[Script Info] Title: [Events] Format: Layer, Start, End, Style, Name, MarginL, MarginR, MarginV, Effect, Text Dialogue: 0,0:00:00.00,0:00:03.24,Default,,0000,0000,0000,,Zaman kiçik aralıqlarla mənalıdır. Dialogue: 0,0:00:03.82,0:00:06.47,Default,,0000,0000,0000,,Çox böyük zaman aralıqlarına baxdıqda isə Dialogue: 0,0:00:06.47,0:00:09.70,Default,,0000,0000,0000,,nəyisə dərk etmək, demək olar ki, qeyri-mümkündür. Dialogue: 0,0:00:09.70,0:00:11.80,Default,,0000,0000,0000,,Ona görə də yavaş-yavaş başlayaq... Dialogue: 0,0:00:11.80,0:00:14.97,Default,,0000,0000,0000,,dəqiqələrlə, saatlarla, günlərlə. Dialogue: 0,0:00:14.97,0:00:20.79,Default,,0000,0000,0000,,Çox güman ki, son 24 saatınızı əsasən yatmaqla, işləməklə və arabir kofe içməklə keçirmisiniz. Dialogue: 0,0:00:21.24,0:00:23.53,Default,,0000,0000,0000,,Zəhmət olmazsa, televizora az baxın! Dialogue: 0,0:00:23.93,0:00:27.76,Default,,0000,0000,0000,,İndi 2013-cü ilə baxaq: nisbətən nəzərə çarpmadan Dialogue: 0,0:00:27.76,0:00:31.30,Default,,0000,0000,0000,,Hitlerin mühafizəçisi 96 yaşında vəfat etdi, Dialogue: 0,0:00:31.30,0:00:35.38,Default,,0000,0000,0000,,iyunda isə Edvard Snouden tərəfindən NSA ("Milli Təhlükəsizlik Agentliyi") qalmaqalı başladı. Dialogue: 0,0:00:35.38,0:00:39.96,Default,,0000,0000,0000,,Bir az geriyə getsək, 21-ci əsr hələ kifayət qədər gəncdir və əsasən Dialogue: 0,0:00:39.96,0:00:44.71,Default,,0000,0000,0000,,nəticə etibarı ilə üçüncü İraq müharibəsinə gətirib çıxarmış 11 sentyabr hücumlarının təsiri ilə formalaşmışdır. Dialogue: 0,0:00:44.71,0:00:48.55,Default,,0000,0000,0000,,Ah... və Facebook və smartfonlar həyatımızı ələ aldılar. Dialogue: 0,0:00:48.58,0:00:50.82,Default,,0000,0000,0000,,Amma biz hələ yeni başlayırıq. Dialogue: 0,0:00:50.82,0:00:53.03,Default,,0000,0000,0000,,Bir az da geriyə qayıdaq. Dialogue: 0,0:01:00.06,0:01:03.30,Default,,0000,0000,0000,,20-ci əsrin payına da öz münaqişələri düşmüşdür. Dialogue: 0,0:01:03.30,0:01:05.33,Default,,0000,0000,0000,,İki dağıdıcı dünya müharibəsindən sonra Dialogue: 0,0:01:05.33,0:01:09.18,Default,,0000,0000,0000,,onun təxminən bütün ikinci yarısı boyunca soyuq müharibə davam etmişdir. Dialogue: 0,0:01:09.18,0:01:12.15,Default,,0000,0000,0000,,Orta insan ömrü bu şeylərin çoxunu əhatə edir, Dialogue: 0,0:01:12.15,0:01:16.39,Default,,0000,0000,0000,,İnternetin yaranması və informasiya əsrinin başlanması da daxil olmaqla. Dialogue: 0,0:01:17.19,0:01:23.83,Default,,0000,0000,0000,,Hazırda dünyanın ən yaşlı insanı 1898-ci ildə anadan olmuş Misao Okavadır, Dialogue: 0,0:01:23.83,0:01:26.43,Default,,0000,0000,0000,,bu isə o deməkdir ki, onun anadan olduğu tarix Napoleonun Dialogue: 0,0:01:26.43,0:01:30.09,Default,,0000,0000,0000,,Avropanı idarə etdiyi dövrlərə bu gündən daha yaxındır. Dialogue: 0,0:01:30.09,0:01:35.50,Default,,0000,0000,0000,,Bəşəriyyət tarixinin son beş yüz ili həyat tərzimizə çoxlu dəyişikliklər gətirmişdir: Dialogue: 0,0:01:35.50,0:01:39.37,Default,,0000,0000,0000,,Sənayeləşmə kommunizm kimi yeni ideyalara təkan verdi, Dialogue: 0,0:01:39.37,0:01:44.08,Default,,0000,0000,0000,,kəndliləri işçilər əvəz etdilər və