-
Bizə 35 ədədi verilmişdir. 35 ədədində 3 onluq var.
-
Çünki onluqlar mərtəbəsində 3 yazılıb.
-
Odur ki, 3 onluğumuz var.
-
Təkliklər mərtəbəsində isə 5 yazılıb.
-
Bu, təkliklər mərtəbəsidir.
-
Təkliklər mərtəbəsini bənövşəyi rənglə yazacam.
-
Bu, təkliklər mərtəbəsidir.
-
Burada 5 yazılıb.
-
5 təklik.
-
35 ədədini 3 onluq və
-
5 təklik kimi yaza bilərik.
-
3 onluq və 5 təklik.
-
Bu videoda 35-dən 8 çıxmalıyıq.
-
Videonu dayandırıb
-
35 - 8 misalını həll etməyə çalışın.
-
Gəlin birlikdə həll edək.
-
Bizim 5 təkliyimiz var, ondan 8 təklik çıxmalıyıq.
-
5 təklikdən necə 8 təklik çıxa bilərik?
-
Ancaq 5 təklik çıxa bilərik, bu zaman
bütün təkliklər bitəcək.
-
Bəs 8 necə çıxaq?
-
Yenidən qruplaşdırmadan
istifadə edə bilərik.
-
Çünki burada sadəcə 5 kvadrat yoxdur,
-
35 kvadrat var.
-
3 ədəd onluq kvadrat və
-
5 ədəd birlik kvadrat var.
-
Burada onluqlar mərtəbəsində olan
-
onluq qruplardan birini götürüb,
-
təkliklər mərtəbəsinə əlavə etsək nə alınar?
-
Fərz edin ki, buradakı onluq qrupdan
-
birini götürürük, onu onluqlar mərtəbəsində
-
yazmaq əvəzinə,
-
təkliklər mərtəbəsində yazaq.
-
Onu buraya yazaq.
-
Təkliklər mərtəbəsində
-
10 ədəd təklik olacaq.
-
1, 2, 3, 4, 5, 6,
-
7, 8, 9 və 10.
-
Burada nə baş verdi?
-
Onluqlardan birini götürdük və
-
burada 2 onluq qaldı.
-
Buradakı onluğu isə təkliklər mərtəbəsinə əlavə etdik.
-
Əvvəl 5 təklik var idi.
-
Daha sonra onluqlar mərtəbəsindən
götürdüyümüz
-
10 təklik əlavə etdik.
-
Odur ki, 5 + 10 = 15,
-
indi 15 təklik var.
-
Onlardan 8-i çıxa bilərik.
-
8 çıxaq.
-
1, 2, 3, 4,
-
5, 6, 7, 8 çıxaq.
-
8 çıxdıq.
-
Cavabda nə alınır?
-
Burada 2 onluq qalır.
-
2 onluq alınır.
-
Bəs nə qədər təklik qalır?
-
1, 2, 3, 4, 5, 6, 7 təklik.
-
Burada 7 təklik var.
-
Bütün bunları çəkmədən
-
bunu necə ifadə edə bilərəm?
-
Belə ifadə edə bilərik:
-
3 onluq və 5 təklik var idi.
-
Onluqlardan birini götürdük.
-
Onluqlardan birini götürdüyümüz üçün
2 onluq qalır.
-
Bu onluğu götürüb təkliklər mərtəbəsinə yazdıq.
-
Yəni, bu, 10 ədəd təklikdir.
-
5 təklik + 10 təklik
-
15 təkliyə bərabərdir.
-
15 təklik.
-
Daha sonra, 15 təklikdən 8 təklik çıxdıq, 7 alındı.
-
1, 2, 3, 4, 5, 6, 7.
-
Çıxma əməlindən sonra 7 təklik qaldı.
-
Onluqlar mərtəbəsində isə 2 onluq var.
-
2 onluq, 7 təklik. 27.