0:00:01.000,0:00:03.000 Mən bilirəm siz nə düşünürsünüz. 0:00:03.000,0:00:05.000 Düşünürsünüz ki, yəqin yolumu azmışam 0:00:05.000,0:00:07.000 və indi kimsə səhnəyə çıxacaq 0:00:07.000,0:00:09.000 və məni nəzakətlə yerimə oturmağa aparacaq. 0:00:09.000,0:00:15.000 (Alqışlar) 0:00:15.000,0:00:18.000 Mənimlə Dubayda həmişə belə davranırlar. 0:00:18.000,0:00:20.000 "Siz bura tətilə gəlmisiz, hə?" 0:00:20.000,0:00:22.000 (Gülüş) 0:00:22.000,0:00:25.000 "Uşaqlarınıza baş çəkməyə gəlmisiniz? 0:00:25.000,0:00:27.000 Nə qədər qalacaqsınız?" 0:00:27.000,0:00:30.000 Əslində isə mən ümid edirəm ki, hələ uzun müddət burda qalacam. 0:00:30.000,0:00:33.000 Mən körfəzdə 30 ildən çoxdur ki, 0:00:33.000,0:00:35.000 yaşayıram və dərs deyirəm. 0:00:35.000,0:00:39.000 (Alqışlar) 0:00:39.000,0:00:43.000 Və bu müddət ərzində çox dəyişikliklər görmüşəm. 0:00:43.000,0:00:45.000 İndi bu statistika 0:00:45.000,0:00:47.000 olduqca dəhşətlidir. ( Yazı: Dünya dilləri=> Bu gün: 6000, 90 il sonra: 600) 0:00:47.000,0:00:49.000 Mən də bu gün sizə 0:00:49.000,0:00:51.000 dilin itirilməsi 0:00:51.000,0:00:54.000 və İngilis dilinin qloballaşması barədə danışacağam. 0:00:54.000,0:00:56.000 Mən sizə Abu Dabidə böyüklərə İngilis dili dərsi keçən 0:00:56.000,0:00:59.000 bir dostum barədə danışmaq istəyirəm. 0:00:59.000,0:01:01.000 Günlərin bir günü 0:01:01.000,0:01:03.000 o, tələbələrinə təbiətlə bağlı sözlər öyrətmək üçün 0:01:03.000,0:01:05.000 onları bağa aparmaq qərarına gəlir. 0:01:05.000,0:01:07.000 Lakin nəticədə o, özü yerli bitkilərin ərəb dilində 0:01:07.000,0:01:09.000 adlarını, eləcə də onların 0:01:09.000,0:01:11.000 tibbi, kosmetik, 0:01:11.000,0:01:14.000 kulinariya, dərman kimi 0:01:14.000,0:01:17.000 istifadəsini öyrənir. 0:01:17.000,0:01:19.000 Bu tələbələr bütün bu bilikləri hardan alıblar? 0:01:19.000,0:01:21.000 Əlbəttə ki, öz nənə-babaları 0:01:21.000,0:01:24.000 və onların nənə-babalarından. 0:01:24.000,0:01:27.000 Nəsillər arası ünsiyyət qurmağın 0:01:27.000,0:01:29.000 necə əhəmiyyətli olduğunu sizə demək 0:01:29.000,0:01:31.000 zəruri deyil. 0:01:31.000,0:01:33.000 Lakin, təəssüf edirəm ki, bu gün 0:01:33.000,0:01:35.000 dillər görünməmiş sürətlə 0:01:35.000,0:01:37.000 ölürlər. 0:01:37.000,0:01:40.000 Hər 14 gündə bir dil ölür. 0:01:41.000,0:01:43.000 Və eyni zamanda 0:01:43.000,0:01:45.000 ingilis dili şübhəsiz ki, qlobal dilə çevrilib. 0:01:45.000,0:01:47.000 Bu iki hadisə arasında hansısa əlaqə ola bilər? 0:01:47.000,0:01:49.000 Dəqiq deyə bilmərəm. 0:01:49.000,0:01:52.000 Lakin çox dəyişikliklərin şahidi olduğumdan əminəm. 0:01:52.000,0:01:55.000 İlk dəfə körfəzə gələndə mən Küveytə gəldim. 0:01:55.000,0:01:58.000 O dövrlərdə bu hələ ağır bir vəzifə idi. 0:01:58.000,0:02:00.000 Əslində çox keçmiş də deyil. 