Günəş sistemi -- kainatdakı evimiz
-
0:04 - 0:09Günəş sistemi — kainatdakı evimiz.
-
0:10 - 0:14Biz Süd yolunun sakit hissəsində yaşayırıq.
-
0:14 - 0:16Bizim evimiz Günəş sistemidir;
-
0:16 - 0:18dörd milyard yarım il yaşı olan
-
0:18 - 0:21və qalaktikanın mərkəzi ətrafında
-
0:21 - 0:23saatda 200.000 kilometr sürətlə
-
0:23 - 0:28hər 250 milyon ildə bir dövr edən törəmə.
-
0:30 - 0:33Günəş sisteminin mərkəzində bizim ulduzumuz Günəş yerləşir.
-
0:34 - 0:38Onun ətrafında səkkiz planet, trilyonlarla asteroid və komet
-
0:38 - 0:41və bir neçə cırtdan planet dövr edir.
-
0:41 - 0:45Səkkiz planet bizimkinə bənzər dörd planetə
-
0:45 - 0:48Merkuri, Venera, Yer və Mars
-
0:48 - 0:53və dörd qaz nəhənginə bölünür: Yupiter, Saturn, Uran və Neptun.
-
0:54 - 0:57Merkuri bütün planetlər arasında ən balacası və ən yüngülüdür.
-
0:57 - 1:04Bir Merkuri ili bir Merkuri günündən qısadır və bu da çox böyük temperatur dəyişmələrinə gətirib çıxarır.
-
1:04 - 1:08Merkurinin nə atmosferi var, nə də peyki.
-
1:09 - 1:12Venera Günəş sistemində ən parlaq obyektlərdən biridir,
-
1:12 - 1:19şübhəsiz ən isti planetdir və atmosfer təzyiqi Yerdəkindən 92 dəfə çoxdur.
-
1:21 - 1:28İdarəolunmayan parnik effekti nəticəsində Venerada temperatur 437 dərəcə selsidən aşağı düşmür.
-
1:30 - 1:32Veneranın da peyki yoxdur.
-
1:33 - 1:35Yer bizim evimizdir
-
1:35 - 1:41və suyun maye vəziyyətdə qalmasına imkan verən kifayət qədər mülayim temperatura malik olan yeganə planetdir.
-
1:41 - 1:46Bundan əlavə, hələ ki həyatın mövcud olduğu bilinən yeganə yerdir.
-
1:47 - 1:49Yerin bir peyki var.
-
1:50 - 1:53Mars Günəş sisteminin ikinci ən kiçik planetidir
-
1:53 - 1:57və ancaq çox nazik atmosfer təbəqəsinə malik olacaq qədər ağırdır.
-
1:57 - 2:00Oradakı Olimp dağı Günəş sistemindəki ən hündür dağdır
-
2:00 - 2:04və hündürlüyü Everest dağının hündürlüyündən üç dəfədən də çoxdur.
-
2:04 - 2:07Marsın iki balaca peyki var.
-
2:09 - 2:13Yupiter Günəş sistemindəki ən böyük və ən ağır planetdir.
-
2:13 - 2:16Tərkibi əsasən hidrogen və heliumdan ibarətdir
-
2:16 - 2:21və bizə məlum olan ən böyük və ən güclü qasırğaların tüğyan etdiyi yerdir.
-
2:21 - 2:26Onun ən böyük qasırğası olan Böyük qırmızı ləkə Yerdən üç dəfə böyükdür.
-
2:27 - 2:29Yupiterin 67 peyki var.
-
2:30 - 2:35Saturn ikinci ən böyük planetdir və bütün planetlər arasında ən az sıxlığa malikdir.
-
2:36 - 2:40Əgər kifayət qədər böyük vannanız olsaydı, Saturn onun içərisində üzərdi.
-
2:41 - 2:45Saturn həmçinin çox yaxşı görünən geniş halqalar sistemi ilə məşhurdur.
-
2:45 - 2:47Onun 62 peyki var.
