-
Gəlin təsəvvür edək ki, bu kvadrat
-
bir bütünü təsvir edir.
-
Gördüyümüz kimi onun bir hissəsi
mavi olaraq rənglənib.
-
Bu videoda
-
mavi rəngli hissəni
-
kəsr ilə,
-
onluq kəsr ilə
-
və faiz ilə ifadə etməliyik.
-
Videonu dayandırın və özünüz
həll etməyə çalışın.
-
Gəlin ilk olaraq adi kəsr kimi düşünək.
-
Bütöv kvadrat bir, iki, üç, dörd,
-
beş, altı, yeddi, səkkiz, doqquz, 10
bərabər hissəyə bölünmüşdür
-
və onlardan altısı rənglənib.
-
Mavi hissə bütöv kvadratın 6/10 hissəsini
təşkil edir
-
və ya siz bunu onda altı kimi deyə bilərsiniz.
-
Siz bunu həmçinin başqa üsulla da yaza bilərsiniz.
-
Əgər surət və məxrəci ikiyə bölsəniz,
-
bunun beşdə üçlə eyni olduğunu görəcəksiniz.
-
Doğrudur.
-
İndi isə gəlin bunu onluq kəsr ilə
ifadə edək.
-
Bu hansı onluq kəsr ola bilər?
-
Videonu dayandırın və özünüz
həll etməyə çalışın.
-
6/10 kəsrinin
mərtəbələrinə baxaq.
-
Bu təklik mərtəbəsidir, burada
onluq kəsr olmalıdır.
-
Bu isə ondabirlər mərtəbəsidir.
-
Aldığımız qiymət 6/10-dır,
-
onu buraya yaza bilərik.
-
Biz ondabirlər mətəbəsinə altı qoyaraq
onda altını ifadə edirik.
-
Bəs faiz ilə necə yaza bilərik?
-
Faiz 100-ə olan nisbəti göstərir,
-
Bu halda 6/10
-
100-ün neçə faizini təşkil edir?
-
Əgər surəti və məxrəci
-
10-a vursaq, verilmiş ifadə
-
100-də 60-a bərabər olacaq.
-
Bunu ifadə etməyin digər yolu isə
-
100-də 60 əvəzinə, 60 faiz deməkdir.
-
Bu 60%-ə bərabərdir.
-
Gəlin başqa nümunəyə baxaq.
-
Yenə burada kvadrat bir bütünü ifadə edir.
-
Mavi ilə rənglənmiş hissəni
-
adi kəsrlə ifadə etməyə çalışın.
-
Videonu dayandırın və bunu edin.
-
Bu kvadratın tərəflərinin 10 kiçik kvadrat
ölçüsündə olduğunu görə bilərsiniz,
-
deməli, burada 100 bərabər hissə var.
-
100 bərabər hissə.
-
Hər bir hissə 1/100-i ifadə edir.
-
Onlardan neçəsi mavi rənglidir?
-
Gəlin baxaq, bu sırada 10, 20, 30, 40
-
və bir, iki, üç, dörd kvadrat var.
-
Deməli, bu 100-də 44 və ya 44/100-dür.
-
Əslində bunu başqa üsullarla da
ifadə edə bilərik.
-
Biz surəti və məxrəci dördə bölə bilərik,
-
bu halda 25-də 11 alarıq.
-
Bu eyni kəsri ifadə etməyin fərqli üsuludur.
-
Bəs onluq kəsr kimi necə?
-
Deməli 44/100,
-
bu təklik mərtəbəsidir
-
və eynən əvvəlki nümunədəki kimidir.
-
Siz bunu 44/100 kimi ifadə edə bilərsiniz.
-
Bu 44/100-ü ifadə etməyin fərqli üsuludur.
-
Bu 4/10 və 4/100-ün cəmi olan 44/100-dür.
-
Əgər faiz ilə yazsaq, onda
-
bu 100-ün 44 faizi və ya 44/100-dür,
-
amma mən bunu yüzdə qırx dörd və ya
44% kimi göstərəcəm.
-
Bu 44% olacaq.
-
Budur, hər şeyi həll etdik.