Sizə çox sadə bir şey öyrətmək istəyirəm. Bunun üçün sizdən tələb olunan tək şey duruşunuzu iki dəqiqəlik dəyişməyinizdir. Lakin tapşırığa keçməzdən əvvəl sizdən vücudunuzu və onunla necə davrandığınızı nəzərdən keçirməyinizi xahiş edirəm. Görək aranızda neçəniz özünü yığıb? Yəqin bəziləriniz beli bükülü, ayağını ayağı üstə aşıraraq və ya dizlərini əlləri ilə tutaraq oturub. Bəzən qollarımızı çarpazlayarıq. Bəzən də onları geniş açırıq. (Gülüş) Mən sizi görürəm. (Gülüş) Elə indicə nə etdiyinizə diqqət yetirməyinizi istəyirəm. Bir neçə dəqiqədən sonra buna qayıdacağıq. Ümid edirəm ki, əgər vücudunuza azca da olsa nəzarət etməyi öyrənsəniz bu sizin həyatınızı əhəmiyyətli dərəcədə dəyişə biləcək. Biz bədən dili ilə çox maraqlanırıq, xüsusilə də başqalarının bədən dili diqqətimizi çəkir. Müxtəlif məqamlar bizi maraqlandırır: (Gülüş) hansısa yöndəmsizlik və ya gülüş, önəmsiz baxış və ya narahat edən gözvurma, və ya hətta əl sıxma kimi sadə bir şey. Şərhçi: Budur onlar 10 nömrəli evə yaxınlaşırlar. Bu şanslı polis ABŞ prezidentinin əlini sıxır. Ardınca isə baş nazir – Yox. (Gülüş)(Alqışlar) (Gülüş) (Alqışlar). Sadə əl sıxma və ya onun olmamasını uzun-uzun həftələrlə müzakirə edə bilərik. Hətta BBC və Nyu York Taims belə. Adətən davranış və ya bədən dili barədə düşünərkən - sosial alimlər olaraq biz onu nonverbal adlandırıq- onu dil kimi qəbul edirik və ünsiyyət olduğunu düşünürük. Ünsiyyət isə bizi qarşılıqllı əlaqə barədə düşündürür. Görəsən sizin bədən diliniz mənə nəyi çatdırmaq istəyir? Bəs mənim bədən dilim sizə? Belə yanaşmamızın düzgünlüyünü sübut edən bir çox fakt var. Sosioloq-alimlər bizim və digər insanların bədən dilinin verilən qərarlara təsirini öyrənməyə çox vaxt sərf etmişdilər. Adətən bədən dilinə əsaslanaraq sürətli və yalnış qərarlara gəlirik. Və bu qərarlar işə qəbul və ya işdə irəliləmə, görüşə dəvət kimi vacib həyati nəticələri proqnozlaşdıra bilər. Misal üçün, Taft Universitetinin tədqiqatçısı Nalini Ambady aşkarlamışdır ki, 30 saniyəlik həkimlə xəstənin real ünsiyyətini nümayiş etdirən səssiz klipi izlədikdən sonra həkimin nəzakətliliyindən yola çıxaraq onun məhkəməlik olub olmayacağı haqda fikir yürüdürlər. Bu qərar həkimin səriştəsi ilə deyil, xəstə ilə ünsiyyətinin izləyicilər tərəfindən nə qədər bəyənilməsi ilə bağlıdır. Daha qəribəsi, Prinstondan Aleks Todorov aşkar etmişdir ki, namizədlərin cəmi bir saniyəlik üz ifadəsinə əsasən onların ABŞ Senatı və Konqresinə seçilib-seçilməyəcəyini 70% düzgün müəyyən etmək olur. Hətta virtual aləmdə belə onlayn danışıqlarda düzgün istifadə edilmiş emosiya işarəsi danışıqlardan daha yaxşı nəticə əldə etməyinizə gətirib çıxara bilər. Odur ki, emosiya işarələrin səhv istifadə etmək yaxşı deyil. Bizim qeyri-verbal dedikdə, bir-birimizi necə başa düşüb, bu anlaşmaya əsasən nəticələrin nə olduğu başa düşülür. Lakin çox vaxt qeyri-verbalikanın özümüzə də təsir göstərdiyini unutmağa meylliyik. Biz öz hərəkətlərimiz, düşüncələrimiz hisslərimiz və fiziologiyamızın təsirinə məruz qalırıq. Bəs bu bəhs etdiyim qeyri-verballar hansılardır? Mən sosial