Patrisia Rayan: İngilis dilinin üstündə bu qədər durmayaq!
-
0:01 - 0:03Mən bilirəm siz nə düşünürsünüz.
-
0:03 - 0:05Düşünürsünüz ki, yəqin yolumu azmışam
-
0:05 - 0:07və indi kimsə səhnəyə çıxacaq
-
0:07 - 0:09və məni nəzakətlə yerimə oturmağa aparacaq.
-
0:09 - 0:15(Alqışlar)
-
0:15 - 0:18Mənimlə Dubayda həmişə belə davranırlar.
-
0:18 - 0:20"Siz bura tətilə gəlmisiz, hə?"
-
0:20 - 0:22(Gülüş)
-
0:22 - 0:25"Uşaqlarınıza baş çəkməyə gəlmisiniz?
-
0:25 - 0:27Nə qədər qalacaqsınız?"
-
0:27 - 0:30Əslində isə mən ümid edirəm ki, hələ uzun müddət burda qalacam.
-
0:30 - 0:33Mən körfəzdə 30 ildən çoxdur ki,
-
0:33 - 0:35yaşayıram və dərs deyirəm.
-
0:35 - 0:39(Alqışlar)
-
0:39 - 0:43Və bu müddət ərzində çox dəyişikliklər görmüşəm.
-
0:43 - 0:45İndi bu statistika
-
0:45 - 0:47olduqca dəhşətlidir. ( Yazı: Dünya dilləri=> Bu gün: 6000, 90 il sonra: 600)
-
0:47 - 0:49Mən də bu gün sizə
-
0:49 - 0:51dilin itirilməsi
-
0:51 - 0:54və İngilis dilinin qloballaşması barədə danışacağam.
-
0:54 - 0:56Mən sizə Abu Dabidə böyüklərə İngilis dili dərsi keçən
-
0:56 - 0:59bir dostum barədə danışmaq istəyirəm.
-
0:59 - 1:01Günlərin bir günü
-
1:01 - 1:03o, tələbələrinə təbiətlə bağlı sözlər öyrətmək üçün
-
1:03 - 1:05onları bağa aparmaq qərarına gəlir.
-
1:05 - 1:07Lakin nəticədə o, özü yerli bitkilərin ərəb dilində
-
1:07 - 1:09adlarını, eləcə də onların
-
1:09 - 1:11tibbi, kosmetik,
-
1:11 - 1:14kulinariya, dərman kimi
-
1:14 - 1:17istifadəsini öyrənir.
-
1:17 - 1:19Bu tələbələr bütün bu bilikləri hardan alıblar?
-
1:19 - 1:21Əlbəttə ki, öz nənə-babaları
-
1:21 - 1:24və onların nənə-babalarından.
-
1:24 - 1:27Nəsillər arası ünsiyyət qurmağın
-
1:27 - 1:29necə əhəmiyyətli olduğunu sizə demək
-
1:29 - 1:31zəruri deyil.
-
1:31 - 1:33Lakin, təəssüf edirəm ki, bu gün
-
1:33 - 1:35dillər görünməmiş sürətlə
-
1:35 - 1:37ölürlər.
-
1:37 - 1:40Hər 14 gündə bir dil ölür.
-
1:41 - 1:43Və eyni zamanda
-
1:43 - 1:45ingilis dili şübhəsiz ki, qlobal dilə çevrilib.
-
1:45 - 1:47Bu iki hadisə arasında hansısa əlaqə ola bilər?
-
1:47 - 1:49Dəqiq deyə bilmərəm.
-
1:49 - 1:52Lakin çox dəyişikliklərin şahidi olduğumdan əminəm.
-
1:52 - 1:55İlk dəfə körfəzə gələndə mən Küveytə gəldim.
-
1:55 - 1:58O dövrlərdə bu hələ ağır bir vəzifə idi.
-
1:58 - 2:00Əslində çox keçmiş də deyil.
-
2:00 - 2:03Elə bir az bundan əvvələ qədər.
