-
Əvvəlki videolarda Çindəki qədim
-
sülalələrdən bəhs etmişdik:
Şan sülaləsi,
-
Çjou sülaləsi və s.
Çjou sülaləsinin süqutundan sonra
-
Çində ən çətin dövrlərdən biri hesab edilən
-
Döyüşən dövlətlər dövrü başladı.
-
Həmin dövrün ən yaxşı hadisələrindən biri
-
"Yüz Düşüncə Məktəbi"-nin formalaşmağıdır.
-
Həmin dövrdə Konfutsiçilik, Daosizm, Leqizm və digər
-
düşüncə məktəbləri və fəlsəfələri
-
yaranmağa başladı.
-
Bu videoda əsasən
-
Çindəki Sin sülaləsinin hakimiyyəti haqqında
məlumat verəcəm.
-
Çin sözü həmin sülalənin adından götürülmüşdür.
-
Eradan əvvəl 3-cü əsrdə,
-
sülalənin ilk imperatoru Sin Şi Xuandi idi,
-
həmin sülalənin hakimiyyət dövrü
-
qısa olsa da, onlar Çini vahid şəkildə birləşdirən
-
ilk sülalə idi.
-
Buna görə də Çin adının həmin Sin sülaləsindən
-
gəldiyinə inanırlar.
-
Həmin sülalə qanunçuluq təməli üzərində
qurulmuş,
-
sərt, mərkəzləşdirilmiş idarəetmə sistemi ilə
məşhurlaşmışdı.
-
Həmin dövrün qalıqlarına əsasən
-
Sin Şi Xuandinin məzarından Terrakota ordusu,
-
yəni yeraltı heykəllər ordusu tapılmışdı.
-
Sin Sülaləsi Döyüşən Dövlətlər dövrünə son qoyur,
-
Çini vahid şəkildə birləşdirir və Xan sülaləsi dövründə
-
baş verəcək Çinin Qızıl Dövrünün
-
əsasını qoyur.
-
Xan sülaləsi e.ə. 200-cü ildən
-
eramızın 200-cü ilinə qədər mövcud olmuşdur.
-
Mən onun Roma İmperiyası ilə yaşıd olduğunu
-
hesab edirəm.
-
Qərbi Xan sülaləsinin 200 illik hakimiyyət dövrü
-
təxmini Roma Respublikası dövrünə,
-
Şərqi Xan sülaləsinin hakimiyyət dövrü isə
Roma İmperiyasının çiçəklənmə dövrünə
-
uyğun gəlir.
-
Bu dövr Çinin qızıl dövrü hesab edilir,
-
həmin dövrdə ülm və incəsənət inkişaf etməyə,
Konfutsiçilik Çində
-
əhəmiyyətli yer tutmağa, dövlət qulluğunun və
-
bürokratiyanın əsas hissəsinə çevrilməyə başlayır.
-
Xan sülaləsinin Çini mədəni və dil baxımından
birləşdirməyə çalışmaq cəhdi
-
çox uğurlu alındı, müasir dövrdə
Çin xalqının 92%-i özlərini
-
Xan sülaləsinin davamçıları hesab edir.
-
Xan sözü bəzən Xan sülaləsinə,
-
bəzən isə Xan sülaləsi altında
-
birləşmiş Xan etnik qrupuna
-
şamil edilir.
-
Xan sülaləsinin hakimiyyəti eramızın 3-cü əsrində
-
sona çatır, Çin yenidən parçalanır və
-
müxtəlif sülalələrə
-
bölünür.
-
Burada qeyd etmədiyim 360 il ərzində
-
çox güman ki, Çində əhəmiyyətli hadisələr
baş verir,
-
lakin həmin dövr ərzində
Çin vahid bir dövlət olmur.
-
Xan sülaləsinin süqutundan sonra
-
3-cü əsrdə Çində
-
Üç Krallıq dövrü başlayır.
-
Burada Çzin sülaləsini görürük,
-
həmin sülalə parçalanmış Çinin 360 illik
tarixindəki
-
6 Sülalə dövründə
-
mövcud olmuşdur.
-
6-cı əsrdə isə
Şimal və Cənub Sülaləsi Dövrü
-
müşahidə edilir.
-
Nəhayət Suy sülaləsinin hakimiyyəti
dövründə
-
Çin yenidən birləşdirilir.
-
İmperator Suy Venin rəhbərliyi altında
Çin yenidən
-
birləşdirilir, onların Sin sülaləsi ilə
-
oxşar cəhəti xaotik dövrdən sonra
Çini
-
vahid şəkildə birləşdirə bilməyidir.
-
Suy sülaləsi etnik olaraq Xan sülaləsinin
davamçılarıdır.
-
Onlar Tan və Sun sülalərinin hakimiyyəti
dövründə müşahidə edilən
-
qızıl dövrün əsasını qoyur.
