Tək hekayənin təhlükəsi
-
0:00 - 0:02Mən hekayənəvisəm.
-
0:02 - 0:05Sizə bir neçə şəxsi hekayə danışmaq istəyirəm.
-
0:05 - 0:10Onlara "tək hekayənin təhlükəsi" adını vermişəm.
-
0:11 - 0:14Mən şərqi Nigeriyda
bir universitet şəhərciyində böyümüşəm. -
0:14 - 0:17Anam deyir ki,
mən oxumağa iki yaşımdan başlamışam, -
0:17 - 0:21amma düşünürəm ki,
dörd desəm daha düzgün olar. -
0:22 - 0:24Yəni, mən oxumağa erkən başlamışam.
-
0:24 - 0:27Oxuduqlarım da ingilis
və amerikan uşaq ədəbiyyatı idi. -
0:28 - 0:30Mən həm də yazmağa erkən başlamışam
-
0:30 - 0:34və yazmağa başlayanda
təxminən yeddi yaşım vardı. -
0:34 - 0:36Karandaşla hekayələr yazır və onları
şəkillərlə bəzəyirdim, -
0:36 - 0:40yazıq anamı onları oxumağa məcbur edirdim.
-
0:40 - 0:43Yazdığım hekayələr
tamamilə oxuduqlarım kimi idi: -
0:43 - 0:48Bütün qəhramanlarım
ağ-dərili və mavi gözlü idi, -
0:48 - 0:50onlar qarda oynayırdılar,
-
0:50 - 0:52alma yeyirdilər
-
0:52 - 0:54(Gülüş)
-
0:54 - 0:56və onlar xeyli hava haqqında danışırdılar.
-
0:56 - 0:58"Necə də gözəl günəş çıxıb."
-
0:58 - 1:00(Gülüş)
-
1:00 - 1:04Halbuki, mən faktiki olaraq
Nigeriyada yaşayırdım, -
1:04 - 1:05heç vaxt da Nigeriyadan
xaricdə olmamışdım. -
1:07 - 1:10Bizdə qar yağmır, biz manqo yeyirik
-
1:10 - 1:12və biz heç vaxt hava haqqında danışmırıq,
-
1:12 - 1:14çünki ehtiyac yoxdur.
-
1:14 - 1:17Bundan əlavə, qəhramanlarım
çoxlu zəncəfilli pivə içirdi, -
1:17 - 1:19çünki oxuduğum
ingilis kitablarındakı qəhramanlar -
1:19 - 1:21zəncəfilli pivə içirdilər.
-
1:21 - 1:23Amma zəncəfilli pivənin nə olduğu haqda
mənim heç təsəvvürüm belə yox idi. -
1:24 - 1:26(Gülüş)
-
1:26 - 1:27Uzun illər boyunca da
-
1:27 - 1:30zəncəfilli pivənin dadına baxmaq mənim üçün ümidsiz arzu olaraq qaldı.
-
1:30 - 1:32Amma bu başqa hekayədir.
-
1:32 - 1:34Məncə, bu o deməkdir ki,
-
1:35 - 1:37biz hekayələrin qarşısında
-
1:37 - 1:39necə də həssas və zəif oluruq,
-
1:39 - 1:40xüsusilə də uşaq yaşlarımızda.
-
1:42 - 1:45Çünki oxuduğum bütün kitablarda
qəhramanların hamısı əcnəbi idi, -
1:45 - 1:48mən düşünməyə başlamışdım ki,
bu kitablarda -
1:48 - 1:51təbii olaraq ancaq əcnəbilər olmalıdır
-
1:51 - 1:54və mənim şəxsən aşina olduğum şeylər
haqda olmamalıdır. -
1:56 - 1:58Amma Afrika kitablarını kəşf etməyimlə
işlər dəyişdi. -
1:59 - 2:01Onların çoxu elə də tanınmır,
-
2:01 - 2:04və xarici kitablar kimi asan tapılan deyil.
-
2:04 - 2:07Amma Çinua Açebe və Kamara Laye kimi
yazıçıların sayəsində -
2:07 - 2:11mənim ədəbiyyat barədə fikirlərim dəyişdi.
-
2:11 - 2:13Başa düşdüm ki, mənim kimi insanlar
-
2:13 - 2:15- şokolad rəngli dərili,
-
2:15 - 2:19"at quyruğu" formasına gəlməyən
buruq saçlı qızlar - -
2:19 - 2:20da ədəbiyyatda mövcuddur.
