-
Bu videoda 4 tərəfli
-
fiqurlar haqqında danışacağıq.
-
Riyaziyyatda 4 tərəfli fiqur
-
dördbucaqlı adlanır.
-
Dördbucaqlı.
-
Əgər bir sözün içində dörd varsa,
-
böyük ehtimal
-
həmin söz 4-lə əlaqəlidir.
-
Dördbucaqlı 4 tərəfi olan fiqurdur.
-
Deməli, bu dördbucaqlıdır,
-
bu dördbucaqlıdır,
-
bu dördbucaqlıdır.
-
Hər birinin 4 tərəfi var.
-
Bu dördburcaqlıdır.
-
Hətta bu da düzbucaqlıdır.
-
Qoy daha
-
qəribə edim.
-
Bəs nə dördbucaqlı deyil?
-
Üçbucaq dördbucaqlı deyil,çünki
-
onun 3 tərəfi var.
-
1,2,3.
-
Gəlin, bunun üstündən xətt çəkək.
-
Beşbucaqlının 5 tərəfi var. Buna görə
-
o da dördbucaqlı deyil.
-
1,2,3,4,5 tərəfi var.
-
Dairənin heç
-
bir tərəfi yoxdur.
-
Buna görə o da dördbucaqlı deyil.
-
6,7 və ya 100 tərəfi olan
-
heç bir fiqur dördbucaqlı deyil.
-
Dördbucaqlının nə olduğunu öyrəndik.
-
İndi gəlin, müxtəlif növ
-
dördbucaqlılar haqqında danışaq.
-
Dördbucaqlının növlərindən
-
biri paraleloqramdır.
-
Sonra öyrənəcəyik ki,
-
paraleloqram tərəfləri bir-birinə
-
paralel olan dördbucaqlıdır.
-
Paralel tərəflər eyni istiqamətdə
-
gedən tərəflərə deyilir.
-
Necə yəni?
-
Bu
-
Bu
-
paraleloqramdır.
-
Niyə?
-
Çünki bu tərəf bu tərəfə paraleldir
-
və onlar eyni istiqamətdədir.
-
Bura ox çəksəm
-
görərsiniz ki,
-
onlar eyni
-
istiqamətə gedirlər.
-
Bu iki eyni istiqamətdə
-
gedən tərəflər paraleldir.
-
Bu iki,
-
bu iki tərəflər də
bir-biri ilə paraleldir.
-
Deməli, bu paraleloqramdır.
-
Başqa növ paraleloqramlar da var.
-
Hətta hamımızın tanıdığı
-
Hətta hamımızın tanıdığı
-
kvadrat da paraleloqramdır.
-
Gələcəkdə kvadratın niyə
xüsusi paraleloqram olduğunu öyrənəcəyik.
-
Kvadrat paraleloqramdır,çünki
-
bu tərəf
-
bu tərəflə,
-
bu tərəf isə bu tərəflə
-
qoyun bunu sarı ilə edim.
-
bu tərəflə paraleldir.
-
Bəs nə paraleloqram deyil?
-
Belə bir fiqur
-
belə bir fiqur
-
paraleloqram deyil.
-
Deyə bilərsiniz ki,axı
-
iki qarşı tərəf paraleldir.
-
Deyə bilərsiz "Bu buna paraleldir".
-
Amma sonra görə bilərsiz ki,
bu buna paralel deyil.
-
Paralel olmayan tərəflərin hər birini
-
uzatsaq hansısa bir yerdə
-
kəsişəcəklər.
-
Lakin, bunlar
-
heç vaxt bir-biri
-
ilə kəsişmir.
-
Buna görə də bu fiqur
-
paraleloqram deyil.
-
Bu fiqurun iki tərəfi bir-birinə
paralel olsa da digər iki tərəfi
-
bir-birinə paralel deyil.
-
Paralel olmayan fiqurlara başqa
-
nümunə kimi bunu göstərə bilərik.
-
Çünki heç bir qarşı tərəf
bir-biri ilə paralel deyil.
-
Paraleloqramın qarşı
tərəfləri paralel olmalıdır.
-
İndi gəlin, 4 tərəfli
-
fiqurlar və ya dördbucaqlıların
-
digər növlərinə baxaq.
-
Növbəti növ dördbucaqlı rombdur.
-
Romb paraleloqramın bir növüdur.
-
Lakin, rombun digər paraleloqramlardan
-
fərqləndirən xüsusiyyəti
-
hər bir tərəfinin
-
bərabər olmasıdır.
-
Məsələn, bu
-
çəkdiyim fiqur
-
paraleloqramdır, amma romb deyil.
