1 00:00:04,180 --> 00:00:09,130 Günəş sistemi — kainatdakı evimiz. 2 00:00:09,850 --> 00:00:13,578 Biz Süd yolunun sakit hissəsində yaşayırıq. 3 00:00:13,688 --> 00:00:15,964 Bizim evimiz Günəş sistemidir; 4 00:00:16,270 --> 00:00:18,497 dörd milyard yarım il yaşı olan 5 00:00:18,497 --> 00:00:20,537 və qalaktikanın mərkəzi ətrafında 6 00:00:20,537 --> 00:00:23,041 saatda 200.000 kilometr sürətlə 7 00:00:23,041 --> 00:00:28,299 hər 250 milyon ildə bir dövr edən törəmə. 8 00:00:29,776 --> 00:00:33,267 Günəş sisteminin mərkəzində bizim ulduzumuz Günəş yerləşir. 9 00:00:34,098 --> 00:00:38,013 Onun ətrafında səkkiz planet, trilyonlarla asteroid və komet 10 00:00:38,013 --> 00:00:40,621 və bir neçə cırtdan planet dövr edir. 11 00:00:41,498 --> 00:00:44,954 Səkkiz planet bizimkinə bənzər dörd planetə 12 00:00:44,954 --> 00:00:47,777 Merkuri, Venera, Yer və Mars 13 00:00:47,777 --> 00:00:53,109 və dörd qaz nəhənginə bölünür: Yupiter, Saturn, Uran və Neptun. 14 00:00:54,371 --> 00:00:57,453 Merkuri bütün planetlər arasında ən balacası və ən yüngülüdür. 15 00:00:57,453 --> 00:01:03,990 Bir Merkuri ili bir Merkuri günündən qısadır və bu da çox böyük temperatur dəyişmələrinə gətirib çıxarır. 16 00:01:03,990 --> 00:01:07,766 Merkurinin nə atmosferi var, nə də peyki. 17 00:01:09,120 --> 00:01:12,097 Venera Günəş sistemində ən parlaq obyektlərdən biridir, 18 00:01:12,097 --> 00:01:18,677 şübhəsiz ən isti planetdir və atmosfer təzyiqi Yerdəkindən 92 dəfə çoxdur. 19 00:01:20,969 --> 00:01:27,505 İdarəolunmayan parnik effekti nəticəsində Venerada temperatur 437 dərəcə selsidən aşağı düşmür. 20 00:01:29,536 --> 00:01:32,301 Veneranın da peyki yoxdur. 21 00:01:33,286 --> 00:01:34,594 Yer bizim evimizdir 22 00:01:34,594 --> 00:01:40,657 və suyun maye vəziyyətdə qalmasına imkan verən kifayət qədər mülayim temperatura malik olan yeganə planetdir. 23 00:01:40,657 --> 00:01:45,774 Bundan əlavə, hələ ki həyatın mövcud olduğu bilinən yeganə yerdir. 24 00:01:46,621 --> 00:01:49,030 Yerin bir peyki var. 25 00:01:50,338 --> 00:01:53,337 Mars Günəş sisteminin ikinci ən kiçik planetidir 26 00:01:53,337 --> 00:01:56,898 və ancaq çox nazik atmosfer təbəqəsinə malik olacaq qədər ağırdır. 27 00:01:56,898 --> 00:02:00,278 Oradakı Olimp dağı Günəş sistemindəki ən hündür dağdır 28 00:02:00,278 --> 00:02:03,658 və hündürlüyü Everest dağının hündürlüyündən üç dəfədən də çoxdur. 29 00:02:03,658 --> 00:02:07,039 Marsın iki balaca peyki var. 30 00:02:09,286 --> 00:02:13,287 Yupiter Günəş sistemindəki ən böyük və ən ağır planetdir. 31 00:02:13,287 --> 00:02:16,197 Tərkibi əsasən hidrogen və heliumdan ibarətdir 32 00:02:16,197 --> 00:02:21,397 və bizə məlum olan ən böyük və ən güclü qasırğaların tüğyan etdiyi yerdir. 