0:02:00.000,0:02:03.000 Elə bir az bundan əvvələ qədər. 0:02:03.000,0:02:05.000 Lakin buna baxmayaraq, 0:02:05.000,0:02:07.000 mən digər 25 müəllimlə birlikdə 0:02:07.000,0:02:09.000 Britaniya konsulluğu tərəfindən işə qəbul olundum. 0:02:09.000,0:02:11.000 Və biz Küveytdə dövlət məktəblərində çalışan 0:02:11.000,0:02:14.000 ilk qeyri-müsəlmanlar idik. 0:02:14.000,0:02:16.000 Biz İngilis dili öyrətmək üçün gətirilmişdik 0:02:16.000,0:02:20.000 çünki hökumət ölkəni müasirləşdirmək və 0:02:20.000,0:02:23.000 vətəndaşları təhsil vasitəsiylə gücləndirmək istəyirdi. 0:02:23.000,0:02:25.000 Əlbəttə ki, Birləşmiş Krallıq da 0:02:25.000,0:02:28.000 neft gəlirlərindən xeyir götürürdü. 0:02:28.000,0:02:30.000 Yaxşı. 0:02:30.000,0:02:33.000 Mənim gördüyüm ən böyük dəyişiklik isə - 0:02:33.000,0:02:35.000 İngilis dilinin necə 0:02:35.000,0:02:37.000 qarşılıqlı səmərəli işdən 0:02:37.000,0:02:41.000 bu günkü kütləvi beynəlxalq 0:02:41.000,0:02:44.000 biznesə çevrilməsidir. 0:02:44.000,0:02:48.000 Məktəb kurrikulumunda xarici bir dil olmaqdan, 0:02:48.000,0:02:50.000 vətənim İngiltərənin 0:02:50.000,0:02:52.000 yeganə dili olmaqdan artıq olmayan ingilis dili 0:02:52.000,0:02:54.000 dünyadakı bütün ingilis dilində danışan 0:02:54.000,0:02:57.000 millətlər üçün kütləvi üstünlüyə çevrilib. 0:02:57.000,0:02:59.000 Niyə də yox? 0:02:59.000,0:03:02.000 Hər şeyə rəğmən, 0:03:02.000,0:03:05.000 dünya üzrə universitetlərin son reytinqinə görə 0:03:05.000,0:03:07.000 ən yaxşı təhsil Birləşmiş Krallıq və 0:03:07.000,0:03:11.000 ABŞ təhsil sisteminlərindədir. 0:03:11.000,0:03:15.000 Əslində, hamı ingiliscə təhsili almaq istəyir. 0:03:15.000,0:03:17.000 İngilis dili ana dili olmayanlar isə 0:03:17.000,0:03:19.000 imtahandan keçməlidirlər. 0:03:19.000,0:03:21.000 Bəs tələbəni sadəcə 0:03:21.000,0:03:23.000 dil qabiliyyəti olmadığına görə 0:03:23.000,0:03:25.000 geri çevirmək düzgündür? 0:03:25.000,0:03:27.000 Bəlkə də dahi olan 0:03:27.000,0:03:29.000 bir kompüter aliminiz var. 0:03:29.000,0:03:32.000 O, misal üçün, bir hüquqşünas ilə eyni dildə danışmalıdır? 0:03:32.000,0:03:35.000 Mən belə düşünmürəm. 0:03:36.000,0:03:39.000 Biz ingilis dili müəllimləri onlardan həmişə imtina edirik. 0:03:39.000,0:03:41.000 Biz nöqtə qoyuruq 0:03:41.000,0:03:43.000 və biz onları getdikləri yolda dayandırırıq. 0:03:43.000,0:03:45.000 Onlar ingilis dilini öyrənənə qədər 0:03:45.000,0:03:48.000 öz arzularını reallaşdıra bilmirlər. 0:03:49.000,0:03:52.000 Gəlin indi məsələyə belə baxaq: 0:03:52.000,0:03:56.000 əgər mən xərçəng xəstəliyinin müalicəsini bilən 0:03:56.000,0:03:58.000 yalnız holland dilində danışan biri ilə qarşılaşsaydım, 0:03:58.000,0:04:01.000 onun mənim Britaniya Universitetimə qəbul olmasını əngəlləməliydim? 0:04:01.000,0:04:03.000 Mən belə düşünmürəm. 