Return to Video

What is celiac disease | Gastrointestinal system diseases | NCLEX-RN | Khan Academy

  • 0:02 - 0:04
    "Qlüten xəstəliyi" adı xəstəlik
  • 0:04 - 0:06
    barədə təsəvvür yaratmaya bilər,
  • 0:06 - 0:08
    bu xəstəliyi başqa cür
  • 0:08 - 0:10
    qlüten enteropatiyası
  • 0:10 - 0:12
    kimi də adlandırmaq olar.
  • 0:12 - 0:14
    Entero - nazik bağırsaq,
  • 0:14 - 0:16
    patiya- xəstəlik deməkdir
  • 0:16 - 0:19
    deməli, qlütenin təsiri ilə yaranan
  • 0:19 - 0:21
    bir xəstəlikdən danışacağıq.
  • 0:21 - 0:23
    Bunu bilməlisiniz ki, qlüten xəstəliyi
  • 0:23 - 0:25
    autoimmun xəstəlikdir, yəni
  • 0:25 - 0:29
    immun sistemi nazik bağırsağa hücum edir.
  • 0:29 - 0:31
    Nə üçün yarandığı dəqiq bilinmir,
  • 0:31 - 0:33
    lakin genetik meyilliyi olan şəxslər
  • 0:33 - 0:36
    arasında yayıldığı məlumdur.
  • 0:36 - 0:38
    Həmçinin, qlüten xəstəliyi olanlarda
  • 0:38 - 0:40
    I tip diabet, qalxanabənzər
    vəzi xəstəlikləri
  • 0:40 - 0:43
    kimi başqa autoimmun
    xəstəliklərin yarana bildiyini və
  • 0:43 - 0:46
    daun sindromlu şəxslər arasında daha çox
  • 0:46 - 0:47
    yayıldığını da bilirik.
  • 0:47 - 0:49
    İmmun sisteminin nazik bağırsağa nə üçün
  • 0:49 - 0:51
    hücum etdiyi bilinməsə də,
  • 0:51 - 0:53
    xəstəliyin patofiziologiyası ilə bağlı
  • 0:53 - 0:56
    danışa bilərik.
  • 0:56 - 0:59
    Yadımıza salaq, qlüten iki fərqli zülaldan
  • 0:59 - 1:00
    təşkil olunub.
  • 1:00 - 1:03
    Bunlar qliadin və qlütenindir.
  • 1:03 - 1:05
    Əsasən, qliadinə diqqət verək.
  • 1:05 - 1:08
    Tutaq ki, qlütenli qida qəbul etmisiniz.
  • 1:08 - 1:09
    Bu qlüten, tədricən, nazik bağırsağa
  • 1:09 - 1:12
    çatır, bu diaqramla nazik bağırsağın
  • 1:12 - 1:14
    qatlarını təsvir etmişəm.
  • 1:14 - 1:16
    Hədəf nöqtəsinə çatdıqda
  • 1:16 - 1:18
    orqanizm qliadinə qarşı anticisim
  • 1:18 - 1:20
    hazırlayır.
  • 1:20 - 1:22
    Bununla, nazik bağırsaqda limfositlər,
  • 1:22 - 1:25
    yəni ağ qan hüceyrələri artmağa başlayır.
  • 1:25 - 1:27
    Nazik bağırsaqda çoxlu limfosit
  • 1:27 - 1:30
    və anticisimlərin varlığı orada
  • 1:30 - 1:32
    iltihab olduğunu deyir.
  • 1:32 - 1:33
    Sanki nazik bağırsağınızda
  • 1:33 - 1:35
    müharibə gedir və
  • 1:35 - 1:38
    müharibə nazik bağırsağın divarlarını
  • 1:38 - 1:39
    zədələyir.
  • 1:39 - 1:42
    Bu divarların su və qidanın sorulmasında
  • 1:42 - 1:45
    böyük rolu var, lakin bu halda isə
  • 1:45 - 1:47
    sorulma baş verməyəcək.
  • 1:47 - 1:50
    Yəni bundan sonra su sorula bilmir.
  • 1:50 - 1:51
    Bu su isə nəcisdə toplanır
  • 1:51 - 1:54
    və diareyaya səbəb olur.
  • 1:54 - 1:57
    Eyni şəkildə, yağlar da sorulmadığı
  • 1:57 - 1:59
    üçün nəcisdə toplanır və
  • 1:59 - 2:01
    steatoreya yaranır.
  • 2:01 - 2:03
    Nəhayət, dəmir və
  • 2:03 - 2:05
    vitamin B12 də sorulmur.
  • 2:05 - 2:08
    Nəticədə, anemiya yaranır.
  • 2:08 - 2:11
    Bu simptomlar sorulma ilə
  • 2:11 - 2:12
    əlaqəlidir,
  • 2:12 - 2:14
    lakin bundan asılı olmadan yaranan
  • 2:14 - 2:16