-
2:21 - 2:24Mən bələd olduğum şeylər haqqında
yazmağa başladım. -
2:25 - 2:28Oxuduğum amerikan
və ingilis kitablarını xoşlayırdım. -
2:28 - 2:32Onlar mənim təxəyyülümü oyatdı,
mənə yeni dünyalar açdı. -
2:32 - 2:34Amma arzuolunmayan nəticə o idi ki,
-
2:34 - 2:36mən mənim kimi insanların
-
2:36 - 2:37ədəbiyyatda mövcud olduğunu bilmirdim.
-
2:38 - 2:42Beləliklə, afrikalı yazıçıları kəşf etmək
-
2:42 - 2:46məni kitablar haqqında tək hekayəyə
sahib olmaqdan xilas etdi. -
2:47 - 2:50Mən adi, orta-gəlirli nigeriyalı ailədənəm.
-
2:50 - 2:52Atam professor idi.
-
2:52 - 2:54Anam isə idarəçi.
-
2:55 - 2:58Bizim evdə, təbii olaraq,
-
2:58 - 3:03əsasən yaxın kəndlərdən olan
köməkçilər olurdu. -
3:03 - 3:06Mən səkkiz yaşıma keçəndə
evə yeni köməkçi gəldi. -
3:07 - 3:08Onun adı Fide idi.
-
3:10 - 3:14Anamın onun haqda dediyi tək şey
onun ailəsinin kasıb olduğu idi. -
3:15 - 3:20Anam onun ailəsinə yams və düyü,
bir də bizim köhnə paltarlarımızı göndərirdi. -
3:20 - 3:23Mən yeməyimi axıra kimi yeməyəndə anam
-
3:23 - 3:27“Hamısını ye, bilmirsən Fidenin ailəsi
kimi insanların heç nəyi yoxdur?!” deyirdi. -
3:27 - 3:31Mənim Fidenin ailəsinin halına acıyırdım.
-
3:32 - 3:34Sonra bir cümə axşamı biz onlara
baş çəkmək üçün kəndlərinə getdik -
3:34 - 3:38və onun anası bizə gözəl naxışlı səbət göstərdi.
-
3:38 - 3:41Bunu onun qardaşı boyanmış rafiyadan düzəltmişdi.
-
3:41 - 3:43Mən heyrətə gəlmişdim.
-
3:43 - 3:46Mənim heç vaxt ağlıma gəlməzdi ki, onun ailəsində
-
3:46 - 3:49kimsə nəsə düzəldə bilər.
-
3:49 - 3:52Onlar haqda eşitdiyim tək şey
onların necə də kasıb olduğu idi, -
3:52 - 3:56buna görə də kasıblıqdan başqa bir şeylə
qarşılaşacağıma inanmırdım. -
3:57 - 4:00Onların kasıblığı onlar haqda bildiyim tək hekayə idi.
-
4:01 - 4:04İllər sonra, mən Nigeriyanı tərk edib
-
4:04 - 4:06təhsil üçün Birləşmiş Ştatlara gələndə bu haqda düşündüm.
-
4:06 - 4:0819 yaşım vardı.
-
4:08 - 4:11Amerikalı otaq yoldaşım heyrətə düşmüşdü.
-
4:12 - 4:16İngiliscə belə gözəl danışmağı harada öyrəndiyimi soruşdu
-
4:16 - 4:18və mən Nigeriyada
-
4:18 - 4:20ingilis dilinin rəsmi dil olduğunu deyəndə o təəccübləndi.
-
4:22 - 4:26O “qəbilə musiqisi” adlandırdığı
musiqimizə qulaq asmaq istəyəndə də -
4:26 - 4:28xeyli çaşqınlıq keçirdi,
-
4:28 - 4:30çünki mən ona Merayya Keri kasetini göstərmişdim.
-
4:30 - 4:33(Gülüş)
-
4:33 - 4:37Ona elə gəlirdi ki, mən mətbəx plitəsinin
necə istifadə edildiyini bilmirəm. -
4:38 - 4:39Mənə toxunan nə idi?
-
4:39 - 4:42Onun hələ məni tanımazdan əvvəl mənə ürəyi acımışdı.
