Hər şeyin tarixi və gələcəyi -- Zaman
-
0:00 - 0:03Zaman kiçik aralıqlarla mənalıdır.
-
0:04 - 0:06Çox böyük zaman aralıqlarına baxdıqda isə
-
0:06 - 0:10nəyisə dərk etmək, demək olar ki, qeyri-mümkündür.
-
0:10 - 0:12Ona görə də yavaş-yavaş başlayaq...
-
0:12 - 0:15dəqiqələrlə, saatlarla, günlərlə.
-
0:15 - 0:21Çox güman ki, son 24 saatınızı əsasən yatmaqla, işləməklə və arabir kofe içməklə keçirmisiniz.
-
0:21 - 0:24Zəhmət olmazsa, televizora az baxın!
-
0:24 - 0:28İndi 2013-cü ilə baxaq: nisbətən nəzərə çarpmadan
-
0:28 - 0:31Hitlerin mühafizəçisi 96 yaşında vəfat etdi,
-
0:31 - 0:35iyunda isə Edvard Snouden tərəfindən NSA ("Milli Təhlükəsizlik Agentliyi") qalmaqalı başladı.
-
0:35 - 0:40Bir az geriyə getsək, 21-ci əsr hələ kifayət qədər gəncdir və əsasən
-
0:40 - 0:45nəticə etibarı ilə üçüncü İraq müharibəsinə gətirib çıxarmış 11 sentyabr hücumlarının təsiri ilə formalaşmışdır.
-
0:45 - 0:49Ah... və Facebook və smartfonlar həyatımızı ələ aldılar.
-
0:49 - 0:51Amma biz hələ yeni başlayırıq.
-
0:51 - 0:53Bir az da geriyə qayıdaq.
-
1:00 - 1:0320-ci əsrin payına da öz münaqişələri düşmüşdür.
-
1:03 - 1:05İki dağıdıcı dünya müharibəsindən sonra
-
1:05 - 1:09onun təxminən bütün ikinci yarısı boyunca soyuq müharibə davam etmişdir.
-
1:09 - 1:12Orta insan ömrü bu şeylərin çoxunu əhatə edir,
-
1:12 - 1:16İnternetin yaranması və informasiya əsrinin başlanması da daxil olmaqla.
-
1:17 - 1:24Hazırda dünyanın ən yaşlı insanı 1898-ci ildə anadan olmuş Misao Okavadır,
-
1:24 - 1:26bu isə o deməkdir ki, onun anadan olduğu tarix Napoleonun
-
1:26 - 1:30Avropanı idarə etdiyi dövrlərə bu gündən daha yaxındır.
-
1:30 - 1:35Bəşəriyyət tarixinin son beş yüz ili həyat tərzimizə çoxlu dəyişikliklər gətirmişdir:
-
1:35 - 1:39Sənayeləşmə kommunizm kimi yeni ideyalara təkan verdi,
-
1:39 - 1:44kəndliləri işçilər əvəz etdilər və biliklərin yayılması asanlaşdı.
-
1:44 - 1:48Təkamül nəzəriyyəsi özümüz və yaşadığımız dünya haqqında təsəvvürlərimizi dəyişdirdi.
-
1:48 - 1:51Bütün bunlar cəmi bir neçə yüz il ərzində!
-
1:51 - 1:5315-ci əsr hadisələrlə çox zəngin idi:
-
1:53 - 2:00Kolumbun Amerikanı kəşf etməsi və Konstantinopolun süqutu orta əsrlərin sonunu xarakterizə edir.
-
2:00 - 2:04Orta əsr insanları ərazi və din uğrunda müharibələrdə çox yaxşı idilər,
-
2:04 - 2:10amma taun xəstəliyi müharibədən daha effektiv idi və altı il ərzində hər üç Avropalıdan birini öldürdü.
-
2:10 - 2:15Bizim eranın əvvəlinə çatarkən haradan gəldiyimizə bir daha nəzər salaq.
-
2:15 - 2:21Bizim indiki əsrimiz çox balacadır, 2013-cü il isə güclə görünür.
-
2:21 - 2:24Bu da yazılmış bəşəriyyət tarixidir.
-
2:24 - 2:28Piramidalar 4500 il əvvəl tikilmişdir,
-
2:28 - 2:31Roma İmperiyasının zirvəsi 2000 il əvvəl olmuşdur,
-
2:31 - 2:36ona görə də Romalılar bizim üçün nə qədər qədimdirlərsə, onlar üçün də piramidalar o qədər qədim olub.