-
Burada təsvir edilmiş Tan sülaləsinin hakimiyyəti
dövrü də
-
Çinin qızıl dövrü hesab edilir.
-
Həmin dövrdə incəsənət, elm inkişaf edir.
-
Qarışıq dövr hesab edilən
-
6 Sülalə dövrü haqqında maraqlı
məqam ondan ibarətdir ki,
-
Hindistanda yaranmış Buddizm
mərkəzi Asiyadan Çinə yayılmağa başlayır və
-
Suy və Tan sülalələrinin dövründə
Çində
-
əhəmiyyətli yer tutur.
-
Tan sülaləsi dövründə Çində baş vermiş
-
ən vacib yenilik çap anlayışıdır.
-
Tan sülaləsinin hakimiyyəti dövrünə
aid olan bu kitab
-
tarixdə çap edilən ilk kitablardandır.
-
907-ci ildə Tan sülaləsi süqut etdikdən sonra
-
Çində yenidən qarışıq bir dövr başlayır.
-
Təxminən 50 il,
daha dəqiq desək 53 il
-
5 sülalə və 10 krallıq dövrü davam edir,
Sun sülaləsinin hakimiyyəti dövründə
-
Çin yenidən birləşdirilib.
-
Sun Sülaləsi müəyyən dərəcədə Tan sülaləsindən
-
qalanları davam etdirir.
-
Tan sülaləsinin hakimiyyətinin son illərində
-
Buddizm artıq geriləməyə və
-
Neo-Konfutsiçilik yayılmağa başlayır,
-
Sun sülaləsinin dövründə isə
-
daha geniş yayılmağa başlayaraq
Çin mədəniyyətində
-
əhəmiyyətli yer tutur.
-
Sun sülaləsinin hakimiyyəti dövrü
-
dövlət qulluğuna və bürokratiyaya xüsusi
-
diqqətin ayrılması ilə səciyyələndirilir.
-
Həmin sahələrdə Neo-Konfutsi ideyalarına
geniş yer verilir.
-
Həmin dövrdə əhəmiyyətli
texnoloji yeniliklər baş verir.
-
Xan sülaləsi dövründə istifadə edilən kompaslar
-
Sun sülaləsi dövründə xüsusən də dəniz istifadəsi üçün
-
inkişaf etdirilir və müasir formaya gətirilir.
-
Məşhur Çin yelkənli qayıqları
Sun sülaləsi dövründə
-
daha da inkişaf edir.
-
Sun sülaləsi dövründə baş vermiş
yeniliklərdən biri də çap ilə bağlıdır.
-
Tan sülaləsində yaranmış çap sistemi,
-
işi daha da asanlaşdırmaq üçün inkişaf etdirilir və
-
hərəkət edən çap sistemi yaradılır.
-
Bütün dünyaya yaxşı və ya pis cəhətdən
-
təsir edən ən böyük yenilik
barıtdan istifadədir.
-
Tan sülaləsi dövründə barıtdan istifadə edilirdi.
-
Lakin barıt Sun sülaləsi dövründə təkmilləşməyə başlayır.
-
Sun sülaləsinin hakimiyyətinə 13-cü əsrdə
-
Monqollar tərəfindən son qoyulur.
-
Bundan sonra Çingiz xanın nəvəsi olan
-
Xubilay xanın rəhbərlik etdiyi
-
Yuan sülaləsinin əsası qoyulur.
-
Yuan sülaləsinin hakimiyyətinə 14-cü əsrdə
-
Min sülaləsi tərəfindən son qoyulur.
-
Min sülaləsi də etnik olaraq Xan sülaləsinin
davamçılarıdır.
-
Müasir dövrdə Çinə aid olan ən məşhur
xüsusiyyətlərdən bəziləri
-
Min sülaləsinə aiddir.
-
Pekində yerləşən Yasaq Saray
-
Min və Tzin sülalələrinin hakimiyyəti dövründə
imperator iqamətgahı olmuşdur.
-
Bu isə Böyük Çin Səddidir.
-
Əslində Çin Səddinin tarixi daha qədimdir,
-
Çjou sülaləsi və Döyüşən Dövlətlər dövrünə
aid olsa da,
-
Çin Səddinin böyük bir hissəsi
-
Min sülaləsi dövründə inşa edilmişdir.
-
Çindəki son sülalə Tzin sülaləsidir.
-
Tzin hakimiyyəti əcnəbi hakimiyyət hesab edilirdi.
-
Onlar Mancuriya adlanan bu ərazidən gələn
-
mancurlar tərəfindən idarə edilirdi.
-
Mancurlar Min sülaləsini taxtdan salır və
-
20-ci əsrin əvvəllərinə qədər Çini idarə edirlər.
-
Daha sonra Çin Respublikasının təsis edilməsi ilə
hakimiyyətlərinə son qoyulur.