psixoloqam. Qərəzli fikirləri araşdırıram və qabaqcıl biznes məktəblərinin birində dərs dediyimdən güc dinamikası ilə maraqlanmağa başlamışam. Xüsüsilə də diqqətimi güc və dominantlığın jestlərlə ifadəsi çəkdi. Güc və dominantlığın əsas qeyri-verbal ifadəsi nədir? Haqqında danışdığımız ifadələr bunlardır. Heyvanlar aləmində bu genişlənmək deməkdir. Onlar ölçülərində artırlar, hərəkətli olurlar, daha çox yer tuturlar, açılırlar. Bəli, məhz açılırlar. Bu həm bütün heyvanlar aləminə aiddir, tək primatlara deyil. İnsanlar da eynilə belə edirlər.(Gülüş) Özlərini həm daimi güclü hiss etdikləri zaman, həm də bir anlıq güclü hiss etdikdə məhs belə edirlər. Bu misal xüsusən ona görə maraqlıdır ki, güc ifadələrinin nə qədər universal və qədim olduğunu göstərir. Qürur kimi tanınan bu ifadə Cessika Treysi tərəfindən öyrənilmişdir. O, aşkar etmişdir ki, istər görmə qabiliyyəti olan istərsə də anadangəlmə kor olan insanlar müsabiqələrdə qalib gələndə bu cür edirlər. Finiş xəttini keçib qalib gəldikdə, hətta heç zaman başqalarını görmədikdə belə bu cür edirlər. Şəkildəki kimi; əllər yuxarı V formasında, çənə azca qalxmış. Bəs özümüzü gücsüz hiss etdikdə nə edirik? Tam əksini. Qapanırıq. Özümüzü yığırıq. Kiçilirik. Qarşımızdakı adam üçün görünməz olmağa çalışırıq. Gördüyünüz kimi, yenə də heyvanlar və insanlar eyni şeyləri edir. Güclü və gücsüz qarşılaşanda bu mənzərə ortaya çıxır. Söhbət gücə gəldikdə biz adətən başqalarının jestlərini tamamlamağa meyilliyik. Belə ki, əgər kimsə bizə qarşı güc tətbiq edirsə, yığılmağa çalışırıq. Onun jestlərini əks etdirmirik, əksinə, onun gücünə tabe oluruq. Tələbələrin hərəkətlərinə diqqət yetirərkən nə aşkar etdiyimi bilirsinizmi? Gördüm ki, MBA tələbələri çoxlu sayda güc jestləri nümayiş etdirirlər. Aralarında bəziləri özlərini lider kimi aparırlar, sinif otağına girərkən, otagın düz ortasına keçirlər, hələ dərs başlamazdan özlərinə yer edirlər. Oturarkən az qala iki nəfərin yerini tuturlar. Əllərini bu tərzdə qaldırırlar. Digərləri isə birincilər otağa girəndə az qalırlar görünməz olsunlar. Bunu onların üz ifadəsi və hərəkətlərindən görə bilərsiniz, Onlar oturan kimi yığılırlar və əllərini bu tərzdə qaldırırlar. Özüm üçün bir neçə nəticə çıxartdım. Birincisi sizi yəqin ki, təəcübləndirməyəcək. Hesab edilir ki, bu cinslə bağlıdır. Yəni qadınlar kişilərə nisbətən daha çox bu qanuna tabe olurlar. Qadınlar adətən özlərini kişilərdən daha zəif hiss edirlər və bu təəccüblü deyil. Bundan əlavə mən aşkar etdim ki, bu həm də dərsdə nə qədər aktiv və müvəffəqiyyətli olmaqdan da asılıdır. Və bu MBA tələbələri üçün çox vacibdir, çünki onların dərsdə iştirakı qiymətlərinə təsir edir. Biznes məktəbləri gender fərqinə qarşı həmişə mübarizə aparırlar. Eyni səviyyədə hazırlaşan kişi və qadınlar kursun sonunda fərqli qiymətlər alırlar və bunun iştirak ilə bağlı olduğu görünür. Öz-özümə düşünməyə başladım, tutaq ki, sinfə bu şəkildə girənlər dərsdə daha aktivdirlər, onda əgər bu videoları göstərib, özlərini bu cür aparmalarını istəsək onlar dərsdə daha aktiv iştirak edəcəklərmi? Mən və