-
2:48 - 2:53Uran üçüncü ən böyük planetdir və ən soyuq olanlardan biridir.
-
2:53 - 2:56Qaz nəhəngləri arasında o, ən kiçiyidir.
-
2:56 - 3:03Uranın səciyyəvi xüsusiyyəti ondan ibarətdir ki, digər yeddi planetdən fərqli olaraq, onun fırlanma oxu yan tərəfə əyilmişdir.
-
3:03 - 3:05Onun 27 peyki var.
-
3:07 - 3:11Neptun Günəş sistemindəki sonuncu planetdir və Urana oxşayır.
-
3:11 - 3:17O, Günəşdən o qədər uzaqdır ki, bir Neptun ili 164 Yer ili qədərdir.
-
3:19 - 3:27İndiyə qədər ən böyük külək sürəti Neptunda qeydə alınmışdır: saatda 2100 kilometrdən bir qədər az.
-
3:28 - 3:31Neptunun 14 peyki var.
-
3:32 - 3:38Planetlərin ölçülərini müqayisə etsək, onların arasındakı fərqlər daha aydın görünər.
-
3:38 - 3:43Yupiter ölçüdə və kütlədə liderdir.
-
3:43 - 3:49Balaca Merkuri isə Yupiterin peyklərindən biri olan Qanimeddən də kiçikdir.
-
3:49 - 3:55Yupiter o qədər ağırdır ki, təkcə onun kütləsi bütün planetlərin kütlələrinin cəminin təxminən 70%-i qədərdir
-
3:55 - 3:58və ətrafındakılara çox böyük təsiri var.
-
3:58 - 4:00Bu, Yer üçün çox yaxşıdır,
-
4:00 - 4:07çünki Yer üzərindəki həyatı məhv edə biləcək qədər təhlükəli olan böyük asteroidləri Yupiter özünə cəzb edir.
-
4:07 - 4:12Amma hətta Yupiter bizim ulduzumuz olan Günəşlə müqayisədə cırtdandır.
-
4:12 - 4:16Günəşi sadəcə "ağır" adlandırmaq elə də ədalətli deyil.
-
4:16 - 4:21Onun kütləsi bizim Günəş sistemindəki bütün kütlənin 99,68%-ni təşkil edir.
-
4:21 - 4:24O da əsasən hidrogen və heliumdan ibarətdir.
-
4:24 - 4:29Onun yalnız 2%-dən az hissəsini oksigen və ya dəmir kimi ağır elementlər təşkil edir.
-
4:30 - 4:35Günəş öz nüvəsində saniyədə 620 milyon ton hidrogen əridir
-
4:35 - 4:41və illərlə bəşəriyyətin ehtiyaclarını təmin etmək üçün kifayət qədər enerji yaradır.
-
4:42 - 4:45Lakin bizim Günəşin ətrafında fırlanan təkcə səkkiz planet deyil.
-
4:45 - 4:48Trilyonlarla asteroid və komet də onun ətrafında dövr edir.
-
4:49 - 4:52Onların çoxu iki qurşaqda cəmləşib:
-
4:52 - 4:55Marsla Yupiter arasındakı asteroid qurşağı
-
4:55 - 4:58və Günəş sisteminin kənarındakı Koyper qurşağı.
-
4:59 - 5:06Bu qurşaqlarda saysız-hesabsız obyektlər var, bəziləri toz hissəcikləri boyda, bəziləri isə cırtdan planetlər boyda.
-
5:06 - 5:10Asteroid qurşağındakı ən məşhur obyekt Sereradır.
-
5:10 - 5:16Koyper qurşağındakı ən məşhur obyektlər isə Pluton, Makemake və Haumeadır.
-
5:17 - 5:23Biz adətən asteroid qurşağını daim bir-biri ilə toqquşan cisimlərin sıx toplusu kimi təsvir edirik,
-
5:23 - 5:29amma əslində asteroidlər elə təsviredilməz dərəcədə böyük sahəyə paylanmışdır ki,
-
5:29 - 5:33hətta eyni zamanda iki asteroidi görmək çətindir.
