-
Ulduzların necə əmələ gəlməsi və təkamülü haqda danışdığımız üçün
-
düşünürəm ki,ulduzların əmələ gəlməsi,ulduzların özü yaxud da
-
təkamülü ilə bağlı onların cəlbedici fotolarına baxmaq üçün yaxşı vaxtdır.
-
Bu, "Qartal dumanlığı"ndandır.
-
Bildiyiniz kimi, "nebula" sözü hər hansı bir ulduzlararası qaz və ya toz buludları üçün ümumiləşmiş sözdür,
-
ona görə də, biz Qartal dumanlığından danışarkən
-
əslində nəhəng və genişlənən dumanlıqdan danışırıq.
-
Yaxşı anlamanız üçün,bu "Yaradılış sütun"larının dirəklərindən sadəcə biridir.
-
Bu "Qartal duman"lığının kiçik bir hissəsidir.
-
Burada olan bu sütunun
-
genişliyini sizə daha yaxşı anlatmaq üçün qeyd edim ki,
-
o özü 7 işıq ili uzunluqdadır,
-
bu isə kifayət qədər böyük bir məsafədir,
-
unutmayın ki,Yerdən ən yaxın ulduza qədər olan məsafə təxminən 4 işıq ilinə bərabərdir.
-
Səyyah düzgün istiqamətə yönəlsə idi,
-
saatda 60 min kilomet sürətlə hərəkət edərdi.
-
Səyyaha 4 işıq ili getməsi üçün 80 min il lazım olardı.
-
Bu sütun sadəcə 7 işıq ili uzunluqdadır.
-
Mən sizə bunu göstərmək istədim,çünki bu növ dumanlıqlar,
-
ulduzların əmələ gələ biləcəyi yerlərdir.
-
Bura,gördüyünüz kimi,yeni ulduzların yaranması üçün zəmindir,
-
Bir neçə video əvvəl də bəhs etdiyimiz kimi,bu qaz
-
,kritik temperatura,hidrogen birləşməsini əldə edəcəyiniz
-
kritik sıxlığa çatana kimi kondensasiya olunur.
-
Bu,sadəcə hidrogen qazından ibarət ulduzlararası buluddur,
-
burada onun yalnız ulduzlar üçün zəmin hazırladığını görə bilərsiniz.
-
Biz bu quruluşun artıq mövcud olmadığını düşünürük.
-
Yadda saxlayın ki,bu şey bizdən çox çox uzaqdadır.
-
Əslində isə,sadəcə rəqəmi bildiyimiz üçün bu şey 7000 işıq ili uzaqlıqda,
-
7000 işıq ili uzaqlığındadır.
-
Bu o deməkdir ki,bizim gördüklərimiz-bizim gözümüzə və ya teleskoplara indi çatan
-
fotonlar kosmosu 7000 il əvvəl tərk edib,
-
ona görə də biz onu 7000 il əvvəl olduğu kimi görürük.
-
bu qaz və hidrogenin çoxu artıq qatılaşıb daha çox ulduza çevrilmiş ola bilər,
-
quruluş indi göründüyü kimi olmaya bilər.
-
Əslində, burada bu elementlərin çoxunu uçura biləcək
-
başqa bir supernova(ulduz partlayışı) baş vermişdi və
-
biz onun təsirlərini başqa min illər boyunca belə
-
görməyə bilərik.
-
Lakin,mənə görə,bu istənilən miqyasda
-
olduqca heyrətamiz bir fotoşəkildir.
-
7 işıq ili uzunluğunda olduğunu düşündükdə isə
-
insanın ağlını başından alır.
-
Həqiqətən yaradılış sütunlarından biri olan
-
"Qartal nebulası"nın isə yalnız bir hissəsidir.
-
Bura ulduz sahəsidir və sanki biz
-
Samanyolu qalaktikamızın mərkəzinə baxırıq.
-
Bu,Oxatan ulduz sahəsidir,
-
buradakı ən gözəl şey müxtəlif ulduzlar görməyimizdir,
-
həm də zehni sanki dondurur,çünki bu ulduzların hamısı qalaktikamızın içərisindədir,
-
bu,qalaktikamızın mərkəzinə bir baxışdır.
