< Return to Video

Types of Decay

  • 0:01 - 0:04
    Indiyə qədər kimya səfərimizdə
  • 0:04 - 0:06
    gördüyümüz hər şey elektronların
    sabitliyini və onların
  • 0:06 - 0:08
    hansı sabit təbəqədə yerləşməsini
  • 0:08 - 0:10
    əhatə edirdi.
  • 0:10 - 0:14
    Və həyatdakı hər şey kimi əgər atomu
    biraz daha
  • 0:14 - 0:16
    araşdırsaq görəcəyik ki, elektronlar
    atomdakı
  • 0:16 - 0:19
    tək şey deyil.
  • 0:19 - 0:24
    Nüvənin özündə bəzi əlaqələr olur,
    yaxud nüvənin müəyyən qeyri-stabilliyi
  • 0:24 - 0:27
    olur və özünü müəyyən şəkildə
    yüngülləşdirmək istəyir.
  • 0:27 - 0:29
    Bu videoda bu mövzuyla əlaqəli
  • 0:29 - 0:31
    danışacağıq.
  • 0:31 - 0:35
    Əslində bu hadisənin mexanikası
    kimya kursunun
  • 0:35 - 0:37
    ilk ilində keçilməyə bilər,
    amma ən azından
  • 0:37 - 0:40
    onun baş verdiyini bilmək yaxşıdır.
  • 0:40 - 0:43
    Bir gün güclü nüvə qüvvələrini,
  • 0:43 - 0:46
    kvant fizikasını, yaxud buna bənzər
    elmləri öyrənəndə
  • 0:46 - 0:49
    biz proton, neytron və onları
  • 0:49 - 0:53
    təşkil edən kvarkların nə üçün belə
    əlaqədə olduğu haqqında
  • 0:53 - 0:54
    danışa bilərik.
  • 0:54 - 0:56
    Amma gəlin ən azından müxtəlif növ
  • 0:56 - 1:01
    nüvə parçalanması haqqında danışaq.
  • 1:01 - 1:04
    Tutaq ki, mənim bir neçə protonum var.
  • 1:04 - 1:07
    İndi bir neçəsinin şəklini çəkəcəm.
  • 1:07 - 1:10
    Çəhrayı rənglilər proton və
    qalanları da neytronlar olsun.
  • 1:10 - 1:13
    Neytronları biraz neytral rənglə çəkəcəm.
  • 1:13 - 1:17
    Məsələn, boz rəng uyğun ola bilər.
  • 1:17 - 1:21
    İndi bura bir neçə neytron çəkim.
  • 1:21 - 1:22
    Neçə protonum var?
  • 1:22 - 1:24
    1, 2, 3, 4, 5, 6, 7, 8.
    8 pratonum
  • 1:24 - 1:32
    və 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 neytronum var
  • 1:32 - 1:35
    Deyək ki, bu, atomun nüvəsidi
  • 1:35 - 1:37
    Atom haqqında çəkdiyim
    ilk videonu xatırlayın,
  • 1:37 - 1:40
    atomun dəqiq sərhədləri olmadığı üçün
  • 1:40 - 1:43
    atomu çəkməyin
  • 1:43 - 1:45
    çox çətin olduğunu demişdik.
  • 1:45 - 1:49
    Bildiyiniz kimi elektronlar verilən anda
    istənilən
  • 1:49 - 1:50
    yerdə ola bilər.
  • 1:50 - 1:53
    Amma desəydiniz ki, elektronlar 90% halda
  • 1:53 - 1:54
    harada olur?
  • 1:54 - 1:56
    Deyə bilərsiniz ki, atomun radiusu, yaxud
  • 1:56 - 1:58
    diametrində ola bilər.
  • 1:58 - 2:01
    Biz ilk videoda öyrəndik ki, nüvə demək
  • 2:01 - 2:05
    olar ki, bu sferanın həcminin çox kiçik
  • 2:05 - 2:08
    hissəsini tutur və 90% halda elektron
    buradadır.
  • 2:08 - 2:12
    Açıq şəkildə buradan anlayırıq ki,
  • 2:12 - 2:15
    həyatda gördüyümüz şeylərin böyük hissəsi
    açıq fəzadadır.
  • 2:15 - 2:17
    Bunların hamısı açıq fəzadır.
  • 2:17 - 2:19
    Amma mənim təkrarlamaq
    istədiyim bir məqam var,
  • 2:19 - 2:24
    olduqca kiçik olan bu yer,
  • 2:24 - 2:26
    yəni proton və neytronların olduğu hissə
  • 2:26 - 2:29
    atomun çox kiçik bir hissəsi olmasına
    baxmayaraq,
  • 2:29 - 2:32
    əslində onun kütləsinin
    böyük bir hissəsidir.
  • 2:32 - 2:34
    Biz atom və elektronlara yox,
  • 2:34 - 2:37
    nüvəyə fokuslanacağıq.
  • 2:37 - 2:40
    Belə çıxır ki, bəzən nüvə biraz
  • 2:40 - 2:44
    davamsızdır və daha davamlı quruluş almağa
  • 2:44 - 2:44
    çalışır.
  • 2:44 - 2:47
    Davamsız nüvənin və bütün bunların
    mexanikası
  • 2:47 - 2:49
    ilə bağlı bu videoda çox danışmayacayıq.
