Return to Video

What is celiac disease | Gastrointestinal system diseases | NCLEX-RN | Khan Academy

  • 0:02 - 0:04
    Qlüten adı xəstəlik barədə çox məlumat
  • 0:04 - 0:06
    verməyə bilər,
  • 0:06 - 0:08
    onun əvəzində qlüten
  • 0:08 - 0:10
    enteropatiyasını istifadə etmək olar.
  • 0:10 - 0:12
    Entero - nazik bağırsaq,
  • 0:12 - 0:14
    patiya- xəstəlik deməkdir,
  • 0:14 - 0:16
    yəni qlütenin təsiri ilə yaranan
  • 0:16 - 0:19
    bir xəstəlikdən danışacağıq.
  • 0:19 - 0:21
  • 0:21 - 0:23
    Bunu da qeyd etməliyəm ki, qlüten xəstəliyi
  • 0:23 - 0:25
    autoimmun xəstəlikdir, yəni
  • 0:25 - 0:29
    immun sistemi nazik bağırsağa hücum edir.
  • 0:29 - 0:31
    Nə üçün baş verdiyi dəqiq bilinmir,
  • 0:31 - 0:33
    lakin genetik meyilliyi olan şəxslərdə
  • 0:33 - 0:36
    daha çox rast gəlinir.
  • 0:36 - 0:38
    Bu da məlumdur ki, qlüten xəstəliyi olan şəxslərdə
  • 0:38 - 0:40
    I tip diabet, qalxanabənzər vəzi xəstəlikləri
  • 0:40 - 0:43
    kimi başqa autoimmun xəstəliklər yarana bilər
  • 0:43 - 0:46
    və daun sindromlu şəxslər arasında
  • 0:46 - 0:47
    daha yayğındır.
  • 0:47 - 0:49
    İmmun sisteminin nazik bağırsağa nə üçün
  • 0:49 - 0:51
    hücum etdiyini bilməsək də, xəstəliyin
  • 0:51 - 0:53
    patofiziologiyası ilə bağlı məlumat
  • 0:53 - 0:56
    verə bilərik.
  • 0:56 - 0:59
    Yadımıza salaq, qlüten iki fərqli zülaldan
  • 0:59 - 1:00
    təşkil olunub.
  • 1:00 - 1:03
    Bunlar qliadin və qlütenindir.
  • 1:03 - 1:05
    Əsasən, qliadinə diqqət verək.
  • 1:05 - 1:08
    Tutaq ki, qlütenli qida qəbul etmisiniz.
  • 1:08 - 1:09
    Bu qlüten tədricən nazik bağırsağa
  • 1:09 - 1:12
    çatacaq, bu diaqramla nazik bağırsağın
  • 1:12 - 1:14
    qatlarını təsvir etmişəm.
  • 1:14 - 1:16
    Hədəf nöqtəsinə çatdıqda
  • 1:16 - 1:18
    orqanizm qliadinə qarşı anticisim
  • 1:18 - 1:20
    hazırlayır.
  • 1:20 - 1:22
    Bununla nazik bağırsaqda limfositlər,
  • 1:22 - 1:25
    yəni ağ qan hüceyrələri artmağa başlayır.
  • 1:25 - 1:27
    Dediyimiz kimi, iltihab olduğu üçün
  • 1:27 - 1:30
    nazik bağırsaqda çoxlu limfosit və anticisimlər
  • 1:30 - 1:32
    vardır.
  • 1:32 - 1:33
    Sanki nazik bağırsağınızda
  • 1:33 - 1:35
    müharibə gedir və
  • 1:35 - 1:38
    müharibə nazik bağırsağın divarlarını
  • 1:38 - 1:39
    zədələyir.
  • 1:39 - 1:42
    Bu divarların su və qidanın sorulmasında
  • 1:42 - 1:45
    böyük rolu var, lakin bu halda sorulma prosesi
  • 1:45 - 1:47
    baş verməyəcək.
  • 1:47 - 1:50
    Yəni bundan sonra su sorula bilmir
  • 1:50 - 1:51
    Bu su isə nəcisdə toplanır
  • 1:51 - 1:54
    və diareyaya səbəb olur.
  • 1:54 - 1:57
    Eyni şəkildə, yağlar da sorulmadığı
  • 1:57 - 1:59
    üçün nəcisdə toplanır və steatoreya
  • 1:59 - 2:01
    yaranır.
  • 2:01 - 2:03
    Nəhayət, dəmir və vitamin B12 də
  • 2:03 - 2:05
    sorulmur.
  • 2:05 - 2:08
    Nəticədə, anemiya yaranır.
  • 2:08 - 2:11
    Deməli, sorulma ilə bağlı
  • 2:11 - 2:12
    simptomlar yaranır,
  • 2:12 - 2:14
