Amanda Palmer: Xahiş etmək sənəti
-
0:00 - 0:16(Nəfəs alıb verir)
-
0:17 - 0:21Həmişə musiqidən pul qazanmırdım.
-
0:21 - 0:24Tanınmış bir humanitar elmlər universitetini
-
0:24 - 0:27bitirdikdən sonra, təxminən, beş il müddətində
-
0:27 - 0:31mənim gündəlik işim bu idi.
-
0:31 - 0:36"İki metrlik gəlin" adlı canlı heykəl - azad məslək sahibi idim.
-
0:36 - 0:39Belə bir işlə məşğul olduğum haqda danışmağı sevirəm,
-
0:39 - 0:41çünki hamı o dəlilərin real həyatda kim olduqlarını
-
0:41 - 0:44bilmək istəyir. Bu şəxslərə:
-
0:44 - 0:46Salamlar.
-
0:46 - 0:49Hər gün özümü ağ rəngə boyayıb, bir qutunun üstünə
-
0:49 - 0:51çıxır, qarşıma papaq, yaxud dəmir qutu qoyurdum,
-
0:51 - 0:52və kimsə keçərkən yaxınlaşır və qutuya pul atırdısa,
-
0:54 - 1:02ona gül uzadır və bir müddət gözlərinin içinə baxırdım.
-
1:02 - 1:03Gülü götürməyəndə isə,
-
1:03 - 1:08üzümdə kədər və həsrət ifadəsi ilə
-
1:08 - 1:12onlara tərəf uzanırdım.
-
1:12 - 1:15(Gülüş)
-
1:15 - 1:19İnsanlarla çox dərin bağlantılar qura bilirdim,
-
1:19 - 1:21xüsusi ilə də, sanki həftələrdir heç kəslə
-
1:21 - 1:24danışmırmış kimi görünən yalnız insanlarla.
-
1:24 - 1:28Şəhər küçələrində uzun, dərin baxışların
-
1:28 - 1:33izləndiyi gözəl anlar olurdu,
-
1:33 - 1:36və biz, sanki bir az bir-birimizə vurulurduq.
-
1:36 - 1:42Gözlərim onlara, "Çox sağ ol, görürəm səni." deyərdi.
-
1:42 - 1:44Onların gözləri də,
-
1:44 - 1:50" Heç kəs məni görmür. Çox sağ ol." deyərdi.
-
1:50 - 1:52Bəzən də təhqir olunurdum.
-
1:52 - 1:54İnsanlar maşınla keçərkən üstümə qışqırardılar:
-
1:54 - 1:57"Get, özünə iş tap."
-
1:57 - 2:00Mən isə cavabında "Budur mənim işim" deyərdim.
-
2:00 - 2:04Ancaq bu təhqirlər məni incidirdi,
-
2:04 - 2:07çünki peşə adına layiq olmayan, utanılacaq
-
2:07 - 2:11bir işlə məşğul olduğumu düşünərək qorxurdum.
-
2:11 - 2:16Həmin bu qutudan musiqi sənətinə aid çox vacib
-
2:16 - 2:19bir dərs aldığımdan xəbərsiz idim.
-
2:19 - 2:20İqtisadçılara da maraqlı ola biləcək bir
-
2:20 - 2:24faktı da əlavə edim ki, gəlirim çox vaxt sabit olurdu.
-
2:24 - 2:26Özümə də maraqlı gəlirdi:
-
2:26 - 2:28daimi müştərilərimin olmamasına rəğmən
-
2:28 - 2:31çərşənbə axşamları, təxminən, 60 , cümə günləri isə 90 dollar qazanırdım.
-
2:31 - 2:33Sabit bir rəqəm idi.
-
2:33 - 2:35Bununla bərabər, qrupum Drezden Dollz-la
-
2:35 - 2:38birgə səyahət edir və yerli gecə klublarında ifa edirdim.
-
2:38 - 2:40Bu, mənəm - piano çalarkən; bu isə istedadlı təbil çalanımızdır.
