Bizə 35 ədədi verilmişdir. 35 ədədində 3 onluq var. Çünki onluqlar mərtəbəsində 3 yazılıb. Odur ki, 3 onluğumuz var. Təkliklər mərtəbəsində isə 5 yazılıb. Bu, təkliklər mərtəbəsidir. Təkliklər mərtəbəsini bənövşəyi rənglə yazacam. Bu, təkliklər mərtəbəsidir. Burada 5 yazılıb. 5 təklik. 35 ədədini 3 onluq və 5 təklik kimi yaza bilərik. 3 onluq və 5 təklik. Bu videoda 35-dən 8 çıxmalıyıq. Videonu dayandırıb 35 - 8 misalını həll etməyə çalışın. Gəlin birlikdə həll edək. Bizim 5 təkliyimiz var, ondan 8 təklik çıxmalıyıq. 5 təklikdən necə 8 təklik çıxa bilərik? Ancaq 5 təklik çıxa bilərik, bu zaman bütün təkliklər bitəcək. Bəs 8 necə çıxaq? Yenidən qruplaşdırmadan istifadə edə bilərik. Çünki burada sadəcə 5 kvadrat yoxdur, 35 kvadrat var. 3 ədəd onluq kvadrat və 5 ədəd birlik kvadrat var. Burada onluqlar mərtəbəsində olan onluq qruplardan birini götürüb, təkliklər mərtəbəsinə əlavə etsək nə alınar? Fərz edin ki, buradakı onluq qrupdan birini götürürük, onu onluqlar mərtəbəsində yazmaq əvəzinə, təkliklər mərtəbəsində yazaq. Onu buraya yazaq. Təkliklər mərtəbəsində 10 ədəd təklik olacaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 və 10. Burada nə baş verdi? Onluqlardan birini götürdük və burada 2 onluq qaldı. Buradakı onluğu isə təkliklər mərtəbəsinə əlavə etdik. Əvvəl 5 təklik var idi. Daha sonra onluqlar mərtəbəsindən götürdüyümüz 10 təklik əlavə etdik. Odur ki, 5 + 10 = 15, indi 15 təklik var. Onlardan 8-i çıxa bilərik. 8 çıxaq. 1, 2, 3, 4, 5, 6, 7, 8 çıxaq. 8 çıxdıq. Cavabda nə alınır? Burada 2 onluq qalır. 2 onluq alınır. Bəs nə qədər təklik qalır? 1, 2, 3, 4, 5, 6, 7 təklik. Burada 7 təklik var. Bütün bunları çəkmədən bunu necə ifadə edə bilərəm? Belə ifadə edə bilərik: 3 onluq və 5 təklik var idi. Onluqlardan birini götürdük. Onluqlardan birini götürdüyümüz üçün 2 onluq qalır. Bu onluğu götürüb təkliklər mərtəbəsinə yazdıq. Yəni, bu, 10 ədəd təklikdir. 5 təklik + 10 təklik 15 təkliyə bərabərdir. 15 təklik. Daha sonra, 15 təklikdən 8 təklik çıxdıq, 7 alındı. 1, 2, 3, 4, 5, 6, 7. Çıxma əməlindən sonra 7 təklik qaldı. Onluqlar mərtəbəsində isə 2 onluq var. 2 onluq, 7 təklik. 27.