Gəlin təsəvvür edək ki, bu kvadrat bir bütünü təsvir edir. Gördüyümüz kimi onun bir hissəsi mavi olaraq rənglənib. Bu videoda mavi rəngli hissəni kəsr ilə, onluq kəsr ilə və faiz ilə ifadə etməliyik. Videonu dayandırın və özünüz həll etməyə çalışın. Gəlin ilk olaraq adi kəsr kimi düşünək. Bütöv kvadrat bir, iki, üç, dörd, beş, altı, yeddi, səkkiz, doqquz, 10 bərabər hissəyə bölünmüşdür və onlardan altısı rənglənib. Mavi hissə bütöv kvadratın 6/10 hissəsini təşkil edir və ya siz bunu onda altı kimi deyə bilərsiniz. Siz bunu həmçinin başqa üsulla da yaza bilərsiniz. Əgər surət və məxrəci ikiyə bölsəniz, bunun beşdə üçlə eyni olduğunu görəcəksiniz. Doğrudur. İndi isə gəlin bunu onluq kəsr ilə ifadə edək. Bu hansı onluq kəsr ola bilər? Videonu dayandırın və özünüz həll etməyə çalışın. 6/10 kəsrinin mərtəbələrinə baxaq. Bu təklik mərtəbəsidir, burada onluq kəsr olmalıdır. Bu isə ondabirlər mərtəbəsidir. Aldığımız qiymət 6/10-dır, onu buraya yaza bilərik. Biz ondabirlər mətəbəsinə altı qoyaraq onda altını ifadə edirik. Bəs faiz ilə necə yaza bilərik? Faiz 100-ə olan nisbəti göstərir, Bu halda 6/10 100-ün neçə faizini təşkil edir? Əgər surəti və məxrəci 10-a vursaq, verilmiş ifadə 100-də 60-a bərabər olacaq. Bunu ifadə etməyin digər yolu isə 100-də 60 əvəzinə, 60 faiz deməkdir. Bu 60%-ə bərabərdir. Gəlin başqa nümunəyə baxaq. Yenə burada kvadrat bir bütünü ifadə edir. Mavi ilə rənglənmiş hissəni adi kəsrlə ifadə etməyə çalışın. Videonu dayandırın və bunu edin. Bu kvadratın tərəflərinin 10 kiçik kvadrat ölçüsündə olduğunu görə bilərsiniz, deməli, burada 100 bərabər hissə var. 100 bərabər hissə. Hər bir hissə 1/100-i ifadə edir. Onlardan neçəsi mavi rənglidir? Gəlin baxaq, bu sırada 10, 20, 30, 40 və bir, iki, üç, dörd kvadrat var. Deməli, bu 100-də 44 və ya 44/100-dür. Əslində bunu başqa üsullarla da ifadə edə bilərik. Biz surəti və məxrəci dördə bölə bilərik, bu halda 25-də 11 alarıq. Bu eyni kəsri ifadə etməyin fərqli üsuludur. Bəs onluq kəsr kimi necə? Deməli 44/100, bu təklik mərtəbəsidir və eynən əvvəlki nümunədəki kimidir. Siz bunu 44/100 kimi ifadə edə bilərsiniz. Bu 44/100-ü ifadə etməyin fərqli üsuludur. Bu 4/10 və 4/100-ün cəmi olan 44/100-dür. Əgər faiz ilə yazsaq, onda bu 100-ün 44 faizi və ya 44/100-dür, amma mən bunu yüzdə qırx dörd və ya 44% kimi göstərəcəm. Bu 44% olacaq. Budur, hər şeyi həll etdik.