. 118 00:07:13,000 --> 00:07:16,000 Beynəlxalq Valyuta Fondu deyil. 21 il işləyib 119 00:07:16,000 --> 00:07:19,000 vitze- prezidenti olduğum Dünya Bankının da köməyi olmadan. 120 00:07:20,000 --> 00:07:22,000 İslahatları heç kəs sənin əvəzinə edə bilməz. Sən özün etməlisən.♫ 121 00:07:22,000 --> 00:07:26,000 Biz 1-cisi: dövləti heç bir əlaqəsi 122 00:07:26,000 --> 00:07:30,000 olmayan iqtisadiyyatdan ayırdıq. 123 00:07:30,000 --> 00:07:32,000 Dövlət istehsalla məşğul olmamalı və 124 00:07:32,000 --> 00:07:33,000 xidmət işlərinə qarışmamalıdır, 125 00:07:33,000 --> 00:07:36,000 çünki bu səmərəsizdir. 126 00:07:36,000 --> 00:07:40,000 Beləliklə biz bir çox sahələri özəlləşdirdik. 127 00:07:40,000 --> 00:07:44,000 (Alqış) 128 00:07:45,000 --> 00:07:49,000 Nəticədə bazarları də sərbəstləşdirməyə qərar verdik. 129 00:07:49,000 --> 00:07:52,000 İnana bilərsiniz ki, islahatlardan əvvəl, 2003-cü ilin sonlarında, 130 00:07:52,000 --> 00:07:56,000 mən Vaşinqtonu tərk edib İqtisadiyyat Naziri postunu almaq 131 00:07:56,000 --> 00:07:58,000 üçün ölkəyə gedəndə bizim yalnız 30 illik tarixində ancaq 132 00:08:00,000 --> 00:08:04,000 4,500 xətlə təhciz olunmuş 133 00:08:04,000 --> 00:08:09,000 telekomunikasiya sistemimiz var idi. 134 00:08:09,000 --> 00:08:11,000 ( Gülüş) 135 00:08:11,000 --> 00:08:14,000 Nigeriyada telefon xətti olmaq zənginlik hesab olunurdu. 136 00:08:14,000 --> 00:08:16,000 Ona sahib ola bilməzdiniz.Bunun üçün gərək rüşvət verməli idiniz. 137 00:08:16,000 --> 00:08:18,000 Telefona sahib olmaq üçün hər şey etməli idiniz. 138 00:08:18,000 --> 00:08:21,000 Prezident Obasanjo telekomunikasiya sisteminin 139 00:08:21,000 --> 00:08:25,000 özəlləşməsini təmin edəndən sonra 140 00:08:26,000 --> 00:08:34,000 4500 simli telefonlardan 32 milyon GSM xətlərə qədər artım oldu və artım davam edir. 141 00:08:34,000 --> 00:08:39,000 Nigeriyanın telekomunikasiya bazarı Çindən sonra dünyada ən sürətlə 142 00:08:39,000 --> 00:08:44,000 inkişaf edən bazardır. Telekomunikasiya sahəsinə hər il 1 milyard dollara yaxın 143 00:08:44,000 --> 00:08:50,000 investisiya qoyulur.Və bunu bəzi ağıllı insanlardan başqa heç kəs bilmir. 144 00:08:50,000 --> 00:08:53,000 (Gülüş) 145 00:08:53,000 --> 00:08:57,000 Ən ağıllı və birinci gələn investment 146 00:08:57,000 --> 00:08:59,000 Cənubi Afrikanın MTN şirkəti idi. 147 00:08:59,000 --> 00:09:03,000 Və mənim 3 il İqtisadiyyat Naziri olduğum dövrdə hər il orta hesabla 148 00:09:03,000 --> 00:09:06,000 360 milyon dollar gəlir əldə etdilər. 149 00:09:08,000 --> 00:09:14,000 Sərbəst bazarda 360 milyon dollar həm də kasıb bir ölkədə, 150 00:09:14,000 --> 00:09:18,000 adam başına düşən orta aylıq gəliri 500 dollardan aşağı olan bir ölkədə. 