Berklidən olan həmkarım Dana Karninin öyrənmək istədiyimiz yalanı çox təkrarlasaq gerçək olub olmayacağı idi. Yəni qısa müddətlik özümüzü güclü göstərsək, davranışımzdakı dəyişiklik nəticəsində özümüzü daha güclü hiss edə bilərikmi? Artıq bilirik ki, jest və mimikalarımız başqalarının bizim haqda düşüncə və hisslərini müəyyənləşdirir. Bunun bir çox sübutu var. Lakin bizi əsl maraqlandıran sual bu jest və mimikaların özümüzə təsir edib etməməsidir. Bu təsirin mövcudluğunu təsdiqləyən bəzi sübutlar var. Misal üçün, özümüzü xoşbəxt hiss etdikdə gülürük, lakin biz həm də qələmi dişlərimiz arasında bu şəkildə tutaraq da, gülümsəməyə məcbur oluruq. Deməli bu hər iki halda reallaşır. Güc məsələsində də həmçinin. Özümüzü güclü və əmin hiss etdikdə daha güc çox göstərən jestlərə meyilli oluruq. Lakin güclü olmağa çalışanda da özümüzü güclü hiss edirik. Bizi maraqlandıran ikinci sual isə: bildiyimiz kimi düşüncələrimizin hərəkətimizi dəyişməsi deyil, hərəkətlərimizin düşüncələrimizi dəyişib dəyişməməsidir. Güc hissi baxımından, düşüncə dedikdə nədən bəhs edirəm? Fikir və hisslərdən, həmçinin onları formalaşdıran fizioloji şeylərdən danışıram, və mənə görə bu hormonlardır. Mən hormonları öyrənirəm. Güclülərlə zəiflərin düşüncələrini fərqləndirən nədir? Təəccüblü deyil ki, güclü insanlar adətən daha iddialı, daha əmin və daha optimist olurlar. Hətta qumar oyunlarında belə qalib gələcəklərini düşünürlər. Onlar həmçinin daha abstrakt düşünməyə meyllidilər. Fərqlər çoxdur. Onlar daha çox risk edirlər. Güclü və zəif insanlar arasında fərqlər çoxdur. Fizioloji olaraq da, fərqlər var, xüsusən də iki əsas hormon testosteron – dominantlıq hormonu və kortizol – stress hormonu arasında. Aşkarladıq ki, primatların iyerarxiyasında hökmran alfa-erkəklərin testosteronu daha yüksək, kortizolu isə daha aşağı olur. Güclü və effektiv liderlərin də testosteronu yüksək, kartizolu isə aşağı olur. Bu o deməkdir ki, güc haqda düşünərkən insanlar adətən dominantlığın göstəricisi kimi ancaq testosteron barədə düşünürlər. Əslində isə, güc stresə necə reaksiya göstərməyinizlə də bağlıdır. Çox güclü və testosteronu yuxarı olan, stresə davamlılığı isə aşağı olan liderin olmağını istərdinizmi? Yəqin ki, yox. Daha güclü, iddialı və qüdrətli, eyni zamanda sakit - özündən tez çıxmayan lideri istərdiniz. Məlumdur ki, primatların iyerarxiyasında alfa-erkək və ya sıravi biri gözlənilmədən liderliyi ələ keçirməyə çalışanda bir neçə gün içində, onun testosteronu əhəmiyyətli dərəcədə qalxır, kortizolu isə əhəmiyyətli dərəcədə azalır. Beləliklə sübutlar göstərir ki, bədənimiz düşüncələrimizi formalaşdırır, ən azı üzdə olan tərəfini. Həmçinin, rolların dəyişməyi də düşüncələrimizi formalaşdıra bilir. Yaxşı bəs rolumuzu dəyişdikdə, nə baş verir? Tutaq ki, ən cuzi səvviyədə bunu etsək, xırda manipulyasiya və xırda müdaxilə ilə nə baş verər? "İki dəqiqəlik, bu şəkildə durmağınızı istəyirəm, və bu, özünü daha güclü hiss etməyinə səbəb olacaq." Belə bir işə başladıq. Qərar gəldik ki, adamları laboratoriyaya gətirib, balaca bir eksperiment keçirək, onlar