Shawn Achor: Daha yaxşı işin uğurlu sirri
-
0:00 - 0:04Mən yeddi, bacım isə 5 yaşında olarkən
-
0:04 - 0:06ikiqat çarpayının üstündə oynayırdıq.
-
0:06 - 0:09O vaxt bacımdan 2 yaş böyük idim;
-
0:09 - 0:11təbii ki indi də 2 yaş böyüyəm,
-
0:11 - 0:15amma o vaxt bu onun mənim etmək istədiyim hər şeyi etməli olduğu demək idi,
-
0:15 - 0:16mən də müharibə oyunu oynamaq istədim.
-
0:16 - 0:18Belə ki çarpayının üstünə çıxmışdıq.
-
0:18 - 0:20Mən bütün G.I. Joe əsgərlərim və silahlarımı ,
-
0:20 - 0:23çarpayının bir başına oymuşdum.
-
0:23 - 0:26Bacım isə süvari olmağa hazır poniləri ilə
-
0:26 - 0:27çarpayının o biri başında idi.
-
0:27 - 0:31O gün nə baş verdiyi haqda fərqli hekayələmlahizələr var,
-
0:31 - 0:33ancaq bu gün bacım burda olmadığına görə,
-
0:33 - 0:35gəlin sizə həqiqəti danışım.--
-
0:35 - 0:36--(Gülüş)
-
0:36 - 0:38Bacım bir az əfəl idi əslində.
-
0:38 - 0:41Böyük qardaşı tərəfindən heç bir təkan olmadan qəflətən
-
0:42 - 0:44Amy çarpayıdan yox oldu və
-
0:44 - 0:46qəza halında yerə endi.
-
0:46 - 0:48Yerə düşən bacımın başına nə iş gəldiyini görə bilmək üçün
-
0:48 - 0:50çarpayının kənarına diqqətlə baxdım və
-
0:50 - 0:53onun ağrılar içində üzü üstə
-
0:53 - 0:54yerə düşdüyünü gördüm.
-
0:54 - 0:57Həyəcanlı idim,
-
0:57 - 0:59çünki valideyinlərim mənə tapşırmışdılar ki, bacım və
-
0:59 - 1:01mən rahat və sakitcə oynayaq.
-
1:01 - 1:05Və bircə həftə əvvəl istəmədən bacımın qolunu
-
1:05 - 1:06qırdığımı da nəzərə alsaq...
-
1:06 - 1:08(Gülüş)
-
1:10 - 1:11Ki, qarşıdan gələn uydurma snayper gülləsindən
-
1:11 - 1:16qorumaq üçün onu qəhramancasına itələyərkən olmuşdu.
-
1:16 - 1:18(Gülüş)
-
1:18 - 1:22Bu qəhrəmanlığa görə hələ də təşəkkür almamışam.
-
1:22 - 1:24Halbuki əlimdən gələn hər şeyi etmişdim--
-
1:24 - 1:26o heç güllənin gəldiyini də görmürdü.
-
1:26 - 1:27Buna görə özümü mümkün qədər yaxşı aparırdırdım.
-
1:27 - 1:30Hər an ağzından çıxıb
-
1:30 - 1:32uzun qış yuxusuna gedən valideyinlərimi oyandırmaq təhlükəsi
-
1:32 - 1:35daşıyan üzündəki o ağrı, əziyyət və təəccüb
-
1:35 - 1:36hisslərinin tüğyanını müşahidə etdim.
-
1:36 - 1:40Faciənin qarşısını almaq üçün 7 yaşlı çılğın beynimin
-
1:40 - 1:42düşünə bildiyi tək şeyi etdim.
-
1:42 - 1:45Uşaqlarınız varsa bunu çox görmüş olarsının.
-
1:45 - 1:47Bacıma dedim: "Emi ağlama, ağlama.
-
1:49 - 1:51Necə düşdüyünü gördün? Heç bir insan yerə
-
1:51 - 1:54belə dörd ətrafı üstə düşmür.
-
1:54 - 1:56Amy, məncə sən unikorn(təkbuynuzlu at)san.
-
1:56 - 1:58(Gülüş)
-
1:58 - 2:00Bax bu əsl aldatmaq idi, çünki bacımın bu vəziyyətdə
-
2:00 - 2:02ən çox istəyəcəyi şey 5 yaşlı ağrılar içindəki kiçik Amy-dənsə
-
2:02 - 2:04qeyri-adi unikorn olmaq idi.