33 00:02:21,397 --> 00:02:25,947 Onun ən böyük qasırğası olan Böyük qırmızı ləkə Yerdən üç dəfə böyükdür. 34 00:02:26,624 --> 00:02:28,996 Yupiterin 67 peyki var. 35 00:02:30,258 --> 00:02:35,365 Saturn ikinci ən böyük planetdir və bütün planetlər arasında ən az sıxlığa malikdir. 36 00:02:35,704 --> 00:02:40,133 Əgər kifayət qədər böyük vannanız olsaydı, Saturn onun içərisində üzərdi. 37 00:02:40,657 --> 00:02:45,007 Saturn həmçinin çox yaxşı görünən geniş halqalar sistemi ilə məşhurdur. 38 00:02:45,454 --> 00:02:47,433 Onun 62 peyki var. 39 00:02:48,418 --> 00:02:52,620 Uran üçüncü ən böyük planetdir və ən soyuq olanlardan biridir. 40 00:02:52,620 --> 00:02:56,057 Qaz nəhəngləri arasında o, ən kiçiyidir. 41 00:02:56,057 --> 00:03:03,287 Uranın səciyyəvi xüsusiyyəti ondan ibarətdir ki, digər yeddi planetdən fərqli olaraq, onun fırlanma oxu yan tərəfə əyilmişdir. 42 00:03:03,287 --> 00:03:05,463 Onun 27 peyki var. 43 00:03:06,787 --> 00:03:11,338 Neptun Günəş sistemindəki sonuncu planetdir və Urana oxşayır. 44 00:03:11,338 --> 00:03:17,108 O, Günəşdən o qədər uzaqdır ki, bir Neptun ili 164 Yer ili qədərdir. 45 00:03:18,616 --> 00:03:26,767 İndiyə qədər ən böyük külək sürəti Neptunda qeydə alınmışdır: saatda 2100 kilometrdən bir qədər az. 46 00:03:27,937 --> 00:03:30,717 Neptunun 14 peyki var. 47 00:03:32,287 --> 00:03:38,454 Planetlərin ölçülərini müqayisə etsək, onların arasındakı fərqlər daha aydın görünər. 48 00:03:38,454 --> 00:03:42,544 Yupiter ölçüdə və kütlədə liderdir. 49 00:03:42,898 --> 00:03:48,954 Balaca Merkuri isə Yupiterin peyklərindən biri olan Qanimeddən də kiçikdir. 50 00:03:48,954 --> 00:03:54,954 Yupiter o qədər ağırdır ki, təkcə onun kütləsi bütün planetlərin kütlələrinin cəminin təxminən 70%-i qədərdir 51 00:03:54,954 --> 00:03:57,741 və ətrafındakılara çox böyük təsiri var. 52 00:03:57,741 --> 00:03:59,786 Bu, Yer üçün çox yaxşıdır, 53 00:03:59,786 --> 00:04:07,497 çünki Yer üzərindəki həyatı məhv edə biləcək qədər təhlükəli olan böyük asteroidləri Yupiter özünə cəzb edir. 54 00:04:07,497 --> 00:04:12,454 Amma hətta Yupiter bizim ulduzumuz olan Günəşlə müqayisədə cırtdandır. 55 00:04:12,454 --> 00:04:15,897 Günəşi sadəcə "ağır" adlandırmaq elə də ədalətli deyil. 56 00:04:15,897 --> 00:04:20,591 Onun kütləsi bizim Günəş sistemindəki bütün kütlənin 99,68%-ni təşkil edir. 57 00:04:21,176 --> 00:04:24,454 O da əsasən hidrogen və heliumdan ibarətdir. 58 00:04:24,454 --> 00:04:29,296 Onun yalnız 2%-dən az hissəsini oksigen və ya dəmir kimi ağır elementlər təşkil edir. 59 00:04:29,896 --> 00:04:35,098 Günəş öz nüvəsində saniyədə 620 milyon ton hidrogen əridir 60 00:04:35,098 --> 00:04:40,586 və illərlə bəşəriyyətin ehtiyaclarını təmin etmək üçün kifayət qədər enerji yaradır. 