0:04:03.000,0:04:06.000 Lakin həqiqətdə biz elə məhz bunu edirik. 0:04:06.000,0:04:09.000 Biz ingilis dili müəllimləri qapı mühafizəçisiyik. 0:04:09.000,0:04:12.000 Və sən ilk növbədə bizi İngilis dilini 0:04:12.000,0:04:15.000 kifayət qədər yaxşı bilməyin ilə razı salmalısan. 0:04:16.000,0:04:18.000 Cəmiyyətin kiçik hissəsinə 0:04:18.000,0:04:21.000 çox səlahiyyət vermək 0:04:21.000,0:04:23.000 təhlükəli ola bilər. 0:04:23.000,0:04:26.000 Bəlkə də maneə çox dünyəvi ola bilərdi. 0:04:26.000,0:04:28.000 Davam edək. 0:04:28.000,0:04:31.000 Lakin mən eşidirəm ki, siz deyirsiz 0:04:31.000,0:04:33.000 "Bəs araşdırmalar? 0:04:33.000,0:04:35.000 Onlar axı hamısı ingilis dilindədir." 0:04:35.000,0:04:37.000 Kitablar da ingilis dilindədir, 0:04:37.000,0:04:39.000 jurnallar da ingilis dilindədir, 0:04:39.000,0:04:42.000 lakin bu kiminsə boynuna nəsə qoymaq kimidir. 0:04:42.000,0:04:44.000 Bu ingilis dilinə olan tələbatdan qidalanır. 0:04:44.000,0:04:46.000 Beləliklə də davam edir. 0:04:46.000,0:04:49.000 Sizdən soruşuram, tərcüməyə nə olub? 0:04:49.000,0:04:53.000 Əgər İslamın Qızıl Dövrü barədə düşünürsünüzsə, 0:04:53.000,0:04:56.000 o dövrdə çoxlu tərcümələr var idi. 0:04:56.000,0:04:59.000 Onlar Latın, Yunan dillərindən 0:04:59.000,0:05:01.000 ərəb və fars dillərinə tərcümə edirdilər 0:05:01.000,0:05:03.000 və sonra da Avropanın 0:05:03.000,0:05:05.000 German dillərinə və Roman dillərinə 0:05:05.000,0:05:07.000 tərcümə edilirdi. 0:05:07.000,0:05:11.000 Və bu yolla da Avropanın Qaranlıq əsrləri işıqlanmışdı. 0:05:12.000,0:05:14.000 Məni səhv başa düşməyin; 0:05:14.000,0:05:16.000 əziz ingilis dili müəllimləri, 0:05:16.000,0:05:18.000 mən ingilis dili öyrədilməsinə qarşı deyiləm. 0:05:18.000,0:05:20.000 Mən sevinirəm ki, bizim qlobal olan bir dilimiz var. 0:05:20.000,0:05:23.000 Bizim buna həmişəkindən çox ehtiyacımız var. 0:05:23.000,0:05:25.000 Lakin mən onun sərhəd kimi istifadə 0:05:25.000,0:05:27.000 olunmasına qarşıyam. 0:05:27.000,0:05:30.000 Biz həqiqətən də istəyirikmi ki, başda ingilis və 0:05:30.000,0:05:33.000 çin dili olmaqla, cəmi 600 dil qalsın? 0:05:33.000,0:05:36.000 Bizim bundan daha artığına ehtiyacımız var. Biz sərhədi harada çəkirik? 0:05:36.000,0:05:38.000 Bu sistem biliyi 0:05:38.000,0:05:41.000 tamamilə təsadüfi dil olan 0:05:41.000,0:05:44.000 İngilis dili bilmək ilə 0:05:44.000,0:05:46.000 bərabər edir. 0:05:46.000,0:05:52.000 (Alqışlar) 0:05:52.000,0:05:54.000 Mən sizə xatırlatmaq istəyirəm ki, 0:05:54.000,0:05:57.000 bugünkü elmin daşıyıcısı olan 0:05:57.000,0:05:59.000 böyük alimlərin İngilis dilini 0:05:59.000,0:06:01.000 bilməyə ehtiyacı yox idi. 0:06:01.000,0:06:03.000 Onlar İngilis dili testindən keçməli deyildilər. 0:06:03.000,0:06:06.000 Məsəl üçün, Eynşteyn. 