-
2:04 - 2:05Əlbəttə bu keçmişdə beyninin qəbul edə biləcəyi bir variant idi.
-
2:05 - 2:08Və görməli idiniz, aldanmış bacımın
-
2:08 - 2:11kiçik beyni ağrı, əziyyət və təəccübləməklə məşğul ikən,
-
2:11 - 2:14eyni zamanda yeni ortaya çıxan kimliyi
-
2:14 - 2:17haqda fikirləşməyə çalışaraq
-
2:17 - 2:18necə də çaş-baş qalmışdı.
-
2:18 - 2:20Və ikinci qalib gəldi.
-
2:20 - 2:21Ağlamaq,oyunu dayandırmaq və
-
2:21 - 2:23valideyinlərimizi oyatmağın əvəzinə,
-
2:23 - 2:25və bunların mənə çevriləcək mümkün mənfi nəticələrin əvəzinə
-
2:25 - 2:27onun üzündə təbəssüm oyandı,
-
2:27 - 2:29o balaca unikornun zərifliyi ilə yerindən qalxdı və çarpayıya dırmaşdı.
-
2:29 - 2:32(Gülüş)
-
2:32 - 2:33bir ayağı sınsa da...
-
2:33 - 2:35Heç birimiz bilmirdik ki,
-
2:35 - 2:37bu zəif yaşımızda başımıza gələn
-
2:37 - 2:38hadisə 20 il sonra baş verəcək
-
2:38 - 2:42elmi inqilabın əsas
-
2:42 - 2:45tapıntısı və mövzusu olacaq.
-
2:45 - 2:48Bizim başımıza gələn,
-
2:48 - 2:50həm də mənim burda olmağımın, hər səhər oyanmağımın
-
2:50 - 2:52əsas səbəbi olan pozitiv psixologiya deyilən bir şeydir.
-
2:52 - 2:54Bu tədqiqatım haqda ilk dəfə
-
2:54 - 2:56akademiyadan kənarda, şirkətlər və məktəblərdə
-
2:56 - 2:59danışmağa başlayanda, nitqimə heç vaxt qrafiklərlə
-
2:59 - 3:02başlamamığımı məsləhət gördülər.
-
3:02 - 3:03Mən isə nitqimdə qrafiklə başlamaq istəyirəm.
-
3:03 - 3:06Bu qrafik maraqsız görünsə də hər səhər
-
3:06 - 3:09oyanmağımın və həyəcanlanmağın səbəbidir.
-
3:09 - 3:10Və bu qrafik heç nə ifadə etmir, yalandan qurulub.
-
3:10 - 3:13Araşdırmalarımıza görə
-
3:13 - 3:16(Gülüş)
-
3:16 - 3:18Qrafiki burda əyləşənlər haqdakı araşdırmamın nəticəsi olsaydı
-
3:18 - 3:20çox həyəcanlandırardı bu məni, çünki bu zalda aydın bir tendensiya var ki,
-
3:20 - 3:22bununla tədqiqatım hətta çap oluna da bilər,
-
3:22 - 3:24əsas olan da budur.
-
3:24 - 3:27Yuxarıdakı o qəribə qırmızı nöqtəyə baxın,
-
3:27 - 3:30əyri xəttin üzərində
-
3:30 - 3:31kim olduğunu bilirəm, səni bir az əvvəl gördüm--
-
3:31 - 3:35amma heç bir problem yoxdur.
-
3:35 - 3:38Çoxunuza məlum olduğu kimi, bu nöqtəni silib yox edə bilərəm.
-
3:38 - 3:41O nöqtə böyük ehtimal ki hesablama xətasıdır, ona görə də silə bilərəm.
-
3:42 - 3:43(Gülüş)
-
3:43 - 3:45Və bilirik ki bu hesablama xətasıdır,
-
3:45 - 3:48çünki əlimdəki məlumatı korlayır.
-
3:48 - 3:51İqtisadiyyat, stastistika, biznes və psixologiya
-
3:51 - 3:54dərslərində ilk olaraq statistik yolla insanlara
-
3:54 - 3:56qəribəliklərin necə yox edilməsini öyrədirik.