151 00:09:19,000 --> 00:09:21,000 Və gördüyünüz kimi: budur bazar. 152 00:09:21,000 --> 00:09:24,000 Onlar bunu gizli saxlasalar da əvvəl axır ortaya çıxır. 153 00:09:25,000 --> 00:09:28,000 Nigeriyalılar özləri də 154 00:09:28,000 --> 00:09:30,000 simsiz telekomunikasiya şirkətləri yaratmağa başladılar, 155 00:09:30,000 --> 00:09:32,000 və onların üç ya dördü mövcuddur. 156 00:09:32,000 --> 00:09:35,000 Hələ burda böyük bir sərbəst bazar var, 157 00:09:35,000 --> 00:09:38,000 ancaq insanlar bu haqda bilmirlər, bilmək istəmirlər. 158 00:09:40,000 --> 00:09:42,000 Buna görə də özəlləşdirmə etdiyimiz ilk iş oldu. 159 00:09:43,000 --> 00:09:49,000 Etdiyimiz digər şey isə iqtisadiyyatı daha yaxşı idarə etmək oldu. 160 00:09:50,000 --> 00:09:52,000 Çünki öz iqtisadiyyatını yaxşı idarə edə bilməsən 161 00:09:53,000 --> 00:09:56,000 heç kəs sənə kömək etməyəcək. 162 00:09:56,000 --> 00:10:00,000 Və Nigeriyada neft sektoru korrupsiyaya uğradığı 163 00:10:00,000 --> 00:10:05,000 və idarəçiliyi düzgün olmadığı bilinirdi. 164 00:10:05,000 --> 00:10:09,000 Beləliklə biz nə etməyə çalışdıq? Biz neft qiymətlərindən 165 00:10:10,000 --> 00:10:12,000 asılı olmayan büdcə planı hazırladıq. 166 00:10:12,000 --> 00:10:16,000 Əvvəllər büdcəni neftdən gələn gəlirlərlə uyğunlaşdırırdıq, 167 00:10:16,000 --> 00:10:21,000 çünki neft ən böyük gəlir mənbəyi idi, 168 00:10:21,000 --> 00:10:24,000 gəlirin 70%-ni təşkil edirdi. 169 00:10:24,000 --> 00:10:28,000 Bu asılılığı pozmaqla büdcə qiymətlərini 170 00:10:28,000 --> 00:10:31,000 neft qiymətlərindən aşağı hesablamağa başladıq 171 00:10:31,000 --> 00:10:35,000 və bu qiymətlərdən artıq olanları büdcədə yığdıq. 172 00:10:36,000 --> 00:10:39,000 Qarşısını ala biləcəyimizi bilmirdik, çox mübahisəli məsələ idi. 173 00:10:39,000 --> 00:10:42,000 Ancaq nəticə olaraq, neftin qiyməti 174 00:10:42,000 --> 00:10:45,000 çox yüksək olduğu halda belə yüksək sürətlə inkişaf edən 175 00:10:45,000 --> 00:10:49,000 və özüllü iqtisaqiyyat yarada bildik. 176 00:10:49,000 --> 00:10:51,000 Onlar geriləyəndə bizdə eynisilə gerilədik. 177 00:10:51,000 --> 00:10:55,000 Əməkhaqqlarını ödəyəcək qədər də pulumuz yox idi. 178 00:10:56,000 --> 00:11:00,000 Ancaq hər şey yaxşı oldu. Mən vəzifədən getməzdən əvvəl 179 00:11:00,000 --> 00:11:06,000 bizim 27 milyard dollar yığımımız var idi. Bu yığımlar 2003-cü ildə 180 00:11:06,000 --> 00:11:10,000 mən vəzifəyə gələndə sadəcə 7 milyard dollardan ibarət olan ehtiyata (reserve ) köçürüldü. 181 00:11:11,000 --> 00:11:14,000 Mən vəzifədən çıxanda bizim 30 milyarda yaxın pul var idi. 182 00:11:14,000 --> 00:11:17,000 Və hal-hazırda iqtisadiyyatın xüsusi təşkilinin nəticəsi olaraq 183 00:11:18,000 --> 00:11:22,000 bu rəqəm 40 milyarddır. 