61 00:04:42,032 --> 00:04:44,918 Lakin bizim Günəşin ətrafında fırlanan təkcə səkkiz planet deyil. 62 00:04:44,964 --> 00:04:48,481 Trilyonlarla asteroid və komet də onun ətrafında dövr edir. 63 00:04:49,097 --> 00:04:52,096 Onların çoxu iki qurşaqda cəmləşib: 64 00:04:52,111 --> 00:04:55,206 Marsla Yupiter arasındakı asteroid qurşağı 65 00:04:55,206 --> 00:04:58,350 və Günəş sisteminin kənarındakı Koyper qurşağı. 66 00:04:58,826 --> 00:05:05,880 Bu qurşaqlarda saysız-hesabsız obyektlər var, bəziləri toz hissəcikləri boyda, bəziləri isə cırtdan planetlər boyda. 67 00:05:06,496 --> 00:05:09,961 Asteroid qurşağındakı ən məşhur obyekt Sereradır. 68 00:05:09,961 --> 00:05:15,737 Koyper qurşağındakı ən məşhur obyektlər isə Pluton, Makemake və Haumeadır. 69 00:05:16,737 --> 00:05:23,121 Biz adətən asteroid qurşağını daim bir-biri ilə toqquşan cisimlərin sıx toplusu kimi təsvir edirik, 70 00:05:23,121 --> 00:05:28,800 amma əslində asteroidlər elə təsviredilməz dərəcədə böyük sahəyə paylanmışdır ki, 71 00:05:28,800 --> 00:05:32,569 hətta eyni zamanda iki asteroidi görmək çətindir. 72 00:05:32,569 --> 00:05:38,067 Milyardlarla obyekti olmasına baxmayaraq, asteroid qurşağı kifayət qədər boşluqlardan ibarətdir, 73 00:05:38,067 --> 00:05:42,215 bununla belə dönə-dönə toqquşmalar baş verir. 74 00:05:42,215 --> 00:05:45,615 Hər iki qurşağın kütləsi də ifadəsizdir. 75 00:05:45,615 --> 00:05:49,857 Asteroid qurşağının kütləsi bizim peykimiz olan Ayın kütləsinin 4%-indən bir qədər azdır, 76 00:05:49,857 --> 00:05:56,180 Koyper qurşağının kütləsi isə Yerin kütləsinin iyirmi beşdə biri ilə onda biri arasındadır. 77 00:05:57,370 --> 00:06:00,620 Bir gün Günəş sistemi mövcud olmayacaq. 78 00:06:00,620 --> 00:06:06,115 Günəş öləcək. Merkuri, Venera və bəlkə də Yer məhv olacaq. 79 00:06:06,977 --> 00:06:14,836 Beş yüz milyon il sonra getdikcə daha isti olacaq, o vaxta qədər ki o, yer qabığını əridəcək. 80 00:06:15,621 --> 00:06:22,633 Sonra Günəş getdikcə böyüyərək ya Yeri udacaq, ya da ən azından onu lava dənizinə döndərəcək. 81 00:06:23,507 --> 00:06:27,893 Öz yanacağının hamısını yandırıb qurtardıqdan və kütləsinin çox hissəsini itirdikdən sonra 82 00:06:27,893 --> 00:06:35,650 o, ağ cırtdana qədər kiçiləcək və bütünlüklə sönməzdən əvvəl daha bir neçə milyard il ərzində sakitcə yanacaq. 83 00:06:36,897 --> 00:06:41,817 Nəhayət, Günəş sistemində həyat qeyri-mümkün olacaq. 84 00:06:41,817 --> 00:06:44,371 Süd yolu isə bunu heç hiss etməyəcək. 85 00:06:44,371 --> 00:06:48,977 Onun qollarından birində yerləşən kiçik bir hissəsi bir az qaranlıq olacaq 86 00:06:48,977 --> 00:06:52,122 və bəşəriyyət mövcud olmayacaq, 87 00:06:52,122 --> 00:06:59,059 ya da yeni məskən axtarışı üçün Günəş sistemini tərk etmiş olacaq.