-
3:56 - 3:59İdeal statistikanı yaratmaq üçün
-
3:59 - 4:02xəttən kənarları necə yox etmək lazımdır?
-
4:02 - 4:05Normal insanın neçə advil həbi
-
4:05 - 4:08qəbul etməli olduğunu araşdırıramsa, bu aydındır-- 2 .
-
4:08 - 4:09Ancaq sizin xoşbəxtlik, məhsuldarlıq,
-
4:09 - 4:12enerji və yaxud yaradıcılıq
-
4:12 - 4:13potensialınızla maraqlanıramsa,
-
4:13 - 4:17elmi sahədə ortalamaları ilahi səviyyəyə qaldırırıq.
-
4:17 - 4:18Əgər belə bir sual versəm ki,
-
4:19 - 4:20"Bir uşaq sinifdə oxumağı nə qədər vaxta öyrənə bilər?"
-
4:20 - 4:22alimlər bu sualı dəyişib, " Normal bir uşaq sinifdə oxumağı
-
4:22 - 4:25nə qədər vaxta öyrənə bilər?" kimi dəyişdirirlər.
-
4:25 - 4:26Biz də sinifi normala uyğunlaşdırırıq.
-
4:26 - 4:28Sizdən biri də bu qrafikdə kənarda qalırsınızsa
-
4:28 - 4:31bu psixoloqları həyəcanlandırır,
-
4:31 - 4:33çünki siz ya depresiyadasınız, ya da xəstəsiniz,
-
4:34 - 4:35yaxud ümidvarıq ki hər ikisi olsun.
-
4:35 - 4:37Buna ümid edirik, çünki bizim biznes modelimizə
-
4:37 - 4:39görə terapiyaya 1 problemlə gəlirsənsə
-
4:39 - 4:41terapidən çıxanda 10 problemin olmasından əmin olmalıyıq.
-
4:41 - 4:44Beləcə sən hey gəlib gedirsən.
-
4:44 - 4:46Uşaqlıq vaxtınıza da qayıda bilərik,
-
4:46 - 4:49istədiyimiz tək şey sizi "normallaşdırmaqdır".
-
4:49 - 4:52Ancaq normal olmaq təkcə adi olmaq deməkdir.
-
4:52 - 4:53Ancaq pozitiv psixologiyanın mühakiməsinə görə
-
4:53 - 4:55orta insanın necə olduğunu öyrənməyə davam etsək,
-
4:55 - 4:57özümüz də orta insan olaraq qalarıq.
-
4:57 - 4:59Və o qrafikdən kənar pozitiv fərqliləri silməyin əvəzinə
-
4:59 - 5:01qəsdən bu kimi insanların içində olur və
-
5:01 - 5:05"niyə axı?" sualını verirəm.
-
5:05 - 5:07Niyə bəziləriniz intellekt, atletik , musiqi
-
5:07 - 5:09yaradıcılıq qabiliyyətinizə, enerjinizə və
-
5:09 - 5:12yenilik etmək qabiliyyətinizə görə
-
5:12 - 5:14həmin o qrafikdə fərqlənir, başqalarından öndə olursunuz?
-
5:14 - 5:17Mən sizi silmək yox, araşdırmaq istəyirəm.
-
5:17 - 5:18Bəlkə də əldə etdiyim məlumatla
-
5:18 - 5:22sadəcə insanları normallaşdırmaq deyil,
-
5:22 - 5:24bütün dünyadakı məktəb və şirkətlərdə qəbul edilmiş
-
5:24 - 5:27orta hessabı, normalı yüksəldə bilərik.
-
5:27 - 5:29Bu qrafiki ona görə sevirəm ki,
-
5:29 - 5:32televizoru açarkən bütün xəbərlər
-
5:32 - 5:35neqativ olur.
-
5:35 - 5:37Xəbərlərin çoxu cinayət, korrupsiya, xəstəlik, təbii fəlakətlər haqdadır.
-
5:37 - 5:38Və beynim düşünməyə başlayır ki, bu dünyadakı mənfi
-
5:38 - 5:41və müsbət hadisələrin dəqiq nisbətidir.