184 00:11:23,000 --> 00:11:26,000 Və bu pul iqtisadiyyata dayaq verir və stabilləşdirir. 185 00:11:26,000 --> 00:11:29,000 Adətən qeyri-sabit olan iqtisadiyyatımız indi müəyyən qədər sabit və planlıdır, 186 00:11:29,000 --> 00:11:33,000 bazarda iş adamlarının təxmin edə biləcəkləri 187 00:11:33,000 --> 00:11:38,000 qiymətlər mövcuddur. 188 00:11:40,000 --> 00:11:44,000 Biz infilyasiyanı 28%-dən 11%-ə endirdik. 189 00:11:46,000 --> 00:11:52,000 Keçən onillikdə ortalama 2,3 artan ÜDM-i (Ümumdaxıili Məhsul), 190 00:11:52,000 --> 00:11:55,000 bu onillikdə 6,5%-ə çatdırdıq. 191 00:11:56,000 --> 00:11:59,000 Yəni etdiyimiz bütün dəyişikliklər və irəliləyişlər 192 00:11:59,000 --> 00:12:02,000 iqtisadi göstəricilərlə də təsdiqlənmiş oldu. 193 00:12:02,000 --> 00:12:06,000 Daha da vacibi odur ki, biz- 194 00:12:06,000 --> 00:12:08,000 əvvəllər ancaq neft sektorundan gələn gəlirlərlə 195 00:12:08,000 --> 00:12:11,000 inkişaf edən Afrika ölkələri 196 00:12:13,000 --> 00:12:16,000 qeyri- neft sektorunda da imkanlar 197 00:12:16,000 --> 00:12:19,000 yaratmaq istəyirik. 198 00:12:19,000 --> 00:12:22,000 Kənd təsərrüfatında 8%-ə yaxın inkişaf müşahidə olundu. 199 00:12:22,000 --> 00:12:26,000 Bütün telekomunikasiya sistemi, tikinti sahələri inkişaf etdi, 200 00:12:26,000 --> 00:12:31,000 və bu siyahını davam etdirmək olar. Bununla onu demək istəyirəm ki, 201 00:12:31,000 --> 00:12:33,000 makroiqtisadiyyat gücləndikcə 202 00:12:33,000 --> 00:12:37,000 bütün sektorlarda böyük imkanlar yaranır. 203 00:12:38,000 --> 00:12:41,000 Əvvəl də nəzərinizə çatdırdığım kimi kənd təsərrüfatında böyük imkanlar var. 204 00:12:41,000 --> 00:12:45,000 Mineral sahələrində imkanlar var. Sərmayə qoyulmamış, 205 00:12:45,000 --> 00:12:48,000 hətta kəşf olunmamış coxlu minerallar var. Və bilirik ki, 206 00:12:48,000 --> 00:12:51,000 normal qanunvericilik olmadan investisiya qoyuluşu 207 00:12:51,000 --> 00:12:54,000 mümkün deyil . Buna uyğun olaraq 208 00:12:54,000 --> 00:12:57,000 dünyada ən yaxşı mədən sənayesi qanunvericiliklərindən birini yaratmışıq. 209 00:12:58,000 --> 00:13:00,000 Mənzil tikintisi və daşınmaz əmlak bazarında yaxşı fürsətlər var. 210 00:13:00,000 --> 00:13:03,000 140 milyonluq ölkədə heç nə yox idi- 211 00:13:04,000 --> 00:13:09,000 burda olduğu kimi alış-veriş mərkəzləri mövcud deyildi. 212 00:13:10,000 --> 00:13:13,000 Bu insanların arzularını reallaşdırmaq istəyən 213 00:13:13,000 --> 00:13:15,000 investorlar üçün əla şans idi. 214 00:13:16,000 --> 00:13:19,000 Və bu investorlar alış-veriş mərkəzlərindən təxminlərindən 215 00:13:19,000 --> 00:13:22,000 4 qat artıq artıq pul görtürürlər. 