-
4:43 - 4:46Onun mənə qarşı ilk mövqeyi,
bir afrikalı kimi -
4:46 - 4:49bir az yuxarıdan aşağı və rəhm dolu idi.
-
4:50 - 4:53Otaq yoldaşımın Afrika haqda tək hekayəsi vardı:
-
4:54 - 4:56bədbəxtlik haqda tək hekayə.
-
4:56 - 4:58Bu tək hekayədə
-
4:58 - 5:02bir afrikalının ona oxşamasının mümkünlüyünə yer yox idi.
-
5:02 - 5:05Rəhmdən daha qarışıq hisslərə də...
-
5:05 - 5:09Bərabər insanlar kimi ünsiyyətin mümkünlüyünə də...
-
5:09 - 5:11Onu da deməliyəm ki, Birləşmiş Ştatlara getməmişdən əvvəl
-
5:11 - 5:13özümü heç vaxt afrikalı kimi təqdim etməmişdim.
-
5:14 - 5:17Amma ABŞ-da, Afrikadan söz düşəndə hamı üzünü mənə tuturdu.
-
5:17 - 5:20Mənim Namibiya kimi yerlərlə bağlı heç nə bilmədiyimi ağıllarına da gətirmirdilər.
-
5:21 - 5:23Amma mən bu yeni kimliyi qəbul etdim
-
5:23 - 5:26və bir çox tərəfdən özümü bir afrikalı kimi qəbul edirəm.
-
5:26 - 5:30Buna baxmayaraq, mən hələ də Afrika ölkə kimi qəbul ediləndə əsəbiləşirəm.
-
5:30 - 5:34Misal üçün, elə bu yaxınlarda,
-
5:34 - 5:352 gün əvvəl Laqosdan qayıdanda
-
5:35 - 5:38Virgin havayollarında səslənən
-
5:38 - 5:43bir elanda belə dedilər:
"Hindistan, Afrika və digər ölkələr." -
5:43 - 5:44(Gülüş)
-
5:44 - 5:48Bundan sonra mən ABŞ-da
bir afrikalı kimi bir neçə il qaldım. -
5:48 - 5:51Mən otaq yoldaşımın mənə
münasibətini başa düşməyə başladım. -
5:52 - 5:54Əgər mən Nigeriyada böyüməsəydim
-
5:54 - 5:57və mənim Afrika ilə bağlı
ancaq hamının bildiyi şeyləri bilsəydim -
5:57 - 6:02mən də Afrikanın gözəl mənzərəli,
-
6:02 - 6:04gözəl heyvanların
-
6:04 - 6:06və anlaşılmaz insanların yaşadığı yer kimi təsəvvür edərdim.
-
6:06 - 6:10O insanlar ki, mənasız müharibələr edir,
aclıqdan və QİÇS-dən ölür, -
6:10 - 6:12öz yerlərinə danışa bilmir
-
6:12 - 6:16və qayğıkeş, ağ-dərili
əcnəbi tərəfindən xilası gözləyirlər. -
6:17 - 6:19Mən də afrikalılara o gözlə baxardım,
-
6:19 - 6:22necə ki uşaq olanda
Fidenin ailəsinə elə baxırdım. -
6:23 - 6:27Nəticə etibarilə, fikrimcə
Afrikanın tək hekayəsi Qərb ədəbiyyatından gəlir. -
6:27 - 6:32Bu sitat Con Lok adlı
-
6:32 - 6:351561-ci ildə qərbi Afrikaya səyahət etmiş
-
6:35 - 6:39və təssüratlarını qeydə almış londonlu tacirə aiddir.
-
6:40 - 6:44Qara-dərili afrikalılar haqda
"evləri olmayan vəhşilər" deyəndən sonra -
6:44 - 6:48o əlavə edir: "Onlar həm də başsızdırlar,
-
6:48 - 6:52ağızları və gözləri də sinələrindədir."
-
6:53 - 6:55Bunu hər dəfə oxuyanda gülürəm.
-
6:55 - 6:58Con Lokun təxəyyülünə heyran olmamaq olmur.
-
6:59 - 7:01Amma onun yazdıqlarında vacib olan şey
-
7:01 - 7:03bunun Qərb ədəbiyyatındakı
-
7:03 - 7:06ənənəvi Afrika hekayələrinin təməlini qoymasıdır.