0:06:07.000,0:06:10.000 Yeri gəlmişkən, o, məktəbdə müalicə olunan uşaq hesab olunurdu, 0:06:10.000,0:06:12.000 çünki o disleksik idi (oxumağı bacarmırdı). 0:06:12.000,0:06:14.000 Lakin dünyanın bəxti gətirib ki, 0:06:14.000,0:06:17.000 o, ingilis dili imtahanından keçməli olmayıb. 0:06:17.000,0:06:20.000 Çünki onlar 1964-cü ilə qədər 0:06:20.000,0:06:22.000 Amerikanın İngilis dili imtahanı olan TOEFL-u 0:06:22.000,0:06:24.000 hələ təşkil etmirdilər . 0:06:24.000,0:06:26.000 İndi isə doludur. 0:06:26.000,0:06:29.000 Çoxsaylı İngilis dili imtahanları var. 0:06:29.000,0:06:31.000 Və milyonlarla tələbə hər il 0:06:31.000,0:06:33.000 bu imtahanlardan keçir. 0:06:33.000,0:06:35.000 İndi siz düşünə bilərsiniz ki, 0:06:35.000,0:06:37.000 "Qiymətlər elə də baha deyil" 0:06:37.000,0:06:39.000 amma bu testlər milyonlarla kasıb 0:06:39.000,0:06:41.000 insana qadağalar qoyur. 0:06:41.000,0:06:43.000 Buna görə də biz onlardan imtina edirik. 0:06:43.000,0:06:46.000 (Alqışlar) 0:06:46.000,0:06:49.000 Mənim yadıma bu yaxınlarda gördüyüm bir sərlövhə düşür: 0:06:49.000,0:06:51.000 "Təhsil: Böyük Tanrıdır" 0:06:51.000,0:06:53.000 İndi başa düşürəm ki, 0:06:53.000,0:06:56.000 niyə insanlar İngilis dilinə bu qədər meyl edirlər. 0:06:56.000,0:06:59.000 Onlar öz övladlarına həyatda ən yaxşı şansları vermək istəyirlər. 0:07:00.000,0:07:03.000 Bunu etmək üçün də onların Qərb təhsilinə ehtiyacı var. 0:07:03.000,0:07:05.000 Çünki əlbəttə ki, ən yaxşı işlər 0:07:05.000,0:07:08.000 mənim əvvəl də qeyd etdiyim kimi, 0:07:08.000,0:07:10.000 Qərb Universitetlərində oxuyan insanlara verilir. 0:07:10.000,0:07:12.000 Bu dövri bir şeydir. 0:07:12.000,0:07:14.000 Yaxşı. 0:07:14.000,0:07:16.000 Gəlin mən sizə iki alimdən, 0:07:16.000,0:07:18.000 iki ingilis alimindən söz açım. 0:07:18.000,0:07:20.000 Onlar genetika ilə və 0:07:20.000,0:07:22.000 heyvanların ön və arxa ayaqları ilə 0:07:22.000,0:07:25.000 bağlı təcrübə aparırdılar. 0:07:25.000,0:07:27.000 Lakin onlar istədikləri nəticəni əldə edə bilmədilər. 0:07:27.000,0:07:29.000 Onlar həqiqətən də bir alman alimi gələnə qədər 0:07:29.000,0:07:32.000 bilmirdilər ki, nə etsinlər. 0:07:32.000,0:07:35.000 Lakin alman alimi başa düşdü ki, onlar ön və arxa 0:07:35.000,0:07:37.000 ayaqlar üçün iki ayrı sözdən istifadə edirlər, 0:07:37.000,0:07:41.000 genetikada isə alman dilində olduğu kimi 0:07:41.000,0:07:43.000 eyni sözdən istifadə edilir. 0:07:43.000,0:07:45.000 Vəssalam. 0:07:45.000,0:07:47.000 Problem həll olundu. 0:07:47.000,0:07:49.000 Ağlına bir fikir gəlmirsə, 0:07:49.000,0:07:52.000 sən batmısan. 0:07:52.000,0:07:54.000 Əgər başqa bir dil bunu fikirləşirsə, 0:07:54.000,0:07:56.000 onda əməkdaşlıq edərək 0:07:56.000,0:07:59.000 biz daha artığına nail ola bilər və öyrənərik. 0:08:01.000,0:08:03.000 Mənim qızım 0:08:03.000,0:08:06.000 Küveytdən İngiltərəyə gəldi. 