< Return to Video

ATP hydrolysis: Gibbs free energy | Biomolecules | MCAT | Khan Academy

  • 0:01 - 0:03
    Gəlin, biokimyadan
    bizə
  • 0:04 - 0:07
    yaxşı məlum olan molekullardan biri olan
    ATF haqqında danışaq.
  • 0:07 - 0:10
    Bəs ATF niyə bu qədər əhəmiyyətlidir?
  • 0:10 - 0:11
    Çünki
    hüceyrənin enerji vahididir.
  • 0:13 - 0:16
    Belə adlandırılmasının səbəbi,
  • 0:16 - 0:21
    orqanizmdəki həyati vacib
    reaksiyaları
  • 0:21 - 0:23
    lazımi enerji ilə təmin etməsidir.
  • 0:23 - 0:25
    Bunlara misal olaraq,
  • 0:26 - 0:30
    biomolekulların biosintezini
    göstərə bilərik.
  • 0:30 - 0:33
    Mütləq qeyd etmək lazımdır ki,
  • 0:33 - 0:36
    yağ, zülal, karbohidrat
    və nuklein turşuları
  • 0:36 - 0:39
    həyat üçün vacibdir və bu molekulların
  • 0:39 - 0:41
    sintezi üçün ATF enerjisinə ehtiyac var.
  • 0:41 - 0:47
    Əlavə olaraq, ATF əzələlərin
    yığılmasında da istifadə olunur.
  • 0:47 - 0:49
    Bu, canlı orqanizmlərin
    hərəkət edə
  • 0:49 - 0:52
    bilməsi üçün olduqca
    əhəmiyyətlidir.
  • 0:52 - 0:54
    Eyni zamanda, ATF hüceyrə membranından
  • 0:54 - 0:59
    ionların keçidini də təmin edir.
  • 0:59 - 1:02
    Bilirik ki, ionların membrandan keçməsi
  • 1:02 - 1:05
    hüceyrə içində normal daxili mühiti təmin
  • 1:05 - 1:08
    etmək üçün böyük əhəmiyyətə malikdir.
  • 1:08 - 1:09
    ATF-in bütün bu həyati prosesləri
  • 1:09 - 1:12
    enerji ilə necə təmin etdiyini
  • 1:12 - 1:15
    bu videoda sizə
  • 1:15 - 1:17
    bir az daha açıqlayacağam.
  • 1:17 - 1:18
    Əvvəlcə,
    ATF-in həmin kimyəvi
  • 1:18 - 1:21
    reaksiyaların enerji
    ehtiyacını necə ödədiyini
  • 1:21 - 1:27
    yaxşı başa düşmək üçün ümumi kimyadan
  • 1:27 - 1:30
    bəzi başlıqlara nəzər yetirəcəyik.
  • 1:30 - 1:33
    Kimya dərslərindən sizə tanış olan
    termodinamik göstərici —
  • 1:33 - 1:38
    sərbəst Gibbs enerjisi
    haqqında danışacağıq.
  • 1:38 - 1:43
    Bu göstərici
    delta G olaraq işarə edilir.
  • 1:43 - 1:48
    Delta G kəmiyyət göstəricisidir.
  • 1:48 - 1:49
    Vahidi enerji vahidi olan
  • 1:49 - 1:54
    Couldur.
  • 1:54 - 2:00
    Bu göstəricinin müsbət və ya mənfi
    olması reaksiyanın
  • 2:00 - 2:03
    enerjiyə
    ehtiyacı olub-olmadığını,
  • 2:03 - 2:07
    yaxud enerji əmələ gətirdiyini
    göstərir.
  • 2:07 - 2:13
    Delta G-ni hesablamaq üçün,
    reaksiya məhsullarının sərbəst
  • 2:13 - 2:16
    enerjisindən reaksiyaya daxil olan
    başlanğıc maddələrin
  • 2:16 - 2:19
    sərbəst enerjisini çıxırıq.
  • 2:19 - 2:21
    Gibbs sərbəst enerjisindəki dəyişiklik
    mənfi
  • 2:21 - 2:24
    olarsa, bu reaksiya məhsullarının
    enerjisinin
  • 2:24 - 2:28
    başlanğıc maddələrinkindən az
    olduğunu göstərir.
  • 2:28 - 2:34
    Yəni, bu reaksiya enerji
    əmələ gətirir.
  • 2:34 - 2:37
    Digər tərəfdən, delta G müsbət olarsa,
    bu da reaksiya