-
7:06 - 7:09Səhra-altı Afrikanın mənfilərlə dolu,
-
7:09 - 7:12fərqli, qaranlıq,
-
7:12 - 7:17görkəmli şair Redyard Kiplinqin təbirilə desəm,
-
7:17 - 7:19"yarı şeytan, yarı uşaq" insanların yaşadığı
bir yer olduğuna dair təhkiyə ənənəsi. -
7:20 - 7:23Beləliklə, mən başa düşməyə başladım ki,
mənim amerikalı otaq yoldaşım -
7:23 - 7:25həyatı boyunca
-
7:25 - 7:29bu tək hekayənin müxtəlif versiyalarını eşidib və görüb.
-
7:29 - 7:31Bu bir professorun bir dəfə
-
7:31 - 7:35romanım haqda "həqiqi Afrika belə olmur"
deməsinə oxşayır. -
7:36 - 7:38Romanımda bəzi şeylərin
-
7:38 - 7:41səhv olduğu,
-
7:41 - 7:44bəzi hissələrin zəif olduğu ilə razılaşıram,
-
7:44 - 7:46amma heç vaxt fikirləşməmişdim ki,
-
7:46 - 7:49"həqiqi Afrika"nı ifadə etməkdə
iflasa uğramışam. -
7:49 - 7:53Fakt o idi ki, mən "həqiqi Afrika"nın
nə olduğunu bilmirdim. -
7:54 - 7:58Professor mənə dedi ki,
mənim qəhramanlarım ona çox oxşayır, -
7:58 - 8:00təhsillidirlər və orta-gəlirli adamlardır.
-
8:00 - 8:03Qəhramanlarım maşın sürürdülər.
-
8:03 - 8:05Onlar acından qırılıb ölmürdülər.
-
8:05 - 8:08Ona görə də, bu "həqiqi Afrika" romanı deyildi.
-
8:09 - 8:12Amma onu da deməliyəm ki, mən də
-
8:12 - 8:14tək hekayə məsələsində ən az onun qədər günahkaram.
-
8:15 - 8:18Bir neçə il əvvəl, Mən ABŞ-dan Meksikaya getdim.
-
8:19 - 8:22ABŞ-da siyasi atmosfer o vaxt çox gərgin idi
-
8:22 - 8:25və immiqrasiya haqda müzakirələr gedirdi.
-
8:25 - 8:27Amerikada, demək olar, həmişə olduğu kimi
-
8:27 - 8:30immiqrasiya sözü meksikalı sözü ilə eyni mənanı verirdi.
-
8:31 - 8:33Meksikalıların sonsuz sayda hekayələri vardı.
-
8:33 - 8:36Səhiyyə sistemini talayan,
-
8:36 - 8:38sərhəddən gizlin keçən,
-
8:38 - 8:40sərhəddə tutulan və s. insanlar haqda...
-
8:42 - 8:46Yadımdadır ki, Qvadalaxarada gəzməyə çıxdığım ilk gün
-
8:46 - 8:48işə gedən,
-
8:48 - 8:50bazar yerlərində lavaş yayan,
-
8:50 - 8:52siqaret çəkən, gülən insanları müşahidə edirdim.
-
8:53 - 8:56Yadımdadır ki, ilk təəssüratımda bir az təəccüb vardı.
-
8:56 - 8:59Sonra bu hissimə görə hədsiz utandım.
-
8:59 - 9:04Başa düşdüm ki, mən medianın yaratdığı
meksikalı anlayışına qapılmışam, -
9:04 - 9:06mənim ağlıma gələn tək şey
-
9:06 - 9:08"bədbəxt immiqrant" idi.
-
9:09 - 9:11Mənim meksikalılar haqda tək hekayəm vardı
-
9:11 - 9:14və özümdən heç bu qədər utanmamışdım.
-
9:14 - 9:17Beləliklə, tək hekayə yaratmaq belə bir şeydir:
-
9:17 - 9:19İnsanlara tək şey göstərmək,
-
9:19 - 9:21- sadəcə bir tək şey -
-
9:21 - 9:23yenidən və yenidən.
-
9:23 - 9:25Beləcə o yaranır.
-
9:26 - 9:28Tək hekayə haqda danışanda
-
9:28 - 9:30güc haqqında da danışmamaq mümkünsüzdür.
-
9:31 - 9:33Iqbo dilində belə bir söz var.
