Bədən dili sizin kim olduğunuzu müəyyən edir
-
0:00 - 0:06Sizə çox sadə bir şey öyrətmək istəyirəm.
-
0:06 - 0:09Bunun üçün sizdən tələb olunan tək şey
-
0:09 - 0:13duruşunuzu iki dəqiqəlik dəyişməyinizdir.
-
0:13 - 0:16Lakin tapşırığa keçməzdən əvvəl sizdən vücudunuzu
-
0:16 - 0:20və onunla necə davrandığınızı nəzərdən keçirməyinizi xahiş edirəm.
-
0:20 - 0:23Görək aranızda neçəniz özünü yığıb?
-
0:23 - 0:26Yəqin bəziləriniz beli bükülü, ayağını ayağı üstə aşıraraq və ya dizlərini əlləri ilə tutaraq oturub.
-
0:26 - 0:30Bəzən qollarımızı çarpazlayarıq.
-
0:30 - 0:33Bəzən də onları geniş açırıq. (Gülüş)
-
0:33 - 0:36Mən sizi görürəm. (Gülüş)
-
0:36 - 0:39Elə indicə nə etdiyinizə diqqət yetirməyinizi istəyirəm.
-
0:39 - 0:41Bir neçə dəqiqədən sonra buna qayıdacağıq.
-
0:41 - 0:44Ümid edirəm ki, əgər vücudunuza azca da olsa nəzarət etməyi öyrənsəniz
-
0:44 - 0:47bu sizin həyatınızı əhəmiyyətli dərəcədə dəyişə biləcək.
-
0:47 - 0:52Biz bədən dili ilə çox maraqlanırıq,
-
0:52 - 0:56xüsusilə də başqalarının bədən dili diqqətimizi çəkir.
-
0:56 - 1:00Müxtəlif məqamlar bizi maraqlandırır: (Gülüş)
-
1:00 - 1:04hansısa yöndəmsizlik və ya gülüş,
-
1:05 - 1:09önəmsiz baxış və ya narahat edən gözvurma,
-
1:09 - 1:12və ya hətta əl sıxma kimi sadə bir şey.
-
1:12 - 1:15Şərhçi: Budur onlar 10 nömrəli evə yaxınlaşırlar.
-
1:15 - 1:20Bu şanslı polis ABŞ prezidentinin əlini sıxır.
-
1:20 - 1:25Ardınca isə baş nazir – Yox. (Gülüş)(Alqışlar)
-
1:25 - 1:27(Gülüş) (Alqışlar).
-
1:27 - 1:30Sadə əl sıxma və ya onun olmamasını
-
1:30 - 1:34uzun-uzun həftələrlə müzakirə edə bilərik.
-
1:34 - 1:36Hətta BBC və Nyu York Taims belə.
-
1:36 - 1:40Adətən davranış və ya bədən dili barədə düşünərkən
-
1:40 - 1:43- sosial alimlər olaraq biz onu nonverbal adlandırıq-
-
1:43 - 1:46onu dil kimi qəbul edirik və ünsiyyət olduğunu düşünürük.
-
1:46 - 1:49Ünsiyyət isə bizi qarşılıqllı əlaqə barədə düşündürür.
-
1:49 - 1:51Görəsən sizin bədən diliniz mənə nəyi çatdırmaq istəyir?
-
1:51 - 1:54Bəs mənim bədən dilim sizə?
-
1:54 - 1:59Belə yanaşmamızın düzgünlüyünü sübut edən bir çox fakt var.
-
1:59 - 2:02Sosioloq-alimlər bizim və digər insanların
-
2:02 - 2:05bədən dilinin verilən qərarlara təsirini öyrənməyə
-
2:05 - 2:06çox vaxt sərf etmişdilər.
-
2:06 - 2:09Adətən bədən dilinə əsaslanaraq sürətli və yalnış qərarlara gəlirik.
-
2:09 - 2:14Və bu qərarlar işə qəbul və ya işdə irəliləmə, görüşə dəvət kimi
-
2:14 - 2:17vacib həyati nəticələri proqnozlaşdıra bilər.
-
2:17 - 2:22Misal üçün, Taft Universitetinin
tədqiqatçısı Nalini Ambady -
2:22 - 2:27aşkarlamışdır ki, 30 saniyəlik
həkimlə xəstənin real ünsiyyətini -
2:27 - 2:30nümayiş etdirən səssiz klipi izlədikdən sonra
-
2:30 - 2:32həkimin nəzakətliliyindən yola çıxaraq onun
-
2:32 - 2:35məhkəməlik olub olmayacağı haqda
fikir yürüdürlər. -
2:35 - 2:40Bu qərar həkimin səriştəsi ilə deyil,
-
2:40 - 2:42xəstə ilə ünsiyyətinin izləyicilər tərəfindən
-
2:42 - 2:45nə qədər bəyənilməsi ilə bağlıdır.
