Return to Video

Amanda Palmer: Xahiş etmək sənəti

  • 0:00 - 0:16
    (Nəfəs alıb verir)
  • 0:17 - 0:21
    Həmişə musiqidən pul qazanmırdım.
  • 0:21 - 0:24
    Tanınmış bir humanitar elmlər universitetini
  • 0:24 - 0:27
    bitirdikdən sonra, təxminən, beş il müddətində
  • 0:27 - 0:31
    mənim gündəlik işim bu idi.
  • 0:31 - 0:36
    "İki metrlik gəlin" adlı canlı heykəl - azad məslək sahibi idim.
  • 0:36 - 0:39
    Belə bir işlə məşğul olduğum haqda danışmağı sevirəm,
  • 0:39 - 0:41
    çünki hamı o dəlilərin real həyatda kim olduqlarını
  • 0:41 - 0:44
    bilmək istəyir. Bu şəxslərə:
  • 0:44 - 0:46
    Salamlar.
  • 0:46 - 0:49
    Hər gün özümü ağ rəngə boyayıb, bir qutunun üstünə
  • 0:49 - 0:51
    çıxır, qarşıma papaq, yaxud dəmir qutu qoyurdum,
  • 0:51 - 0:52
    və kimsə keçərkən yaxınlaşır və qutuya pul atırdısa,
  • 0:54 - 1:02
    ona gül uzadır və bir müddət gözlərinin içinə baxırdım.
  • 1:02 - 1:03
    Gülü götürməyəndə isə,
  • 1:03 - 1:08
    üzümdə kədər və həsrət ifadəsi ilə
  • 1:08 - 1:12
    onlara tərəf uzanırdım.
  • 1:12 - 1:15
    (Gülüş)
  • 1:15 - 1:19
    İnsanlarla çox dərin bağlantılar qura bilirdim,
  • 1:19 - 1:21
    xüsusi ilə də, sanki həftələrdir heç kəslə
  • 1:21 - 1:24
    danışmırmış kimi görünən yalnız insanlarla.
  • 1:24 - 1:28
    Şəhər küçələrində uzun, dərin baxışların
  • 1:28 - 1:33
    izləndiyi gözəl anlar olurdu,
  • 1:33 - 1:36
    və biz, sanki bir az bir-birimizə vurulurduq.
  • 1:36 - 1:42
    Gözlərim onlara, "Çox sağ ol, görürəm səni." deyərdi.
  • 1:42 - 1:44
    Onların gözləri də,
  • 1:44 - 1:50
    " Heç kəs məni görmür. Çox sağ ol." deyərdi.
  • 1:50 - 1:52
    Bəzən də təhqir olunurdum.
  • 1:52 - 1:54
    İnsanlar maşınla keçərkən üstümə qışqırardılar:
  • 1:54 - 1:57
    "Get, özünə iş tap."
  • 1:57 - 2:00
    Mən isə cavabında "Budur mənim işim" deyərdim.
  • 2:00 - 2:04
    Ancaq bu təhqirlər məni incidirdi,
  • 2:04 - 2:07
    çünki peşə adına layiq olmayan, utanılacaq
  • 2:07 - 2:11
    bir işlə məşğul olduğumu düşünərək qorxurdum.
  • 2:11 - 2:16
    Həmin bu qutudan musiqi sənətinə aid çox vacib
  • 2:16 - 2:19
    bir dərs aldığımdan xəbərsiz idim.
  • 2:19 - 2:20
    İqtisadçılara da maraqlı ola biləcək bir
  • 2:20 - 2:24
    faktı da əlavə edim ki, gəlirim çox vaxt sabit olurdu.
  • 2:24 - 2:26
    Özümə də maraqlı gəlirdi:
  • 2:26 - 2:28
    daimi müştərilərimin olmamasına rəğmən
  • 2:28 - 2:31
    çərşənbə axşamları, təxminən, 60 , cümə günləri isə 90 dollar qazanırdım.
  • 2:31 - 2:33
    Sabit bir rəqəm idi.
  • 2:33 - 2:35
    Bununla bərabər, qrupum Drezden Dollz-la
  • 2:35 - 2:38
    birgə səyahət edir və yerli gecə klublarında ifa edirdim.
  • 2:38 - 2:40
    Bu, mənəm - piano çalarkən; bu isə istedadlı təbil çalanımızdır.