-
2:03 - 2:05Lakin buna baxmayaraq,
-
2:05 - 2:07mən digər 25 müəllimlə birlikdə
-
2:07 - 2:09Britaniya konsulluğu tərəfindən işə qəbul olundum.
-
2:09 - 2:11Və biz Küveytdə dövlət məktəblərində çalışan
-
2:11 - 2:14ilk qeyri-müsəlmanlar idik.
-
2:14 - 2:16Biz İngilis dili öyrətmək üçün gətirilmişdik
-
2:16 - 2:20çünki hökumət ölkəni müasirləşdirmək və
-
2:20 - 2:23vətəndaşları təhsil vasitəsiylə gücləndirmək istəyirdi.
-
2:23 - 2:25Əlbəttə ki, Birləşmiş Krallıq da
-
2:25 - 2:28neft gəlirlərindən xeyir götürürdü.
-
2:28 - 2:30Yaxşı.
-
2:30 - 2:33Mənim gördüyüm ən böyük dəyişiklik isə -
-
2:33 - 2:35İngilis dilinin necə
-
2:35 - 2:37qarşılıqlı səmərəli işdən
-
2:37 - 2:41bu günkü kütləvi beynəlxalq
-
2:41 - 2:44biznesə çevrilməsidir.
-
2:44 - 2:48Məktəb kurrikulumunda xarici bir dil olmaqdan,
-
2:48 - 2:50vətənim İngiltərənin
-
2:50 - 2:52yeganə dili olmaqdan artıq olmayan ingilis dili
-
2:52 - 2:54dünyadakı bütün ingilis dilində danışan
-
2:54 - 2:57millətlər üçün kütləvi üstünlüyə çevrilib.
-
2:57 - 2:59Niyə də yox?
-
2:59 - 3:02Hər şeyə rəğmən,
-
3:02 - 3:05dünya üzrə universitetlərin son reytinqinə görə
-
3:05 - 3:07ən yaxşı təhsil Birləşmiş Krallıq və
-
3:07 - 3:11ABŞ təhsil sisteminlərindədir.
-
3:11 - 3:15Əslində, hamı ingiliscə təhsili almaq istəyir.
-
3:15 - 3:17İngilis dili ana dili olmayanlar isə
-
3:17 - 3:19imtahandan keçməlidirlər.
-
3:19 - 3:21Bəs tələbəni sadəcə
-
3:21 - 3:23dil qabiliyyəti olmadığına görə
-
3:23 - 3:25geri çevirmək düzgündür?
-
3:25 - 3:27Bəlkə də dahi olan
-
3:27 - 3:29bir kompüter aliminiz var.
-
3:29 - 3:32O, misal üçün, bir hüquqşünas ilə eyni dildə danışmalıdır?
-
3:32 - 3:35Mən belə düşünmürəm.
-
3:36 - 3:39Biz ingilis dili müəllimləri onlardan həmişə imtina edirik.
-
3:39 - 3:41Biz nöqtə qoyuruq
-
3:41 - 3:43və biz onları getdikləri yolda dayandırırıq.
-
3:43 - 3:45Onlar ingilis dilini öyrənənə qədər
-
3:45 - 3:48öz arzularını reallaşdıra bilmirlər.
-
3:49 - 3:52Gəlin indi məsələyə belə baxaq:
-
3:52 - 3:56əgər mən xərçəng xəstəliyinin müalicəsini bilən
-
3:56 - 3:58yalnız holland dilində danışan biri ilə qarşılaşsaydım,
-
3:58 - 4:01onun mənim Britaniya Universitetimə qəbul olmasını əngəlləməliydim?
-
4:01 - 4:03Mən belə düşünmürəm.
-
4:03 - 4:06Lakin həqiqətdə biz elə məhz bunu edirik.
-
4:06 - 4:09Biz ingilis dili müəllimləri qapı mühafizəçisiyik.
-
4:09 - 4:12Və sən ilk növbədə bizi İngilis dilini
-
4:12 - 4:15kifayət qədər yaxşı bilməyin ilə razı salmalısan.
-
4:16 - 4:18Cəmiyyətin kiçik hissəsinə
-
4:18 - 4:21çox səlahiyyət vermək
-
4:21 - 4:23təhlükəli ola bilər.