iki dəqiqə ərzində güclülük yaxud gücsüzlük pozaları almalı idilər, və bu pozalardan beşini sizə göstərəcəm, hərçənd ki iştirakçılar ancaq ikisini nümayiş etdirmişdilər. Bu birincisi. Daha bir neçəsi. Bu poza media tərəfindən “Möcuzə-qadın” adlandırılmışdır. Daha bir neçəsi. Ayaq üstə və ya oturaraq. Bu da gücsüzlük pozaları. Özünüzü yığırsınız, balacalaşırsınız. Bu isə ən gücsüzlüyün göstəricisidir. Boynunuza toxunaraq, özünüzü qorumağa çalışırsınız. Təcrübəni belə edirdik. İştirakçılar gəlirdilər, onların tüpürcək nümunəsini götürürdük, onlara iki dəqiqəlik "belə və ya elə edin" deyirik. Pozaların şəkillərini göstərmirdik. Çünki gücü görmələrini deyil, gücü hiss etmələrini istəyirdik. İki dəqiqə ərzində onlar bu cür edir, sonra biz onlardan, "Özünüzü nə qədər güclü hiss edirsiniz?" soruşur və onlara qumar oynamaq təklif edirik, bundan sonra daha bir tüpürcək nümunəsi götürürük. Bütün təcrübə bundan ibarət idi. Bunları aşkar etmiş olduq: Güclü pozada olmuş insanların 86%-i riskə meyillilik oyunu olan qumar oynamağı seçdilər. Gücsüzlük pozasında olanların isə ancaq 60 %i. Bu da kifayət qədər əhəmiyyətli fərqdir. Bu isə testosteronda aşkarladıqlarımızdır. Gəldikləri andan etibarən güclülük təcrübəsindən keçənlərin testosteronunda 20%-lik artım, digərlərində isə 10%-lik enmə olmuşdur. Cəmi iki dəqiqəyə bu dəyişiklikləri nail olmaq olur. Kortizolda isə baş verənlər bunlardır: Güclülük pozasında olanların kortizolunda 25%-lik enmə, digərlərində isə 15%-lik artım olmuşdur. Cəmi iki dəqiqə bu harmonal dəyişikliklərə, beynimizin daha iddialı, əmin və rahat, yaxud stressli və qapalı hiss etməyinə gətirib çıxarır. Bu hisslər hamımıza tanışdır, hə? Deməli, bədən dilimiz özümüz barədə də necə düşünməyimizi və hiss etməyimizi müəyyənləşdirir. Yəni qeyri-verballar yalnız başqaları üçün deyil. Bundan başqa bədənimiz düşüncəmizi də dəyişir. Bizi maraqlandıran növbəti sual isə bir neçə dəqiqəlik güc pozası almağımızın həyatımızı əhəmiyyətli dərəcədə dəyişə biləcəyi sualıdır. Bu laboratıriyada baş tutmuş iki dəqiqəlik bir eksperimentdir. Bəs real həyatda bunu harada tətbiq etmək olar? Təbii ki, bizi də əsas maraqlandıran budur. Fikrimizcə, bu pozalar sosial təhlükə yaradan situasiyaların qiymətləndirilmədə istifadə edilə bilər. Adətən harada qiymətləndirilirik? Yeniyetmələr üçün bu yeməkxana masası arxasıdır. Bəziləri üçün bu məktəb toplantılarıdır. Bəziləri üçün elan və ya bu şəkildə çıxış, ya da iş müsahibəsidir. Fikirləşdik ki, çoxlarınızı məhs iş müsahibəsi maraqlandırar, çünki çoxunuzun belə təcrübəsi olur. Beləliklə tapıntılarımızı dərc etdik, media onları geniş müzakirə etdi, və jusrnalistlərin dedikləri bu oldu: “Deməli iş müsahibəsinə gedərkən belə etməliyik?” (Gülüş) Təbii ki, bu fikri inkar etdik. Yox! Əlbəttə yox! Biz heç də bunu nəzərdə tutmurduq. Belə etməyiniz məntiqsizdir! Bu sizin başqaları ilə deyil, özünüzlə ünsiyyətiniz üçündür. Müsahibəyə başlamazdan əvvəl nə edirsiniz? Adətən oturursunuz. İphone və ya Androidinizə baxırsınız. Qeydlərinizə baxırsınız, bükülürək, özünüzü toplayırsınız. Əslində isə etməli olduğunuz şey yəqin ki, budur. Ayaq yolunda oturduğunuz kimi. İkicə dəqiqə belə oturun. Yoxlamaq istədiyimiz bu idi. İştirakçılar laboratoriyaya gələrək, yenidən güclülük və gücsüzlük pozaları aldıqdan sonra çox gərgin bir iş müsahibəsindən keçdilər. 