WEBVTT 00:00:04.180 --> 00:00:09.130 Günəş sistemi — kainatdakı evimiz. 00:00:09.850 --> 00:00:13.578 Biz Süd yolunun sakit hissəsində yaşayırıq. 00:00:13.688 --> 00:00:15.964 Bizim evimiz Günəş sistemidir; 00:00:16.270 --> 00:00:18.497 dörd milyard yarım il yaşı olan 00:00:18.497 --> 00:00:20.537 və qalaktikanın mərkəzi ətrafında 00:00:20.537 --> 00:00:23.041 saatda 200.000 kilometr sürətlə 00:00:23.041 --> 00:00:28.299 hər 250 milyon ildə bir dövr edən törəmə. 00:00:29.776 --> 00:00:33.267 Günəş sisteminin mərkəzində bizim ulduzumuz Günəş yerləşir. 00:00:34.098 --> 00:00:38.013 Onun ətrafında səkkiz planet, trilyonlarla asteroid və komet 00:00:38.013 --> 00:00:40.621 və bir neçə cırtdan planet dövr edir. 00:00:41.498 --> 00:00:44.954 Səkkiz planet bizimkinə bənzər dörd planetə 00:00:44.954 --> 00:00:47.777 Merkuri, Venera, Yer və Mars 00:00:47.777 --> 00:00:53.109 və dörd qaz nəhənginə bölünür: Yupiter, Saturn, Uran və Neptun. 00:00:54.371 --> 00:00:57.453 Merkuri bütün planetlər arasında ən balacası və ən yüngülüdür. 00:00:57.453 --> 00:01:03.990 Bir Merkuri ili bir Merkuri günündən qısadır və bu da çox böyük temperatur dəyişmələrinə gətirib çıxarır. 00:01:03.990 --> 00:01:07.766 Merkurinin nə atmosferi var, nə də peyki. 00:01:09.120 --> 00:01:12.097 Venera Günəş sistemində ən parlaq obyektlərdən biridir, 00:01:12.097 --> 00:01:18.677 şübhəsiz ən isti planetdir və atmosfer təzyiqi Yerdəkindən 92 dəfə çoxdur. 00:01:20.969 --> 00:01:27.505 İdarəolunmayan parnik effekti nəticəsində Venerada temperatur 437 dərəcə selsidən aşağı düşmür. 00:01:29.536 --> 00:01:32.301 Veneranın da peyki yoxdur. 00:01:33.286 --> 00:01:34.594 Yer bizim evimizdir 00:01:34.594 --> 00:01:40.657 və suyun maye vəziyyətdə qalmasına imkan verən kifayət qədər mülayim temperatura malik olan yeganə planetdir. 00:01:40.657 --> 00:01:45.774 Bundan əlavə, hələ ki həyatın mövcud olduğu bilinən yeganə yerdir. 00:01:46.621 --> 00:01:49.030 Yerin bir peyki var. 00:01:50.338 --> 00:01:53.337 Mars Günəş sisteminin ikinci ən kiçik planetidir 00:01:53.337 --> 00:01:56.898 və ancaq çox nazik atmosfer təbəqəsinə malik olacaq qədər ağırdır. 00:01:56.898 --> 00:02:00.278 Oradakı Olimp dağı Günəş sistemindəki ən hündür dağdır 00:02:00.278 --> 00:02:03.658 və hündürlüyü Everest dağının hündürlüyündən üç dəfədən də çoxdur. 00:02:03.658 --> 00:02:07.039 Marsın iki balaca peyki var. 00:02:09.286 --> 00:02:13.287 Yupiter Günəş sistemindəki ən böyük və ən ağır planetdir. 00:02:13.287 --> 00:02:16.197 Tərkibi əsasən hidrogen və heliumdan ibarətdir 00:02:16.197 --> 00:02:21.397 və bizə məlum olan ən böyük və ən güclü qasırğaların tüğyan etdiyi yerdir. 