Tolerantlığa gedən yol.. turizmdən keçir?
-
0:01 - 0:04Mən turizm biznesindəyəm və
sülh yaradıcısıyam, -
0:04 - 0:07amma belə başlamamışam.
-
0:07 - 0:107 yaşımdaykən televizora baxdığımı
-
0:10 - 0:12və insanların daş atdıqlarını xatırlayıram
-
0:12 - 0:16və bunun əyləncəli olduğunu düşünürdüm.
-
0:16 - 0:18Mən də kücəyə çıxdım və daş atmağa başladım,
-
0:18 - 0:23amma daşları İsraillilərin maşınlarına
atmalı olduğumu bilmirdim. -
0:23 - 0:27Onun yerinə qonşularızın maşınlarını
daşlamışdım. (Gülüş) -
0:27 - 0:31Vətənpərvərliyimdən şübhə etmişdilər.
-
0:31 - 0:33Bu qardaşımla olan şəklimdir.
-
0:33 - 0:36Balaca olan mənəm və bilirəm nə düşünürsünzüz:
-
0:36 - 0:39"Çox şirin olmusan, sənə nə olub indi belə?"
-
0:39 - 0:41Amma məndən böyük qardaşım
-
0:41 - 0:4318 yaşındaykən daş atdığına görə
-
0:43 - 0:46həbs olundu.
-
0:46 - 0:50O, daşları atıb
üzr istəmədiyi üçün döyülmüş və -
0:50 - 0:52aldığı daxili zədələrdən
-
0:52 - 0:57həbsdən çıxandan bir az sonra ölmüşdü.
-
0:57 - 1:00Mən qəzəbli və hirsli idim
-
1:00 - 1:04və tək istədiyim intiqam idi.
-
1:04 - 1:07Amma 18 yaşımda bu dəyişdi.
-
1:07 - 1:10Mən qərara gəldim ki, iş tapmaq üçün
yəhudi dilini öyrənməliyəm. -
1:10 - 1:13Və əsgər olmayan yəhudilərlə ilk dəfə tanışacağım
-
1:13 - 1:18o sinif otağında yəhudi dili
öyrənməyə başladım. -
1:18 - 1:23Bir birimizə çox incə bir bağ ilə
bağlı idik, məsələn mən də -
1:23 - 1:27fələstinlilər üçün yad olan
country musiqi janrını sevirdim. -
1:27 - 1:31Amma bir şeyin də fərqinə vardım ki,
bizim aramızda həmçinin -
1:31 - 1:37bizi ayıran əsəb, nifrət və amansızlıq
divarları mövcuddur. -
1:37 - 1:41Başa düşdüm ki, başıma nə iş gəlməsinin önəmi yoxdur.
-
1:41 - 1:44Əsas məsələ onunla necə başa çıxmağımdır.
-
1:44 - 1:47Və buna görə də bütün həyatımı insanları ayıran
-
1:47 - 1:52divarları yıxmağa həsr elədim.
-
1:52 - 1:54Bunu bir çox yolla edirəm.
-
1:54 - 1:57Turizm bunlardan biridir;
mətbuat və təhsil də digərləri. -
1:57 - 2:01Sual verə bilərsiniz ki, turizm hər şeyi
necə dəyişə bilər? -
2:01 - 2:02Turizm divarları yıxa bilər? Bəli.
-
2:02 - 2:07Turizm divarları yıxmaq və insanları bir-birinə
-
2:07 - 2:11bağlayaraq dostluqlar yaratmaq üçün
-
2:11 - 2:14ən yaxşı vasitədir.
-
2:14 - 2:182009-cu ildə insanları birləşdirmək məqsədilə Mejdi Turlarını
-
2:18 - 2:21iki yəhudi dostumla şərikli yaratdıq.
-
2:21 - 2:24Bizim metodumuz ondan ibarət idi ki,
-
2:24 - 2:26məsələn Qüdsdə tarixi,
-
2:26 - 2:30hekayələri, arxeologiyanı və münaqişəni
-
2:30 - 2:33tamamilə fərqli iki perspektivdən danışmaq üçün
-
2:33 - 2:36iki bələdçi olacaq idi.
-
2:36 - 2:39Onlardan biri İsrailli, biri isə
Fələstinli olacaqdı. -
2:39 - 2:43Çikaqoda gələn yəhudi camaatından olan
dostum Kobi ilə -
2:43 - 2:46səyahətə birlikdə bələdçilik etdiyimizi
xatırlayıram. -
2:46 - 2:49Biz onları qaçqın düşərgəsinə apardıq,
Fələstinin qaçqın düşərgəsinə, -
2:49 - 2:51və orada bu heyranedici yeməyi yedik.
-
2:51 - 2:54Bu arada bu mənim anamdır.