  • 2:37 - 2:40
    məhsullarının başlanğıc maddələrdən
    daha yüksək
  • 2:40 - 2:43
    enerjiyə malik olduğunu göstərir,
  • 2:43 - 2:49
    bu zaman reaksiyanın enerjiyə ehtiyacı
    olduğunu deyə bilərik.
  • 2:49 - 2:52
    Burada enerji haqda
    kifayət qədər açıq izah vermədik.
  • 2:52 - 2:54
    Qısaca, bir reaksiyada
  • 2:54 - 2:57
    başlanğıc maddələrdən
    məhsullara
  • 2:57 - 3:00
    gedən sərbəst enerjidəki dəyişikliklər
  • 3:00 - 3:03
    ümumi
    kimyadan sizə məlum olan
  • 3:03 - 3:05
    entalpiya və entropiyadakı
  • 3:05 - 3:07
    dəyişiklikləri də
  • 3:07 - 3:10
    özündə birləşdirir.
  • 3:10 - 3:14
    Bəs bunların ATF ilə əlaqəsi
    nədir?
  • 3:14 - 3:18
    Çox böyük mənfi delta
    G dəyərinə sahib
  • 3:18 - 3:21
    ATF-in olduğu reaksiyaların
    mövcudluğu öyrənilib.
  • 3:21 - 3:24
    Bu zaman çoxlu miqdarda
    enerji əmələ gəlir.
  • 3:24 - 3:29
    Xüsusilə, bu reaksiya su və ATF-i özündə
    birləşdirir,
  • 3:29 - 3:33
    ATF və suyun birləşdiyi reaksiya
  • 3:33 - 3:36
    hidroliz reaksiyası adlanır.
  • 3:36 - 3:38
    Unutmayaq deyə,
    buraya yazıram.
  • 3:38 - 3:44
    Bu reaksiyanın məhsulları
    ADF molekulu və
  • 3:44 - 3:47
    sərbəst fosfat qrupudur.
  • 3:47 - 3:50
    Qeyd etdiyimiz kimi, Gibbs enerjisindəki
    bu
  • 3:50 - 3:51
    dəyişiklik mənfidir.
  • 3:51 - 3:54
    Bəs bu zaman nə baş verir?
  • 3:54 - 3:57
    ATF 3 fosfat qrupu ilə başlayır
    və bir fosfat
  • 3:57 - 3:59
    qrupunu itirir, çünki
  • 3:59 - 4:02
    difosfata çevrilir.
  • 4:02 - 4:04
    Nəticədə, burada sərbəst
    bir
  • 4:04 - 4:07
    fosfat qrupu əmələ gəlir.
  • 4:07 - 4:10
    İlk baxışda, bu reaksiya
    bərabər görünməyə bilər.
  • 4:10 - 4:13
    Çünki reaksiyanın sağında hidrogen
    və ya oksigen yoxdur,
  • 4:13 - 4:17
    ancaq burada mənfi yüklü hidroksil qrupu
    fosfat qrupunun bir hissəsinə
  • 4:17 - 4:21
    çevrilir.
  • 4:21 - 4:24
    Suyun qalan hidrogen ionları isə
    məhluldakı digər su
  • 4:24 - 4:27
    molekulu ilə birləşir, beləliklə,
    müsbət yüklü
  • 4:27 - 4:28
    hidroksonium ionuna çevrilir.
  • 4:29 - 4:33
    Ümumilikdə, bu ikisi
  • 4:33 - 4:34
    xaricdə qalır.
  • 4:34 - 4:36
    Stoxiometriya ilə səhv salmamağınız
    üçün
  • 4:36 - 4:39
    onları buraya qeyd edirəm.
  • 4:39 - 4:42
    Digər tərəfdən, orqanizmdəki
    bir çox biosintez
  • 4:42 - 4:45
    reaksiyaları müsbət delta G-yə
    malikdir.
  • 4:45 - 4:47
    Müsbət delta G-nin
    enerjiyə ehtiyac
  • 4:47 - 4:51
    olduğunu göstərməsi artıq sizə
    məlumdur.
  • 4:51 - 4:53
    Belə reaksiyaya misal olaraq
    aminturşu monomerini
  • 4:53 - 4:58
    göstərsək, polimer əmələ gətirmələri üçün
    onları kovalent rabitə ilə
  • 4:58 - 5:02
    əlaqələndirərik.
  • 5:02 - 5:04
    Aminturşularında bu hal uzun
    peptid zəncirinin əmələ
  • 5:04 - 5:08
    gəlməsi deməkdir.
  • 5:08 - 5:11