-
2:45 - 2:48Daha qəribəsi, Prinstondan Aleks Todorov
-
2:48 - 2:51aşkar etmişdir ki, namizədlərin
cəmi bir saniyəlik -
2:51 - 2:54üz ifadəsinə əsasən onların ABŞ Senatı
və Konqresinə -
2:54 - 2:57seçilib-seçilməyəcəyini 70% düzgün
müəyyən etmək olur. -
2:57 - 2:59Hətta virtual aləmdə belə
-
2:59 - 3:03onlayn danışıqlarda düzgün istifadə
edilmiş emosiya işarəsi -
3:03 - 3:06danışıqlardan daha yaxşı nəticə əldə
etməyinizə gətirib çıxara bilər. -
3:06 - 3:09Odur ki, emosiya işarələrin səhv istifadə
etmək yaxşı deyil. -
3:09 - 3:12Bizim qeyri-verbal dedikdə, bir-birimizi necə başa düşüb,
-
3:12 - 3:15bu anlaşmaya əsasən nəticələrin
nə olduğu başa düşülür. -
3:15 - 3:17Lakin çox vaxt qeyri-verbalikanın
-
3:17 - 3:21özümüzə də təsir göstərdiyini
unutmağa meylliyik. -
3:21 - 3:23Biz öz hərəkətlərimiz, düşüncələrimiz
-
3:23 - 3:26hisslərimiz və fiziologiyamızın
təsirinə məruz qalırıq. -
3:26 - 3:29Bəs bu bəhs etdiyim qeyri-verballar
hansılardır? -
3:29 - 3:32Mən sosial psixoloqam. Qərəzli fikirləri
araşdırıram -
3:32 - 3:35və qabaqcıl biznes məktəblərinin birində
dərs dediyimdən -
3:35 - 3:39güc dinamikası ilə maraqlanmağa
başlamışam. -
3:39 - 3:41Xüsüsilə də diqqətimi
-
3:41 - 3:45güc və dominantlığın jestlərlə
ifadəsi çəkdi. -
3:45 - 3:49Güc və dominantlığın əsas qeyri-verbal ifadəsi nədir?
-
3:49 - 3:51Haqqında danışdığımız ifadələr bunlardır.
-
3:51 - 3:53Heyvanlar aləmində bu genişlənmək
deməkdir. -
3:53 - 3:56Onlar ölçülərində artırlar,
hərəkətli olurlar, -
3:56 - 3:59daha çox yer tuturlar, açılırlar.
-
3:59 - 4:01Bəli, məhz açılırlar.
-
4:01 - 4:03Bu həm bütün heyvanlar aləminə aiddir,
-
4:04 - 4:07tək primatlara deyil.
-
4:07 - 4:09İnsanlar da eynilə belə edirlər.(Gülüş)
-
4:09 - 4:11Özlərini həm daimi güclü hiss etdikləri
zaman, -
4:11 - 4:15həm də bir anlıq güclü hiss etdikdə
məhs belə edirlər. -
4:15 - 4:18Bu misal xüsusən ona görə maraqlıdır ki,
-
4:18 - 4:23güc ifadələrinin nə qədər universal
və qədim olduğunu göstərir. -
4:23 - 4:25Qürur kimi tanınan bu ifadə
-
4:25 - 4:28Cessika Treysi tərəfindən öyrənilmişdir.
-
4:28 - 4:30O, aşkar etmişdir ki, istər görmə qabiliyyəti olan
-
4:30 - 4:32istərsə də anadangəlmə kor olan insanlar
-
4:32 - 4:36müsabiqələrdə qalib gələndə bu cür edirlər.
-
4:36 - 4:38Finiş xəttini keçib qalib gəldikdə,
-
4:38 - 4:40hətta heç zaman başqalarını
görmədikdə belə bu cür edirlər. -
4:40 - 4:41Şəkildəki kimi;
-
4:41 - 4:45əllər yuxarı V formasında,
çənə azca qalxmış. -
4:45 - 4:47Bəs özümüzü gücsüz hiss etdikdə
nə edirik? -
4:47 - 4:48Tam əksini.
-
4:48 - 4:51Qapanırıq. Özümüzü yığırıq.
-
4:51 - 4:52Kiçilirik.
-
4:52 - 4:55Qarşımızdakı adam üçün görünməz olmağa çalışırıq.
-
4:55 - 4:57Gördüyünüz kimi, yenə də heyvanlar və insanlar eyni şeyləri edir.
-
4:57 - 5:01Güclü və gücsüz qarşılaşanda bu mənzərə ortaya çıxır.
-
5:01 - 5:05Söhbət gücə gəldikdə biz adətən
-
5:05 - 5:07başqalarının jestlərini tamamlamağa
meyilliyik. -
5:07 - 5:10Belə ki, əgər kimsə bizə qarşı
güc tətbiq edirsə, -
5:10 - 5:12yığılmağa çalışırıq. Onun jestlərini əks etdirmirik,
-
5:12 - 5:14əksinə, onun gücünə tabe oluruq.
-
5:14 - 5:17Tələbələrin hərəkətlərinə
diqqət yetirərkən -
5:17 - 5:20nə aşkar etdiyimi bilirsinizmi?
-
5:20 - 5:27Gördüm ki, MBA tələbələri çoxlu sayda güc jestləri nümayiş etdirirlər.
