-
Üzr istəyirəm.
-
Dünən septum əməliyatı olmuşam.
-
Bu gün ion mövzusu
-
haqqında danışacayıq.
-
İonlar haqqında danışmamışdan əvvəl
-
element haqqında danışaq.
-
Məsələn deyək ki, karbonumuz var, karbon bir elementdir
-
Deyək ki, 1 karbon atomumuz var.
-
Bu karbon atomu haqqında nə bilirik?
-
Deməli karbon atomunun 6 protonu var.
-
Yəni 6 protonu olacaq.
-
Əgər karbon neytraldırsa,
-
eyni miqdarda elektronu olacaq.
-
6 elektronu olacaq
-
və elə bu onu neytral atom edir.
-
6 müsbət yük
-
və 6 mənfi yük var.
-
İndi o qədər də tipik olmasa da,
-
bir karbon ionuna sahib ola bilərsiniz.
-
İon almağın yolu, eyni sayda
-
proton və elektronun olmamasıdır.
-
Məsələn əgər 6 proton
-
və 5 elektronunuz olsa, nə olar?
-
Deməli, hələ də 6 protonumuz var.
-
Xatırlayın, elementi müəyyən edən
-
onun protonlarıdır.
-
Deməli, elementimiz karbondur,
-
amma indi mənfi yükdən bir dənə çox
-
müsnət yük var.
-
Deməli bu karbon olacaq, üzərinə 1 müsbət yük
-
yaza bilərsiniz ya da bu cür də yaza bilərsiniz.
-
Buna yalnız bir karbon atomu kimi baxacaqsınız.
-
Buna karbon ionu deyə bilərsiniz
-
çünki yükü var.
-
Fərqli sayda proton və elektronu var.
-
Fərqli yolla etsək necə olar?
-
Əgər 5 proton və
-
6 elektron olsa, necə olar?
-
Bu nə olardı?
-
Deməli yadınıza salın, elementi müəyyən
-
edən proton sayıdır,
-
indi hansı elementin beş protona sahib olduğuna
-
baxsanız, bu bordur.
-
Bu bor elementi olacaq.
-
Neytral borun 5 proton və 5 elektronu var.
-
Amma burda əlavə 1 elektronu var,
-
yəni mənfi bir yükü var.
-
Bu cür yaza bilərsiniz, 1 mənfi.
-
Ya da deyə bilərsiniz ki, mənfi yükü var.
-
Burdakı bor ionudur.
-
Protonlarla elektronlar arasında
-
qeyri-balans əmələ gəldikdə artıq onu
-
atom yox ion adlandırırsınız.
-
Gəlin bununla bağlı bir suala baxaq.
-
Sualda deyir ki...
-
Sualda... sualda deyilir ki...
-
Platin atomunun atom yükü 195-dir.
-
Gəlin periodik cədvəlimizdə platinə baxaq.
-
Gördüyünüz kimi platin düz burda yerləşir.
-
Platin atomunun atom kütləsi 195-dir.
-
195, oradakı atom kütləsinə
-
olduqca yaxın görünür.
-
74 elektronu var.
-
74 elektron.
-
Neçə proton və neytronu var
-
və yükü neçədir?
-
Yaxşı, gəlin bu barədə bir az düşünək.
-
Platinə baxırıq.
-
Bilirik ki, platinin 78 protonu var.
-
78 protonu var.
-
Məsələdə deyilir ki, 74 elektronu var.
-
74 elektron.
-
Görürük ki, protonun sayı elektrondan
-
4 dənə çoxdur.
-
Yəni müsbət 4 yükü olacaq.
-
Mənfi yükdən 4 dənə çox
-
müsbət yük var.
-
Beləcə platin plus 4 yük yaza bilərsiniz.
-
Bu platin ionudur, pozitiv platin ionudur.
-
Müsbət bir iondan bəhs etdiyimiz ümumi
-
termin kationdur.
-
Bu pozitiv iondur.
-
Yuxarıda dediyimiz bor ionu
-
neqativ iondur, yəni aniondur.
-
Bu sadəcə özümüzü bəzi terminologiyaya
-
öyrətmək üçündür.
-
Amma hələ sualı tam cavablamamışıq.
-
Deyilir ki, platinin atom kütləsi 195-dir
-
və 74 elektronu var.
-
Neçə proton və neytronu var
-
və yükü neçədir?
-
Yükünü tapdıq.
-
Proton sayını da bilirik.
-
Platinin 78 protonu var.
-
Bəs neçə neytronu var?
-
Proton və neytron cəmi
-
atom yükünü verir.
-
195-ə bərabər olacaq.
-
Deməli 78 proton üstəgəl N (neytron)
-
195-ə bərabərdir.
-
Hər iki tərəfdən 78 çıxanda nə alınır?
-
Neytron sayı bərabərdir...
-
70 çıxsam, 125 alacam,
-
çıxılsın 8 117 neytron.
-
117 neytron və bitdi.
-
Böyük fikir budur ki, proton və neytron sayı
-
bərabər olanda atom deyirik,
-
onda neytral olur.
-
Ancaq neytral olmadığımız anda
-
ya daha çox elektrona, ya da daha çox protona sahibik,
-
bu bir atom və ya bir molekul üçün doğrudur,
-
onda buna ion deyəcəyik.
-
Daha dəqiq desək,
-
müsbət ion kation
-
mənfi ion isə anion adlanır.