  • 2:40 - 2:42
    Mən mahnılar yazırdım və bir müddət sonra
  • 2:42 - 2:46
    heykəl olmağıma ehtiyac qalmayacaq qədər pul qazanmağa
  • 2:46 - 2:48
    və turlarda ifa etməyə başladıq.
  • 2:48 - 2:50
    Heykəllik işini atsam da, insanlarla
  • 2:52 - 2:54
    yaratdığım birbaşa əlaqə hissini itirmək istəmirdim, çünki sevirdim bu işi.
  • 2:54 - 2:57
    Bütün konsertlərimizin sonunda imza verir,
  • 2:57 - 3:00
    heyranlarımızla qucaqlaşır, birlikdə vaxt keçirirb söhbət edirdik.
  • 3:00 - 3:05
    İnsanlardan bizə qoşulmalarını və kömək etmələrini xahiş etməkdə püxtələşmişdik.
  • 3:05 - 3:08
    Yerli musiqiçilərlə əlaqə saxlayırdıq,
  • 3:08 - 3:12
    onlar da konsertlərimizdən bayırda ifa edib
  • 3:12 - 3:13
    pul toplayır, bəzən də, səhnədə bizə qoşulurdular.
  • 3:14 - 3:16
    Bu, həmişə təsadüfi qonaqların olduğu
  • 3:16 - 3:20
    və daim dövr edən qəribə bir sirkə bənzəyirdik.
  • 3:20 - 3:23
    Twitter ortaya çıxdıqdan sonra isə
  • 3:23 - 3:26
    hər şey daha da qeyri-adiləşdi, çünki insanlardan nə vaxt, nə istəsəm
  • 3:26 - 3:28
    istəyə bilirdim.
  • 3:28 - 3:30
    Məsələn, praktika üçün pianoya ehtiyacım olanda
  • 3:30 - 3:33
    bir saat sonra hansısa bir heyranımınpərəstişkarımın evində olurdum. Bu, Londonda oluşdu.
  • 3:33 - 3:36
    Hara getsək, insanlar özləri ilə yemək gətirib
  • 3:36 - 3:40
    səhnə arxasında bizimlə paylaşırdılar. Bu, Sietlda olmuşdu.
  • 3:40 - 3:43
    Son anda harada isa konsert verməyə qərar versək,
  • 3:43 - 3:47
    muzeylərdə, mağazalarda və başqa ictimai yerlərdə işləyən pərəstişkarlarımız
  • 3:47 - 3:50
    məmnuniyyətlə razı olur, bizi işlədikləri yerə dəvət edirdilər.
  • 3:50 - 3:53
    Bu, Oklenddə bir kitabxanadır.
  • 3:53 - 3:58
    Şənbə günü bu qutu və papaq üçün tweet atdım,
  • 3:58 - 4:00
    çünki onları Şərq Sahilindən özümlə sürümək istəmirdim.
  • 4:00 - 4:02
    Bu əşyaları Nyu-Port Biçdən Kris göndərib,
  • 4:02 - 4:05
    salamları var hamıya.
  • 4:05 - 4:09
    Melburnda olarkən Tweeter-də haradan burun çaydanlığı ala biləcəyimi
  • 4:09 - 4:12
    soruşdum. Xəstəxanada çalışan
  • 4:12 - 4:14
    tibb bacısı birini düz mən oturduğum kafeyə gətirdi.
  • 4:14 - 4:15
    Mən də ona içki aldım,
  • 4:15 - 4:18
    və oturub tibb bacılığı və ölüm haqda söhbət etdik
  • 4:18 - 4:21
    Belə təsadüfi yaxınlıqları sevirəm.
  • 4:21 - 4:25
    Buna görə bəxtim gətirib, çünki tez-tez tanımadığım insanların evində gecələyirəm.
  • 4:25 - 4:29
    Oteldə olanda hərə öz otağında qalır,
  • 4:29 - 4:32
    amma çox vaxt internetimiz olmur; gəzgin turlarımızda isə
  • 4:32 - 4:35
    hamı tualeti olmayan bir otaqda qalır,
  • 4:35 - 4:39
    ancaq xoşbəxtlikdən internetimiz olur.
  • 4:39 - 4:41
    (Gülüş)
  • 4:41 - 4:43
    Bir dəfə furqonumuzu Mayaminin
  • 4:43 - 4:47
    kasıb hissəsində saxladıq. O gecəki ev sahibəmiz
  • 4:47 - 4:49
    ailəsi ilə birgə yaşayan 18 yaşlı bir qız idi.