00:02:21.397 --> 00:02:25.947 Onun ən böyük qasırğası olan Böyük qırmızı ləkə Yerdən üç dəfə böyükdür. 00:02:26.624 --> 00:02:28.996 Yupiterin 67 peyki var. 00:02:30.258 --> 00:02:35.365 Saturn ikinci ən böyük planetdir və bütün planetlər arasında ən az sıxlığa malikdir. 00:02:35.704 --> 00:02:40.133 Əgər kifayət qədər böyük vannanız olsaydı, Saturn onun içərisində üzərdi. 00:02:40.657 --> 00:02:45.007 Saturn həmçinin çox yaxşı görünən geniş halqalar sistemi ilə məşhurdur. 00:02:45.454 --> 00:02:47.433 Onun 62 peyki var. 00:02:48.418 --> 00:02:52.620 Uran üçüncü ən böyük planetdir və ən soyuq olanlardan biridir. 00:02:52.620 --> 00:02:56.057 Qaz nəhəngləri arasında o, ən kiçiyidir. 00:02:56.057 --> 00:03:03.287 Uranın səciyyəvi xüsusiyyəti ondan ibarətdir ki, digər yeddi planetdən fərqli olaraq, onun fırlanma oxu yan tərəfə əyilmişdir. 00:03:03.287 --> 00:03:05.463 Onun 27 peyki var. 00:03:06.787 --> 00:03:11.338 Neptun Günəş sistemindəki sonuncu planetdir və Urana oxşayır. 00:03:11.338 --> 00:03:17.108 O, Günəşdən o qədər uzaqdır ki, bir Neptun ili 164 Yer ili qədərdir. 00:03:18.616 --> 00:03:26.767 İndiyə qədər ən böyük külək sürəti Neptunda qeydə alınmışdır: saatda 2100 kilometrdən bir qədər az. 00:03:27.937 --> 00:03:30.717 Neptunun 14 peyki var. 00:03:32.287 --> 00:03:38.454 Planetlərin ölçülərini müqayisə etsək, onların arasındakı fərqlər daha aydın görünər. 00:03:38.454 --> 00:03:42.544 Yupiter ölçüdə və kütlədə liderdir. 00:03:42.898 --> 00:03:48.954 Balaca Merkuri isə Yupiterin peyklərindən biri olan Qanimeddən də kiçikdir. 00:03:48.954 --> 00:03:54.954 Yupiter o qədər ağırdır ki, təkcə onun kütləsi bütün planetlərin kütlələrinin cəminin təxminən 70%-i qədərdir 00:03:54.954 --> 00:03:57.741 və ətrafındakılara çox böyük təsiri var. 00:03:57.741 --> 00:03:59.786 Bu, Yer üçün çox yaxşıdır, 00:03:59.786 --> 00:04:07.497 çünki Yer üzərindəki həyatı məhv edə biləcək qədər təhlükəli olan böyük asteroidləri Yupiter özünə cəzb edir. 00:04:07.497 --> 00:04:12.454 Amma hətta Yupiter bizim ulduzumuz olan Günəşlə müqayisədə cırtdandır. 00:04:12.454 --> 00:04:15.897 Günəşi sadəcə "ağır" adlandırmaq elə də ədalətli deyil. 00:04:15.897 --> 00:04:20.591 Onun kütləsi bizim Günəş sistemindəki bütün kütlənin 99,68%-ni təşkil edir. 00:04:21.176 --> 00:04:24.454 O da əsasən hidrogen və heliumdan ibarətdir. 00:04:24.454 --> 00:04:29.296 Onun yalnız 2%-dən az hissəsini oksigen və ya dəmir kimi ağır elementlər təşkil edir. 00:04:29.896 --> 00:04:35.098 Günəş öz nüvəsində saniyədə 620 milyon ton hidrogen əridir 00:04:35.098 --> 00:04:40.586 və illərlə bəşəriyyətin ehtiyaclarını təmin etmək üçün kifayət qədər enerji yaradır. 