    simptomlar da vardır.
  • 2:16 - 2:18
    Fərz edək ki, qlüten xəstəliyi
  • 2:18 - 2:21
    olan bir şəxs qlütenli qida
  • 2:21 - 2:22
    qəbul edib. Bu zaman
  • 2:22 - 2:25
    qəfildən qarın nahiyəsində və
  • 2:25 - 2:28
    qollarında səpkilər yaranmağa başlayır.
  • 2:28 - 2:30
    Bu səpkilər və qızartılar
  • 2:30 - 2:31
    çox qaşındırır.
  • 2:31 - 2:35
    Bu, Dermatitis herpetiformis xəstəliyidir.
  • 2:35 - 2:36
    Çox yayğın deyil.
  • 2:36 - 2:39
    Qlüten xəstələrinin 10%-də
    rast gəlinsə də,
  • 2:39 - 2:41
    xəstəliyin diaqnozunda
  • 2:41 - 2:43
    çox vacib yeri vardır.
  • 2:43 - 2:45
    Diaqnozdan danışmışkən,
  • 2:45 - 2:47
    həkimlərin qlüten xəstəliyinə necə
  • 2:47 - 2:49
    diaqnoz qoyduğuna baxaq.
  • 2:49 - 2:51
    Əvvəlcə, xəstəliyin inkişaf etmə
  • 2:51 - 2:53
    ehtimalının aşağı və ya yuxarı olduğunu
  • 2:53 - 2:55
    öyrənməlidirlər.
  • 2:55 - 2:57
    Ailə anamnezinə baxırlar və
  • 2:57 - 2:59
    genetik meyillik olub-olmadığını
  • 2:59 - 3:01
    təyin edirlər.
  • 3:01 - 3:04
    Əgər ailə üzvlərinin çoxunda xəstəlik
  • 3:04 - 3:06
    varsa, biosiya edirlər.
  • 3:06 - 3:09
    Biopsiya zamanı lazım olan toxumalardan
  • 3:09 - 3:11
    nümunə götürülür.
  • 3:11 - 3:13
    Bundan sonra mikroskop altında
  • 3:13 - 3:16
    onun sağlam olub-olmadığına baxırlar.
  • 3:16 - 3:18
    Bu toxumalar isə endoskopik müayinə
  • 3:18 - 3:20
    vasitəsilə götürülür.
  • 3:20 - 3:23
    Bunun üçün ucunda kamera olan və zond
  • 3:23 - 3:24
    adlanan borudan istifadə edilir,
  • 3:24 - 3:26
    həkimlər bunu ağız boşluğundan daxil edir,
  • 3:26 - 3:28
    zond qida borusu ilə
  • 3:28 - 3:30
    mədəyə doğru irəliləyir və nəhayət,
  • 3:30 - 3:32
    nazik bağırsağa çatır.
  • 3:32 - 3:34
    Bu kamera ilə həkimlər nazik
  • 3:34 - 3:36
    bağırsağı izləyə və toxuma
  • 3:36 - 3:38
    nümunəsi götürə bilərlər.
  • 3:38 - 3:41
    İndi deyək ki, ehtimal aşağıdır.
  • 3:41 - 3:43
    Tutaq ki, ailə üzvlərinizdə
  • 3:43 - 3:44
    qlüten xəstəliyi və ya
  • 3:44 - 3:47
    başqa autoimmun xəstəliklər yoxdur,
  • 3:47 - 3:49
    bu zaman xəstədə invaziv prosedurlar
  • 3:49 - 3:52
    icra etmək istəmədiyimiz üçün
  • 3:52 - 3:54
    qan testləri edirik.
  • 3:54 - 3:56
    Çox hallarda qlütenə qarşı
  • 3:56 - 3:58
    anticisim axtarırıq,
  • 3:58 - 4:00
    çünki autoimmun xəstəlikdir.
  • 4:00 - 4:02
    Bu anticisimlər 5 sinfə bölünür,
  • 4:02 - 4:04
    IgA,
  • 4:04 - 4:07
    IgD, IgE, IgG,
  • 4:07 - 4:09
    və IgM adlanır.
  • 4:09 - 4:11
    Əsasən, IgA sinfinə aid anticisimlər
  • 4:11 - 4:14
    axtarırıq və bunlar
    özü də iki sinfə bölünür.
  • 4:14 - 4:17
    Toxuma transqlütaminaza anticisimləri
  • 4:17 - 4:20
    və endomizial anticisimlər.
  • 4:20 - 4:22
    Əgər bu qan testlərinin nəticəsi
  • 4:22 - 4:25
    müsbət olsa,
  • 4:25 - 4:27
    qlüten xəstəliyinin yaranma riski vardır,
  • 4:27 - 4:30
    bu zaman həkim diaqnozu dəqiqləşdirmək
  • 4:30 - 4:32
    üçün əlavə olaraq biopsiya edir.
  • 4:32 - 4:34
    Biopsiyanı ətraflı araşdıraq,