  • 4:49 - 4:52
    Ailəsi Hondurasdan qeyri-leqal köçmüş
  • 4:52 - 4:57
    immiqrantlar idi.
  • 4:57 - 4:59
    Və o gecə sahibəmiz və
  • 4:59 - 5:01
    ailəsi öz yataqlarını
  • 5:01 - 5:03
    bizə vermək üçün divanda yatdılar.
  • 5:06 - 5:08
    Və mən uzanaraq fikirləşirdim ki,
  • 5:08 - 5:11
    axı bu insanlar çox az şeyə sahibdirlər.
  • 5:11 - 5:14
    Görəsən bu, ədalətlidirmi?
  • 5:14 - 5:16
    Səhər oyananda isə qızın anası
  • 5:16 - 5:19
    bizə tortilla bişirməyə cəhd etməyi öyrətdi və mənə bir Bibliya vermək istədi.
  • 5:19 - 5:25
    O, məni bir kənara çəkib öz axsaq ingiliscəsi ilə dedi:
  • 5:25 - 5:30
    "Sənin musiqin qızıma çox kömək edib.
  • 5:30 - 5:34
    Burada qaldığına görə çox sağ ol. Hamımız çox minnətdarıq."
  • 5:34 - 5:38
    Onda başa düşdüm ki, bu, ədalətlidir.
  • 5:38 - 5:41
    Əvvəl heykəl olaraq etdiyim də bu idi.
  • 5:41 - 5:44
    Bir neçə ay sonra Manhettendə olarkən
  • 5:44 - 5:47
    gecələməyə yer tapmaq üçün bir tweet atdım və gecəyarısı
  • 5:47 - 5:48
    Lou İst Sayd-da tanımadığım birinin qapısını döyürdüm.
  • 5:48 - 5:51
    O anda yadıma düşdü ki, bunu heç vaxt tək etməmişəm.
  • 5:51 - 5:52
    Mən həmişə öz qrupum və ya komandamla birgə olmuşdum.
  • 5:52 - 5:57
    Dəlilər beləmi edirlər? (Gülüş)
  • 5:57 - 5:59
    Dəlilər beləmi ölürlər?
  • 5:59 - 6:01
    Fikrimi dəyişib qaçmağa macal tapmamış qapı açılır.
  • 6:01 - 6:05
    Ev sahibəsi rəssamdır. Onun yoldaşı Reuters-də iqtisadçı-bloggerdir.
  • 6:05 - 6:07
    Və onlar mənim üçün şərab süzür,
  • 6:07 - 6:09
    duş qəbul etməyi təklif edirlər.
  • 6:09 - 6:13
    Belə keçirdiyim gecələr saysız hesabsızdır.
  • 6:13 - 6:17
    Yəni tez-tez başqalarının evində yatıram. Özümü başqalarının qollarına atdığım da olur.
  • 6:17 - 6:21
    Bu ikisinin də mahiyyətcə eyni şey olduqlarına
  • 6:21 - 6:23
    inanıram.
  • 6:23 - 6:26
    İzləyicilərinin qollarına atılanda
  • 6:26 - 6:27
    sən və onlar bir-birinizə güvənirsiniz.
  • 6:27 - 6:30
    Bir dəfə konsertin açılışında qrupumuzdan
  • 6:30 - 6:32
    əlavə pul qazanmaq üçün papağı götürüb izləyicilərin arasında gəzmək istəyib-istəmədiklərini soruşdum.
  • 6:32 - 6:34
    Özüm də tez-tez belə edərdim.
  • 6:34 - 6:37
    Qrupum da hər zamankı kimi ürək edib pul yığmağa başladı.
  • 6:37 - 6:39
    Ancaq qrupumdakılardan biri dedi ki,
  • 6:39 - 6:43
    özünü bu işə məcbur edə bilmir.
  • 6:43 - 6:47
    O, özünü, sanki insanların qarşısında durub dilənirmiş kimi hiss edirdi.
  • 6:47 - 6:55
    Və mən onda olan "Görəsən, bu ədalətlidirmi?" və "Get özünə iş tap." qorxularını tanıdım.
  • 6:55 - 6:59
    Bu müddət ərzində qrupumuz böyüməyə davam edirdi.