-
5:27 - 5:29Aralarında bəziləri özlərini lider kimi aparırlar,
-
5:29 - 5:33sinif otağına girərkən, otagın düz
ortasına keçirlər, -
5:33 - 5:36hələ dərs başlamazdan
özlərinə yer edirlər. -
5:36 - 5:39Oturarkən az qala iki nəfərin
yerini tuturlar. -
5:39 - 5:41Əllərini bu tərzdə qaldırırlar.
-
5:41 - 5:43Digərləri isə birincilər otağa girəndə
-
5:43 - 5:46az qalırlar görünməz olsunlar.
-
5:46 - 5:48Bunu onların üz ifadəsi və hərəkətlərindən
görə bilərsiniz, -
5:48 - 5:51Onlar oturan kimi yığılırlar
-
5:51 - 5:53və əllərini bu tərzdə qaldırırlar.
-
5:53 - 5:55Özüm üçün bir neçə nəticə çıxartdım.
-
5:55 - 5:57Birincisi sizi yəqin ki, təəcübləndirməyəcək.
-
5:57 - 5:59Hesab edilir ki, bu cinslə bağlıdır.
-
5:59 - 6:04Yəni qadınlar kişilərə nisbətən daha çox
bu qanuna tabe olurlar. -
6:04 - 6:07Qadınlar adətən özlərini kişilərdən
daha zəif hiss edirlər -
6:07 - 6:09və bu təəccüblü deyil.
-
6:09 - 6:12Bundan əlavə mən aşkar etdim ki,
-
6:12 - 6:13bu həm də dərsdə nə qədər aktiv
-
6:13 - 6:17və müvəffəqiyyətli olmaqdan da asılıdır.
-
6:17 - 6:20Və bu MBA tələbələri üçün çox vacibdir,
-
6:20 - 6:22çünki onların dərsdə iştirakı qiymətlərinə
təsir edir. -
6:23 - 6:27Biznes məktəbləri gender fərqinə qarşı
həmişə mübarizə aparırlar. -
6:27 - 6:30Eyni səviyyədə hazırlaşan kişi və qadınlar
-
6:30 - 6:32kursun sonunda fərqli qiymətlər alırlar
-
6:32 - 6:35və bunun iştirak ilə bağlı olduğu görünür.
-
6:36 - 6:39Öz-özümə düşünməyə başladım,
-
6:39 - 6:42tutaq ki, sinfə bu şəkildə girənlər dərsdə
daha aktivdirlər, -
6:42 - 6:45onda əgər bu videoları göstərib,
özlərini bu cür aparmalarını istəsək -
6:45 - 6:47onlar dərsdə daha aktiv iştirak
edəcəklərmi? -
6:47 - 6:51Mən və Berklidən olan həmkarım
Dana Karninin öyrənmək istədiyimiz -
6:51 - 6:55yalanı çox təkrarlasaq gerçək olub olmayacağı idi.
-
6:55 - 6:57Yəni qısa müddətlik özümüzü güclü göstərsək,
-
6:57 - 7:00davranışımzdakı dəyişiklik nəticəsində
-
7:00 - 7:02özümüzü daha güclü hiss edə bilərikmi?
-
7:02 - 7:05Artıq bilirik ki, jest və mimikalarımız
başqalarının bizim haqda -
7:05 - 7:08düşüncə və hisslərini müəyyənləşdirir.
Bunun bir çox sübutu var. -
7:08 - 7:09Lakin bizi əsl maraqlandıran sual
-
7:09 - 7:14bu jest və mimikaların özümüzə
təsir edib etməməsidir. -
7:14 - 7:16Bu təsirin mövcudluğunu təsdiqləyən
bəzi sübutlar var. -
7:16 - 7:21Misal üçün, özümüzü xoşbəxt hiss etdikdə
gülürük, -
7:21 - 7:23lakin biz həm də qələmi dişlərimiz arasında
-
7:23 - 7:27bu şəkildə tutaraq da, gülümsəməyə
məcbur oluruq. -
7:27 - 7:29Deməli bu hər iki halda reallaşır.
-
7:29 - 7:33Güc məsələsində də həmçinin.
-
7:33 - 7:35Özümüzü güclü və əmin hiss etdikdə
-
7:35 - 7:37daha güc çox göstərən jestlərə meyilli oluruq.
-
7:37 - 7:43Lakin güclü olmağa çalışanda da
-
7:43 - 7:47özümüzü güclü hiss edirik.
-
7:47 - 7:50Bizi maraqlandıran ikinci sual isə:
-
7:50 - 7:53bildiyimiz kimi düşüncələrimizin
hərəkətimizi dəyişməsi deyil, -
7:53 - 7:57hərəkətlərimizin düşüncələrimizi
dəyişib dəyişməməsidir. -
7:57 - 8:00Güc hissi baxımından, düşüncə dedikdə
-
8:00 - 8:01nədən bəhs edirəm?
-
8:01 - 8:03Fikir və hisslərdən, həmçinin onları formalaşdıran
-
8:03 - 8:07fizioloji şeylərdən danışıram, və mənə görə
-
8:07 - 8:10bu hormonlardır. Mən hormonları öyrənirəm.