O çox təmkinlidir. -
2:54 - 2:56Və bu isə "maqluba" adlandırılan
Fələstin yeməyidir. -
2:56 - 2:58"Tərsinə çevrilmiş" deməkdir.
-
2:58 - 3:01Bu düyü və toyuq əti ilə bişirilir və tərsinə çevrilir.
-
3:01 - 3:02Çox dadlıdır.
-
3:02 - 3:04Bu yeməyin dadına baxdıq.
-
3:04 - 3:07Sonra isə İsrailli və Fələstinli
musiqiçilərə qulaq asdıq, -
3:07 - 3:08bir az da göbək rəqsi oynadıq.
-
3:08 - 3:12Əgər bilmirsinizsə sonra sizə
öyrədə bilərəm. -
3:12 - 3:15Amma biz gedəndə hər iki tərəf ağlayırdı,
-
3:15 - 3:17çünki getmək istəmirdilər.
-
3:17 - 3:21Üç il keçməsinə baxmayaraq
həmin əlaqəqlər hələ də mövcuddur. -
3:21 - 3:24Gəlin təsəvvür edək əgər hər il
1 milyard insan -
3:24 - 3:28belə səyahət edir, avtobusla bir yerdən
başqa yerə, -
3:28 - 3:31bir oteldən başqasına aparılır.
-
3:31 - 3:33Ancaq aparılarkən avtobusun pəcərəsindən
-
3:33 - 3:37yerli xalqın və mədəniyyətin
-
3:37 - 3:40şəklini çəkmək yerinə
onlarla qaynayıb qarışır. -
3:40 - 3:44İngiltərədən gələn müsəlman qrup ilə
provaslav yəhudilərin evinə getməyimizi -
3:44 - 3:47və onlarla yəhudilərin ilk Cümə axşamı yeməyi;
-
3:47 - 3:51Sabbath yeməyimizi, buğda bişirilmiş
ət və tərəvəzdən -
3:51 - 3:55hazırlanan yəhudi yeməyi hamin yeməyimizi
-
3:55 - 3:58və az sonra aramızda bir bağ olduğunu,
-
3:58 - 4:01onlarında ailələrinin də
yüz illər əvvəl eyni yerdən; -
4:01 - 4:04Şimali Afrikadan gəldiyini
qəbul etdiyimizi xatırlayıram. -
4:04 - 4:07Bu Facebook profili üçün şəkil deyil.
-
4:07 - 4:09Bu fəlakət turizmi deyil.
-
4:09 - 4:11Bu səyahət etmənin gələcəyidir
-
4:11 - 4:14və sizi də bu gələcəyə səyahətimə
qoşulmağa dəvət edirəm. -
4:14 - 4:16Biz bunu bu gün dünyanın hər yerinə;
-
4:16 - 4:19İrlandiyadan İrana və Türkiyəyə kimi edirik
-
4:19 - 4:21və bu işlə dünyanı dəyişəcəyimizə inanırıq.
-
4:21 - 4:23Təşəkkür edirəm.
-
4:23 - 4:25(Alqış)
- Title:
- Tolerantlığa gedən yol.. turizmdən keçir?
- Speaker:
- Aziz Abu Sarah
- Description:
-
Aziz Abu Salah sülhməramlılığa fərqli bir baxışı olan Fələstinlidir: O, bizi turist olmağa çağırır. Natiq fərqli mədəniyyətlərdən olan insanların sadə münasibət və əlaqələrinin uzun illərin nifrət hissini necə yox edə biləcəyini göstərir. O Fələstinlilərin İsraillilərə qonaq getməsi ilə başlayıb daha da uzağa gedir.
- Video Language:
- English
- Team:
closed TED
- Project:
- TEDTalks
- Duration:
- 04:37
![]() |
Gulchin Taghiyeva approved Azerbaijani subtitles for For more tolerance, we need more ... tourism? | |
![]() |
Gulchin Taghiyeva edited Azerbaijani subtitles for For more tolerance, we need more ... tourism? | |
![]() |
Gulchin Taghiyeva edited Azerbaijani subtitles for For more tolerance, we need more ... tourism? | |
![]() |
Gulchin Taghiyeva edited Azerbaijani subtitles for For more tolerance, we need more ... tourism? | |
![]() |
Gulchin Taghiyeva accepted Azerbaijani subtitles for For more tolerance, we need more ... tourism? | |
![]() |
Gulchin Taghiyeva edited Azerbaijani subtitles for For more tolerance, we need more ... tourism? | |
![]() |
Gulchin Taghiyeva edited Azerbaijani subtitles for For more tolerance, we need more ... tourism? | |
![]() |
Gulchin Taghiyeva edited Azerbaijani subtitles for For more tolerance, we need more ... tourism? |