-
5:41 - 5:43Bu xəbərlər insanda "tibb məktəbi sindromu" yaradır;
-
5:43 - 5:45tibbdə oxuyanların çoxuna tanışdır bu sindrom,
-
5:45 - 5:47tibbi təhsilinizin ilk ilində
-
5:47 - 5:49xəstəlik və simptomların listini oxuyarkən
-
5:49 - 5:51onların hamısının sizdə
-
5:51 - 5:53müşahidə olunduğu qənaətinə glirsiniz.
-
5:53 - 5:56Bobo adlı yeznəm var, ki adının da başqa hekayəsi var.
-
5:56 - 5:58Bobo unikorn Emi ilə evləndi.
-
5:58 - 6:01Və bir gün Yeil Tibb Məktəbindən
-
6:01 - 6:02mənə zəng edib,
-
6:02 - 6:05"Şoun, deyəsən cüzam xəstəliyim var." dedi.
-
6:05 - 6:09(Gülüş)
-
6:09 - 6:12Yeildə belə çox nadir rastlanan hal idi.
-
6:12 - 6:16Bircə həftə bundan əvvələ qədər menopoz olduğuna
-
6:16 - 6:17inanan yazıq Boboya necə kömək edəcəyimi bilmirdim.
-
6:17 - 6:20(Gülüş)
-
6:20 - 6:24Bu halda müşahidə edirik ki, bizi biz edən ətrafdakı
-
6:24 - 6:26həqiqət deyil, beynimizin dünyaya baxış bucağının yaratdığı bizim həqiqətimizidir.
-
6:26 - 6:29Bu baxış bucağını dəyişməklə də təkcə öz xoşbəxtliyimizi deyil,
-
6:30 - 6:31həm də təhsil və iqtisadi sahələrdəki bütün nəticələri dəyişə bilərik.
-
6:31 - 6:34Harvarda sənəd verərkən baxtə-xuda vermişdim.
-
6:34 - 6:36Qəbul olacağıma inanmırdım, ailəmin də mənə təhsil haqqı ödəməyə pulu yox idi.
-
6:36 - 6:39İki həftə sonra hərbi təqaüd aldıqdan sonra isə getməyimə icazə verdilər.
-
6:39 - 6:41Bir anda qeyri-mümkün hesab etdiyim həqiqətə dönmüşdü.
-
6:41 - 6:44Universitetə gedəndə hamının orda olmağı böyük üstünlük hesab edəcəyini sandım.
-
6:44 - 6:46Orda olmalarına görə şad olmalı idilər.
-
6:46 - 6:48Hamısı səndən ağıllı olan insanların içində olsan belə
-
6:48 - 6:51sadəcə o sinifdə olduğuna görə sevinməlisən, mən də sevinirdim.
-
6:51 - 6:53Ancaq universitetdə oxuduğum 4 il və
-
6:53 - 6:56sonra universitet yataqxanasında keçirdiyim 8 il
-
6:56 - 6:59ərzində bəzi insanların o qədər də
-
6:59 - 7:02xoşbəxt olmadığını görürdüm.
-
7:02 - 7:04Yeri gəlmişkən yataqxanada qalmağımı universitetdən istəyirdilər.
-
7:04 - 7:06(Gülüş)
-
7:06 - 7:08Çox çətin keçən 4 il ərzində tələbə konsulluğunda işlədim.
-
7:08 - 7:11Araşdırmalarım və dərslərimdə öyrəndim ki,
-
7:11 - 7:14universitetə qəbul olduqlarına nə qədər xoşbəxt olsalar da,
-
7:14 - 7:16ikicə həftə sonra beyinləri nə burda olmağın
-
7:16 - 7:18üstünlükləri, nə də psixologiya və yaxud
-
7:18 - 7:21fizika dərsləri haqda fikirləşməklə məşğul idi.
-
7:21 - 7:23Fikirləri yarış, dərslərin çoxluğu, problemləri,
-
7:24 - 7:25stres və şikayətə yönəlmişdi.
-
7:25 - 7:28Harvarda gələndə ilk dəfə gələndə sonralar böyüdüyüm yer olan
-
7:28 - 7:31Teksan, Waco-dan olan dostlarımın da arabir gəldiyi
-
7:31 - 7:33yeməlxanaya getmişdim.
-
7:33 - 7:35Onlar yeməkxanaya gələndə hər dəfə deyirdilər ki,
-
7:35 - 7:37" Bu birinci kursların yeməkxanası 'Herri Potter'dakı
-
7:37 - 7:40Hoqvart(məktəbi)ın yeməkxanasına oxşayır."