-
9:33 - 9:37Hər dəfə dünyanın güc strukturları haqda
düşünəndə bu sözü xatırlayıram. -
9:37 - 9:38Bu söz "nkali"-dir.
-
9:38 - 9:43Bu ismi təximən "başqasından böyük olma" kimi
tərcümə etmək olar. -
9:44 - 9:46Bizim iqtisadi və siyasi dünyamız kimi,
-
9:47 - 9:51hekayələr də nkali-nin prinsipləri ilə müəyyən olunur:
-
9:51 - 9:53Onların necə danışıldığı, kimlərin danışdığı,
-
9:53 - 9:56nə vaxt danışdığı, neçə hekayənin danışıldığı
-
9:56 - 9:58həqiqətən də gücdən asılıdır.
-
10:00 - 10:03Güc təkcə başqasının hekayəsini danışmaq deyil,
-
10:03 - 10:07həm də bunu onun qəti hekayəsi etməkdir.
-
10:07 - 10:09Fələstinli şair Mürid Barğuti yazır ki,
-
10:09 - 10:12əgər insanların mülkünü əlindən almaq istəyirsənsə
-
10:12 - 10:15bunun ən sadə yolu onların hekayəsini danışmaqdır
-
10:15 - 10:17və buna "ikinci" hissədən başlamalısan.
-
10:18 - 10:22Hekayəyə yerli amerikalıların oxları ilə başlayın,
-
10:22 - 10:25ingilislərin gəlişi ilə yox.
-
10:25 - 10:28Beləcə tamam fərqli hekayəniz olacaq.
-
10:28 - 10:32Hekayəyə Afrikanın uğursuz idarəsilə başlayın,
-
10:32 - 10:36Afrikada müstəmləkələrin qurulması ilə yox.
-
10:36 - 10:39Beləcə tamam fərqli hekayəniz olacaq.
-
10:40 - 10:42Təzəlikcə bir universitetdə çıxışım zamanı
-
10:42 - 10:46tələbələrdən biri mənə
-
10:46 - 10:49nigeriyalı kişilərin fiziki şiddətə meyilli olmağının
-
10:49 - 10:51utandırıcı hal olduğunu dedi. Romanımdakı ata xarakteri kimi.
-
10:52 - 10:56Mən də ona təzəlikcə "Amerikalı Psixopat" adlı roman oxuduğumu dedim.
-
10:56 - 10:58(Gülüş)
-
10:58 - 11:00Gənc amerikalıların serial qatil olması
-
11:00 - 11:03necə də utanc doğurur.
-
11:03 - 11:07(Gülüş)
-
11:07 - 11:13(Alqış)
-
11:13 - 11:16Bunu əsəbləşib demişdim.
-
11:16 - 11:18(Gülüş)
-
11:18 - 11:20Amma bu mənə heç vaxt əsas vermədi ki,
-
11:20 - 11:24sadəcə bir romanda qəhramanın
seriyalı qatil olmasından -
11:24 - 11:28bütün amerikalıların da belə olduğu nəticəsini çıxaram.
-
11:28 - 11:31Bu o demək deyil ki, mən
həmin tələbədən daha yaxşı insanam. -
11:31 - 11:34Bu o deməkdir ki, Amerikanın mədəni
və iqtisadi gücü nəticəsində -
11:34 - 11:36mən Amerika haqda çoxlu hekayələr oxumuşam.
-
11:36 - 11:40Mən Tayleri, Apdaykı, Steynbeki və Qitskilli oxumuşam.
-
11:40 - 11:43Mənim Amerika haqda tək hekayəm olmayıb.
-
11:44 - 11:45İllər əvvəl, öyrənəndə ki
-
11:45 - 11:50uğur qazanmaq üçün yazıçılardan
-
11:50 - 11:52həqiqətən də bəxbəxt uşaqlıq keçirməsini gözləyirlər,
-
11:52 - 11:56mən valideynlərimin mənə necə dəhşətli şeylər edə biləcəyini uydurmaq haqda düşünməyə başladım.
-
11:56 - 11:58(Gülüş)
-
11:58 - 12:02Amma doğru olan o idi ki, uşaqlığım çox şən,
-
12:02 - 12:05gülüş və sevgi ilə dolu bir mehriban ailədə keçmişdi.
-
12:05 - 12:08Amma qaçqın düşərgələrində ölən babalarım da vardı.