216 00:13:23,000 --> 00:13:26,000 Əvvəl də dediyim kimi, tikinti , daşınmaz əmlak, 217 00:13:26,000 --> 00:13:28,000 ipoteka sahələrində böyük yatırım lazımdır. 218 00:13:29,000 --> 00:13:33,000 Maliyyə xidmət sahələri: 89 bank var idi. Çoxu həqiqi fəaliyyətdən uzaq. 219 00:13:33,000 --> 00:13:37,000 Biz onlardan kapitallarını artırmaq və bölüşdürməyi 220 00:13:37,000 --> 00:13:42,000 tələb etməklə 80 bankın 25 bankda birləşməsinə nail olduq . 221 00:13:42,000 --> 00:13:47,000 Və göstəricilər 25 milyon dollardan 150 milyon dollara qədər dəyişdi. 222 00:13:47,000 --> 00:13:51,000 İndi korporativ banklar və gücləndirilmiş bank sistemi 223 00:13:51,000 --> 00:13:55,000 xarici isvestorları da cəlb edir. 224 00:13:55,000 --> 00:13:59,000 Birləşmiş Krallığın Barclays Bankı 500 milyon investisiya qoyub. 225 00:13:59,000 --> 00:14:03,000 Standard Chartered bankı 140 milyon. 226 00:14:03,000 --> 00:14:06,000 Və daha başqalarını da saya bilərəm. Dollarlar sistemə qoşulmağa davam edir. 227 00:14:06,000 --> 00:14:08,000 Sığorta sahəsində də eyni şeyi edirik. 228 00:14:08,000 --> 00:14:11,000 Maliyyə sahəsində böyük şanslar var. 229 00:14:11,000 --> 00:14:17,000 Turizm sahəsində: bir çox Afrika ölkəsində böyük imaklar. 230 00:14:17,000 --> 00:14:20,000 Bir çox insan elə Şərqi Afrikanı turizmə görə tanıyır: 231 00:14:21,000 --> 00:14:24,000 vəhşi həyat, fillər və s. 232 00:14:24,000 --> 00:14:26,000 Ancaq turizm sahəsini insanlara xeyir verəcək şəkildə 233 00:14:26,000 --> 00:14:29,000 təşkil etmək çox vacibdir. 234 00:14:30,000 --> 00:14:33,000 Beləliklə demək istədiklərim bunlardır. Demək istəyirəm ki, 235 00:14:33,000 --> 00:14:36,000 qitədə yeni cərəyan var. 236 00:14:36,000 --> 00:14:41,000 2000-ci ildən bəri ölkələrinin 2/3-ündə çox partiyalı sistem 237 00:14:41,000 --> 00:14:43,000 mövcud olan 238 00:14:43,000 --> 00:14:45,000 yeni demokratiya dalğası. 239 00:14:46,000 --> 00:14:49,000 Onların hamısı qüsursuz deyil və qüsursuz da olmayacaq, 240 00:14:49,000 --> 00:14:51,000 amma mövcud ənənə aydındır. 241 00:14:51,000 --> 00:14:55,000 Demək istəyirəm ki, 242 00:14:55,000 --> 00:14:58,000 bütün qitədə illik artım son üç ildə 243 00:14:58,000 --> 00:15:02,000 2,3 %-dən 5%-ə çatdırılıb. 244 00:15:02,000 --> 00:15:06,000 Bu bir çox İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) ölkəsindən daha yaxşı göstəricidir 245 00:15:07,000 --> 00:15:11,000 Aydındır ki, hər şey dəyişir. 246 00:15:11,000 --> 00:15:13,000 Qitədəki konfliktlər həll olunur; 247 00:15:14,000 --> 00:15:16,000 10 il əvvəlki 12 konfliktdən 248 00:15:16,000 --> 00:15:18,000 3~4-ü qalıb, 249 00:15:18,000 --> 00:15:21,000 Ən dəhşətli Darfur onlardan biridir təbii ki. 250 00:15:21,000 --> 00:15:24,000 Və, belə bir sərhəd effekti var ki, 251 00:15:24,000 --> 00:15:26,000 əgər qitənin hansısa hissəsində nəsə baş verirsə, 252 00:15:26,000 --> 00:15:29,000 bu bütün qitəyə təsir göstərir. 