-
7:40 - 7:43Və həqiqətən də oxşayır, bu Hoqvartın idi, bu da Harvarddır.
-
7:43 - 7:46Bunu görəndə onlar soruşurdular ki,
-
7:46 - 7:49"Şoun, Harvardda xoşbəxtliyi öyrənməyə çalışaraq niyə vaxtını itirirsən?
-
7:49 - 7:52Harvard tələbəsinin özünü qəmgin hiss eləyəcəyi heç bir səbəb
-
7:52 - 7:53yoxdur axı."
-
7:53 - 7:55Xoşbəxtlik elmini başa düşmək üçün bu suala diqqət
-
7:55 - 7:58yetirmək lazımdır.
-
7:58 - 8:02Bu sualdan belə çıxır ki, insanı əhatə edən həqiqəti öyrənməklə
-
8:02 - 8:04onun nə qədər xoşbəxt olduğunu bilmək olar.
-
8:04 - 8:07Həqiqətdə isə, xarici aləmi insanın xoşbəxtliyində ancaq 10%
-
8:07 - 8:10rol oynayır.
-
8:10 - 8:14İnsanın daimi xoşbəxtliyinin 90%-i
-
8:14 - 8:16xarici aləmdən deyil,
-
8:16 - 8:19beynimizin bu aləmi necə qəbul etməsindən asılıdır.
-
8:20 - 8:23Beynimizin qavrama tərzini dəyişməklə,
-
8:23 - 8:25xoşbəxtlik və müvəffəqiyyət formulamızı dəyişə,
-
8:25 - 8:27bununla da ətrafımızdakı həqiqətləri
-
8:27 - 8:29dəyişə bilərik.
-
8:29 - 8:30Araşdırmamıza görə işdə uğur qazanacağınızı
-
8:30 - 8:34yalnız 25% zəka səviyyəniz (İQ) təyin edə bilər.
-
8:34 - 8:35Uğurun 75%-i isə, insanın optimistlik səviyyəsi,
-
8:35 - 8:37soaial dəstəkdən, stresdən qaçmaq əvəzinə
-
8:37 - 8:40onunla mübarizə aparmaq bacarığından asılıdır.
-
8:40 - 8:43İngiltərədə təxminən ən nüfuzlu yatılı məktəblə telefonla əlaqə yaradarkən
-
8:43 - 8:46mənə dedilər ki, " Biz artıq bilirik siz dediklərinizi.
-
8:46 - 8:47Buna görə də tələbələrimizi hər il təhsil verməklə bərabər sağlamlıq həftəsi keçiririk.
-
8:47 - 8:50Bir az da sevincliyik. Bu həftənin bazar ertəsi məşhur bir ekspert
-
8:50 - 8:53yeniyetməlik çağı depresiyası haqda danışacaq.
-
8:53 - 8:56Çərşənbə axşamının mövzusu məktəbdə zorakılıq olacaq.
-
8:56 - 8:57Çərşənbə gününün mövzusu yemək problemləridir.
-
8:57 - 8:59Cümə axşamı təsirli maddə qəbuludur, mövzu.
-
8:59 - 9:01Cümə günü üçün isə, riskli cinsi əlaqə və ya xoşbəxtlik mövzuları arasında qalmışıq.
-
9:01 - 9:03(Gülüş)
-
9:03 - 9:06Mən də, " Çox insanın cümə gecəsi bu mövzuda olur" dedim.
-
9:06 - 9:10(Gülüş)
-
9:10 - 9:12(Alqış)
-
9:12 - 9:14Zarafatımı sevdiyinizə sevindim, çünki onlar heç sevmədilər.
-
9:14 - 9:16Telefona səssizlik çökdü.
-
9:16 - 9:18Səssizliyi pozmaq üçün dedim ki, " Sizin məktəbdə danışmağa şad olardım,
-
9:18 - 9:21ancaq siz sağlamlıq həftəsi deyil, xəstəlik həftəsi keçirirsiniz.
-
9:21 - 9:23Siz bütün mümkün neqativ məsələlərə toxunubsunuz,
-
9:23 - 9:27pozitiv mövzu isə heç yoxdur.
-
9:27 - 9:28Xəstəliyin yoxluğu tam sağlamlıq deyil.