-
Qalaktikamızın xaricinə və ya qalaktika qruplarına baxdığımız
-
yerlərdən biri deyil, burada sadəcə ulduzlar var.
-
İş burasındadır ki, siz burada böyük fərqlər görürsünüz,
-
bəzi ulduzlar qırmızı parıldayır və görünür ,lakin fərqli ulduzlar
-
fərqli məsafə və intensivlikdə olduqları üçün
-
ölçüləri tam deyə bilməzsiniz.
-
Daha qırmızı olan ulduzlar öz qırmızı nəhəng fazalarında
-
olan ulduzlardır.
-
Bu ulduzlar üzərində xüsusi tədqiqat aparmamışam,
-
ancaq biz düşünürük ki,
-
qırmızı nəhəng sferada olan ulduzlar
-
spektrin sarımtıl-ağ hissəsində olan ulduzlardır.
-
Əsasən öz ardıcıllığı olan və bəlkə də
-
Günəşimizdən fərqlənməyən ulduzlardır.
-
Sarımtıl ağ rəngdə olanlar spektrin narıncı-sarı-ağ hissəsinə daha yaxındırlar,
-
biraz daha mavi və yaşıl görünənlər
-
daha sürətlə yanırlar.
-
bu isə mənə daha mavi görünür və
-
bunlar çox sürətlə yanırlar.
-
Daha ağır ulduzlar dəhşətli dərəcədə sürətlə yanırlar sonra isə sıradan çıxırlar,
-
lakin kütləsi az olan daha kiçik ulduzlar
-
daha yavaş, lakin uzun müddət yanırlar.
-
Sürətlə və tez yananlar
-
işıq spektrinin daha kiçik hissəsində çoxlu enerji yayırlar,
-
buna görə də , onlar yaşıl və ya mavi görünürlər,
-
ağ,mavi və yaşıl rəngdə görünənlər daha ağır ulduzlara çevrilirlər
-
Qırmızı olanlar isə,
-
qırmızı olanlar super nəhəng fazada daha az kütləli ulduzlardır,
-
bu səbəbdən də onlar zolaqdakı ulduzlardan daha soyuqdurlar.
-
Burada,məhz burada "pişik gözü dumanlığlı" var,
-
buradakı dumanlıq sözü planetar dumanlıq
-
hesab edilir.
-
Kosmosda hərəkət edən qaz olduğu üçün ona dumanlıq deyilir,
-
ancaq burada çəkdiyimiz "Qartal dumanlığı"ndan
-
tamamilə fərqli miqyasdadır.
-
İnsanlar dumanlıqlar haqda danışarkən adətən qartal dumanlığı kimi bir şey nəzərdə tuturlar,
-
bunlar insanların planetar dumanlardan bəhs etdiyi
-
nəhəng ulduzlararası qaz kütlələridir.
-
Böyük radiusu olsa da, 7 işıq ilindən yaxın deyil.
-
Bu , ulduzun bütün xarici materialını tökməsinin əlavə məhsuludur,
-
beləliklə, bunun mərkəzində öz xarici təbəqələrindən çıxmış
-
yetkin bir ulduz görürük.
-
O bunu nəhəng qırmızı fəzasında etdi,
-
Nəticədə nüvə alışmağa davam etdi, partlayışlar baş verdi,
-
hər dəfə bu isti partlayışlardan biri baş verdikcə
-
xarici təbəqələr daha çox kosmosa atıldı və
-
indi gördüyünüz formada olan
-
planetar dumanlıq meydana gəldi.
-
Bu kiçik və parlaqlığı az olan ulduz deyil,hələ də aktivdir,
-
hələ də yanır,lakin bütün ehtiyatı bitəndə
-
o kiçik ulduza çevriləcək
-
O qırmızı nəhəng fazadan keçdi, bütün materialını kosmosa buraxdı
-
indi isə kiçik və parıltısı olmayan ulduza çevriləcək.
-
Ümidvaram ki,bəyəndiniz,
-
mən bütün bu şəkilləri-xüsusilə də,
-
ulduz sahəsinin bizim qalaktikada olan
-
şəkillərini olduqca cəlbedici hesab edirəm.
-
Bu Samanyolu qalaktikasındakı 200-400 milyard ulduzdan sadəcə kiçik bir hissə olan izah
-
ümidvaram ki,tamamilə anlaşıldı.