-
2:40 - 2:42Mən mahnılar yazırdım və bir müddət sonra
-
2:42 - 2:46heykəl olmağıma ehtiyac qalmayacaq qədər pul qazanmağa
-
2:46 - 2:48və turlarda ifa etməyə başladıq.
-
2:48 - 2:50Heykəllik işini atsam da, insanlarla
-
2:52 - 2:54yaratdığım birbaşa əlaqə hissini itirmək istəmirdim, çünki sevirdim bu işi.
-
2:54 - 2:57Bütün konsertlərimizin sonunda imza verir,
-
2:57 - 3:00heyranlarımızla qucaqlaşır, birlikdə vaxt keçirirb söhbət edirdik.
-
3:00 - 3:05İnsanlardan bizə qoşulmalarını və kömək etmələrini xahiş etməkdə püxtələşmişdik.
-
3:05 - 3:08Yerli musiqiçilərlə əlaqə saxlayırdıq,
-
3:08 - 3:12onlar da konsertlərimizdən bayırda ifa edib
-
3:12 - 3:13pul toplayır, bəzən də, səhnədə bizə qoşulurdular.
-
3:14 - 3:16Bu, həmişə təsadüfi qonaqların olduğu
-
3:16 - 3:20və daim dövr edən qəribə bir sirkə bənzəyirdik.
-
3:20 - 3:23Twitter ortaya çıxdıqdan sonra isə
-
3:23 - 3:26hər şey daha da qeyri-adiləşdi, çünki insanlardan nə vaxt, nə istəsəm
-
3:26 - 3:28istəyə bilirdim.
-
3:28 - 3:30Məsələn, praktika üçün pianoya ehtiyacım olanda
-
3:30 - 3:33bir saat sonra hansısa bir heyranımınpərəstişkarımın evində olurdum. Bu, Londonda oluşdu.
-
3:33 - 3:36Hara getsək, insanlar özləri ilə yemək gətirib
-
3:36 - 3:40səhnə arxasında bizimlə paylaşırdılar. Bu, Sietlda olmuşdu.
-
3:40 - 3:43Son anda harada isa konsert verməyə qərar versək,
-
3:43 - 3:47muzeylərdə, mağazalarda və başqa ictimai yerlərdə işləyən pərəstişkarlarımız
-
3:47 - 3:50məmnuniyyətlə razı olur, bizi işlədikləri yerə dəvət edirdilər.
-
3:50 - 3:53Bu, Oklenddə bir kitabxanadır.
-
3:53 - 3:58Şənbə günü bu qutu və papaq üçün tweet atdım,
-
3:58 - 4:00çünki onları Şərq Sahilindən özümlə sürümək istəmirdim.
-
4:00 - 4:02Bu əşyaları Nyu-Port Biçdən Kris göndərib,
-
4:02 - 4:05salamları var hamıya.
-
4:05 - 4:09Melburnda olarkən Tweeter-də haradan burun çaydanlığı ala biləcəyimi
-
4:09 - 4:12soruşdum. Xəstəxanada çalışan
-
4:12 - 4:14tibb bacısı birini düz mən oturduğum kafeyə gətirdi.
-
4:14 - 4:15Mən də ona içki aldım,
-
4:15 - 4:18və oturub tibb bacılığı və ölüm haqda söhbət etdik
-
4:18 - 4:21Belə təsadüfi yaxınlıqları sevirəm.
-
4:21 - 4:25Buna görə bəxtim gətirib, çünki tez-tez tanımadığım insanların evində gecələyirəm.
-
4:25 - 4:29Oteldə olanda hərə öz otağında qalır,
-
4:29 - 4:32amma çox vaxt internetimiz olmur; gəzgin turlarımızda isə
-
4:32 - 4:35hamı tualeti olmayan bir otaqda qalır,
-
4:35 - 4:39ancaq xoşbəxtlikdən internetimiz olur.
-
4:39 - 4:41(Gülüş)
-
4:41 - 4:43Bir dəfə furqonumuzu Mayaminin
-
4:43 - 4:47kasıb hissəsində saxladıq. O gecəki ev sahibəmiz
-
4:47 - 4:49ailəsi ilə birgə yaşayan 18 yaşlı bir qız idi.