-
5:33 - 5:38Milyardlarla obyekti olmasına baxmayaraq, asteroid qurşağı kifayət qədər boşluqlardan ibarətdir,
-
5:38 - 5:42bununla belə dönə-dönə toqquşmalar baş verir.
-
5:42 - 5:46Hər iki qurşağın kütləsi də ifadəsizdir.
-
5:46 - 5:50Asteroid qurşağının kütləsi bizim peykimiz olan Ayın kütləsinin 4%-indən bir qədər azdır,
-
5:50 - 5:56Koyper qurşağının kütləsi isə Yerin kütləsinin iyirmi beşdə biri ilə onda biri arasındadır.
-
5:57 - 6:01Bir gün Günəş sistemi mövcud olmayacaq.
-
6:01 - 6:06Günəş öləcək. Merkuri, Venera və bəlkə də Yer məhv olacaq.
-
6:07 - 6:15Beş yüz milyon il sonra getdikcə daha isti olacaq, o vaxta qədər ki o, yer qabığını əridəcək.
-
6:16 - 6:23Sonra Günəş getdikcə böyüyərək ya Yeri udacaq, ya da ən azından onu lava dənizinə döndərəcək.
-
6:24 - 6:28Öz yanacağının hamısını yandırıb qurtardıqdan və kütləsinin çox hissəsini itirdikdən sonra
-
6:28 - 6:36o, ağ cırtdana qədər kiçiləcək və bütünlüklə sönməzdən əvvəl daha bir neçə milyard il ərzində sakitcə yanacaq.
-
6:37 - 6:42Nəhayət, Günəş sistemində həyat qeyri-mümkün olacaq.
-
6:42 - 6:44Süd yolu isə bunu heç hiss etməyəcək.
-
6:44 - 6:49Onun qollarından birində yerləşən kiçik bir hissəsi bir az qaranlıq olacaq
-
6:49 - 6:52və bəşəriyyət mövcud olmayacaq,
-
6:52 - 6:59ya da yeni məskən axtarışı üçün Günəş sistemini tərk etmiş olacaq.
- Title:
- Günəş sistemi -- kainatdakı evimiz
- Description:
-
https://www.facebook.com/Kurzgesagt?ref=hl
Günəş sistemi saysız-hesabsız sənədli filmdən məşhurdur. Qara fonda 3D animasiya. Bu infoqrafik videolar başqa bir şeyi sınaqdan keçirir. Animasiyalı infoqrafika və minimalistik dizayna diqqət əsas informasiyanı önə çıxarır. Biz tamaşaçını Günəş sistemi üzrə planetlərə, asteroidlərə və Günəşə səyahətə aparırıq.
Bu bizim ikinci videomuzdur, ümid edirik ki, xoşunuza gələcək! Bizə kömək etmək istəyirsinizsə kanalımıza üzv olun və videonu bəyənin! Ya da bizi Facebook-da ziyarət edin. Gələcəkdə yeni videolar əlavə edəcəyik!
Növbəti videolarımız hidravlik dağıtma, fond birjası və ətraf mühit haqqında olacaq. Gələcəkdə hansı mövzuları görmək istərdiniz? Bizə deyin və onu düzəldək :) Video düzəltmək çooooooox iş tələb edir, ona görə də yükləmələrimiz gec-gec olduğu üçün bizi üzrlü hesab edin, biz daha çox şey istehsal etməyə çalışırıq.
Həmişəki kimi, irad və təklidlərinizi gözləyirik.
- Video Language:
- English
- Duration:
- 07:21
Namig Guliyev edited Azerbaijani subtitles for The Solar System -- our home in space | ||
Namig Guliyev edited Azerbaijani subtitles for The Solar System -- our home in space | ||
Namig Guliyev edited Azerbaijani subtitles for The Solar System -- our home in space | ||
Namig Guliyev edited Azerbaijani subtitles for The Solar System -- our home in space |