-
12:09 - 12:13Qohumum Poli müvafiq müalicə almadığına görə rəhmətə getdi.
-
12:13 - 12:16Ən yaxın dostlarımdan biri Okoloma
təyyarə qəzasında öldü, -
12:16 - 12:19çünki yanğınsöndürən maşınlarımızda su yox idi.
-
12:19 - 12:22Mən repressiv hərbi hökümətdə böyümüşəm.
-
12:22 - 12:24Təhsilin səviyyəsi aşağı idi
-
12:24 - 12:27və bəzən valideynlərim əməkhaqlarını ala bilmirdilər.
-
12:27 - 12:31Səhər yeməyində cemin,
-
12:31 - 12:33sonra yağın yoxa çıxdığını görürdüm,
-
12:34 - 12:36sonra çörək bahalaşdı,
-
12:36 - 12:38sonra süd məhdudlaşmağa başladı.
-
12:39 - 12:43Bütün bunlardan əlavə, öyrəşdiyimiz siyasi qorxu
-
12:43 - 12:44həyatımıza daxil oldu.
-
12:46 - 12:48Bütün bu hekayələr məni mən edir.
-
12:48 - 12:52Amma təkcə bu mənfi hekayələrdə təkid etmək
-
12:52 - 12:55təcrübələrimi dayazlaşdırmaq deməkdir
-
12:55 - 12:59və məni formalaşdıran digər çoxlu hekayələri
gözdən qaçırmaqdır. -
12:59 - 13:02Tək hekayə stereotipləri yaradır
-
13:02 - 13:07və steretiplərlə bağlı problem
onların səhv olmasında deyil, -
13:07 - 13:09onların yarımçıq olmasındadır.
-
13:09 - 13:12Onlar bir hekayəni tək hekayə edir.
-
13:13 - 13:16Əlbəttə, Afrika bədbəxtliklərlə dolu qitədir:
-
13:16 - 13:19Bir tərəfdə dəhşətli zorlamaların olduğu böyük Konqo,
-
13:19 - 13:21digər tərəfdə ürək sıxan,
-
13:21 - 13:25bir iş vakansiyasına 5000 nəfərin müraciət etdiyi Nigeriya var.
-
13:26 - 13:30Amma bədbəxtliklə bağlı olmayan
başqa hekayələr də var -
13:30 - 13:33və onlar haqqında danışmaq da
digərlərində olduğu kimi çox vacibdir. -
13:33 - 13:35Mən həmişə hiss etmişəm ki,
-
13:35 - 13:38bir yeri və ya insanı tanımaq
-
13:38 - 13:42onun haqqındakı bütün hekayələri
bilmədən mümkün deyil. -
13:42 - 13:46Tək hekayənin aqibəti budur:
-
13:46 - 13:48insanın ləyaqətini əlindən alır.
-
13:48 - 13:52İnsanların bərabərliyini tanımağımızı çətinləşdirir.
-
13:52 - 13:56Bu bizim oxşarlığımızdan daha çox,
fərqli olmağımızı vurğulayır. -
13:57 - 13:59Meksika səfərimdən əvvəl
-
14:00 - 14:03immiqrasiya haqda müzakirələri hər iki tərəfdən
-
14:03 - 14:05- ABŞ və Meksika tərəfdən izləsəydim
görəsən necə olardı? -
14:05 - 14:09Görəsən anam Fidenin ailəsinin kasıblığı ilə yanaşı
-
14:09 - 14:11çox çalışqan olduğunu desəydi necə olardı?
-
14:11 - 14:13Görəsən Afrika haqda müxtəlif hekayələri
-
14:13 - 14:17bütün dünyaya yayımlayan
telekanalımız olsaydı necə olardı? -
14:17 - 14:21Nigeriyalı yazıçı Çinua Açebe bunu
"hekayələrin balansı" adlandırır. -
14:21 - 14:25Görəsən otaq yoldaşım Nigeriyalı naşirim
-
14:25 - 14:27Muxtar Bakare haqda bilsəydi,
-
14:27 - 14:29bilsəydi ki o bankdakı işini tərk edərək
-
14:29 - 14:32arzularını gerçəkləşdirmək üçün nəşriyyat açıb, necə olardı?
-
14:32 - 14:36Çoxları inanırdı ki, nigeriyalılar ədəbiyyat oxumur.