-
4:49 - 4:52Ailəsi Hondurasdan qeyri-leqal köçmüş
-
4:52 - 4:57immiqrantlar idi.
-
4:57 - 4:59Və o gecə sahibəmiz və
-
4:59 - 5:01ailəsi öz yataqlarını
-
5:01 - 5:03bizə vermək üçün divanda yatdılar.
-
5:06 - 5:08Və mən uzanaraq fikirləşirdim ki,
-
5:08 - 5:11axı bu insanlar çox az şeyə sahibdirlər.
-
5:11 - 5:14Görəsən bu, ədalətlidirmi?
-
5:14 - 5:16Səhər oyananda isə qızın anası
-
5:16 - 5:19bizə tortilla bişirməyə cəhd etməyi öyrətdi və mənə bir Bibliya vermək istədi.
-
5:19 - 5:25O, məni bir kənara çəkib öz axsaq ingiliscəsi ilə dedi:
-
5:25 - 5:30"Sənin musiqin qızıma çox kömək edib.
-
5:30 - 5:34Burada qaldığına görə çox sağ ol. Hamımız çox minnətdarıq."
-
5:34 - 5:38Onda başa düşdüm ki, bu, ədalətlidir.
-
5:38 - 5:41Əvvəl heykəl olaraq etdiyim də bu idi.
-
5:41 - 5:44Bir neçə ay sonra Manhettendə olarkən
-
5:44 - 5:47gecələməyə yer tapmaq üçün bir tweet atdım və gecəyarısı
-
5:47 - 5:48Lou İst Sayd-da tanımadığım birinin qapısını döyürdüm.
-
5:48 - 5:51O anda yadıma düşdü ki, bunu heç vaxt tək etməmişəm.
-
5:51 - 5:52Mən həmişə öz qrupum və ya komandamla birgə olmuşdum.
-
5:52 - 5:57Dəlilər beləmi edirlər? (Gülüş)
-
5:57 - 5:59Dəlilər beləmi ölürlər?
-
5:59 - 6:01Fikrimi dəyişib qaçmağa macal tapmamış qapı açılır.
-
6:01 - 6:05Ev sahibəsi rəssamdır. Onun yoldaşı Reuters-də iqtisadçı-bloggerdir.
-
6:05 - 6:07Və onlar mənim üçün şərab süzür,
-
6:07 - 6:09duş qəbul etməyi təklif edirlər.
-
6:09 - 6:13Belə keçirdiyim gecələr saysız hesabsızdır.
-
6:13 - 6:17Yəni tez-tez başqalarının evində yatıram. Özümü başqalarının qollarına atdığım da olur.
-
6:17 - 6:21Bu ikisinin də mahiyyətcə eyni şey olduqlarına
-
6:21 - 6:23inanıram.
-
6:23 - 6:26İzləyicilərinin qollarına atılanda
-
6:26 - 6:27sən və onlar bir-birinizə güvənirsiniz.
-
6:27 - 6:30Bir dəfə konsertin açılışında qrupumuzdan
-
6:30 - 6:32əlavə pul qazanmaq üçün papağı götürüb izləyicilərin arasında gəzmək istəyib-istəmədiklərini soruşdum.
-
6:32 - 6:34Özüm də tez-tez belə edərdim.
-
6:34 - 6:37Qrupum da hər zamankı kimi ürək edib pul yığmağa başladı.
-
6:37 - 6:39Ancaq qrupumdakılardan biri dedi ki,
-
6:39 - 6:43özünü bu işə məcbur edə bilmir.
-
6:43 - 6:47O, özünü, sanki insanların qarşısında durub dilənirmiş kimi hiss edirdi.
-
6:47 - 6:55Və mən onda olan "Görəsən, bu ədalətlidirmi?" və "Get özünə iş tap." qorxularını tanıdım.
-
6:55 - 6:59Bu müddət ərzində qrupumuz böyüməyə davam edirdi.
-
6:59 - 7:01Məşhur bir şirkətlə razılaşma imzaladıq.