    lakin təkcə sorulma ilə bağlı olmayan
  • 2:14 - 2:16
    simptomlar da vardır.
  • 2:16 - 2:18
    Fərz edək ki, qlüten xəstəliyi
  • 2:18 - 2:21
    olan bir şəxs qlütenli qida qəbul
  • 2:21 - 2:22
    edib.
  • 2:22 - 2:25
    Qəfildən qarın nahiyəsində və
  • 2:25 - 2:28
    qollarında səpkilər yaranmağa başlayır.
  • 2:28 - 2:30
    Bu səpkilər və qızartılar çox
  • 2:30 - 2:31
    qaşına bilər.
  • 2:31 - 2:35
    Bu xəstəlik Dermatitis herpetiformis adlanır.
  • 2:35 - 2:36
    Çox yayğın deyil.
  • 2:36 - 2:39
    Əsasən, qlüten xəstələrinin 10%-də rast gəlinir,
  • 2:39 - 2:41
    lakin xəstəliyin diaqnozunda
  • 2:41 - 2:43
    çox vacibdir.
  • 2:43 - 2:45
    Diaqnozdan danışmışkən,
  • 2:45 - 2:47
    həkimlərin qlüten xəstəliyinə necə
  • 2:47 - 2:49
    diaqnoz qoyduğuna baxaq.
  • 2:49 - 2:51
    Əvvəlcə, xəstəliyin inkişaf etmə
  • 2:51 - 2:53
    ehtimalının aşağı və ya yuxarı olduğunu
  • 2:53 - 2:55
    öyrənməliyik.
  • 2:55 - 2:57
    Ailə anamnezinə baxaraq
  • 2:57 - 2:59
    genetik meyillik olub-olmadığını
  • 2:59 - 3:01
    təyin edir.
  • 3:01 - 3:04
    Əgər ailə üzvlərinin çoxunda rast gəlinərsə,
  • 3:04 - 3:06
    biosiya edirlər.
  • 3:06 - 3:09
    Biopsiya zamanı lazım olan
  • 3:09 - 3:11
    toxumalardan nümunə götürülür.
  • 3:11 - 3:13
    Bu nümunəni götürdükdən sonra mikroskop altında
  • 3:13 - 3:16
    onun sağlam olub-olmadığını təyin edirlər.
  • 3:16 - 3:18
    Bu toxumalar endoskopik müayinə
  • 3:18 - 3:20
    vasitəsilə götürülür.
  • 3:20 - 3:23
    Bunun üçün ucunda kamera olan və zond
  • 3:23 - 3:24
    adlanan borudan istifadə edir,
  • 3:24 - 3:26
    onlar bunu ağızdan daxil edir,
  • 3:26 - 3:28
    qida borusuna ilə
  • 3:28 - 3:30
    mədəsinə doğru irəliləyir və nəhayət,
  • 3:30 - 3:32
    nazik bağırsağa keçir.
  • 3:32 - 3:34
    Bu kamera ilə həkimlər nazik
  • 3:34 - 3:36
    bağırsağı izləyə və
  • 3:36 - 3:38
    nümunə götürə bilər.
  • 3:38 - 3:41
    İndi deyək ki, ehtimal aşağıdır.
  • 3:41 - 3:43
    Tutaq ki, ailə üzvlərinizdə
  • 3:43 - 3:44
    qlüten xəstəliyi və ya
  • 3:44 - 3:47
    başqa autoimmun xəstəliklər yoxdur,
  • 3:47 - 3:49
    bu zaman xəstədə invaziv prosedurlar
  • 3:49 - 3:52
    icra etmək istəmədiyimiz üçün
  • 3:52 - 3:54
    qan testləri edirik.
  • 3:54 - 3:56
    Çox hallarda qlütenə qarşı anticisim
  • 3:56 - 3:58
    axtarırıq,
  • 3:58 - 4:00
    çünki autoimmun xəstəlikdir.
  • 4:00 - 4:02
    Bu anticisimlər 5 sinfə bölünür,
  • 4:02 - 4:04
    IgA,
  • 4:04 - 4:07
    IgD, IgE, IgG,
  • 4:07 - 4:09
    və IgM adlanır.
  • 4:09 - 4:11
    Əsasən, IgA sinfinə aid anticisimlər
  • 4:11 - 4:14
    axtarırıq və bunlar da iki sinfə bölünür.
  • 4:14 - 4:17
  • 4:17 - 4:20
  • 4:20 - 4:22
    Əgər bu qan testlərinin nəticısi
  • 4:22 - 4:25
    müsbət olsa,
  • 4:25 - 4:27
    qlüten xəstəliyi yaranma riski vardır,
  • 4:27 - 4:30
    bu zaman həkim diaqnozu dəqiqləşdirmək
  • 4:30 - 4:32
    üçün biopsiya edir.
  • 4:32 - 4:34
    Biopsiyanı ətraflı araşdıraq,
  • 4:34 - 4:36