-
8:10 - 8:14Güclülərlə zəiflərin düşüncələrini
fərqləndirən nədir? -
8:14 - 8:18Təəccüblü deyil ki, güclü insanlar adətən
-
8:18 - 8:23daha iddialı, daha əmin və daha
optimist olurlar. -
8:23 - 8:26Hətta qumar oyunlarında belə
qalib gələcəklərini düşünürlər. -
8:26 - 8:30Onlar həmçinin daha abstrakt düşünməyə
meyllidilər. -
8:30 - 8:32Fərqlər çoxdur. Onlar daha çox risk edirlər.
-
8:32 - 8:36Güclü və zəif insanlar arasında
fərqlər çoxdur. -
8:36 - 8:39Fizioloji olaraq da, fərqlər var, xüsusən də
-
8:39 - 8:42iki əsas hormon testosteron – dominantlıq hormonu
-
8:42 - 8:46və kortizol – stress hormonu arasında.
-
8:46 - 8:54Aşkarladıq ki, primatların iyerarxiyasında
hökmran alfa-erkəklərin -
8:54 - 8:58testosteronu daha yüksək,
kortizolu isə daha aşağı olur. -
8:58 - 9:00Güclü və effektiv liderlərin də
-
9:00 - 9:03testosteronu yüksək, kartizolu isə aşağı olur.
-
9:03 - 9:05Bu o deməkdir ki, güc haqda düşünərkən
-
9:05 - 9:08insanlar adətən dominantlığın
göstəricisi kimi ancaq -
9:08 - 9:09testosteron barədə düşünürlər.
-
9:09 - 9:13Əslində isə, güc stresə necə reaksiya göstərməyinizlə
də bağlıdır. -
9:13 - 9:16Çox güclü və testosteronu yuxarı olan,
-
9:16 - 9:19stresə davamlılığı isə aşağı olan liderin
olmağını istərdinizmi? -
9:19 - 9:20Yəqin ki, yox.
-
9:20 - 9:23Daha güclü, iddialı və qüdrətli, eyni zamanda
-
9:23 - 9:27sakit - özündən tez çıxmayan lideri istərdiniz.
-
9:27 - 9:30Məlumdur ki, primatların iyerarxiyasında
-
9:30 - 9:35alfa-erkək və ya sıravi biri gözlənilmədən liderliyi ələ
-
9:35 - 9:39keçirməyə çalışanda bir neçə gün içində,
-
9:39 - 9:43onun testosteronu əhəmiyyətli dərəcədə qalxır,
-
9:43 - 9:46kortizolu isə əhəmiyyətli dərəcədə azalır.
-
9:46 - 9:49Beləliklə sübutlar göstərir ki, bədənimiz
-
9:49 - 9:51düşüncələrimizi formalaşdırır,
ən azı üzdə olan tərəfini. -
9:51 - 9:56Həmçinin, rolların dəyişməyi də düşüncələrimizi
formalaşdıra bilir. -
9:56 - 9:58Yaxşı bəs rolumuzu dəyişdikdə, nə baş verir?
-
9:58 - 10:01Tutaq ki, ən cuzi səvviyədə bunu etsək,
-
10:01 - 10:04xırda manipulyasiya və xırda müdaxilə ilə
nə baş verər? -
10:04 - 10:06"İki dəqiqəlik, bu şəkildə durmağınızı istəyirəm,
-
10:06 - 10:09və bu, özünü daha güclü hiss etməyinə səbəb olacaq."
-
10:09 - 10:11Belə bir işə başladıq.
-
10:11 - 10:16Qərar gəldik ki, adamları laboratoriyaya gətirib,
balaca bir eksperiment keçirək, -
10:16 - 10:19onlar iki dəqiqə ərzində
-
10:19 - 10:23güclülük yaxud gücsüzlük pozaları almalı idilər,
-
10:23 - 10:25və bu pozalardan beşini sizə göstərəcəm,
-
10:25 - 10:28hərçənd ki iştirakçılar ancaq ikisini
nümayiş etdirmişdilər. -
10:28 - 10:30Bu birincisi.
-
10:30 - 10:32Daha bir neçəsi.
-
10:32 - 10:35Bu poza media tərəfindən “Möcuzə-qadın”
adlandırılmışdır. -
10:35 - 10:38Daha bir neçəsi.
-
10:38 - 10:40Ayaq üstə və ya oturaraq.
-
10:40 - 10:43Bu da gücsüzlük pozaları.
-
10:43 - 10:47Özünüzü yığırsınız, balacalaşırsınız.
-
10:47 - 10:49Bu isə ən gücsüzlüyün göstəricisidir.
-
10:49 - 10:52Boynunuza toxunaraq, özünüzü
qorumağa çalışırsınız. -
10:52 - 10:54Təcrübəni belə edirdik.
-
10:54 - 10:56İştirakçılar gəlirdilər, onların tüpürcək nümunəsini götürürdük,
-
10:56 - 10:59onlara iki dəqiqəlik "belə və ya elə edin" deyirik.