-
14:36 - 14:37O razılaşmadı.
-
14:37 - 14:40O başa düşdü ki, oxumağı bacaran hər kəs oxuyacaq.
-
14:40 - 14:44Təki sən ədəbiyyatı əl çatan və göz qabağında et.
-
14:45 - 14:47Mənim ilk romanımı nəşr edəndən qısa müddət sonra
-
14:47 - 14:50mən müsahibə vermək üçün
Laqosda bir TV kanala getdim. -
14:50 - 14:53Xəbərlərdə işləyən bir qadın mənə yaxınlaşdı və dedi:
-
14:53 - 14:56"Mən sizin romanı doğrudan da bəyəndim. Təkcə sonunu xoşlamadım.
-
14:56 - 14:59Siz onun davamını yazmalısınız, necə yazacağınızı deyim..."
-
14:59 - 15:02(Gülüş)
-
15:02 - 15:05Beləcə mənə bu romanın arxasını
necə yazacağımı danışmağa başladı. -
15:06 - 15:08Mən heyrətə gəlməklə yanaşı,
həm də həyəcanlanmışdım. -
15:08 - 15:11Orda, özünü oxucu hesab etməyən,
-
15:11 - 15:13siravi nigeriyalı saya biləcəyimiz qadın var idi.
-
15:14 - 15:16O, təkcə kitabı oxumaqla kifayətlənməmişdi,
-
15:16 - 15:17həm də ona yiyələnmişdi
-
15:17 - 15:20və özünü davamını necə yazacağımı
deməkdə haqlı sayırdı. -
15:22 - 15:25Görəsən otaq yoldaşım dostum Fumi Ondanı -
-
15:25 - 15:28Laqosda TV şouda aparıcılıq edən
-
15:28 - 15:31və unutmağı seçdiyimiz hekayələri danışmağa ömrünü həsr edən bu qorxusuz qadını tanısaydı necə olardı?
-
15:32 - 15:35Görəsən otaq yoldaşım keçən həftə Laqos xəstəxanasında
-
15:35 - 15:38keçirilən ürək əməliyyatı haqda bilsəydi necə olardı?
-
15:38 - 15:42Görəsən otaq yoldaşım müasir Nigeriya musiqisi haqda,
-
15:42 - 15:45ingiliscə və pidcin dilində,
-
15:45 - 15:47iqbo, yoruba və ico dillərində oxuyan,
-
15:47 - 15:51Cey-Zidən Felaya, Bob Merlidən onların babalarına qədər
-
15:51 - 15:53fərqli təsirləri qarışdıran istedadlı insanlar haqda bilsəydi necə olardı?
-
15:54 - 15:56Görəsən otaq yoldaşım təzəlikcə
-
15:56 - 16:00pasportlarını dəyişmək istəyən qadınlar üçün ərlərindən razılıq tələb edən gülünc qanunu
-
16:00 - 16:03dəyişmək üçün Nigeriya məhkəməsinə üz tutan
-
16:03 - 16:06hüquqşünas qadını tanısaydı necə olardı?
-
16:06 - 16:09Görəsən otaq yoldaşım Nollivud haqda,
-
16:09 - 16:13böyük texniki çətinliklərə baxmayaraq film çəkən yaradıcı insanlar barədə bilsə necə olardı?
-
16:13 - 16:15Bu filmlər çox məşhurdur
-
16:15 - 16:20və nigeriyalıların nə istehsal edib nə istehlak etdiyinə çox gözəl nümunələrdir.
-
16:20 - 16:23Görəsən otaq yoldaşım saç dəstləri satmaqla təzəlikcə öz şəxsi biznesini quran,
-
16:23 - 16:27saçlarımı hörən saç ustam haqda eşitsəydi necə olardı?
-
16:27 - 16:31Ya da digər öz işlərini quran, hərdən uğursuz olan,
-
16:31 - 16:34amma arzulamağa davam edən milyonlarla nigeriyalıdan?
-
16:35 - 16:37Hər dəfə vətənə qayıdanda
-
16:37 - 16:40bir çox nigeriyalını narahat edən şeylərlə qarşılaşıram:
-
16:40 - 16:43yararsız infrastrukturla,
müflisləşmiş hökümətlə... -
16:43 - 16:46Amma, bunlarla yanaşı, insanlarla.