biliklərin yayılması asanlaşdı. Dialogue: 0,0:01:44.08,0:01:48.44,Default,,0000,0000,0000,,Təkamül nəzəriyyəsi özümüz və yaşadığımız dünya haqqında təsəvvürlərimizi dəyişdirdi. Dialogue: 0,0:01:48.44,0:01:51.10,Default,,0000,0000,0000,,Bütün bunlar cəmi bir neçə yüz il ərzində! Dialogue: 0,0:01:51.10,0:01:53.46,Default,,0000,0000,0000,,15-ci əsr hadisələrlə çox zəngin idi: Dialogue: 0,0:01:53.46,0:01:59.100,Default,,0000,0000,0000,,Kolumbun Amerikanı kəşf etməsi və Konstantinopolun süqutu orta əsrlərin sonunu xarakterizə edir. Dialogue: 0,0:01:59.100,0:02:03.82,Default,,0000,0000,0000,,Orta əsr insanları ərazi və din uğrunda müharibələrdə çox yaxşı idilər, Dialogue: 0,0:02:03.82,0:02:10.40,Default,,0000,0000,0000,,amma taun xəstəliyi müharibədən daha effektiv idi və altı il ərzində hər üç Avropalıdan birini öldürdü. Dialogue: 0,0:02:10.40,0:02:15.12,Default,,0000,0000,0000,,Bizim eranın əvvəlinə çatarkən haradan gəldiyimizə bir daha nəzər salaq. Dialogue: 0,0:02:15.12,0:02:21.21,Default,,0000,0000,0000,,Bizim indiki əsrimiz çox balacadır, 2013-cü il isə güclə görünür. Dialogue: 0,0:02:21.28,0:02:23.86,Default,,0000,0000,0000,,Bu da yazılmış bəşəriyyət tarixidir. Dialogue: 0,0:02:23.86,0:02:27.70,Default,,0000,0000,0000,,Piramidalar 4500 il əvvəl tikilmişdir, Dialogue: 0,0:02:27.70,0:02:30.92,Default,,0000,0000,0000,,Roma İmperiyasının zirvəsi 2000 il əvvəl olmuşdur, Dialogue: 0,0:02:30.92,0:02:36.23,Default,,0000,0000,0000,,ona görə də Romalılar bizim üçün nə qədər qədimdirlərsə, onlar üçün də piramidalar o qədər qədim olub. Dialogue: 0,0:02:37.43,0:02:41.43,Default,,0000,0000,0000,,Tarix yazı ilə başlayır. Bəs ondan əvvəl nə baş verib? Dialogue: 0,0:02:41.43,0:02:45.49,Default,,0000,0000,0000,,Təxminən 12 000 il əvvəl kənd təsərrüfatında inqilab olub. Dialogue: 0,0:02:45.49,0:02:51.14,Default,,0000,0000,0000,,Bəşəriyyət torpağı becərməyə başladı ki, bu da şəhərlərin və daha böyük icmaların inkişafına gətirib çıxardı. Dialogue: 0,0:02:51.14,0:02:55.58,Default,,0000,0000,0000,,İnsan növünün Yer planetində hökmranlığı buradan başlayıb. Dialogue: 0,0:02:55.58,0:02:59.92,Default,,0000,0000,0000,,90 000 il əvvəl neandertallar və insanlar Avropada eyni zamanda yaşayıblar. Dialogue: 0,0:02:59.92,0:03:03.70,Default,,0000,0000,0000,,Qəribə fakt: müasir kosmik gəminin Dialogue: 0,0:03:03.70,0:03:06.92,Default,,0000,0000,0000,,bizə ən yaxın ulduza çatmasına təxminən bu qədər vaxt lazımdır (Günəşi nəzərə almasaq). Dialogue: 0,0:03:06.92,0:03:11.89,Default,,0000,0000,0000,,Homo sapiens, yəni müasir insan 200 000 il əvvəl təkamül edib. Dialogue: 0,0:03:11.89,0:03:17.96,Default,,0000,0000,0000,,İnsan tarixinin hamısına baxanda "bizim əsr" adlandırdığımız dövr necə də balacadır, elə deyilmi? Dialogue: 0,0:03:17.96,0:03:20.18,Default,,0000,0000,0000,,6 000 000 il əvvəl əcdadlarımız Dialogue: 0,0:03:20.18,0:03:24.93,Default,,0000,0000,0000,,və müasir şimpanzelər son dəfə olaraq ortaq əcdadı bölüşürdülər. Dialogue: 0,0:03:24.93,0:03:30.37,Default,,0000,0000,0000,,2 750 000 il ərzində isə maraq yalnız daş alətlərə idi. Dialogue: 0,0:03:30.73,0:03:36.30,Default,,0000,0000,0000,,Cəmi 