    İndi burada kimyadan öyrəndiklərimizi
    xatırlamalıyıq.
  • 5:11 - 5:15
    Enerji ötürülməsini öyrənən
    termodinamikada
  • 5:15 - 5:17
    belə bir qanun var, bu,
  • 5:17 - 5:20
    reaksiyada toplam delta G
    ilə bağlıdır.
  • 5:20 - 5:23
    Qeyd etmək üçün bir az boş yer
    açıram.
  • 5:23 - 5:26
    Reaksiyadakı yekun delta G
    o reaksiyanın ayrı-ayrı
  • 5:26 - 5:29
    mərhələlərinin delta G göstəricilərinin
  • 5:29 - 5:33
    cəminə bərabərdir.
  • 5:33 - 5:37
    Gəlin, bu iki reaksiyanı
    birləşdirək
  • 5:37 - 5:39
    və nə baş verdiyinə baxaq.
  • 5:39 - 5:41
    Gəlin, yazaq.
  • 5:41 - 5:44
    Başlanğıc maddələr
    ATF,
  • 5:44 - 5:50
    su və monomer
  • 5:50 - 5:59
    reaksiya məhsulları isə
    ADF, sərbəst fosfat qrupu və polimerdir.
  • 5:59 - 6:02
    Bəs indi reaksiya üçün yekun delta G
    neçə olacaq?
  • 6:02 - 6:05
    Delta G göstəricilərini sadəcə olaraq
    hər addımda
  • 6:05 - 6:06
    toplamalıyıq.
  • 6:06 - 6:10
    Bunun üçün sizə həqiqi
  • 6:10 - 6:11
    göstəricilər vermədim,
  • 6:11 - 6:15
    ancaq biosintez reaksiyaları üçün
    ümumi olan əlavə enerji
  • 6:15 - 6:20
    buradakı kimi
    ATF-in hidrolizindən
  • 6:20 - 6:22
    alınır.
  • 6:22 - 6:24
    Burada demək istədiyim
    odur ki,
  • 6:24 - 6:29
    kiçik müsbət göstəriciyə
    böyük mənfi
  • 6:29 - 6:34
    göstəricini əlavə etsək,
    mənfi delta G əldə edərik.
  • 6:34 - 6:36
    Başqa sözlə, əvvəlcədən
    müsbət delta G
  • 6:36 - 6:39
    göstəricisinə sahib, enerji
    baxımından əlverişsiz reaksiyanı
  • 6:39 - 6:43
    mənfi delta G göstəricisinə malik
  • 6:43 - 6:45
    əlverişli bir
    reaksiyaya
  • 6:45 - 6:48
    çevirmiş oluruq və
  • 6:48 - 6:55
    bunu birləşmə reaksiyası adlandırdığımız
    əlverişli delta G dəyərinə malik
  • 6:55 - 7:00
    reaksiya ilə gerçəkləşdirdik.
    Eynilə, əlverişsiz delta G göstəricisinə
  • 7:00 - 7:04
    malik ATF hidrolizi kimi.
  • 7:04 - 7:07
    Qeyd edək ki, bu delta G
    göstəricilərini toplamaq
  • 7:07 - 7:10
    bizə reaksiyanın
    izlədiyi yol haqqında
  • 7:10 - 7:12
    məlumat vermir.
  • 7:12 - 7:15
    Əslində, ümumi şəkildə baxsaq,
    burada yazıldığı kimi,
  • 7:15 - 7:19
    reaksiya heç vaxt iki ayrı mərhələdə
  • 7:19 - 7:20
    baş vermir.
  • 7:20 - 7:25
    Bunun əvəzinə, bu mürəkkəb proses
    eyni vaxtda baş verir.
  • 7:25 - 7:28
    Lakin gördüyünüz kimi, bu reaksiyanı
    iki müxtəlif
  • 7:28 - 7:31
    mərhələyə ayırmaq bizim üçün
    əhəmiyyətlidir.
  • 7:31 - 7:34
    Beləliklə, mənfi delta G göstəricisinə
    malik ATF-in niyə
  • 7:34 - 7:37
    əlverişsiz reaksiyalarla enerji əldə
    etdiyini sübut
  • 7:37 - 7:41
    edə bilərik.
Title:
ATP hydrolysis: Gibbs free energy | Biomolecules | MCAT | Khan Academy
Description:

more » « less
Video Language:
English
Team:
Khan Academy
Duration:
07:41

Azerbaijani subtitles

Revisions Compare revisions