-
4:23 - 4:26Bəlkə də maneə çox dünyəvi ola bilərdi.
-
4:26 - 4:28Davam edək.
-
4:28 - 4:31Lakin mən eşidirəm ki, siz deyirsiz
-
4:31 - 4:33"Bəs araşdırmalar?
-
4:33 - 4:35Onlar axı hamısı ingilis dilindədir."
-
4:35 - 4:37Kitablar da ingilis dilindədir,
-
4:37 - 4:39jurnallar da ingilis dilindədir,
-
4:39 - 4:42lakin bu kiminsə boynuna nəsə qoymaq kimidir.
-
4:42 - 4:44Bu ingilis dilinə olan tələbatdan qidalanır.
-
4:44 - 4:46Beləliklə də davam edir.
-
4:46 - 4:49Sizdən soruşuram, tərcüməyə nə olub?
-
4:49 - 4:53Əgər İslamın Qızıl Dövrü barədə düşünürsünüzsə,
-
4:53 - 4:56o dövrdə çoxlu tərcümələr var idi.
-
4:56 - 4:59Onlar Latın, Yunan dillərindən
-
4:59 - 5:01ərəb və fars dillərinə tərcümə edirdilər
-
5:01 - 5:03və sonra da Avropanın
-
5:03 - 5:05German dillərinə və Roman dillərinə
-
5:05 - 5:07tərcümə edilirdi.
-
5:07 - 5:11Və bu yolla da Avropanın Qaranlıq əsrləri işıqlanmışdı.
-
5:12 - 5:14Məni səhv başa düşməyin;
-
5:14 - 5:16əziz ingilis dili müəllimləri,
-
5:16 - 5:18mən ingilis dili öyrədilməsinə qarşı deyiləm.
-
5:18 - 5:20Mən sevinirəm ki, bizim qlobal olan bir dilimiz var.
-
5:20 - 5:23Bizim buna həmişəkindən çox ehtiyacımız var.
-
5:23 - 5:25Lakin mən onun sərhəd kimi istifadə
-
5:25 - 5:27olunmasına qarşıyam.
-
5:27 - 5:30Biz həqiqətən də istəyirikmi ki, başda ingilis və
-
5:30 - 5:33çin dili olmaqla, cəmi 600 dil qalsın?
-
5:33 - 5:36Bizim bundan daha artığına ehtiyacımız var. Biz sərhədi harada çəkirik?
-
5:36 - 5:38Bu sistem biliyi
-
5:38 - 5:41tamamilə təsadüfi dil olan
-
5:41 - 5:44İngilis dili bilmək ilə
-
5:44 - 5:46bərabər edir.
-
5:46 - 5:52(Alqışlar)
-
5:52 - 5:54Mən sizə xatırlatmaq istəyirəm ki,
-
5:54 - 5:57bugünkü elmin daşıyıcısı olan
-
5:57 - 5:59böyük alimlərin İngilis dilini
-
5:59 - 6:01bilməyə ehtiyacı yox idi.
-
6:01 - 6:03Onlar İngilis dili testindən keçməli deyildilər.
-
6:03 - 6:06Məsəl üçün, Eynşteyn.
-
6:07 - 6:10Yeri gəlmişkən, o, məktəbdə müalicə olunan uşaq hesab olunurdu,
-
6:10 - 6:12çünki o disleksik idi (oxumağı bacarmırdı).
-
6:12 - 6:14Lakin dünyanın bəxti gətirib ki,
-
6:14 - 6:17o, ingilis dili imtahanından keçməli olmayıb.
-
6:17 - 6:20Çünki onlar 1964-cü ilə qədər
-
6:20 - 6:22Amerikanın İngilis dili imtahanı olan TOEFL-u
-
6:22 - 6:24hələ təşkil etmirdilər .
-
6:24 - 6:26İndi isə doludur.
-
6:26 - 6:29Çoxsaylı İngilis dili imtahanları var.
-
6:29 - 6:31Və milyonlarla tələbə hər il
-
6:31 - 6:33bu imtahanlardan keçir.