-
16:46 - 16:49O insanlar ki,
hökümət dəstəyi almaq bir yana, -
16:49 - 16:50hətta bu hökümətə rəğmən
ağlasığmaz möhkəmlik göstərirlər. -
16:51 - 16:54Hər yay mən Laqosda yazıçılıq kursları keçirəm.
-
16:54 - 16:57Xeyli insanın müraciət etməsi,
-
16:57 - 17:00xeyli insanın yazıçı olmağa,
-
17:00 - 17:01hekayələr danışmağa can atması
məni heyrətləndirir. -
17:02 - 17:05Nigeriyalı naşirimlə mən təzəlikcə
bir qeyri-kommersiya təşkilatı yaratmışıq, -
17:05 - 17:07Təşkilat Farafina Trast adlanır.
-
17:07 - 17:10Bizim kitabxanalar yaratmaq,
-
17:10 - 17:12mövcud kitabxanaları bərpa etmək,
-
17:12 - 17:15kitabxanalarında heç nəyi olmayan
-
17:15 - 17:17dövlət kitabları üçün kitab təmin etmək
-
17:17 - 17:20və çoxlu-çoxlu oxuma-yazma kursları
-
17:20 - 17:21təşkil etmək kimi böyük arzularımız var.
-
17:21 - 17:24Bizim sayca çox olan hekayələrimizi
danışmağa can atanlar üçün. -
17:24 - 17:26Hekayələr vacibdir.
-
17:26 - 17:28Hekayələrin çoxluğu vacibdir.
-
17:28 - 17:32Hekayələr oğurluqda, böhtanda istifadə edildi.
-
17:32 - 17:36Amma hekayələr həm də gücləndirməkdə və
humanistləşmədə də istifadə edilə bilər. -
17:37 - 17:39Hekayələr insanların ləyaqətini qıra bilər,
-
17:39 - 17:43amma hekayələr həm də qırılmış ləyaqəti
bərpa da edə bilər. -
17:44 - 17:46Amerikalı yazıçı Elis Uolker bunu
-
17:46 - 17:50şimala köç edən cənublu yaxınları barədə yazıb.
-
17:50 - 17:52Onların geridə qoyduqları cənublu həyatlarını
-
17:52 - 17:54bir kitabda belə ifadə edib:
-
17:56 - 17:59"Yanımda oturdular,
özləri də kitab oxuyurdular, -
17:59 - 18:05mən oxuyanda da qulaq asırdılar
və elə bil hər yer cənnətə dönmüşdü." -
18:06 - 18:08Nitqimi bu sözlərlə bitirmək istəyirəm:
-
18:08 - 18:11Tək hekayəni qəbul etməyəndə,
-
18:11 - 18:14bir yer haqqında tək bir hekayənin olmadığını
-
18:14 - 18:16başa düşəndə
-
18:16 - 18:18elə bil hər yer cənnətə dönəcək.
-
18:19 - 18:20Çox sağ olun.
-
18:20 - 18:23(Alqış)
- Title:
- Tək hekayənin təhlükəsi
- Speaker:
- Çimamanda Adiçi
- Description:
-
Bizim həyatımız, mədəniyyətimiz yarı yalan, yarı gerçək hekayələrlə doludur. Romançı Çimamanda Adiçi bu çıxışında özünün mədəniyyətə söykənən dəsti xəttini necə tapdığını danışır. O, həm də deyir ki, əgər biz bir insan ya da ölkə haqqında sadəcə tək hekayə biliriksə, deməli onun haqqında səhv mülahizələr yürüdə də bilərik.
- Video Language:
- English
- Team:
- closed TED
- Project:
- TEDTalks
- Duration:
- 18:29
Gulchin Taghiyeva approved Azerbaijani subtitles for The danger of a single story | ||
Gulchin Taghiyeva edited Azerbaijani subtitles for The danger of a single story | ||
Gulchin Taghiyeva edited Azerbaijani subtitles for The danger of a single story | ||
Gulchin Taghiyeva edited Azerbaijani subtitles for The danger of a single story | ||
Gulchin Taghiyeva accepted Azerbaijani subtitles for The danger of a single story | ||
Gulchin Taghiyeva edited Azerbaijani subtitles for The danger of a single story | ||
Gulchin Taghiyeva edited Azerbaijani subtitles for The danger of a single story | ||
Musa Afandiyev edited Azerbaijani subtitles for The danger of a single story |