-
7:01 - 7:04Və ifamız daha çox pank və kabarenin qarışığıdır.
-
7:04 - 7:06Bu, hər kəsin sevdiyi tərz deyil.
-
7:06 - 7:09Amma, bəlkə də, tam sizə görədir.
-
7:09 - 7:13Razılaşma imzalanır və bizim növbəti albomumuzun buraxılması ilə bağlı hay-küy başlayır.
-
7:13 - 7:19İlk həftələrdə 25 min nüsxə satılır. Razılaşdığımız şirkət isə
-
7:19 - 7:22bu rəqəmi uğursuzluq sayır.
-
7:22 - 7:25Mən soruşanda ki, "25 min böyük rəqəm deyilmi?"
-
7:25 - 7:27cavabları, "Yox, satışlar azalır. Bu da uğursuzluq sayılır. " olur
-
7:27 - 7:30Və bizdən uzaqlaşırlar.
-
7:30 - 7:33Elə bu vaxtlar idi ki, konsertdən sonra izləyicilərə imza verir və qucaqlayırdım.
-
7:33 - 7:35Onlardan bir mənə yaxınlaşır 10 dollar verir və
-
7:35 - 7:37əlavə edir:
-
7:37 - 7:38" Bağışla, albomunu
-
7:38 - 7:42dostumundan alıb köçürmüşəm."
-
7:42 - 7:45(Gülüş)
-
7:45 - 7:49"Ancaq bloqunu oxuyuram və bilirəm ki, şirkətə nifrət edirsən.
-
7:49 - 7:51Bu pulu ancaq sənin özünə vermək istədim."
-
7:51 - 7:55Bu cür hadisələr tez-tez yaşanmağa başladı.
-
7:55 - 7:59Artıq özüm konsertdən sonra pul toplamaq üçün papaq olmuşdum,
-
7:59 - 8:02lakin mən özüm fiziki olaraq orada dayanmalı və insanlar tərəfindən edilən yardımları toplamalı idim.
-
8:02 - 8:04Və əvvəl qeyd etdiyim oğıandan fərqli olaraq, bu işdə
-
8:04 - 8:08əvvəldən çoxlu təcrübəm var idi.
-
8:08 - 8:10Çox sağ olun.
-
8:10 - 8:12Məhz o anda
-
8:12 - 8:15yaratdığım musiqini mümkün olduqca çox onlayn və pulsuz
-
8:15 - 8:17yaymağı qərara aldım.
-
8:17 - 8:20Təxminən belə bir şey alınır: Metallika oradan Napster pisdir
-
8:20 - 8:23qışqırır, Amanda Palmer isə burada durub,
-
8:23 - 8:27torrent, musiqi köçürmə və paylaşmanın tərəfini saxlayır,
-
8:27 - 8:31çünki küçədə bunun effektlivliyini görüb.
-
8:31 - 8:34Beləliklə əvvəlki şirkətdən uzaqlaşdım
-
8:34 - 8:37və yeni qrupum Grand Theft Orchestra ilə növbəti layihəm üçün
-
8:37 - 8:39ictimai maddi dəstək üsuluna keçdim.
-
8:39 - 8:44Əvvəl əlaqə yaratdığım miloynlarla insana müraciət edib,
-
8:44 - 8:46kömək etmələrini istədim.
-
8:46 - 8:49100 min dollar toplamağı fikirləşirdim.
-
8:49 - 8:53Pərəstişkarlarım bu rəqəmi 1.2 milyon dollara çatdırdılar.
-
8:53 - 8:56Bu, musiqinin ictimai fondlaşdırılması layihələrində o günə kimi ən böyük rəqəm idi.
-
8:56 - 9:00(Alqışlar)
-
9:00 - 9:04Neçə insanın kömək etdiyini də görmək olar.
-
9:04 - 9:08Təxminən 25 min nəfər idi.
-
9:08 - 9:11Medianın sualı bu idi: "Amanda, musiqi
-
9:11 - 9:13biznesi tam qarşı çıxarkən sən onlayn piratlığı dəstəkləyirsən.