-
6:33 - 6:35İndi siz düşünə bilərsiniz ki,
-
6:35 - 6:37"Qiymətlər elə də baha deyil"
-
6:37 - 6:39amma bu testlər milyonlarla kasıb
-
6:39 - 6:41insana qadağalar qoyur.
-
6:41 - 6:43Buna görə də biz onlardan imtina edirik.
-
6:43 - 6:46(Alqışlar)
-
6:46 - 6:49Mənim yadıma bu yaxınlarda gördüyüm bir sərlövhə düşür:
-
6:49 - 6:51"Təhsil: Böyük Tanrıdır"
-
6:51 - 6:53İndi başa düşürəm ki,
-
6:53 - 6:56niyə insanlar İngilis dilinə bu qədər meyl edirlər.
-
6:56 - 6:59Onlar öz övladlarına həyatda ən yaxşı şansları vermək istəyirlər.
-
7:00 - 7:03Bunu etmək üçün də onların Qərb təhsilinə ehtiyacı var.
-
7:03 - 7:05Çünki əlbəttə ki, ən yaxşı işlər
-
7:05 - 7:08mənim əvvəl də qeyd etdiyim kimi,
-
7:08 - 7:10Qərb Universitetlərində oxuyan insanlara verilir.
-
7:10 - 7:12Bu dövri bir şeydir.
-
7:12 - 7:14Yaxşı.
-
7:14 - 7:16Gəlin mən sizə iki alimdən,
-
7:16 - 7:18iki ingilis alimindən söz açım.
-
7:18 - 7:20Onlar genetika ilə və
-
7:20 - 7:22heyvanların ön və arxa ayaqları ilə
-
7:22 - 7:25bağlı təcrübə aparırdılar.
-
7:25 - 7:27Lakin onlar istədikləri nəticəni əldə edə bilmədilər.
-
7:27 - 7:29Onlar həqiqətən də bir alman alimi gələnə qədər
-
7:29 - 7:32bilmirdilər ki, nə etsinlər.
-
7:32 - 7:35Lakin alman alimi başa düşdü ki, onlar ön və arxa
-
7:35 - 7:37ayaqlar üçün iki ayrı sözdən istifadə edirlər,
-
7:37 - 7:41genetikada isə alman dilində olduğu kimi
-
7:41 - 7:43eyni sözdən istifadə edilir.
-
7:43 - 7:45Vəssalam.
-
7:45 - 7:47Problem həll olundu.
-
7:47 - 7:49Ağlına bir fikir gəlmirsə,
-
7:49 - 7:52sən batmısan.
-
7:52 - 7:54Əgər başqa bir dil bunu fikirləşirsə,
-
7:54 - 7:56onda əməkdaşlıq edərək
-
7:56 - 7:59biz daha artığına nail ola bilər və öyrənərik.
-
8:01 - 8:03Mənim qızım
-
8:03 - 8:06Küveytdən İngiltərəyə gəldi.
-
8:06 - 8:09O təbiət elmləri və riyaziyyatı ərəb dilində öyrənib.
-
8:09 - 8:12Bu bir ərəb orta məktəbidir.
-
8:12 - 8:15O, öz qrammatka məktəbində bunları ingilis dilinə tərcümə etməli olub
-
8:15 - 8:17və sinifdə həmin dərslər üzrə
-
8:17 - 8:19ən yaxşı şagird seçildi.
-
8:19 - 8:21Bu bizə deyir ki,
-
8:21 - 8:23bizə xaricdən tələbələr gələndə
-
8:23 - 8:25biz onlara onların bildiklərinin -
-
8:25 - 8:27öz dillərində bildiklərinin
-
8:27 - 8:30layiqli qiymətini verə bilmirik.
-
8:30 - 8:32Dil öləndə
-
8:32 - 8:35biz həmin dillə birlikdə nələri itirdiyimizdən xəbərimiz yoxdu.
-
8:35 - 8:39Bilmirəm siz bu yaxınlarda CNN-də görmüsünüz ya yox,
-
8:39 - 8:41gənc Kenyalı çoban oğlana
-
8:41 - 8:44Heroes (Qəhrəmanlar) mükafatı verildi.