65 000 0000 il əvvəl nəhəng partlayış ilə dinozavrlar erası sona çatdı Dialogue: 0,0:03:36.30,0:03:38.85,Default,,0000,0000,0000,,və bu da məməlilərin inkişafına şərait yaratdı. Dialogue: 0,0:03:38.85,0:03:41.60,Default,,0000,0000,0000,,Amma dinozavrlar ağlasığmaz qədər uzun müddət planetimizdə hökmranlıq etdilər: Dialogue: 0,0:03:41.60,0:03:45.06,Default,,0000,0000,0000,,165 000 000 ildən çox! Dialogue: 0,0:03:45.06,0:03:49.88,Default,,0000,0000,0000,,Bu vaxt o qədər çoxdur ki, 65 000 000 il əvvəl yaşamış tirannozavr reks Dialogue: 0,0:03:49.88,0:03:53.09,Default,,0000,0000,0000,,Mayli Sayrusun canlı konsertini görməyə Dialogue: 0,0:03:53.09,0:03:56.03,Default,,0000,0000,0000,,canlı steqozavr görməkdən daha yaxındır. Dialogue: 0,0:03:56.03,0:03:59.94,Default,,0000,0000,0000,,Bu planetdə heyvanlar aləmi 600 000 000 il əvvəl başlamışdır: Dialogue: 0,0:03:59.94,0:04:06.04,Default,,0000,0000,0000,,ən erkən heyvanlar balıqlar və digər sadə dəniz canlıları idi, sonra həşəratlar, sonra isə sürünənlər gəldilər Dialogue: 0,0:04:06.04,0:04:09.27,Default,,0000,0000,0000,,və nəhayət, təxminən 200 000 000 il əvvəl Dialogue: 0,0:04:09.27,0:04:11.10,Default,,0000,0000,0000,,məməlilər dəstəyə qoşuldular. Dialogue: 0,0:04:12.08,0:04:14.95,Default,,0000,0000,0000,,Həyatın özü isə xeyli əvvəl başlamışdı: Dialogue: 0,0:04:14.95,0:04:18.09,Default,,0000,0000,0000,,3 600 000 000 il əvvəl. Dialogue: 0,0:04:18.09,0:04:21.39,Default,,0000,0000,0000,,Hər hansı heyvan mövcud olmazdan əvvəl 2 400 000 000 il ərzində Dialogue: 0,0:04:21.39,0:04:25.02,Default,,0000,0000,0000,,həyat yalnız xırda mikroblardan, Dialogue: 0,0:04:25.02,0:04:27.80,Default,,0000,0000,0000,,saysız-hesabsız təkhüceyrəli bakteriyalardan ibarət idi. Dialogue: 0,0:04:27.80,0:04:33.57,Default,,0000,0000,0000,,3 000 000 000 il ərzində Yer üzərindəki bütün həyat gözlə görünməz səviyyədə idi. Dialogue: 0,0:04:33.57,0:04:36.62,Default,,0000,0000,0000,,Təkhüceyrəli orqanizmlərin inkişaf edərək Dialogue: 0,0:04:36.62,0:04:40.89,Default,,0000,0000,0000,,balıq və ya ərincək kimi mürəkkəb canlı formalarına necə çevrildiyini başa düşmək çətindir. Dialogue: 0,0:04:40.89,0:04:44.82,Default,,0000,0000,0000,,Cavab zamandır, lap çox zaman: Dialogue: 0,0:04:44.82,0:04:49.26,Default,,0000,0000,0000,,2 400 000 000 il isə çox uzun zamandır! Dialogue: 0,0:04:49.26,0:04:53.90,Default,,0000,0000,0000,,4 600 000 000 il əvvəl nəhəng bir partlayışın qalıqlarından Günəş əmələ gəldi, Dialogue: 0,0:04:53.90,0:04:57.06,Default,,0000,0000,0000,,60 000 000 il sonra isə Yer yarandı. Dialogue: 0,0:04:57.06,0:05:01.18,Default,,0000,0000,0000,,Həmin illərdə kometlər və asteroidlər tərəfindən tez-tez baş verən bombardmanlar Dialogue: 0,0:05:01.18,0:05:05.46,Default,,0000,0000,0000,,Yer kürəsini böyük okeanlar və kosmik gəmi göndərmək üçün Ay ilə təchiz etdi. Dialogue: 0,0:05:05.46,0:05:11.78,Default,,0000,0000,0000,,Amma bütöv kainatla müqayisədə bizim Günəş sistemi çox yenidir. Dialogue: 0,0:05:11.78,0:05:15.90,Default,,0000,0000,0000,,13 750 000 000 il əvvəl kainat yarandı, Dialogue: 0,0:05:15.90,0:05:21.07,Default,,0000,0000,0000,,600 