-
9:28 - 9:31Sağlam olmaq üçün lazım olan :
-
9:31 - 9:34xoşbəxtlik və müvəffəqiyyətin düsturunu tapmaqdır.
-
9:34 - 9:37Son 3 il ərzində 45 fərqli ölkədə iqtisadi tənəzzüllə üzləşən
-
9:37 - 9:39müxtəlif məktəb və şirkətlərlə
-
9:39 - 9:42işləmişəm.
-
9:42 - 9:46Müşahidələrimə görə bu şirkət və məktəblərin çoxu
-
9:46 - 9:49müvəffəqiyyət üçün aşağıdakı düsturdan istifadə edirlər;
-
9:49 - 9:52Nə dəqər çox çalışsam, o qədər müvəffəqiyytə qazanacam.
-
9:52 - 9:53Daha çox müvəffəqiyyətlə də daha xoşbəxt olacam.
-
9:53 - 9:55Bu düstur davranışı motivasiya edən,
-
9:55 - 9:58valideyinlik, idarəetmə üslublarının əsasını təşkil edir.
-
9:58 - 10:01Problem isə budur ki, iki səbəbə görə bu üslub elmi cəhətdən uğursuz və köhnədir.
-
10:01 - 10:04Birinci səbəb budur ki, hər dəfə uğur qazandıqdan sonra
-
10:04 - 10:06beynimizi daha yeni uğura can atır.
-
10:06 - 10:09Yaxşı qiymət aldıqdan sonra daha yaxşısına,
-
10:09 - 10:13yaxşı məktəbə daxil olduqdan sonra daha yaxşısına,
-
10:13 - 10:15yaxşı iş tapdıqdan sonra daha da yaxşısına can atır,
-
10:15 - 10:17satış hədəfimizə çatdıqdan sonra həddi artırırıq.
-
10:17 - 10:18Və xoşbəxtlik uğurla əlaqəlidirsə, heç vaxt xoşbəxt ola bilmirik.
-
10:18 - 10:21Artıq cəmiyyət olaraq xoşbəxtliyi mənəvi/ idraki bir məfhum
-
10:21 - 10:22olaraq qəbul etmirik.
-
10:22 - 10:25Çünki uğur qazandıqdan sonra xoşbəxt olacağımıza
-
10:25 - 10:27inanırıq.
-
10:27 - 10:30Həqiqətdə isə beynimiz tam əksinə işləyir.
-
10:30 - 10:32Əgər insan reallığa dair müsbət fikirləşirsə,
-
10:32 - 10:35beyni xoşbəxliyik üstünlüyü adlı bir halda olur,
-
10:35 - 10:37yəni beyin mənfi, neytral və yaxud
-
10:37 - 10:40stresli olmağın əksinə
-
10:40 - 10:43müsbət fikirləşdikcə daha yaxşı işləyir.
-
10:43 - 10:44İnsanın zəkası, yaradıclıq hissi və enerjisi artır.
-
10:44 - 10:46Bütün biznes fəaliyyətləri
-
10:46 - 10:49bu faktın doğruluğunu sübut edib.
-
10:49 - 10:52Pozitiv beyin, neqativ, neytral və
-
10:52 - 10:54stresli beyindən 31% daha yaradıcı olur.
-
10:54 - 10:56Satışlar 37% daha yaxşı olur.
-
10:56 - 10:59Həkimlər 19% daha sürətli və düzgün
-
10:59 - 11:01diaqnoz qoya bilmək üçün
-
11:01 - 11:05daha dəqiq olurlar.
-
11:05 - 11:06Yəni əvvəl bəhs etdiyim ənənəvi düsturun əksidir.
-
11:06 - 11:08Hazırki vəziyyətdə pozitiv olmağı bacarsaq,
-
11:08 - 11:12biz daha çox, sürətli və ağıllı işləyər,
-
11:12 - 11:14bununla da uğur qazana bilərik.
-
11:14 - 11:15Bizə lazım olan da bu köhnə düsturu dəyişməkdir.
-
11:15 - 11:17Bununla beynimizin edə biləcəklərini aşkar edə bilərik.
-
11:17 - 11:21Pozitiv olarkən bədənimizdə yaranan dapominin
-
11:21 - 11:24iki funksiyası var.