  • 4:34 - 4:36
    burada nazik bağırsağın mikroskop
  • 4:36 - 4:38
    altındakı iki şəklini görürsünüz.
  • 4:38 - 4:40
    Sağdakı bağırsaq sağlamdır,
  • 4:40 - 4:42
    soldakı isə qlüten xəstəliyi olan
  • 4:42 - 4:44
    birinə aiddir.
  • 4:44 - 4:46
    Əvvəlcə sağlam olan haqqında
  • 4:46 - 4:47
    danışaq.
  • 4:47 - 4:49
    Fikir verin, burada
    barmağa oxşayan çıxıntılar,
  • 4:49 - 4:50
    yəni xovlar vardır.
  • 4:50 - 4:52
    Bunlar nazik bağırsağın sorulma
  • 4:52 - 4:53
    funksiyasını icra edir.
  • 4:53 - 4:55
    Xovların arasında nova bənzər
  • 4:55 - 4:57
    kriptlər də var.
  • 4:57 - 4:59
    Xəstəlik zamanı bu xovlar
  • 4:59 - 5:00
    kütləşir.
  • 5:00 - 5:03
    Bu proses xovların atrofiyası adlanır.
  • 5:03 - 5:06
    Kriptlər isə uzanır,
  • 5:06 - 5:07
    nəticədə, bir az da böyüyür.
  • 5:07 - 5:10
    Bütün hüceyrələri bölünür və
  • 5:10 - 5:12
    bu hadisəyə kript hiperplaziyası deyirik,
  • 5:12 - 5:14
    sanki xovların zirvəsi kütləşdikcə
  • 5:14 - 5:17
    kript yarğanları da
  • 5:17 - 5:18
    dərinləşir.
  • 5:18 - 5:20
    Müqayisə üçün əlavə iki
  • 5:20 - 5:21
    şəkil də göstərəcəyəm.
  • 5:21 - 5:22
    Soldakı sağlam bir
  • 5:22 - 5:24
    şəxsə aiddir,
  • 5:24 - 5:27
    sağdakı isə qlüten xəstəsinə.
  • 5:27 - 5:29
    Yadınızdadırsa, qlüten xəstəliyi zamanı
  • 5:29 - 5:32
    nazik bağırsaqlarda
    iltihab olduğunu demişdik.
  • 5:32 - 5:34
    Yəni burada çoxlu limfositlər vardır.
  • 5:34 - 5:36
    Deməli, əsasən, limfositlərə baxmalıyıq,
  • 5:36 - 5:40
    nazik bağırsaq xovlarındakı
  • 5:40 - 5:43
    bu kürəcikləri görürsünüzmü?
  • 5:43 - 5:45
    Qlüten xəstəliyi zamanı
  • 5:45 - 5:46
    bunlardan çoxlu yaranır.
  • 5:46 - 5:49
    Bu kürəciklər
    limfositlərə cavab reaksiyası
  • 5:49 - 5:51
    verir və şəkildən görünən kimi, sağlam
  • 5:51 - 5:54
    hüceyrəyə nisbətən burada
  • 5:54 - 5:55
    daha çoxdur.
  • 5:55 - 5:57
    Bunlar qlüten xəstəliyinin
  • 5:57 - 5:59
    əsas əlamətləridir,
  • 5:59 - 6:01
    toxumada bunların görülməsi diaqnozu
  • 6:01 - 6:03
    təsdiqləyir, lakin diaqnoz qoymaqla
  • 6:03 - 6:05
    iş bitmir.
  • 6:05 - 6:06
    Bəs müalicəsi necə edilməlidir?
  • 6:06 - 6:09
    Təəssüf ki, dərman preparatları və ya
  • 6:09 - 6:12
    başqa prosedurlar kömək etmir.
  • 6:12 - 6:14
    Qliadin orqanizmə daxil oldusa,
  • 6:14 - 6:17
    anticisim yaranmasını
  • 6:17 - 6:18
    dayandıra bilmirik,
  • 6:18 - 6:20
    buna görə də, ən yaxşı seçim qlütensiz
  • 6:20 - 6:23
    pəhrizə keçməkdir.
  • 6:23 - 6:26
    Qlütensiz qidalanmaq çətin ola bilər,
  • 6:26 - 6:28
    ancaq indilərdə qlütensiz qidalar
  • 6:28 - 6:31
    daha çox satıldığı üçün elə də
  • 6:31 - 6:33
    çətin olmadığını düşünürəm.
  • 6:33 - 6:35
    Qısaca, qlütendən uzaq durduqca
  • 6:35 - 6:38
    bir problem yaranmayacaq.
Title:
What is celiac disease | Gastrointestinal system diseases | NCLEX-RN | Khan Academy
Description:

more » « less
Video Language:
English
Team:
Khan Academy
Duration:
06:39

Azerbaijani subtitles

Revisions Compare revisions