-
10:59 - 11:01Pozaların şəkillərini göstərmirdik.
-
11:01 - 11:04Çünki gücü görmələrini deyil,
-
11:04 - 11:06gücü hiss etmələrini istəyirdik.
-
11:06 - 11:08İki dəqiqə ərzində onlar bu cür edir,
-
11:08 - 11:10sonra biz onlardan, "Özünüzü nə qədər güclü hiss edirsiniz?" soruşur
-
11:10 - 11:13və onlara qumar oynamaq təklif edirik,
-
11:13 - 11:16bundan sonra daha bir tüpürcək nümunəsi götürürük.
-
11:16 - 11:17Bütün təcrübə bundan ibarət idi.
-
11:17 - 11:19Bunları aşkar etmiş olduq:
-
11:19 - 11:21Güclü pozada olmuş insanların 86%-i
-
11:21 - 11:25riskə meyillilik oyunu olan
-
11:25 - 11:27qumar oynamağı seçdilər.
-
11:27 - 11:29Gücsüzlük pozasında olanların isə
-
11:29 - 11:33ancaq 60 %i. Bu da kifayət qədər əhəmiyyətli fərqdir.
-
11:33 - 11:36Bu isə testosteronda aşkarladıqlarımızdır.
-
11:36 - 11:38Gəldikləri andan etibarən
-
11:38 - 11:42güclülük təcrübəsindən keçənlərin
testosteronunda 20%-lik artım, -
11:42 - 11:46digərlərində isə 10%-lik enmə olmuşdur.
-
11:46 - 11:49Cəmi iki dəqiqəyə bu dəyişiklikləri nail olmaq olur.
-
11:49 - 11:51Kortizolda isə baş verənlər bunlardır:
-
11:51 - 11:55Güclülük pozasında olanların
kortizolunda 25%-lik enmə, -
11:55 - 11:59digərlərində isə 15%-lik artım olmuşdur.
-
11:59 - 12:02Cəmi iki dəqiqə bu harmonal dəyişikliklərə,
-
12:02 - 12:03beynimizin daha iddialı,
-
12:03 - 12:08əmin və rahat,
-
12:08 - 12:13yaxud stressli və qapalı hiss etməyinə
gətirib çıxarır. -
12:13 - 12:16Bu hisslər hamımıza tanışdır, hə?
-
12:16 - 12:21Deməli, bədən dilimiz özümüz barədə də necə
düşünməyimizi və hiss etməyimizi müəyyənləşdirir. -
12:21 - 12:23Yəni qeyri-verballar yalnız
başqaları üçün deyil. -
12:23 - 12:26Bundan başqa bədənimiz düşüncəmizi
də dəyişir. -
12:26 - 12:28Bizi maraqlandıran növbəti sual isə
bir neçə dəqiqəlik -
12:28 - 12:30güc pozası almağımızın həyatımızı
-
12:30 - 12:32əhəmiyyətli dərəcədə dəyişə biləcəyi sualıdır.
-
12:32 - 12:36Bu laboratıriyada baş tutmuş
iki dəqiqəlik bir eksperimentdir. -
12:36 - 12:38Bəs real həyatda bunu harada tətbiq etmək olar?
-
12:38 - 12:40Təbii ki, bizi də əsas maraqlandıran budur.
-
12:40 - 12:47Fikrimizcə, bu pozalar sosial təhlükə
yaradan situasiyaların -
12:47 - 12:49qiymətləndirilmədə istifadə edilə bilər.
-
12:49 - 12:52Adətən harada qiymətləndirilirik?
-
12:52 - 12:54Yeniyetmələr üçün bu yeməkxana masası arxasıdır.
-
12:54 - 12:58Bəziləri üçün bu məktəb toplantılarıdır.
-
12:58 - 13:02Bəziləri üçün elan və ya bu şəkildə çıxış,
-
13:02 - 13:05ya da iş müsahibəsidir.
-
13:05 - 13:07Fikirləşdik ki, çoxlarınızı məhs iş müsahibəsi maraqlandırar,
-
13:07 - 13:10çünki çoxunuzun belə təcrübəsi olur.
-
13:10 - 13:13Beləliklə tapıntılarımızı dərc etdik,
-
13:13 - 13:15media onları geniş müzakirə etdi,
-
13:15 - 13:17və jusrnalistlərin dedikləri bu oldu:
-
13:17 - 13:19“Deməli iş müsahibəsinə gedərkən belə etməliyik?”
-
13:19 - 13:20(Gülüş)
-
13:20 - 13:22Təbii ki, bu fikri inkar etdik.
-
13:22 - 13:25Yox! Əlbəttə yox! Biz heç də bunu nəzərdə tutmurduq.
-
13:25 - 13:27Belə etməyiniz məntiqsizdir!
-
13:27 - 13:30Bu sizin başqaları ilə deyil,
-
13:30 - 13:31özünüzlə ünsiyyətiniz üçündür.
-
13:31 - 13:34Müsahibəyə başlamazdan əvvəl nə edirsiniz?