00:04:42.032 --> 00:04:44.918 Lakin bizim Günəşin ətrafında fırlanan təkcə səkkiz planet deyil. 00:04:44.964 --> 00:04:48.481 Trilyonlarla asteroid və komet də onun ətrafında dövr edir. 00:04:49.097 --> 00:04:52.096 Onların çoxu iki qurşaqda cəmləşib: 00:04:52.111 --> 00:04:55.206 Marsla Yupiter arasındakı asteroid qurşağı 00:04:55.206 --> 00:04:58.350 və Günəş sisteminin kənarındakı Koyper qurşağı. 00:04:58.826 --> 00:05:05.880 Bu qurşaqlarda saysız-hesabsız obyektlər var, bəziləri toz hissəcikləri boyda, bəziləri isə cırtdan planetlər boyda. 00:05:06.496 --> 00:05:09.961 Asteroid qurşağındakı ən məşhur obyekt Sereradır. 00:05:09.961 --> 00:05:15.737 Koyper qurşağındakı ən məşhur obyektlər isə Pluton, Makemake və Haumeadır. 00:05:16.737 --> 00:05:23.121 Biz adətən asteroid qurşağını daim bir-biri ilə toqquşan cisimlərin sıx toplusu kimi təsvir edirik, 00:05:23.121 --> 00:05:28.800 amma əslində asteroidlər elə təsviredilməz dərəcədə böyük sahəyə paylanmışdır ki, 00:05:28.800 --> 00:05:32.569 hətta eyni zamanda iki asteroidi görmək çətindir. 00:05:32.569 --> 00:05:38.067 Milyardlarla obyekti olmasına baxmayaraq, asteroid qurşağı kifayət qədər boşluqlardan ibarətdir, 00:05:38.067 --> 00:05:42.215 bununla belə dönə-dönə toqquşmalar baş verir. 00:05:42.215 --> 00:05:45.615 Hər iki qurşağın kütləsi də ifadəsizdir. 00:05:45.615 --> 00:05:49.857 Asteroid qurşağının kütləsi bizim peykimiz olan Ayın kütləsinin 4%-indən bir qədər azdır, 00:05:49.857 --> 00:05:56.180 Koyper qurşağının kütləsi isə Yerin kütləsinin iyirmi beşdə biri ilə onda biri arasındadır. 00:05:57.370 --> 00:06:00.620 Bir gün Günəş sistemi mövcud olmayacaq. 00:06:00.620 --> 00:06:06.115 Günəş öləcək. Merkuri, Venera və bəlkə də Yer məhv olacaq. 00:06:06.977 --> 00:06:14.836 Beş yüz milyon il sonra getdikcə daha isti olacaq, o vaxta qədər ki o, yer qabığını əridəcək. 00:06:15.621 --> 00:06:22.633 Sonra Günəş getdikcə böyüyərək ya Yeri udacaq, ya da ən azından onu lava dənizinə döndərəcək. 00:06:23.507 --> 00:06:27.893 Öz yanacağının hamısını yandırıb qurtardıqdan və kütləsinin çox hissəsini itirdikdən sonra 00:06:27.893 --> 00:06:35.650 o, ağ cırtdana qədər kiçiləcək və bütünlüklə sönməzdən əvvəl daha bir neçə milyard il ərzində sakitcə yanacaq. 00:06:36.897 --> 00:06:41.817 Nəhayət, Günəş sistemində həyat qeyri-mümkün olacaq. 00:06:41.817 --> 00:06:44.371 Süd yolu isə bunu heç hiss etməyəcək. 00:06:44.371 --> 00:06:48.977 Onun qollarından birində yerləşən kiçik bir hissəsi bir az qaranlıq olacaq 00:06:48.977 --> 00:06:52.122 və bəşəriyyət mövcud olmayacaq, 00:06:52.122 --> 00:06:59.059 ya da yeni məskən axtarışı üçün Günəş sistemini tərk etmiş olacaq.