  • 6:59 - 7:01
    Məşhur bir şirkətlə razılaşma imzaladıq.
  • 7:01 - 7:04
    Və ifamız daha çox pank və kabarenin qarışığıdır.
  • 7:04 - 7:06
    Bu, hər kəsin sevdiyi tərz deyil.
  • 7:06 - 7:09
    Amma, bəlkə də, tam sizə görədir.
  • 7:09 - 7:13
    Razılaşma imzalanır və bizim növbəti albomumuzun buraxılması ilə bağlı hay-küy başlayır.
  • 7:13 - 7:19
    İlk həftələrdə 25 min nüsxə satılır. Razılaşdığımız şirkət isə
  • 7:19 - 7:22
    bu rəqəmi uğursuzluq sayır.
  • 7:22 - 7:25
    Mən soruşanda ki, "25 min böyük rəqəm deyilmi?"
  • 7:25 - 7:27
    cavabları, "Yox, satışlar azalır. Bu da uğursuzluq sayılır. " olur
  • 7:27 - 7:30
    Və bizdən uzaqlaşırlar.
  • 7:30 - 7:33
    Elə bu vaxtlar idi ki, konsertdən sonra izləyicilərə imza verir və qucaqlayırdım.
  • 7:33 - 7:35
    Onlardan bir mənə yaxınlaşır 10 dollar verir və
  • 7:35 - 7:37
    əlavə edir:
  • 7:37 - 7:38
    " Bağışla, albomunu
  • 7:38 - 7:42
    dostumundan alıb köçürmüşəm."
  • 7:42 - 7:45
    (Gülüş)
  • 7:45 - 7:49
    "Ancaq bloqunu oxuyuram və bilirəm ki, şirkətə nifrət edirsən.
  • 7:49 - 7:51
    Bu pulu ancaq sənin özünə vermək istədim."
  • 7:51 - 7:55
    Bu cür hadisələr tez-tez yaşanmağa başladı.
  • 7:55 - 7:59
    Artıq özüm konsertdən sonra pul toplamaq üçün papaq olmuşdum,
  • 7:59 - 8:02
    lakin mən özüm fiziki olaraq orada dayanmalı və insanlar tərəfindən edilən yardımları toplamalı idim.
  • 8:02 - 8:04
    Və əvvəl qeyd etdiyim oğıandan fərqli olaraq, bu işdə
  • 8:04 - 8:08
    əvvəldən çoxlu təcrübəm var idi.
  • 8:08 - 8:10
    Çox sağ olun.
  • 8:10 - 8:12
    Məhz o anda
  • 8:12 - 8:15
    yaratdığım musiqini mümkün olduqca çox onlayn və pulsuz
  • 8:15 - 8:17
    yaymağı qərara aldım.
  • 8:17 - 8:20
    Təxminən belə bir şey alınır: Metallika oradan Napster pisdir
  • 8:20 - 8:23
    qışqırır, Amanda Palmer isə burada durub,
  • 8:23 - 8:27
    torrent, musiqi köçürmə və paylaşmanın tərəfini saxlayır,
  • 8:27 - 8:31
    çünki küçədə bunun effektlivliyini görüb.
  • 8:31 - 8:34
    Beləliklə əvvəlki şirkətdən uzaqlaşdım
  • 8:34 - 8:37
    və yeni qrupum Grand Theft Orchestra ilə növbəti layihəm üçün
  • 8:37 - 8:39
    ictimai maddi dəstək üsuluna keçdim.
  • 8:39 - 8:44
    Əvvəl əlaqə yaratdığım miloynlarla insana müraciət edib,
  • 8:44 - 8:46
    kömək etmələrini istədim.
  • 8:46 - 8:49
    100 min dollar toplamağı fikirləşirdim.
  • 8:49 - 8:53
    Pərəstişkarlarım bu rəqəmi 1.2 milyon dollara çatdırdılar.
  • 8:53 - 8:56
    Bu, musiqinin ictimai fondlaşdırılması layihələrində o günə kimi ən böyük rəqəm idi.
  • 8:56 - 9:00
    (Alqışlar)
  • 9:00 - 9:04
    Neçə insanın kömək etdiyini də görmək olar.
  • 9:04 - 9:08
    Təxminən 25 min nəfər idi.
  • 9:08 - 9:11
    Medianın sualı bu idi: "Amanda, musiqi
  • 9:11 - 9:13
    biznesi tam qarşı çıxarkən sən onlayn piratlığı dəstəkləyirsən.