-
Bu fiqur paraleloqramdır çünki
-
qarşı tərəflər bir-birinə paraleldir.
-
Bunları uzatsaq, bir-biri ilə kəsişməzlər.
-
Bu iki qarşı tərəf də paraleldir.
-
Deməli, bu fiqur paraleloqramdır.
Lakin, o romb deyil.
-
Çünki mavi tərəflər
sarı tərəflərdən uzundur.
-
Buna görə də bu romb deyil.
-
Romb belə olmalıdır.
-
Romb belə olmalıdır.
-
Qarşı tərəflər paraleldir
-
və bütün tərəflər bir-birinə bərabərdir.
-
Fikirləşə bilərsiniz ki,
" Bəlkə kvadrat da rombdur?".
-
Bu barədə bir az düşünün.
-
Kvadrat rombdur?
-
Kvadratın bütün tərəfləri
-
bərabər, qarşı tərəfləri paraleldir?
-
Bayaq dedik ki, kvadratın qarşı
-
tərəfləri paraleldir.
-
Kvadrat buna görə paraleloqramdır.
-
Və onun bütün tərəfləri bərabər olduğu
-
üçün kvadrat həm də rombdur.
-
Rombu
-
kvadratın sıxılmış
-
forması kimi də
-
görə bilərsiniz.
-
Kvadrat cizgi filmində
-
çox sürətli qaçsa
-
məncə o romba oxşayar.
-
İndi gəlin düzbucaqlı haqqında danışaq.
-
Yəqin ki, düzbucaqlı görmüsünüz,
-
amma gəlin bir az
-
düzbucaqlının nə olduğunu düşünək.
-
Düzbucaqlı da paraleloqramın
-
xüsusi növüdür.
-
Bu düzbucaqlıdır.
-
Niyə?
-
Bu fiqur dəqiq paraleloqramdır.
-
Bu tərəf və bu tərəf paraleldir.
-
Çünki, onlar heç vaxt kəsişmir.
-
Bu tərəf və bu tərəf də paraleldir,çünki
-
bunların hər ikisini sonsuza
-
kimi uzatsaq da
-
bir-biri ilə kəsişməyəcəklər.
-
Bəs düzbucaqlını xüsusi edən nədir?
-
Əgər bu da
-
paraleldirsə, niyə
bu fiqur düzbucaqlı adlanır?
-
Düzbucaqlını xüsusi edən
-
onun tərəflərinin necə birləşməsidir.
-
Düzbucaqlının tərəfləri
-
kvadrat kimi birləşir.
-
Buna düz bucaq deyilir.
-
Bu düz bucaq adlanır.
-
Düzbucaqlını xüsusi edən budur.
-
Düzbucaqlı bütün bucaqları
düz olan paraleloqramdır.
-
Düz bucağı göstərmək üçün
-
bura kvadrat qoya bilərik.
-
Məsələn,bu fiqur
-
düzbucaqlı deyil.
-
Niyə?
-
Çünki bura kvadrat qoya bilmərik.
-
Bura kvadrat qoysaq
-
o burdakı kimi tam oturmur.
-
Kvadrat bura tam oturmur.
-
Bu paraleloqramdır,amma düzbucaqlı deyil.
-
Düzbucaqlı bütün bucaqları
düz olan paraleloqramdır.
-
Bəs kvadrat?
-
Kvadrat düzbucaqlıdır?
-
Gəlin, çəkək.
-
Fikirləşək.
-
Kvadratın qarşı tərəfləri bərabərdir.
-
Buna görə dedik ki, o paraleoqramdır.
-
Həm də kvadratın
-
bütün bucaqları düzdür.
-
Buna görə düz bucağı göstərmək üçün
-
bucağa kvadrat çəkirik.
-
Bucaqlar
-
düzdür.
-
Buna görə kvadrat düzbucaqlıdır.
-
Kvadrat bütün kateqoriyalara
-
uyğun gəldiyi üçün
ən maraqlı dördbucaqlıdır.
-
Kvadrat həm kvadratdır,
-
həm
-
bucaqları düz
-
olan
-
rombdur.
-
Bu kvadrat deyil,amma
-
bu kvadratdır.
-
Lakin, bunların hər ikisi rombdur.
-
Kvadrat həm də düzbucaqlıdır.
-
Kvadrat bütün bucaqları
-
düz bucaq olan paraleoqramdır.
-
Kvadrat həm də paraleloqramdır.
-
Və bizim haqqında danışdığımız
hər bir fiqur dördbucaqlıdır.