-
9:13 - 9:15Necə etdin ki, bu qədər insan musiqin üçün pul ödədi? "
-
9:15 - 9:20Əsl cavab isə budur: "Onları məcbur etmədim, xahiş etdim."
-
9:20 - 9:23Onlardan xahiş etməklə də onlarla bağlantı
-
9:23 - 9:26qura bildim.
-
9:26 - 9:31İnsanlarla bağlantı quranda isə onlar kömək etmək istəyirlər.
-
9:31 - 9:35Yaradıcı insanların çoxu isə bunu sevmir.
-
9:35 - 9:36Onlar nə isə istəməkdən boyun qaçırırlar
-
9:36 - 9:42Lakin xahiş etmək özü elə də asan deyil.
-
9:42 - 9:44Yaradıcı insanların çoxunun bunula problemləri var.
-
9:44 - 9:47Nəyi isə istəmək sizi zəif edir.
-
9:47 - 9:51Kickstarter-də yerləşdirdiyim layihəm məşhurlaşdıqdan
-
9:51 - 9:53sonra da öz çılğın ictimai fondlaşma
-
9:53 - 9:56işlərimə davam etdiiyimə görə onlayn tənqidlərə məruz qalırdım.
-
9:56 - 9:58Əsas da pərəstişkarlarımız olan
-
9:58 - 10:01musiqiçilərdən sevgi, bilet və pivə qarşılığında
-
10:01 - 10:04bizimlə bir səhnədə bir neçə mahnı oxumalarını xahiş etdiyimə görə.
-
10:04 - 10:07Bu saxta şəkil də tənqidlərin bir parçası olaraq
-
10:07 - 10:11onlayn yayımlanmışdı.
-
10:11 - 10:14Əvvəllər də hiss etdiyim incikliyi təkrar yaşayırdım.
-
10:14 - 10:17"Artıq insanlardan kömək istəməyinə icazə yoxdur."
-
10:17 - 10:19deyən insanlar mənə əvvəlki işimdə
-
10:19 - 10:23maşınlarından üstümə "Get özünə iş tap." qışqıran insanları xatırladırdılar.
-
10:23 - 10:28Çükni bu insanlar yolun kənarında bizimlə deyildilər və
-
10:28 - 10:31mən və ətrafımdan olan insanlar arasındakı
-
10:31 - 10:33mübadiləni görə bilmirdilər.
-
10:33 - 10:39Bu isə bizə çox ədalətli, onlara isə yad görününən bir mübadilə idi.
-
10:39 - 10:41Belə etmək isə iş üçün bir az təhlükəlidir.
-
10:41 - 10:43Bu, Kickstarter-dəki layihəyəmə dəstək olanların Berlindəki şənliyidir.
-
10:43 - 10:47Gecənin sonunda mən soyunaraq hər kəsə üzərimdə istədiklərini çəkmələrinə icazə verdim.
-
10:47 - 10:50Onu da qeyd edim ki, əgər yad adamlara inanmaq hissini
-
10:50 - 10:53daxildən yaşamaq istəyirsinizsə,
-
10:53 - 10:55belə etməyiniz məsləhətlidir.
-
10:55 - 10:59Xüsusən də, əgər o yad adamlar kefli almanlardırsa.
-
10:59 - 11:04Bu, pərəstişkarlarlara inamın yüksək səviyyəsi idi.
-
11:04 - 11:07Onlara çatdırmaq istədiyim bu idi ki,
-
11:07 - 11:09sizə bu qədər inanıram.
-
11:09 - 11:13Düzmü edirəm? Göstərin o zaman.
-
11:13 - 11:15İnsanlıq tarixi boyunca
-
11:15 - 11:20musiqiçi və rəssamlar cəmiyyətin bir parçası olublar.
-
11:20 - 11:25Toxunulmaz ulduz deyil, birlik yaradan və bağlayan olublar.
-
11:25 - 11:29İndiki məşhurluq insanların səni uzaqdan sevməsi hesab olunur,
-
11:29 - 11:31lakin internet və internetdə sərbəstcə
-
11:31 - 11:34bölüşə bildiyimiz informasiya bizi keçmişə
-
11:34 - 11:37geri götürür.