  • 9:13 - 9:15
    Necə etdin ki, bu qədər insan musiqin üçün pul ödədi? "
  • 9:15 - 9:20
    Əsl cavab isə budur: "Onları məcbur etmədim, xahiş etdim."
  • 9:20 - 9:23
    Onlardan xahiş etməklə də onlarla bağlantı
  • 9:23 - 9:26
    qura bildim.
  • 9:26 - 9:31
    İnsanlarla bağlantı quranda isə onlar kömək etmək istəyirlər.
  • 9:31 - 9:35
    Yaradıcı insanların çoxu isə bunu sevmir.
  • 9:35 - 9:36
    Onlar nə isə istəməkdən boyun qaçırırlar
  • 9:36 - 9:42
    Lakin xahiş etmək özü elə də asan deyil.
  • 9:42 - 9:44
    Yaradıcı insanların çoxunun bunula problemləri var.
  • 9:44 - 9:47
    Nəyi isə istəmək sizi zəif edir.
  • 9:47 - 9:51
    Kickstarter-də yerləşdirdiyim layihəm məşhurlaşdıqdan
  • 9:51 - 9:53
    sonra da öz çılğın ictimai fondlaşma
  • 9:53 - 9:56
    işlərimə davam etdiiyimə görə onlayn tənqidlərə məruz qalırdım.
  • 9:56 - 9:58
    Əsas da pərəstişkarlarımız olan
  • 9:58 - 10:01
    musiqiçilərdən sevgi, bilet və pivə qarşılığında
  • 10:01 - 10:04
    bizimlə bir səhnədə bir neçə mahnı oxumalarını xahiş etdiyimə görə.
  • 10:04 - 10:07
    Bu saxta şəkil də tənqidlərin bir parçası olaraq
  • 10:07 - 10:11
    onlayn yayımlanmışdı.
  • 10:11 - 10:14
    Əvvəllər də hiss etdiyim incikliyi təkrar yaşayırdım.
  • 10:14 - 10:17
    "Artıq insanlardan kömək istəməyinə icazə yoxdur."
  • 10:17 - 10:19
    deyən insanlar mənə əvvəlki işimdə
  • 10:19 - 10:23
    maşınlarından üstümə "Get özünə iş tap." qışqıran insanları xatırladırdılar.
  • 10:23 - 10:28
    Çükni bu insanlar yolun kənarında bizimlə deyildilər və
  • 10:28 - 10:31
    mən və ətrafımdan olan insanlar arasındakı
  • 10:31 - 10:33
    mübadiləni görə bilmirdilər.
  • 10:33 - 10:39
    Bu isə bizə çox ədalətli, onlara isə yad görününən bir mübadilə idi.
  • 10:39 - 10:41
    Belə etmək isə iş üçün bir az təhlükəlidir.
  • 10:41 - 10:43
    Bu, Kickstarter-dəki layihəyəmə dəstək olanların Berlindəki şənliyidir.
  • 10:43 - 10:47
    Gecənin sonunda mən soyunaraq hər kəsə üzərimdə istədiklərini çəkmələrinə icazə verdim.
  • 10:47 - 10:50
    Onu da qeyd edim ki, əgər yad adamlara inanmaq hissini
  • 10:50 - 10:53
    daxildən yaşamaq istəyirsinizsə,
  • 10:53 - 10:55
    belə etməyiniz məsləhətlidir.
  • 10:55 - 10:59
    Xüsusən də, əgər o yad adamlar kefli almanlardırsa.
  • 10:59 - 11:04
    Bu, pərəstişkarlarlara inamın yüksək səviyyəsi idi.
  • 11:04 - 11:07
    Onlara çatdırmaq istədiyim bu idi ki,
  • 11:07 - 11:09
    sizə bu qədər inanıram.
  • 11:09 - 11:13
    Düzmü edirəm? Göstərin o zaman.
  • 11:13 - 11:15
    İnsanlıq tarixi boyunca
  • 11:15 - 11:20
    musiqiçi və rəssamlar cəmiyyətin bir parçası olublar.
  • 11:20 - 11:25
    Toxunulmaz ulduz deyil, birlik yaradan və bağlayan olublar.