Adətən -
13:34 - 13:37oturursunuz. İphone və ya
-
13:37 - 13:39Androidinizə baxırsınız.
-
13:39 - 13:41Qeydlərinizə baxırsınız,
-
13:41 - 13:43bükülürək, özünüzü toplayırsınız.
-
13:43 - 13:45Əslində isə etməli olduğunuz şey yəqin ki, budur.
-
13:45 - 13:48Ayaq yolunda oturduğunuz kimi.
İkicə dəqiqə belə oturun. -
13:48 - 13:50Yoxlamaq istədiyimiz bu idi.
-
13:50 - 13:52İştirakçılar laboratoriyaya gələrək,
-
13:52 - 13:55yenidən güclülük və gücsüzlük pozaları
aldıqdan sonra -
13:55 - 13:58çox gərgin bir iş müsahibəsindən keçdilər.
-
13:58 - 14:025 dəqiqəlik müsahibə videoya çəkilirdi.
-
14:02 - 14:04Müsahibəni qiymətləndirən şəxslərin
-
14:04 - 14:08təsirinin qarşısını almaq üçün onlara qeyri-verbal
vasitədən istifadə etməmək öyrədilmişdi. -
14:08 - 14:10Onlar bu cür görünürdülər.
-
14:10 - 14:12Təssəvür edin ki, belə bir adam sizinlə müsahibə aparır.
-
14:12 - 14:175 dəqiqə ərzində emosiyasız üzə baxmaq
sorğu-suala tutulmaqdan daha betərdir. -
14:17 - 14:18Heç kəs bunu sevmir.
-
14:18 - 14:22Marian LaFrance bunu “Sosial bataqlıqda durmaq”
adlandırır. -
14:22 - 14:24Bu insanda kortizol səviyyəsini artırır.
-
14:24 - 14:26Nəticələri görmək üçün onları
-
14:26 - 14:28belə bir müsahibədən keçirdik.
-
14:28 - 14:32Sonra koderlərə bu çəkilişlərdən
dördünü göstərdik. -
14:32 - 14:35Şərtlərdən, gözləntilərimizdən xəbərsiz idilər.
-
14:35 - 14:37Kimin hansı poza aldığından xəbərsiz idilər.
-
14:38 - 14:43Video-yazılara baxdıqdan sonra
-
14:43 - 14:45“Bunları işə götürmək istəyirik” deyərək,
-
14:45 - 14:46yüksək güc pozası almış insaları göstərdilər.
-
14:46 - 14:48“Bunlari işə götürmək istəmirik.
-
14:48 - 14:52Və əvvəlkilər daha pozitivdirlər."
-
14:52 - 14:54Bəhs buna təsir edən nədir?
-
14:54 - 14:56Bu onların nitqinə görə deyil.
-
14:56 - 14:58Onların nitqlərinə qatdıqlarıları ilə bağlıdır.
-
14:59 - 15:01Onların digər göstəricilərinə də nəzər saldıq.
-
15:01 - 15:05Məsələn, nitqləri nə dərəcədə düzgündür?
-
15:05 - 15:07Hansı üstünlükləri var?
-
15:07 - 15:09Bu göstəricilərin heç bir fərqi yox idi.
-
15:09 - 15:11Əsas təsir göstərən şey bunlar deyildi.
-
15:11 - 15:14İnsanlar yalnız həqiqi üzlərini göstərirdilər.
-
15:14 - 15:15Yəni özlərini nümayiş etdirirdilər.
-
15:15 - 15:17Fikirlərini heç bir təsirsiz,
-
15:17 - 15:19özləri olaraq göstərirdilər.
-
15:19 - 15:24Nəticəyə bu faktor təsir edir.
-
15:24 - 15:28Və mən insanlara deyəndə ki,
-
15:28 - 15:31bədənimiz düşüncəmizi, düşüncəmiz
davranışımızı, -
15:31 - 15:34davranışımız isə nəticələrimizi dəyişə bilər,
-
15:34 - 15:35"Bu bir az saxta deyil?" deyirlər.
Mən isə, -
15:35 - 15:37həqiqətə çatana qədər
imitasiya edin deyirəm. -
15:37 - 15:39"Mən belə deyiləm.
-
15:39 - 15:42Nəyisə reallaşdırıb saxtakar
hiss etmək istəmirəm. -
15:42 - 15:44Yalançı olmaq istəmirəm.
-
15:44 - 15:48Mənə aid olmayan yerdə olmaq istəmirəm."
-
15:48 - 15:50Bu sözləri çox yaxşı başa düşürəm.
-
15:50 - 15:54Sizə saxtakar olmaq və "bura mənim yerim deyil"
-
15:54 - 15:56hissi barədə kiçik bir hekayə
danışmaq istəyirəm. -
15:56 - 15:5919 yaşımda, çox ağır avtomobil qəzası
keçirmişdim. -
15:59 - 16:02Avtomobildən çölə atılmış
-
16:02 - 16:04yerdə bir neçə dəfə çevrilmişdim.
