-
Sevil yetişdirdiyi pomidorların
hündürlüklərini ölçür.
-
Burada bu haqda məlumatlar var.
-
1-ci pomidorun hündürlüyü 3 tam 1/4 sm,
-
2-nin hündürlüyü 2 tam 7/8 sm,
3-nün hündürlüyü 3 tam 1/2 sm-dir.
-
Birinci pomidor və
-
ikinci pomidorun
-
hündürlükləri arasındakı
-
fərq nə qədərdir?
-
Bu ikisinin hündürlüyü arasındakı fərqi
-
tapmalıyıq.
-
Bu məsələnin həllində 3-cü pomidor haqqında
-
məlumatlara ehtiyac yoxdur.
-
Bu ikisi arasındakı hündürlük fərqini
-
tapmalıyıq.
-
Bunun üçün böyük qiymətdən
-
kiçik qiyməti çıxmalıyıq.
-
3 tam 1/4 çıx
-
2 tam 7/8 fərqini tapmalıyıq.
-
Bunun üçün ilk olaraq bu qiymətləri
-
qarışıq ədəd kimi yazaq.
-
Üzr istəyirəm, onlar artıq qarışıq
ədəd formasında yazılıb,
-
onları düzgün olmayan kəsr kimi yazaq.
-
3 tam 1/4 3 üstəgəl
-
1/4-ə, yəni 12/4 üstəgəl 1/4-ə
bərabərdir.
-
Bu, 3 tam 1/4 deməkdir.
-
Bu qiymətdən 2 tam 7/8 çıxmalıyıq.
-
2 tam 7/8 2 üstəgəl 7/8-yə bərabərdir,
-
bunu 16/8 üstəgəl 7/8 kimi yaza bilərik.
-
Bunların cavabını tapmağa çalışaq.
-
12/4 üstəgəl 1/4 nəyə bərabərdir?
-
13/4, yəni 13 böl 4.
-
16/8 üstəgəl 7/8 nəyə bərabərdir?
-
23/8.
-
Bundan 23 böl 8 çıxırıq.
-
Bir kəsrdən digərini çıxmalıyıq.
-
Lakin məxrəclər müxtəlifdir.
-
Onları ortaq məxrəcə gətirməsək,
ifadəni
-
hesablaya bilmərik.
-
Bu iki məxrəcin, yəni 4 və 8-in
-
ən kiçik ortaq bölünəni nədir?
-
4 və 8-ə bölünə bilən ən kiçik ədəd
hansıdır?
-
8 8-ə bölünə bilir.
-
8 həmçinin 4-ə də bölünə bilir.
-
13/4 kəsrini məxrəci 8 olan kəsr kimi
-
yazmağa çalışaq.
-
Hesablayaq.
-
Burada məxrəclərin hər ikisində
8 yazılmağını
-
təyin etməliyik.
-
Onlardan biri artıq hazırdır.
-
13/4 kəsrini məxrəci 8 olan kəsr kimi
yazaq.
-
4-dən 8 almaq üçün məxrəci 2-yə
-
vurmalıyıq.
-
Kəsrin qiymətini dəyişməmək üçün
-
surəti də eyni qiymətə
-
vurmalıyıq.
-
Bunu da 2-yə vururuq.
-
Cavabda 26/8 alınır.
-
26/8-dan 23/8 çıxmalıyıq.
-
Cavabda məxrəc 8-ə bərabər olacaq.
26 çıx 23
-
3-ə bərabərdir.
-
Burada 3/8 alınır.
-
Belə ki, 1-ci pomidor və 2-ci pomidorun
hündürlükləri arasındakı fərq
-
3/8-ə bərabərdir.
-
Burada vahid santimetrdir.
-
Yəni cavab 3/8 sm-dir.