253 00:15:29,000 --> 00:15:32,000 Ancaq nəzərə almalıyıq ki, 254 00:15:32,000 --> 00:15:38,000 qitə yalnız bir ölkədən deyil, bir neçə ölkədən ibarətdir. 255 00:15:38,000 --> 00:15:40,000 Və əgər konfliktlərin sayı azalıbsa, 256 00:15:40,000 --> 00:15:43,000 bu ona işarə edir ki, çoxlu imkanlar olan 257 00:15:43,000 --> 00:15:50,000 stabil, inkişafda olan iqtisadiyyatlara 258 00:15:50,000 --> 00:15:53,000 investisiya qoymaq lazımdır. 259 00:15:54,000 --> 00:15:58,000 Və bu investisiyalar haqda bir şey də demək istəyirəm. 260 00:15:59,000 --> 00:16:01,000 İndi Afrikaya kömək etməyin ən yaxşı yolu 261 00:16:02,000 --> 00:16:05,000 onlara öz ayaqları üstündə durmasına kömək etməkdir. 262 00:16:05,000 --> 00:16:09,000 Və bunu etməyin ən yaxşı yolu yeni iş yerləri açmaqdır. 263 00:16:10,000 --> 00:16:14,000 Malyariyaya qarşı mübarizə və bu sahəyə pul ayrılmasına 264 00:16:14,000 --> 00:16:18,000 heç bir etirazımız yoxdur. Bunu deməyə çalışmıram. Bu yaxşı işdir. 265 00:16:19,000 --> 00:16:23,000 Ancaq ailədə işləyən valideyinlərin olmasını təsəvvür edin: onlar 266 00:16:23,000 --> 00:16:25,000 uşaqlarının məktəbə getməsini təmin edə bilər, 267 00:16:25,000 --> 00:16:28,000 özləri dərman alıb xəstəliklə mübarizə apara bilərlər. 268 00:16:28,000 --> 00:16:32,000 Əgər özünüzünə pul qazandırmaqla bərabər, 269 00:16:32,000 --> 00:16:37,000 insanların işləməsinə və öz ayaqları üstündə dayanmasına 270 00:16:37,000 --> 00:16:42,000 kömək edə bilirsinizsə, bu böyük iş deyilmi? Bu ediləcək ən yaxşı iş deyilmi? 271 00:16:42,000 --> 00:16:45,000 Və onu da deyim ki, qitədə qadınlara investisiya qoymaq 272 00:16:45,000 --> 00:16:47,000 yaxşı fikirdir. 273 00:16:48,000 --> 00:16:55,000 (Alqış) 274 00:16:55,000 --> 00:17:00,000 Özümlə bərabər CD gətirmişdim. Bağışlayın ki əvvəldən məlumat vermədim. 275 00:17:00,000 --> 00:17:02,000 Buna baxmağınızı çox istərdim. 276 00:17:02,000 --> 00:17:05,000 Burada: " Afrika: Biznes üçün açıqdır." yazılıb. 277 00:17:06,000 --> 00:17:09,000 Və əslində bu vidio ilin sənədli filmi 278 00:17:09,000 --> 00:17:11,000 mükafatını qazanıb. 279 00:17:11,000 --> 00:17:13,000 Bilməyinizi istəyirəm ki, bu videonu 280 00:17:13,000 --> 00:17:18,000 hazırlayan xanım, İyun sesiyasının keçiriləcəyi Tanzaniyadandır. 281 00:17:19,000 --> 00:17:24,000 Bu göstərir ki, Afrikalılar, xüsusilə qadınlar bütün çətinliklərə baxmayaraq, 282 00:17:24,000 --> 00:17:29,000 bəziləri hətta dünya standartlarına uyğun olan biznes qurmağı bacarıblar. 