-
16:04 - 16:07Kəllə-beyin zədələri reabilitasiya şöbəsində oyandım,
-
16:07 - 16:09kolleci tərk etməli oldum,
-
16:09 - 16:15və xəbər tutdum ki, İQ səviyyəm 2 göstərici üzrə aşağı düşüb.
-
16:15 - 16:18Bu mənim üçün çox ağrılı idi.
-
16:18 - 16:21İQ-ma bələd idim, çünki uşaqlıqdan ağıllı
-
16:21 - 16:23və istedadlı bir uşaq kimi tanınırdım.
-
16:23 - 16:26Kollecdən çıxarıldığım üçün, geri dönməyə çalışdım.
-
16:26 - 16:28Onlar mənə: “Kolleci bitirə bilməyəcəksən.
-
16:28 - 16:31Edə biləcəyin şeylər çoxdur,
-
16:31 - 16:33amma kollec sənlik deyil” - deyirdilər.
-
16:33 - 16:36Bununla mübarizə aparmağa başladım
-
16:36 - 16:39deyim ki, sahib olduğunuz
əsas xüsusiyyətinizin, -
16:39 - 16:41mənə görə bu ağlım idi,
-
16:41 - 16:42əlinizdən alınması kimi
-
16:42 - 16:46heç nə sizi zəiflədə bilməz.
-
16:46 - 16:47Özümü tamamilə zəif hiss edirdim.
-
16:47 - 16:49Çalışdım, çalışdım, öz üzərimdə işlədim,
-
16:49 - 16:51və nəhayət müvəffəqiyyət qazandım.
-
16:51 - 16:53Nəticədə kolleci bitirdim.
-
16:53 - 16:55Qrup yoldaşlarımdan dörd il artıq vaxt
sərf etməli oldum -
16:55 - 17:00və məsləhətçi-mələyim olan Susan Fiskeni,
-
17:00 - 17:03məni Prinston Universitetinə qəbul etməyə
razı saldım. -
17:03 - 17:06Beləcə "Aid olmadığım yer"ə düşdüm.
-
17:06 - 17:07Saxtakar idim.
-
17:07 - 17:09Prinstonda 20 nəfərin dinlədiyi 20 dəqiqəlik
-
17:09 - 17:12birinci kurs çıxışımdan
-
17:12 - 17:13öncəki gecə idi.
-
17:13 - 17:16Sabahın açılacağından o qədər
qorxurdum ki, -
17:16 - 17:19rəhbərimə zəng vurub, “Edə bilməyəcəm” dedim.
-
17:19 - 17:21O mənə: “Xeyr, edəcəksən,
-
17:21 - 17:23sənin barəndə mərcə gəlmişəm.
-
17:23 - 17:26Odur ki, qalacaq və dediyimi edəcəksən,
-
17:26 - 17:27Saxta olsa da.
-
17:27 - 17:31Etməli olduğun bütün çıxışları edəcəksən.
-
17:31 - 17:33Təkrarən, yenidən,
-
17:33 - 17:35qorxsan və dəhşətə gəlsən belə,
-
17:35 - 17:38bədəninin səni dinləməsə belə,
-
17:38 - 17:41'Axır ki alındı. Axır ki bacardım!
-
17:41 - 17:44Həqiqətən də əlimdən gəlirmiş.' deyəcəyin
ana qədər çalışacaqsan." -
17:44 - 17:45Mən də belə etdim.
-
17:45 - 17:46Beş ildir ali məktəbin yüksək pilləsini
oxuyuram. -
17:46 - 17:49Bir neçə ildir ki, Northwesterndəyəm,
-
17:49 - 17:51Harvarda köçmüşəm, orda işləyirəm.
-
17:51 - 17:55Artıq bu barədə düşünmürəm, lakin uzun müddət
-
17:55 - 17:56“Bura mənim yerim deyil” fikirləşirdim.
-
17:57 - 17:59Harvardda olduğum birinci ilin sonunda,
-
17:59 - 18:04semestr boyu sinifdə bir dəfə də danışmamış,
-
18:04 - 18:07“Dərsdə iştirak etməlisən, yoxsa kəsiləcəksən”
dediyim tələbəm -
18:07 - 18:10kabinetimə gəldi. Onu yaxşı tanımırdım.
-
18:10 - 18:13Tamamilə əzilmiş vəziyyətdə içəriyə daxil olub, dedi:
-
18:13 - 18:16“Bura mənim yerim deyil.”
-
18:20 - 18:22Bu mənim üçün dönüş nöqtəsi oldu.
-
18:22 - 18:24Çünki iki şey baş verdi.
-
18:24 - 18:25Birincisi başa düşdüm ki,
-
18:25 - 18:28mən artıq o hissi keçirmirəm.
-
18:28 - 18:31Lakin o hiss edirdi və həmin hisslər mənə tanış idi.
-
18:31 - 18:33İkincisi isə, onun düzgün yerdə olduğunu
anlamağım oldu. -
18:33 - 18:35Yəni, o da imitasiya edərək
bacara bilərdi. -
18:35 - 18:39Və mən ona: “Xeyir, bura tam sənlikdir!