5 dəqiqəlik müsahibə videoya çəkilirdi. Müsahibəni qiymətləndirən şəxslərin təsirinin qarşısını almaq üçün onlara qeyri-verbal vasitədən istifadə etməmək öyrədilmişdi. Onlar bu cür görünürdülər. Təssəvür edin ki, belə bir adam sizinlə müsahibə aparır. 5 dəqiqə ərzində emosiyasız üzə baxmaq sorğu-suala tutulmaqdan daha betərdir. Heç kəs bunu sevmir. Marian LaFrance bunu “Sosial bataqlıqda durmaq” adlandırır. Bu insanda kortizol səviyyəsini artırır. Nəticələri görmək üçün onları belə bir müsahibədən keçirdik. Sonra koderlərə bu çəkilişlərdən dördünü göstərdik. Şərtlərdən, gözləntilərimizdən xəbərsiz idilər. Kimin hansı poza aldığından xəbərsiz idilər. Video-yazılara baxdıqdan sonra “Bunları işə götürmək istəyirik” deyərək, yüksək güc pozası almış insaları göstərdilər. “Bunlari işə götürmək istəmirik. Və əvvəlkilər daha pozitivdirlər." Bəhs buna təsir edən nədir? Bu onların nitqinə görə deyil. Onların nitqlərinə qatdıqlarıları ilə bağlıdır. Onların digər göstəricilərinə də nəzər saldıq. Məsələn, nitqləri nə dərəcədə düzgündür? Hansı üstünlükləri var? Bu göstəricilərin heç bir fərqi yox idi. Əsas təsir göstərən şey bunlar deyildi. İnsanlar yalnız həqiqi üzlərini göstərirdilər. Yəni özlərini nümayiş etdirirdilər. Fikirlərini heç bir təsirsiz, özləri olaraq göstərirdilər. Nəticəyə bu faktor təsir edir. Və mən insanlara deyəndə ki, bədənimiz düşüncəmizi, düşüncəmiz davranışımızı, davranışımız isə nəticələrimizi dəyişə bilər, "Bu bir az saxta deyil?" deyirlər. Mən isə, həqiqətə çatana qədər imitasiya edin deyirəm. "Mən belə deyiləm. Nəyisə reallaşdırıb saxtakar hiss etmək istəmirəm. Yalançı olmaq istəmirəm. Mənə aid olmayan yerdə olmaq istəmirəm." Bu sözləri çox yaxşı başa düşürəm. Sizə saxtakar olmaq və "bura mənim yerim deyil" hissi barədə kiçik bir hekayə danışmaq istəyirəm. 19 yaşımda, çox ağır avtomobil qəzası keçirmişdim. Avtomobildən çölə atılmış yerdə bir neçə dəfə çevrilmişdim. Kəllə-beyin zədələri reabilitasiya şöbəsində oyandım, kolleci tərk etməli oldum, və xəbər tutdum ki, İQ səviyyəm 2 göstərici üzrə aşağı düşüb. Bu mənim üçün çox ağrılı idi. İQ-ma bələd idim, çünki uşaqlıqdan ağıllı və istedadlı bir uşaq kimi tanınırdım. Kollecdən çıxarıldığım üçün, geri dönməyə çalışdım. Onlar mənə: “Kolleci bitirə bilməyəcəksən. Edə biləcəyin şeylər çoxdur, amma kollec sənlik deyil” - deyirdilər. Bununla mübarizə aparmağa başladım deyim ki, sahib olduğunuz əsas xüsusiyyətinizin, mənə görə bu ağlım idi, əlinizdən alınması kimi heç nə sizi zəiflədə bilməz. Özümü tamamilə zəif hiss edirdim. Çalışdım, çalışdım, öz üzərimdə işlədim, və nəhayət müvəffəqiyyət qazandım. Nəticədə kolleci bitirdim. Qrup yoldaşlarımdan dörd il artıq vaxt sərf etməli oldum və məsləhətçi-mələyim olan Susan Fiskeni, məni Prinston Universitetinə qəbul etməyə razı saldım. Beləcə "Aid olmadığım yer"ə düşdüm. Saxtakar idim. Prinstonda 20 nəfərin dinlədiyi 20 dəqiqəlik birinci kurs çıxışımdan öncəki gecə idi. Sabahın açılacağından o qədər qorxurdum ki, rəhbərimə zəng vurub, “Edə bilməyəcəm” dedim. O mənə: “Xeyr, edəcəksən, sənin barəndə mərcə gəlmişəm. Odur ki, qalacaq və dediyimi edəcəksən, Saxta olsa da. Etməli olduğun bütün çıxışları edəcəksən. Təkrarən, yenidən, qorxsan və dəhşətə gəlsən belə, bədəninin səni dinləməsə belə, 'Axır ki alındı. Axır ki bacardım! Həqiqətən də əlimdən gəlirmiş.' deyəcəyin ana qədər çalışacaqsan." Mən də belə etdim. Beş ildir ali məktəbin yüksək pilləsini oxuyuram. Bir neçə ildir ki, Northwesterndəyəm, Harvarda köçmüşəm, orda işləyirəm. Artıq bu barədə düşünmürəm, lakin uzun müddət “Bura mənim yerim deyil” fikirləşirdim. Harvardda olduğum birinci ilin sonunda, semestr boyu sinifdə bir dəfə də danışmamış, “Dərsdə iştirak etməlisən, yoxsa kəsiləcəksən” dediyim tələbəm kabinetimə gəldi. Onu yaxşı tanımırdım. Tamamilə əzilmiş vəziyyətdə içəriyə daxil olub, dedi: “Bura mənim yerim deyil.” Bu mənim üçün dönüş nöqtəsi oldu. Çünki iki şey baş verdi. Birincisi başa düşdüm ki, mən artıq o hissi keçirmirəm. Lakin o hiss edirdi və həmin hisslər mənə tanış idi. İkincisi isə, onun düzgün yerdə olduğunu anlamağım oldu. Yəni, o da imitasiya edərək bacara bilərdi. Və mən ona: “Xeyir, bura tam sənlikdir! Sabahdan özünü bura aidmiş kimi göstərəcək, özünü güclü göstərəcək və (Alqışlar) sinif otağına girib bugünə kimi verilmiş ən yaxşı şərhi verəcəksən” dedim. O, belə də etdi. Sinifdəkilər mat qalmışdı, onun burada olduğunu burada oturduğunu belə bilmirdilər. (Gülüş) Bir neçə ay sonra o yanıma gəldi və onun bacarana, həqiqi hiss edənə qədər deyil, gerçəkləşdirənə qədər imitasiya etdiyini gördüm. O dəyişilmişdi. Mən də sizə demək istərdim ki, reallıq olana qədər imitasiya edin. Olmaq istədiyiniz biri olana qədər özünüzü elə göstərin. İstəyirəm biləsiniz ki, cüzi düzəlişlər belə böyük dəyişikliklərə gətirə bilər. İndi isə həmin əvvəl dediyim 2 dəqiqə. 2 dəqiqə, 2 dəqiqə, 2 dəqiqə. Növbəti dəfə qiymətləndiriləcəyiniz bir situasiyadan əvvəl, 2 dəqiqəlik, bunu etməyə çalışın. Liftdə, hamam otağında, masa arxasında, yaxud bağlı qapı arxasında. Etmək istədiyinizi edin. Beyninizi vəziyyətin ən yaxşı hal alacağına kökləyin. Testosteronunuzu artırın. Kortizolunuzu isə azaldın. "Əfsus, onlara nəyə qadir olduğumu göstərə bilmədim." kimi peşmançılıqla bitməsinə icazə verməyin. Görüşünüz "Mən onlara kim olduğumu çatdıra və göstərə bildim!" tərzdə keçsin. Sizdən bu güc pozalarını tətbiq etməyinizlə bərabər, onu həm də başqaları ilə bölüşməyinizi istəyirəm, çünkü bu çox sadədir. Bu özündən-razılıq deyil. (Gülüş) Bu öyrəndiyinizi yayın və insanlarla bölüşün, çünkü bundan yararlana biləcək insanlar adətən nə texnologiya və resurslara, nə də status və gücə malik olmayan insanlardır. Bunu onlarla bölüşün ki, şəxsən istifadə edə bilsinlər. Çünkü təklikdə vücudlarına 2 dəqiqəlik diqqət yetirmələri onların həyatına əhəmiyyətli dərəcədə təsir edə bilər. Təşəkkür edirəm. (Alqışlar).