-
2:37 - 2:41Tarix yazı ilə başlayır. Bəs ondan əvvəl nə baş verib?
-
2:41 - 2:45Təxminən 12 000 il əvvəl kənd təsərrüfatında inqilab olub.
-
2:45 - 2:51Bəşəriyyət torpağı becərməyə başladı ki, bu da şəhərlərin və daha böyük icmaların inkişafına gətirib çıxardı.
-
2:51 - 2:56İnsan növünün Yer planetində hökmranlığı buradan başlayıb.
-
2:56 - 3:0090 000 il əvvəl neandertallar və insanlar Avropada eyni zamanda yaşayıblar.
-
3:00 - 3:04Qəribə fakt: müasir kosmik gəminin
-
3:04 - 3:07bizə ən yaxın ulduza çatmasına təxminən bu qədər vaxt lazımdır (Günəşi nəzərə almasaq).
-
3:07 - 3:12Homo sapiens, yəni müasir insan 200 000 il əvvəl təkamül edib.
-
3:12 - 3:18İnsan tarixinin hamısına baxanda "bizim əsr" adlandırdığımız dövr necə də balacadır, elə deyilmi?
-
3:18 - 3:206 000 000 il əvvəl əcdadlarımız
-
3:20 - 3:25və müasir şimpanzelər son dəfə olaraq ortaq əcdadı bölüşürdülər.
-
3:25 - 3:302 750 000 il ərzində isə maraq yalnız daş alətlərə idi.
-
3:31 - 3:36Cəmi 65 000 0000 il əvvəl nəhəng partlayış ilə dinozavrlar erası sona çatdı
-
3:36 - 3:39və bu da məməlilərin inkişafına şərait yaratdı.
-
3:39 - 3:42Amma dinozavrlar ağlasığmaz qədər uzun müddət planetimizdə hökmranlıq etdilər:
-
3:42 - 3:45165 000 000 ildən çox!
-
3:45 - 3:50Bu vaxt o qədər çoxdur ki, 65 000 000 il əvvəl yaşamış tirannozavr reks
-
3:50 - 3:53Mayli Sayrusun canlı konsertini görməyə
-
3:53 - 3:56canlı steqozavr görməkdən daha yaxındır.
-
3:56 - 4:00Bu planetdə heyvanlar aləmi 600 000 000 il əvvəl başlamışdır:
-
4:00 - 4:06ən erkən heyvanlar balıqlar və digər sadə dəniz canlıları idi, sonra həşəratlar, sonra isə sürünənlər gəldilər
-
4:06 - 4:09və nəhayət, təxminən 200 000 000 il əvvəl
-
4:09 - 4:11məməlilər dəstəyə qoşuldular.
-
4:12 - 4:15Həyatın özü isə xeyli əvvəl başlamışdı:
-
4:15 - 4:183 600 000 000 il əvvəl.
-
4:18 - 4:21Hər hansı heyvan mövcud olmazdan əvvəl 2 400 000 000 il ərzində
-
4:21 - 4:25həyat yalnız xırda mikroblardan,
-
4:25 - 4:28saysız-hesabsız təkhüceyrəli bakteriyalardan ibarət idi.
-
4:28 - 4:343 000 000 000 il ərzində Yer üzərindəki bütün həyat gözlə görünməz səviyyədə idi.
-
4:34 - 4:37Təkhüceyrəli orqanizmlərin inkişaf edərək
-
4:37 - 4:41balıq və ya ərincək kimi mürəkkəb canlı formalarına necə çevrildiyini başa düşmək çətindir.
-
4:41 - 4:45Cavab zamandır, lap çox zaman:
-
4:45 - 4:492 400 000 000 il isə çox uzun zamandır!
-
4:49 - 4:544 600 000 000 il əvvəl nəhəng bir partlayışın qalıqlarından Günəş əmələ gəldi,
-
4:54 - 4:5760 000 000 il sonra isə Yer yarandı.
-
4:57 - 5:01Həmin illərdə kometlər və asteroidlər tərəfindən tez-tez baş verən bombardmanlar
-
5:01 - 5:05Yer kürəsini böyük okeanlar və kosmik gəmi göndərmək üçün Ay ilə təchiz etdi.
-
5:05 - 5:12Amma bütöv kainatla müqayisədə bizim Günəş sistemi çox yenidir.
-
5:12 - 5:1613 750 000 000 il əvvəl kainat yarandı,
-
5:16 - 5:21600 000 000 il sonra isə milyardlarla ulduzdan bizim öz qalaktikamız yarandı, bəs
-
5:21 - 5:24Böyük Partlayışdan əvvəl nə var idi?