  • 11:25 - 11:29
    İndiki məşhurluq insanların səni uzaqdan sevməsi hesab olunur,
  • 11:29 - 11:31
    lakin internet və internetdə sərbəstcə
  • 11:31 - 11:34
    bölüşə bildiyimiz informasiya bizi keçmişə
  • 11:34 - 11:37
    geri götürür.
  • 11:37 - 11:40
    Bu, bir neçə insanın səni yaxından sevməsi
  • 11:40 - 11:45
    və bununla kifayətlənməkdir.
  • 11:45 - 11:47
    Bir çox insanları edilənlərə dəqiq qiymət verənlərin
  • 11:47 - 11:48
    olmaması çaşdırır.
  • 11:48 - 11:52
    Onlar belə işləri gələcəyi bəlli olmayan risk hesab edirlər,
  • 11:52 - 11:54
    ancaq mənim gördüyüm işlər: Kickstarter-dəki layihə, küçələr, döydüyüm qapılar,
  • 11:54 - 11:56
    Mən onları bir risk kimi görmürəm.
  • 11:56 - 11:58
    Əksinə, mən bunu inam hesab edirəm.
  • 11:58 - 12:01
    İndi paylaşmağı küçədəki kimi asanlaşdıran
  • 12:01 - 12:05
    və instinktiv edən vasitələr bizi
  • 12:05 - 12:07
    inama aparır.
  • 12:07 - 12:10
    Ancaq əgər bir-birimizə sərbəstcə alıb verməkdən
  • 12:10 - 12:13
    qorxuruqsa, mükəmməl vasitələrin belə
  • 12:13 - 12:15
    heç bir köməyi olmayacaq.
  • 12:15 - 12:18
    Ən əsası da utanmadan
  • 12:18 - 12:22
    xahiş etməyi öyrənməsək.
  • 12:22 - 12:24
    Musiqi karyeram da internetdə
  • 12:24 - 12:28
    insanlarla küçədə etdiyim kimi bağlantı qurmağa
  • 12:28 - 12:30
    çalışaraq keçib.
  • 12:30 - 12:34
    Bloq yayımlarım və atdığım tweet-lər yalnız konsert günlərimiz,
  • 12:34 - 12:37
    yeni videolarımız haqda deyil, gördüyümüz işlər, incəsənətimiz,
  • 12:37 - 12:42
    qorxularımız, baş ağrılarımız, səhvlərimiz
  • 12:42 - 12:44
    haqda olur, beləcə biz bir-birimizi görürük.
  • 12:44 - 12:48
    Və inanıram ki, biz həqiqətən bir-birimizi görəndə
  • 12:48 - 12:50
    kömək etməyə də çalışırıq.
  • 12:50 - 12:55
    Məncə, indiyədək yanlış suala cavab axtarmağa çalışmışıq.
  • 12:55 - 12:59
    İndi "İnsanların musiqiyə pul ödəməyə necə məcbur edək?"
  • 12:59 - 13:01
    sualındansa, "İnsanların musiqiyə görə
  • 13:01 - 13:06
    pul ödəmələrinə necə zəmin yarada bilərik?" sualı haqda düşünməliyik.
  • 13:06 - 13:08
    Çox sağ olun.
  • 13:08 - 13:12
    (Alqışlar)
Title:
Amanda Palmer: Xahiş etmək sənəti
Speaker:
Amanda Palmer
Description:

Amanda Palmer, "İnsanları musiqiyə pul ödəməyə məcbur etməyin, xahiş edin." deyir. Öz qeyri-adi çıxışına küçə ifaçısı olduğu (2 metr boylu Gəlin üçün qutuya 1 dollar ataq!) günləri ilə başlayıb, yeni artist-azarkeş əlaqəsinə nəzər salaraq davam edir.

more » « less
Video Language:
English
Team:
closed TED
Project:
TEDTalks
Duration:
13:47
Dimitra Papageorgiou approved Azerbaijani subtitles for The art of asking
Toghrul Karimov accepted Azerbaijani subtitles for The art of asking
Toghrul Karimov edited Azerbaijani subtitles for The art of asking
Toghrul Karimov edited Azerbaijani subtitles for The art of asking
Toghrul Karimov edited Azerbaijani subtitles for The art of asking
Toghrul Karimov edited Azerbaijani subtitles for The art of asking
Toghrul Karimov edited Azerbaijani subtitles for The art of asking
Toghrul Karimov edited Azerbaijani subtitles for The art of asking
Show all

Azerbaijani subtitles

Revisions