283 00:17:29,000 --> 00:17:32,000 Bu qadınlardan biri Adenike Ogunlesi, 284 00:17:32,000 --> 00:17:34,000 hobbi olaraq başladığı uşaq paltarları tikməyi 285 00:17:34,000 --> 00:17:39,000 biznesə çevirdi. 286 00:17:39,000 --> 00:17:42,000 O, Afrikaya xas matetialları başqa materiallarla qatmaqla 287 00:17:43,000 --> 00:17:44,000 buna nail oldu. 288 00:17:44,000 --> 00:17:49,000 O, Afrika materiallarınnın qarışığı olan 289 00:17:49,000 --> 00:17:53,000 velvet parçadan paltarlar hazırlayır.Çox yaradıcı dizaynları var. 290 00:17:55,000 --> 00:17:58,000 Ona hətta Wall-Mart dan da sifarişlər gəlir. 291 00:17:59,000 --> 00:18:00,000 (Gülüş) 292 00:18:01,000 --> 00:18:03,000 10,000 dəst. 293 00:18:04,000 --> 00:18:08,000 Bu göstərir ki, bizim bacarıqlı insanlarımız var. 294 00:18:08,000 --> 00:18:13,000 Və qadınlar çalışqandırlar, onlar işlərinə diqqət verir, çox işləyirlər 295 00:18:13,000 --> 00:18:15,000 Digər nümunələrlə davam edəcəm. 296 00:18:15,000 --> 00:18:19,000 Rvandadan Beatris Gabuka gül biznesi ilə məşğul olur və 297 00:18:19,000 --> 00:18:24,000 hal hazırda hər gün Amsterdamdakı holland gül bazarına gül ixrac edir, 298 00:18:24,000 --> 00:18:28,000 200-dən çox qadını işlə təmin edir. 299 00:18:29,000 --> 00:18:33,000 Ancaq bu bizneslərin hamısı kapital azlığından əziyyət çəkir, çünki 300 00:18:34,000 --> 00:18:37,000 bizdən başqa heç kəs bizim 301 00:18:37,000 --> 00:18:42,000 bacarığımıza inanmır. Heç kəs Afrikada bazar haqda fikirləşmir. 302 00:18:42,000 --> 00:18:45,000 Heç kəs mövcud imkanlar haqda fikirləşmir. 303 00:18:45,000 --> 00:18:48,000 Və mən burada deyirəm ki, indi qayığa minməyənlər 304 00:18:48,000 --> 00:18:50,000 bir də qayığı görməyəcəklər. 305 00:18:50,000 --> 00:18:56,000 Əgər Afrikada olmaq istəyirsinizsə, investisiya qoymaq haqda fikirləşin. 306 00:18:57,000 --> 00:19:03,000 Dünyadakı Beatrislər, Adenikelər haqda fikirləşin, 307 00:19:03,000 --> 00:19:06,000 onları qlobal iqtisadiyyata gətirən işləri, 308 00:19:06,000 --> 00:19:09,000 ətrafınkadı qadınları işlə təmin etməkləri, 309 00:19:09,000 --> 00:19:12,000 valideyinləri işlədiyinə görə 310 00:19:12,000 --> 00:19:14,000 təhsil ala bilən uşaqlar haqda 311 00:19:14,000 --> 00:19:17,000 fikirləşin. 312 00:19:18,000 --> 00:19:22,000 Sizi imkanlardan istifadə etməyə dəvət edirəm. 313 00:19:23,000 --> 00:19:27,000 Tanzaniyada olarkən diqqətlə qulaq asın, 314 00:19:27,000 --> 00:19:31,000 çünki eşitdikləriniz həm sizə həm də başqalarına xeyir 315 00:19:31,000 --> 00:19:36,000 gətirəcək imkanlar 316 00:19:36,000 --> 00:19:41,000 aça bilər. 317 00:19:41,000 --> 00:19:42,000 Çox sağ olun. 318 00:19:42,000 --> 00:19:50,000 (Alqış)