-
8:44 - 8:47O, öz kəndlərində bütün digər kənd
-
8:47 - 8:49uşaqları kimi gecələr oxuya bilmirdi,
-
8:49 - 8:51çünki kerosin lampası tüstü verirdi
-
8:51 - 8:53və onun gözlərini zəiflədirdi.
-
8:53 - 8:56Bundan başqa, hər zaman kifayət qədər kerosin də olmurdu.
-
8:56 - 8:59Gündə bir dollara nə almaq olar ki?
-
8:59 - 9:01Beləliklə də o,
-
9:01 - 9:04pulsuz günəş lampası ixtira etdi.
-
9:04 - 9:06İndi isə onun kəndindəki uşaqlar
-
9:06 - 9:08evlərində elektrik olan digər uşaqlarla
-
9:08 - 9:12məktəbdə eyni qiymətləri alır.
-
9:12 - 9:18(Alqışlar)
-
9:18 - 9:20O, mükafatını alanda,
-
9:20 - 9:22bu xoş sözləri dedi:
-
9:22 - 9:25"Uşaqlar bu günkü Afrikanı
-
9:25 - 9:27qaranlıq materikdən
-
9:27 - 9:29işıqlı materikə çevirə bilər".
-
9:29 - 9:31Sadə bir ideya olsa da,
-
9:31 - 9:34onun böyük əhatəli təsiri ola bilər.
-
9:35 - 9:37Fərqi yoxdur, fiziki və ya metaforik anlamda,
-
9:37 - 9:40işığı olmayan insanlar
-
9:40 - 9:43bizim imtahanları keçə bilməz
-
9:43 - 9:46və biz heç vaxt onların nə bildiklərini bilə bilmərik.
-
9:46 - 9:49Gəlin, onları və özümüzü
-
9:49 - 9:51qaranlıqda saxlamayaq.
-
9:51 - 9:54Gəlin müxtəlifliyimizə sevinək.
-
9:54 - 9:57Öz dilimizi qucaqlayaq.
-
9:57 - 10:01Böyük ideyaları yaymaq üçün ondan istifadə edək.
-
10:01 - 10:08(Alqış)
(Yazı: Heyif, pardaxlamış çox gülün gözəlliyi görülməmişsə
Şirinliyi səhra havasına itmişsə,
Thomas Gray, "Kilsə həyətində yazılmış mərsiyyə") -
10:08 - 10:10Çox təşəkkür edirəm.
-
10:10 - 10:13(Alqış)
- Title:
- Patrisia Rayan: İngilis dilinin üstündə bu qədər durmayaq!
- Speaker:
- Patricia Ryan
- Description:
-
TEDx Dubayda uzun müddət ingilis dili müəllimi olan Patrisia Rayan provokativ bir sual verir: Dünyanın ingilis dilinə fokuslanması digər dillərdə olan böyük ideyaların yayılmasının qarşısını alır? (Məsələn: Eynşteyn TOEFL testindən keçməli olsaydı nə olardı?) Tərcümə etməyi və ideyaları bölüşməyi inadla müdafiə edən bir çıxış.
- Video Language:
- English
- Team:
closed TED
- Project:
- TEDTalks
- Duration:
- 10:14
![]() |
Gulchin Taghiyeva approved Azerbaijani subtitles for Don't insist on English! | |
![]() |
Gulchin Taghiyeva edited Azerbaijani subtitles for Don't insist on English! | |
![]() |
Gulchin Taghiyeva edited Azerbaijani subtitles for Don't insist on English! | |
![]() |
Gulchin Taghiyeva accepted Azerbaijani subtitles for Don't insist on English! | |
![]() |
Gulchin Taghiyeva edited Azerbaijani subtitles for Don't insist on English! | |
![]() |
Samira Hashimzadeh edited Azerbaijani subtitles for Don't insist on English! | |
![]() |
Samira Hashimzadeh edited Azerbaijani subtitles for Don't insist on English! | |
![]() |
Samira Hashimzadeh edited Azerbaijani subtitles for Don't insist on English! |