< Return to Video

Quadrants of Coordinate Plane

  • 0:01 - 0:06
    Hansı rübdə mənfi 7, 7 nöqtəsi qeyd olunub?
  • 0:06 - 0:08
    Gəlin rübün nə olduğunu yadımıza salaq.
  • 0:08 - 0:11
    Rüb koordinat müstəvisinin dörd
  • 0:11 - 0:12
    hissəsindən biridir.
  • 0:12 - 0:13
    Hissələr dedikdə,
  • 0:13 - 0:16
    koordinat oxlarının ayırdığı
  • 0:16 - 0:17
    hissələr nəzərdə tutulur.
  • 0:17 - 0:21
    Bu gördüyünüz x-oxudur və bu
  • 0:21 - 0:22
    yuxarıdan aşağıya gedən y-oxudur.
  • 0:22 - 0:24
    Siz onun koordinat müstəvisini
  • 0:24 - 0:25
    dörd hissəyə böldüyünü görə bilərsiniz.
  • 0:25 - 0:28
    Bu hissələrin hər birini rüb adlandırırıq.
  • 0:28 - 0:32
    Həm x, həm də y-in müsbət olduğu hissə
  • 0:32 - 0:35
    birinci rübdür.
  • 0:35 - 0:38
    Roma rəqəmi I-dən istifadə edirik.
  • 0:38 - 0:40
    Koordinat müstəvisində
  • 0:40 - 0:43
    saat əqrəbinin əksi istiqamətində
    hərəkət etdikdə,
  • 0:43 - 0:47
    x qiymətinin mənfi və y qiymətinin
    müsbət olduğu rüb
  • 0:47 - 0:49
    ikinci rüb adlanır.
  • 0:51 - 0:53
    Bunu burada qeyd edək.
  • 0:53 - 0:56
    Onu ikinci rüb adlandırırıq.
  • 0:56 - 0:59
    Daha sonra hər iki x və y qiymətinin
  • 0:59 - 1:01
    mənfi olduğu hissəyə gedirik.
  • 1:01 - 1:03
    Onu üçüncü rüb adlandırırıq, yenə
  • 1:03 - 1:05
    Roma rəqəmlərindən istifadə edirik.
  • 1:05 - 1:07
    Sonuncuda isə x qiymətinin müsbət və
  • 1:07 - 1:09
    y qiymətinin mənfi olduğu rüb,
  • 1:09 - 1:12
    dördüncü rüb adlanır.
  • 1:12 - 1:14
    Gəlin mənfi 7, 7-nin
  • 1:14 - 1:15
    hansı rübdə olduğuna baxaq.
  • 1:15 - 1:17
    Bunu tapmağın iki yolu var.
  • 1:17 - 1:20
    Burada x-in qiymətinin mənfi
    olduğunu deyə bilərsiniz.
  • 1:20 - 1:22
    Bizim x qiymətimiz mənfidir, odur ki,
  • 1:22 - 1:23
    sola hərəkət etməliyik.
  • 1:23 - 1:25
    Deməli, bu tərəfdə olacağıq.
  • 1:25 - 1:26
    Biz koordinat müstəvisinin bu
  • 1:26 - 1:28
    tərəfində olacağıq.
  • 1:28 - 1:30
    x mənfi olduğundan,
  • 1:30 - 1:33
    biz ya ikinci ya da üçüncü rübdə olacağıq.
  • 1:33 - 1:36
    İndi y qiymətinin müsbət olduğunu bilirik.
  • 1:36 - 1:39
    y qiymətinin müsbət olduğunu bilirik.
  • 1:39 - 1:42
    Əgər x qiymətimiz mənfi və
    y qiymətimiz müsbətdirsə,
  • 1:42 - 1:44
    ikinci rübdə bir yerdə
  • 1:44 - 1:46
    olacam.
  • 1:46 - 1:47
    Bunu tamağın digər yolu isə
  • 1:47 - 1:49
    sadəcə onu qeyd etmək və ikinci
  • 1:49 - 1:51
    rübdə olduğunu görməkdir.
  • 1:51 - 1:52
    Gəlin bunu edək.
  • 1:52 - 1:53
    x mənfi 7-dir.
  • 1:53 - 1:57
    Bu mənfi 1-dir, mənfi 2, mənfi 3,
    mənfi 4,
  • 1:57 - 2:00
    mənfi 5, mənfi 6, mənfi 7-dir.
  • 2:00 - 2:00
    Düzgün etdim?
  • 2:00 - 2:04
    1, 2, 3, 4, 5, 6, 7.
  • 2:04 - 2:05
    Bu x-dir, mənfi 7.
  • 2:05 - 2:07
    İndi isə 7-ə qalxmalıyıq çünki,
  • 2:07 - 2:08
    y müsbət 7-ə bərabərdir.
  • 2:08 - 2:15
    Deməli 1, 2, 3, 4, 5, 6, 7.
  • 2:15 - 2:20
    Mənfi 7, 7 nöqtəsi buradadır,
  • 2:20 - 2:23
    ikinci rübdədir.
Title:
Quadrants of Coordinate Plane
Description:

more » « less
Video Language:
English
Team:
Khan Academy
Duration:
02:24

Azerbaijani subtitles

Revisions Compare revisions