0:08:06.000,0:08:09.000 O təbiət elmləri və riyaziyyatı ərəb dilində öyrənib. 0:08:09.000,0:08:12.000 Bu bir ərəb orta məktəbidir. 0:08:12.000,0:08:15.000 O, öz qrammatka məktəbində bunları ingilis dilinə tərcümə etməli olub 0:08:15.000,0:08:17.000 və sinifdə həmin dərslər üzrə 0:08:17.000,0:08:19.000 ən yaxşı şagird seçildi. 0:08:19.000,0:08:21.000 Bu bizə deyir ki, 0:08:21.000,0:08:23.000 bizə xaricdən tələbələr gələndə 0:08:23.000,0:08:25.000 biz onlara onların bildiklərinin - 0:08:25.000,0:08:27.000 öz dillərində bildiklərinin 0:08:27.000,0:08:30.000 layiqli qiymətini verə bilmirik. 0:08:30.000,0:08:32.000 Dil öləndə 0:08:32.000,0:08:35.000 biz həmin dillə birlikdə nələri itirdiyimizdən xəbərimiz yoxdu. 0:08:35.000,0:08:39.000 Bilmirəm siz bu yaxınlarda CNN-də görmüsünüz ya yox, 0:08:39.000,0:08:41.000 gənc Kenyalı çoban oğlana 0:08:41.000,0:08:44.000 Heroes (Qəhrəmanlar) mükafatı verildi. 0:08:44.000,0:08:47.000 O, öz kəndlərində bütün digər kənd 0:08:47.000,0:08:49.000 uşaqları kimi gecələr oxuya bilmirdi, 0:08:49.000,0:08:51.000 çünki kerosin lampası tüstü verirdi 0:08:51.000,0:08:53.000 və onun gözlərini zəiflədirdi. 0:08:53.000,0:08:56.000 Bundan başqa, hər zaman kifayət qədər kerosin də olmurdu. 0:08:56.000,0:08:59.000 Gündə bir dollara nə almaq olar ki? 0:08:59.000,0:09:01.000 Beləliklə də o, 0:09:01.000,0:09:04.000 pulsuz günəş lampası ixtira etdi. 0:09:04.000,0:09:06.000 İndi isə onun kəndindəki uşaqlar 0:09:06.000,0:09:08.000 evlərində elektrik olan digər uşaqlarla 0:09:08.000,0:09:12.000 məktəbdə eyni qiymətləri alır. 0:09:12.000,0:09:18.000 (Alqışlar) 0:09:18.000,0:09:20.000 O, mükafatını alanda, 0:09:20.000,0:09:22.000 bu xoş sözləri dedi: 0:09:22.000,0:09:25.000 "Uşaqlar bu günkü Afrikanı 0:09:25.000,0:09:27.000 qaranlıq materikdən 0:09:27.000,0:09:29.000 işıqlı materikə çevirə bilər". 0:09:29.000,0:09:31.000 Sadə bir ideya olsa da, 0:09:31.000,0:09:34.000 onun böyük əhatəli təsiri ola bilər. 0:09:35.000,0:09:37.000 Fərqi yoxdur, fiziki və ya metaforik anlamda, 0:09:37.000,0:09:40.000 işığı olmayan insanlar 0:09:40.000,0:09:43.000 bizim imtahanları keçə bilməz 0:09:43.000,0:09:46.000 və biz heç vaxt onların nə bildiklərini bilə bilmərik. 0:09:46.000,0:09:49.000 Gəlin, onları və özümüzü 0:09:49.000,0:09:51.000 qaranlıqda saxlamayaq. 0:09:51.000,0:09:54.000 Gəlin müxtəlifliyimizə sevinək. 0:09:54.000,0:09:57.000 Öz dilimizi qucaqlayaq. 0:09:57.000,0:10:01.000 Böyük ideyaları yaymaq üçün ondan istifadə edək. 0:10:01.000,0:10:08.000 (Alqış)[br](Yazı: Heyif, pardaxlamış çox gülün gözəlliyi görülməmişsə[br]Şirinliyi səhra havasına itmişsə,[br]Thomas Gray, "Kilsə həyətində yazılmış mərsiyyə") 0:10:08.000,0:10:10.000 Çox təşəkkür edirəm. 0:10:10.000,0:10:13.000 (Alqış)