-
5:24 - 5:28Həqiqət budur ki, biz bunu hələ bilmirik... və bəlkə də heç vaxt bilməyəcəyik.
-
5:28 - 5:32Amma ona da bir rəng verdik ki, heç olmazsa nə isə olsun.
-
5:32 - 5:34Beləliklə axıra çatdıq:
-
5:34 - 5:36Keçmiş.
-
5:36 - 5:39İndi isə gələcək haqqında nə bildiyimizə baxaq.
-
5:39 - 5:41Təxminən 1 000 000 000 il sonra
-
5:41 - 5:45Günəş o qədər isti olacaq ki, Yerdə həyat mümkün olmayacaq,
-
5:45 - 5:514 000 000 000 il sonra Günəşin ölümü isə Günəş sisteminin sonu olacaq.
-
5:51 - 5:53Yaxşı, artıq Günəş sistemi yoxdur.
-
5:53 - 5:56Bəs ondan sonra nə baş verəcək?
-
5:56 - 5:59Bundan bir neçə trilyon il sonra ulduzların emalı dayanacaq
-
5:59 - 6:03və bir gün kainatdakı son ulduz məhv olacaq.
-
6:03 - 6:06Kainat qaranlığa qərq olacaq,
-
6:06 - 6:09orada yalnız qara dəliklər mövcud olacaq.
-
6:09 - 6:11Sonuncu qara dəlik buxarlandıqdan xeyli sonra isə
-
6:11 - 6:15kainatımız özünün son mərhələsinə çatacaq:
-
6:15 - 6:17"İsti ölüm" adlanan bir şey.
-
6:17 - 6:19Artıq heç nə dəyişmir,
-
6:19 - 6:20kainat
-
6:20 - 6:21ölüdür,
-
6:21 - 6:22həmişəlik.
-
6:24 - 6:27İndi siz bir az qorxunc hislər keçirirsiniz,
-
6:27 - 6:28elə deyilmi?
-
6:28 - 6:29Elə biz də!
-
6:29 - 6:32Bu təbiidir.
-
6:32 - 6:33Yaxşı xəbər isə budur:
-
6:33 - 6:35buna hələ lap çox var!
-
6:35 - 6:39Əsil vacib olan isə indidir.
-
6:39 - 6:41Xoşunuza gələn o qəşəng qızla ...
-
6:41 - 6:42... görüş təyin edin!
-
6:42 - 6:44Zaman dəyərlidir,
-
6:44 - 6:47onun qədrini bilin!
- Title:
- Hər şeyin tarixi və gələcəyi -- Zaman
- Description:
-
Nə qədər vaxtınız qalıb?
Zaman kiçik aralıqlarla mənalıdır. Çox böyük zaman aralıqlarına baxdıqda isə nəyisə dərk etmək, demək olar ki, qeyri-mümkündür. Ona görə də biz möhtəşəm "Wait but Why" bloqu ilə birləşdik və bu mövzuları başa düşməyinizə kömək məqsədilə kompyuter qrafikasından istifadə edərək bu videonu yaratdıq!
Bu video KURZGESAGT & WAITBUTWHY proyektlərinin əməkdaşlığından yaranmışdır!
http://www.waitbutwhy.com/
WAIT BUT WHY: Həyata yeni baxışları göstərən MÖHTƏŞƏM BLOQdur. Onları ziyarət edin, bizdən salam deyin! :D Bizə inanın, zamanınızı sərf etməyə dəyər!
http://www.waitbutwhy.com/
Bu videoya görə çox məmnunuq. Ona görə də əgər xoşunuza gəldisə onu bölüşün :D
Müxtəlif şeyləri izah edən qısa videolar. Məsələn, təkamül, kainat, zaman, fond birjası və ya hidravlik dağıtma kimi mübahisəli mövzular. Ona görə ki, biz elmi sevirik.
Hansı mövzuları görmək istədiyinizi bilmək üçün siz tamaşaçılarımızla daha çox təmasda olmaq istərdik. Gələcək videolar üçün tövsiyələriniz varsa, bizə yazın! :D
Biz Münxendən olan bir qrup informasiya dizayneriyik, bizi facebook və ya behance səhifəmizdə ziyarət edin!
https://www.facebook.com/Kurzgesagt
http://www.behance.net/PhilippDettmer
Hər şeyin tarixi və gələcəyi -- Zaman
- Video Language:
- English, British
- Duration:
- 07:11
Namig Guliyev edited Azerbaijani subtitles for The History and Future of Everything -- Time |