    burada nazik bağırsağın mikroskop altındakı
  • 4:36 - 4:38
    iki şəklini görürsünüz.
  • 4:38 - 4:40
    Sağdakı bağırsaq sağlamdır,
  • 4:40 - 4:42
    sondakı isə qlüten xəstəliyi olan
  • 4:42 - 4:44
    birinə aiddir.
  • 4:44 - 4:46
    Əvvəlcə sağlam olan haqqında
  • 4:46 - 4:47
    danışaq.
  • 4:47 - 4:49
    Fikir versəniz, burada barmağa oxşayan
  • 4:49 - 4:50
    xov adlanan çıxıntılar görərsiniz.
  • 4:50 - 4:52
    Bunlar nazik bağırsaqda sorulma
  • 4:52 - 4:53
    funksiyasını icra edir.
  • 4:53 - 4:55
    Xovların arasında buynuzvari
  • 4:55 - 4:57
    kriptlər də görə bilərsiniz.
  • 4:57 - 4:59
    Xəstəlik zamanı bu xovlar
  • 4:59 - 5:00
    kütləşir.
  • 5:00 - 5:03
    Bu isə xovların atrofiyası adlanır.
  • 5:03 - 5:06
    Kriptlər də uzanır,
  • 5:06 - 5:07
    nəticədə bir az daha böyüyür.
  • 5:07 - 5:10
    Bütün hüceyrələr bölünür və
  • 5:10 - 5:12
    bu hadisəyə kript hiperplaziyası deyirik,
  • 5:12 - 5:14
    sanki xovların zirvəsi alçaldıqca
  • 5:14 - 5:17
    kript yarğanları
  • 5:17 - 5:18
    dərinləşir.
  • 5:18 - 5:20
    Müqayisə üçün əlavə
  • 5:20 - 5:21
    iki şəkil də göstərim.
  • 5:21 - 5:22
    Soldakı sağlam bir şəxsə
  • 5:22 - 5:24
    aiddir,
  • 5:24 - 5:27
    sağdakı isə qlüten xəstəsinə.
  • 5:27 - 5:29
    Yadınızdadırsa, qlüten xəstəliyi zamanı
  • 5:29 - 5:32
    nazik bağırsaqlarda iltihab olduğunu demişdik.
  • 5:32 - 5:34
    Yəni burada çoxlu limfositlər vardır.
  • 5:34 - 5:36
    Deməli, limfosit axtarmaq məntiqli bir seçimdir,
  • 5:36 - 5:40
    nazik bağırsaq xovlarındakı
  • 5:40 - 5:43
    bu kürəcikləri görürsünüzmü?
  • 5:43 - 5:45
    Qlüten xəstəliyi zamanı
  • 5:45 - 5:46
    bunlara çox rast gəlinir.
  • 5:46 - 5:49
    Bu kürəciklər limfositlərə cavab reaksiyası
  • 5:49 - 5:51
    verir və şəkildən görünən kimi, sağlam
  • 5:51 - 5:54
    hüceyrəyə nisbətən burada daha çoxdur.
  • 5:54 - 5:55
  • 5:55 - 5:57
    Bunlar qlüten xəstəliyinin
  • 5:57 - 5:59
    əsas əlamətləridir,
  • 5:59 - 6:01
    toxumada bunların görülməsi diaqnozu
  • 6:01 - 6:03
    təsdiqləyir, lakin diaqnoz qoymaqla
  • 6:03 - 6:05
    iş bitmir.
  • 6:05 - 6:06
    Bəs necə müalicə etməliyik?
  • 6:06 - 6:09
    Təəssüf ki, dərman preparatları və ya
  • 6:09 - 6:12
    başqa prosedurlarla müalicə etmək olmur,
  • 6:12 - 6:14
    Qliadin orqanizmə daxil oldusa,
  • 6:14 - 6:17
    anticisim yaranmasını
  • 6:17 - 6:18
    dayandıra bilmərik,
  • 6:18 - 6:20
    deməli, ən yaxşı üsul qlütensiz
  • 6:20 - 6:23
    pəhrizə keçməkdir.
  • 6:23 - 6:26
    Qlütensiz qidalanmaq çətin ola bilər.
  • 6:26 - 6:28
    Ancaq bu tipli qidaların satışı artdıqca,
  • 6:28 - 6:31
    elə də çətin olmur.
  • 6:31 - 6:33
  • 6:33 - 6:35
    Qlüten qəbul etmədikcə
  • 6:35 - 6:38
    hər şey qaydasındadır.
Title:
What is celiac disease | Gastrointestinal system diseases | NCLEX-RN | Khan Academy
Description:

more » « less
Video Language:
English
Team:
Khan Academy
Duration:
06:39

Azerbaijani subtitles

Revisions Compare revisions