000 000 il sonra isə milyardlarla ulduzdan bizim öz qalaktikamız yarandı, bəs Dialogue: 0,0:05:21.07,0:05:23.58,Default,,0000,0000,0000,,Böyük Partlayışdan əvvəl nə var idi? Dialogue: 0,0:05:23.58,0:05:27.68,Default,,0000,0000,0000,,Həqiqət budur ki, biz bunu hələ bilmirik... və bəlkə də heç vaxt bilməyəcəyik. Dialogue: 0,0:05:27.68,0:05:31.68,Default,,0000,0000,0000,,Amma ona da bir rəng verdik ki, heç olmazsa nə isə olsun. Dialogue: 0,0:05:31.68,0:05:33.57,Default,,0000,0000,0000,,Beləliklə axıra çatdıq: Dialogue: 0,0:05:33.57,0:05:35.69,Default,,0000,0000,0000,,Keçmiş. Dialogue: 0,0:05:35.69,0:05:39.48,Default,,0000,0000,0000,,İndi isə gələcək haqqında nə bildiyimizə baxaq. Dialogue: 0,0:05:39.48,0:05:41.26,Default,,0000,0000,0000,,Təxminən 1 000 000 000 il sonra Dialogue: 0,0:05:41.26,0:05:45.46,Default,,0000,0000,0000,,Günəş o qədər isti olacaq ki, Yerdə həyat mümkün olmayacaq, Dialogue: 0,0:05:45.46,0:05:50.82,Default,,0000,0000,0000,,4 000 000 000 il sonra Günəşin ölümü isə Günəş sisteminin sonu olacaq. Dialogue: 0,0:05:50.82,0:05:53.46,Default,,0000,0000,0000,,Yaxşı, artıq Günəş sistemi yoxdur. Dialogue: 0,0:05:53.46,0:05:55.99,Default,,0000,0000,0000,,Bəs ondan sonra nə baş verəcək? Dialogue: 0,0:05:55.99,0:05:59.28,Default,,0000,0000,0000,,Bundan bir neçə trilyon il sonra ulduzların emalı dayanacaq Dialogue: 0,0:05:59.28,0:06:03.44,Default,,0000,0000,0000,,və bir gün kainatdakı son ulduz məhv olacaq. Dialogue: 0,0:06:03.44,0:06:05.62,Default,,0000,0000,0000,,Kainat qaranlığa qərq olacaq, Dialogue: 0,0:06:05.62,0:06:08.68,Default,,0000,0000,0000,,orada yalnız qara dəliklər mövcud olacaq. Dialogue: 0,0:06:08.68,0:06:11.04,Default,,0000,0000,0000,,Sonuncu qara dəlik buxarlandıqdan xeyli sonra isə Dialogue: 0,0:06:11.04,0:06:15.43,Default,,0000,0000,0000,,kainatımız özünün son mərhələsinə çatacaq: Dialogue: 0,0:06:15.43,0:06:16.90,Default,,0000,0000,0000,,"İsti ölüm" adlanan bir şey. Dialogue: 0,0:06:16.90,0:06:18.68,Default,,0000,0000,0000,,Artıq heç nə dəyişmir, Dialogue: 0,0:06:18.68,0:06:19.84,Default,,0000,0000,0000,,kainat Dialogue: 0,0:06:19.84,0:06:21.40,Default,,0000,0000,0000,,ölüdür, Dialogue: 0,0:06:21.40,0:06:22.47,Default,,0000,0000,0000,,həmişəlik. Dialogue: 0,0:06:23.93,0:06:26.74,Default,,0000,0000,0000,,İndi siz bir az qorxunc hislər keçirirsiniz, Dialogue: 0,0:06:26.74,0:06:27.91,Default,,0000,0000,0000,,elə deyilmi? Dialogue: 0,0:06:27.91,0:06:29.18,Default,,0000,0000,0000,,Elə biz də! Dialogue: 0,0:06:29.18,0:06:31.54,Default,,0000,0000,0000,,Bu təbiidir. Dialogue: 0,0:06:31.54,0:06:32.65,Default,,0000,0000,0000,,Yaxşı xəbər isə budur: Dialogue: 0,0:06:32.65,0:06:35.14,Default,,0000,0000,0000,,buna hələ lap çox var! Dialogue: 0,0:06:35.14,0:06:38.93,Default,,0000,0000,0000,,Əsil vacib olan isə indidir. Dialogue: 0,0:06:38.93,0:06:41.04,Default,,0000,0000,0000,,Xoşunuza gələn o qəşəng qızla ... Dialogue: 0,0:06:41.04,0:06:42.43,Default,,0000,0000,0000,,... görüş təyin edin! Dialogue: 0,0:06:42.43,0:06:43.64,Default,,0000,0000,0000,,Zaman dəyərlidir, Dialogue: 0,0:06:43.64,0:06:46.79,Default,,0000,0000,0000,,onun qədrini bilin!