-
18:39 - 18:41Sabahdan özünü bura aidmiş kimi göstərəcək,
-
18:41 - 18:43özünü güclü göstərəcək və
-
18:43 - 18:49(Alqışlar)
-
18:49 - 18:53sinif otağına girib bugünə kimi
-
18:53 - 18:55verilmiş ən yaxşı şərhi verəcəksən” dedim.
-
18:55 - 18:58O, belə də etdi.
-
18:58 - 19:00Sinifdəkilər mat qalmışdı, onun burada olduğunu
-
19:00 - 19:03burada oturduğunu belə bilmirdilər. (Gülüş)
-
19:03 - 19:05Bir neçə ay sonra o yanıma gəldi
-
19:05 - 19:08və onun bacarana, həqiqi hiss edənə
qədər deyil, -
19:08 - 19:11gerçəkləşdirənə qədər imitasiya
etdiyini gördüm. -
19:11 - 19:12O dəyişilmişdi.
-
19:12 - 19:16Mən də sizə demək istərdim ki,
-
19:17 - 19:19reallıq olana qədər imitasiya edin.
-
19:19 - 19:23Olmaq istədiyiniz biri olana qədər
özünüzü elə göstərin. -
19:23 - 19:26İstəyirəm biləsiniz ki,
-
19:26 - 19:30cüzi düzəlişlər belə böyük dəyişikliklərə gətirə bilər.
-
19:30 - 19:33İndi isə həmin əvvəl dediyim 2 dəqiqə.
-
19:33 - 19:342 dəqiqə, 2 dəqiqə, 2 dəqiqə.
-
19:34 - 19:38Növbəti dəfə qiymətləndiriləcəyiniz bir
situasiyadan əvvəl, -
19:38 - 19:402 dəqiqəlik, bunu etməyə çalışın.
-
19:40 - 19:43Liftdə, hamam otağında, masa arxasında,
yaxud bağlı qapı arxasında. -
19:44 - 19:45Etmək istədiyinizi edin.
-
19:45 - 19:48Beyninizi vəziyyətin ən yaxşı hal alacağına kökləyin.
-
19:48 - 19:51Testosteronunuzu artırın. Kortizolunuzu isə azaldın.
-
19:51 - 19:55"Əfsus, onlara nəyə qadir olduğumu göstərə bilmədim." kimi peşmançılıqla bitməsinə icazə verməyin.
-
19:55 - 19:56Görüşünüz "Mən onlara kim olduğumu
-
19:56 - 19:59çatdıra və göstərə bildim!" tərzdə keçsin.
-
19:59 - 20:05Sizdən bu güc pozalarını tətbiq etməyinizlə bərabər,
-
20:05 - 20:10onu həm də başqaları ilə bölüşməyinizi istəyirəm, çünkü bu çox sadədir.
-
20:10 - 20:12Bu özündən-razılıq deyil. (Gülüş)
-
20:12 - 20:14Bu öyrəndiyinizi yayın və insanlarla bölüşün,
-
20:14 - 20:17çünkü bundan yararlana biləcək insanlar
-
20:17 - 20:20adətən nə texnologiya və resurslara,
-
20:20 - 20:22nə də status və gücə malik olmayan insanlardır.
-
20:22 - 20:25Bunu onlarla bölüşün ki, şəxsən istifadə edə bilsinlər.
-
20:25 - 20:27Çünkü təklikdə vücudlarına 2 dəqiqəlik diqqət yetirmələri
-
20:27 - 20:30onların həyatına əhəmiyyətli dərəcədə təsir edə bilər.
-
20:30 - 20:32Təşəkkür edirəm.
-
20:32 - 20:35(Alqışlar).
- Title:
- Bədən dili sizin kim olduğunuzu müəyyən edir
- Speaker:
- Emi Kaddi
- Description:
-
Bədən dili başqalarının bizi necə görmələri ilə bərabər, bizim özümüzü necə görməyimizə də təsir edir. Sosial psixoloq, Emi Kaddi özümüzü gücsüz hiss etsək belə özünə inamla "güclülük pozası" alaraq dayanmağımızın beynimizdəki testosteronun və kortizolun səviyyələrinə və hətta uğur qazanmağımıza necə təsir etdiyinindən danışır.
- Video Language:
- English
- Team:
- closed TED
- Project:
- TEDTalks
- Duration:
- 21:02
Gulchin Taghiyeva approved Azerbaijani subtitles for Your body language may shape who you are | ||
Gulchin Taghiyeva edited Azerbaijani subtitles for Your body language may shape who you are | ||
Gulchin Taghiyeva edited Azerbaijani subtitles for Your body language may shape who you are | ||
Gulchin Taghiyeva edited Azerbaijani subtitles for Your body language may shape who you are | ||
Gulchin Taghiyeva edited Azerbaijani subtitles for Your body language may shape who you are | ||
Gulchin Taghiyeva edited Azerbaijani subtitles for Your body language may shape who you are | ||
Gulchin Taghiyeva edited Azerbaijani subtitles for Your body language may shape who you are | ||
Gulchin Taghiyeva edited Azerbaijani subtitles for Your body language may shape who you are |