-
11:37 - 11:40Bu, bir neçə insanın səni yaxından sevməsi
-
11:40 - 11:45və bununla kifayətlənməkdir.
-
11:45 - 11:47Bir çox insanları edilənlərə dəqiq qiymət verənlərin
-
11:47 - 11:48olmaması çaşdırır.
-
11:48 - 11:52Onlar belə işləri gələcəyi bəlli olmayan risk hesab edirlər,
-
11:52 - 11:54ancaq mənim gördüyüm işlər: Kickstarter-dəki layihə, küçələr, döydüyüm qapılar,
-
11:54 - 11:56Mən onları bir risk kimi görmürəm.
-
11:56 - 11:58Əksinə, mən bunu inam hesab edirəm.
-
11:58 - 12:01İndi paylaşmağı küçədəki kimi asanlaşdıran
-
12:01 - 12:05və instinktiv edən vasitələr bizi
-
12:05 - 12:07inama aparır.
-
12:07 - 12:10Ancaq əgər bir-birimizə sərbəstcə alıb verməkdən
-
12:10 - 12:13qorxuruqsa, mükəmməl vasitələrin belə
-
12:13 - 12:15heç bir köməyi olmayacaq.
-
12:15 - 12:18Ən əsası da utanmadan
-
12:18 - 12:22xahiş etməyi öyrənməsək.
-
12:22 - 12:24Musiqi karyeram da internetdə
-
12:24 - 12:28insanlarla küçədə etdiyim kimi bağlantı qurmağa
-
12:28 - 12:30çalışaraq keçib.
-
12:30 - 12:34Bloq yayımlarım və atdığım tweet-lər yalnız konsert günlərimiz,
-
12:34 - 12:37yeni videolarımız haqda deyil, gördüyümüz işlər, incəsənətimiz,
-
12:37 - 12:42qorxularımız, baş ağrılarımız, səhvlərimiz
-
12:42 - 12:44haqda olur, beləcə biz bir-birimizi görürük.
-
12:44 - 12:48Və inanıram ki, biz həqiqətən bir-birimizi görəndə
-
12:48 - 12:50kömək etməyə də çalışırıq.
-
12:50 - 12:55Məncə, indiyədək yanlış suala cavab axtarmağa çalışmışıq.
-
12:55 - 12:59İndi "İnsanların musiqiyə pul ödəməyə necə məcbur edək?"
-
12:59 - 13:01sualındansa, "İnsanların musiqiyə görə
-
13:01 - 13:06pul ödəmələrinə necə zəmin yarada bilərik?" sualı haqda düşünməliyik.
-
13:06 - 13:08Çox sağ olun.
-
13:08 - 13:12(Alqışlar)
- Title:
- Amanda Palmer: Xahiş etmək sənəti
- Speaker:
- Amanda Palmer
- Description:
-
Amanda Palmer, "İnsanları musiqiyə pul ödəməyə məcbur etməyin, xahiş edin." deyir. Öz qeyri-adi çıxışına küçə ifaçısı olduğu (2 metr boylu Gəlin üçün qutuya 1 dollar ataq!) günləri ilə başlayıb, yeni artist-azarkeş əlaqəsinə nəzər salaraq davam edir.
- Video Language:
- English
- Team:
- closed TED
- Project:
- TEDTalks
- Duration:
- 13:47
Dimitra Papageorgiou approved Azerbaijani subtitles for The art of asking | ||
Toghrul Karimov accepted Azerbaijani subtitles for The art of asking | ||
Toghrul Karimov edited Azerbaijani subtitles for The art of asking | ||
Toghrul Karimov edited Azerbaijani subtitles for The art of asking | ||
Toghrul Karimov edited Azerbaijani subtitles for The art of asking | ||
Toghrul Karimov edited Azerbaijani subtitles for The art of asking | ||
Toghrul Karimov edited Azerbaijani subtitles for The art of asking | ||
Toghrul Karimov edited Azerbaijani subtitles for The art of asking |