Mən turizm biznesindəyəm və sülh yaradıcısıyam, amma belə başlamamışam. 7 yaşımdaykən televizora baxdığımı və insanların daş atdıqlarını xatırlayıram və bunun əyləncəli olduğunu düşünürdüm. Mən də kücəyə çıxdım və daş atmağa başladım, amma daşları İsraillilərin maşınlarına atmalı olduğumu bilmirdim. Onun yerinə qonşularızın maşınlarını daşlamışdım. (Gülüş) Vətənpərvərliyimdən şübhə etmişdilər. Bu qardaşımla olan şəklimdir. Balaca olan mənəm və bilirəm nə düşünürsünzüz: "Çox şirin olmusan, sənə nə olub indi belə?" Amma məndən böyük qardaşım 18 yaşındaykən daş atdığına görə həbs olundu. O, daşları atıb üzr istəmədiyi üçün döyülmüş və aldığı daxili zədələrdən həbsdən çıxandan bir az sonra ölmüşdü. Mən qəzəbli və hirsli idim və tək istədiyim intiqam idi. Amma 18 yaşımda bu dəyişdi. Mən qərara gəldim ki, iş tapmaq üçün yəhudi dilini öyrənməliyəm. Və əsgər olmayan yəhudilərlə ilk dəfə tanışacağım o sinif otağında yəhudi dili öyrənməyə başladım. Bir birimizə çox incə bir bağ ilə bağlı idik, məsələn mən də fələstinlilər üçün yad olan country musiqi janrını sevirdim. Amma bir şeyin də fərqinə vardım ki, bizim aramızda həmçinin bizi ayıran əsəb, nifrət və amansızlıq divarları mövcuddur. Başa düşdüm ki, başıma nə iş gəlməsinin önəmi yoxdur. Əsas məsələ onunla necə başa çıxmağımdır. Və buna görə də bütün həyatımı insanları ayıran divarları yıxmağa həsr elədim. Bunu bir çox yolla edirəm. Turizm bunlardan biridir; mətbuat və təhsil də digərləri. Sual verə bilərsiniz ki, turizm hər şeyi necə dəyişə bilər? Turizm divarları yıxa bilər? Bəli. Turizm divarları yıxmaq və insanları bir-birinə bağlayaraq dostluqlar yaratmaq üçün ən yaxşı vasitədir. 2009-cu ildə insanları birləşdirmək məqsədilə Mejdi Turlarını iki yəhudi dostumla şərikli yaratdıq. Bizim metodumuz ondan ibarət idi ki, məsələn Qüdsdə tarixi, hekayələri, arxeologiyanı və münaqişəni tamamilə fərqli iki perspektivdən danışmaq üçün iki bələdçi olacaq idi. Onlardan biri İsrailli, biri isə Fələstinli olacaqdı. Çikaqoda gələn yəhudi camaatından olan dostum Kobi ilə səyahətə birlikdə bələdçilik etdiyimizi xatırlayıram. Biz onları qaçqın düşərgəsinə apardıq, Fələstinin qaçqın düşərgəsinə, və orada bu heyranedici yeməyi yedik. Bu arada bu mənim anamdır. O çox təmkinlidir. Və bu isə "maqluba" adlandırılan Fələstin yeməyidir. "Tərsinə çevrilmiş" deməkdir. Bu düyü və toyuq əti ilə bişirilir və tərsinə çevrilir. Çox dadlıdır. Bu yeməyin dadına baxdıq. Sonra isə İsrailli və Fələstinli musiqiçilərə qulaq asdıq, bir az da göbək rəqsi oynadıq. Əgər bilmirsinizsə sonra sizə öyrədə bilərəm. Amma biz gedəndə hər iki tərəf ağlayırdı, çünki getmək istəmirdilər. Üç il keçməsinə baxmayaraq həmin əlaqəqlər hələ də mövcuddur. Gəlin təsəvvür edək əgər hər il 1 milyard insan belə səyahət edir, avtobusla bir yerdən başqa yerə, bir oteldən başqasına aparılır. Ancaq aparılarkən avtobusun pəcərəsindən yerli xalqın və mədəniyyətin şəklini çəkmək yerinə onlarla qaynayıb qarışır. İngiltərədən gələn müsəlman qrup ilə provaslav yəhudilərin evinə getməyimizi və onlarla yəhudilərin ilk Cümə axşamı yeməyi; Sabbath yeməyimizi, buğda bişirilmiş ət və tərəvəzdən hazırlanan yəhudi yeməyi hamin yeməyimizi və az sonra aramızda bir bağ olduğunu, onlarında ailələrinin də yüz illər əvvəl eyni yerdən; Şimali Afrikadan gəldiyini qəbul etdiyimizi xatırlayıram. Bu Facebook profili üçün şəkil deyil. Bu fəlakət turizmi deyil. Bu səyahət etmənin gələcəyidir və sizi də bu gələcəyə səyahətimə qoşulmağa dəvət edirəm. Biz bunu bu gün dünyanın hər yerinə; İrlandiyadan İrana və Türkiyəyə kimi edirik və bu işlə dünyanı dəyişəcəyimizə inanırıq. Təşəkkür edirəm. (Alqış)