-
11:24 - 11:26Bu maddə yalnız bizi xoşbəxt etmir,
-
11:26 - 11:29həm də beynimizidəki bütün qavrayış mərkəzlərini
-
11:29 - 11:31işə salır və dünyaya başqa cür uyğunlaşmağımıza kömək edir.
-
11:31 - 11:33Beynimizi mübət fikirləşdirə bilmək üçün bəzi
-
11:33 - 11:35üsullar aşkar emtişik.
-
11:35 - 11:3821 gün ərzində gündə ikicə dəqiqə ayırmaqla
-
11:38 - 11:41beynimizi yeniləyə bilər,
-
11:41 - 11:43beynimizin daha optimist və
-
11:43 - 11:44daha uğurlu işləməsini təmin edə bilərik.
-
11:44 - 11:47Əməkdaşlıq etdiyim bütün şirkətlərdə belə bir
-
11:47 - 11:49araşdırma aparmışam.
-
11:49 - 11:51İşçilərə 21 gün ərzində hər gün varlığına minnətdar olduqları
-
11:51 - 11:553 yeni şeyin adını yazmalarını tapşırdım.
-
11:55 - 11:57Bu 21 günün sonunda onların beyni
-
11:57 - 11:59yalnız neqativ şeyləri deyil, ilk olaraq pozitiv şeyləri də
-
11:59 - 12:00nəzərə alacaq xüsusiyyət qazanır.
-
12:00 - 12:0124 saat ərzində yaşadığın pozitiv bir hadisəni
-
Not Syncedxatırlamaqla, beyniniz bu hadisəni təkrar yaşayır.
-
Not SyncedBeyniniz hərəkərlətinizin vacibliyini qavrayır.
-
Not SyncedHəm də aşkar etmişik ki, bu təcrübə bir neçə işi bir vaxtda
-
Not Syncedetməyimiz üçün yaratdığımız diqqətin fərqli yönlərə dağılması
-
Not Syncedprobleminin də qarşısını alır və
-
Not Syncedbeynimizin bir işə diqqətini toplamasına kömək edir.
-
Not SyncedVə nəhayət, təsadüfi xeyirxahlıq əslində şüurlu(instinktiv) xeyirxahlıqdır.
-
Not SyncedBiz insanlara, hər dəfə e-maillərini yoxlayarkən
-
Not Syncedəhatələrində olan kiməsə təşəkkür və ya
-
Not Syncedtərif məqsədli pozitiv e-mail yazmalarını məsləhət görürük.
-
Not SyncedBu işləri etməklə bədənimizi nəyəsə alışdırdığımız kimi
-
Not Syncedbeynimizi də nəyəsə alışdırırıq.
-
Not SyncedBelə nəticəyə gəlmişik ki xoşbəxlik və uğur formulasını
-
Not Synceddəyişməklə yalnız pozitivlik dalğası yaratmır,
-
Not Syncedhəm də əsl çeviriliş etmiş oluruq.
-
Not SyncedÇox sağ olun.
-
Not Synced(Alqış)
- Title:
- Shawn Achor: Daha yaxşı işin uğurlu sirri
- Speaker:
- Shawn Achor
- Description:
-
Həmişə xoşbəxt olmaq üçün çalışırıq, bəs tərsini etmək necə? TEDxBloomington-dakı əyləncəli və sürətli nitqində Psixoloq Shawn Achor irəli sürür ki, tərsinə, xoşbəxtlik çalışqanlığı və məhsuldarlığı artırır.
- Video Language:
- English
- Team:
- closed TED
- Project:
- TEDTalks
- Duration:
- 12:00
TED Translators admin approved Azerbaijani subtitles for The happy secret to better work | ||
Gulchin Taghiyeva edited Azerbaijani subtitles for The happy secret to better work | ||
Gulchin Taghiyeva edited Azerbaijani subtitles for The happy secret to better work | ||
Gulchin Taghiyeva edited Azerbaijani subtitles for The happy secret to better work | ||
Әsmər Həşimli accepted Azerbaijani subtitles for The happy secret to better work | ||
Әsmər Həşimli edited Azerbaijani subtitles for The happy secret to better work | ||
Әsmər Həşimli edited Azerbaijani subtitles for The happy secret to better work | ||
Gulchin Taghiyeva edited Azerbaijani subtitles for The happy secret to better work |