  • 2:49 - 2:52
    Amma bəzən daha davamsız nüvə olmaq üçün
  • 2:52 - 2:56
    alfa zərrəciklərini yayırlar, digər adı
  • 2:56 - 2:58
    ilə alfa azalma.
  • 2:58 - 3:04
    Alfa azalma.
  • 3:04 - 3:06
    O, çox uydurma səslənsə də
  • 3:06 - 3:09
    alfa zərrəciyini buraxır.
  • 3:09 - 3:12
    O, sadəcə proton və neytronların
    birləşməsidir.
  • 3:12 - 3:17
    Yəni alfa zərrəcik 2 proton və
    2 neytrondan ibarətdir.
  • 3:17 - 3:21
    Bəlkə də, bunlar uyğun yerləşməmiş
  • 3:21 - 3:25
    kimi hiss edə bilərlər, burada yığılırlar
  • 3:25 - 3:28
    və onlar yayılırlar.
  • 3:28 - 3:30
    Sonra nüvəni tərk edirlər.
  • 3:30 - 3:34
    Gəlin belə bir şey baş verəndə atoma nə
  • 3:34 - 3:36
    olduğunu düşünək.
  • 3:36 - 3:38
    Tutaq ki, burada təsadüfi bir elementimiz
    var və mən
  • 3:38 - 3:40
    onu E elementi adlandırıram.
  • 3:40 - 3:43
    Elementin protonlarına da p deyək.
  • 3:43 - 3:46
    Qoyun onu protonların rəngi ilə
    çəkim.
  • 3:46 - 3:48
    Onun p protonu var.
  • 3:48 - 3:52
    Atom kütləsi isə protonların sayı
  • 3:52 - 3:56
    üstəgəl neytronların sayına bərabərdir.
  • 3:56 - 3:59
    Gəlin neytronları da bozla çəkək.
  • 3:59 - 4:07
    Sizcə, alfa azalma zamanı elementə
  • 4:07 - 4:08
    nə olur?
  • 4:08 - 4:12
    Proton sayı 2 vahid azalacaq.
  • 4:12 - 4:16
    Yəni proton sayı p çıxaq 2 olacaq.
  • 4:16 - 4:19
    Sonra neytronlar da 2 vahid azalacaq.
  • 4:19 - 4:21
    Buna görə də kütlə ədədi 4 vahid azalacaq.
  • 4:21 - 4:27
    Yuxarıda p çıxaq 2 üstəgəl neytron çıxaq 2
    alınacaq,
  • 4:27 - 4:29
    deməli, ümumi çıxaq 4.
  • 4:29 - 4:31
    Kütləniz 4 vahid azalacaq və yeni bir
  • 4:31 - 4:33
    element alacaqsınız.
  • 4:33 - 4:35
    Unutmayın ki, elementləriniz proton sayı
  • 4:35 - 4:36
    ilə müəyyən edilir.
  • 4:36 - 4:41
    Yəni alfa azalma zamanı 2 neytron və 2
    proton
  • 4:41 - 4:43
    itirirsiniz, xüsusən də protonlara görə
    fərqli bir element
  • 4:43 - 4:44
    alırsınız.
  • 4:44 - 4:47
    Gəlin ilk elementə Element 1 (E1) deyək,
  • 4:47 - 4:51
    yeni aldığımız elementə isə element 2.
  • 4:51 - 4:54
    Əgər nə yarandığına baxsanız, biz iki
  • 4:54 - 4:59
    protonu və iki neytronu olan bir maddə
  • 4:59 - 5:00
    buraxırıq.
  • 5:00 - 5:03
    Onun kütləsi iki protonu və iki neytronu
    olan
  • 5:03 - 5:05
    elementdir.
  • 5:05 - 5:06
    Yəni nəyi əldə edirik?
  • 5:06 - 5:10
    Kütləsi 4-ə bərabər olan bir şeyi.
  • 5:10 - 5:12
    Bəs iki protonu və iki neytronu
    olan maddə hansıdır?
  • 5:12 - 5:14
    Əslində dövri cədvəli əzbər
  • 5:14 - 5:15
    bilmirəm.
  • 5:15 - 5:17
    Videodan əvvəl onu kəsib yapışdırmağı
    unutdum.
  • 5:17 - 5:20
    Amma dövri cədvəldə iki protonu olan
    elementi,
  • 5:20 - 5:23
    heliumu tapmaq çox da vaxt aparmaz.
  • 5:23 - 5:26
    Onun atom kütləsi dördə bərabərdir.
  • 5:26 - 5:29
    Deməli, alfa azalma zamanı əslində helium
  • 5:29 - 5:30
    nüvəsi çıxır.
  • 5:30 - 5:32
    Həqiqətən də helium nüvəsi imiş.
  • 5:35 - 5:39
    Helium nüvəsinin elektronu olmadığı,
  • 5:39 - 5:43
    iki sıçrayan protonu olduğu üçün bu,
  • 5:43 - 5:45
    helium ionu olacaq.
  • 5:45 - 5:48
    onun elektronu yoxdur
  • 5:48 - 5:51
    və iki protonu olduğu üçün 2 müsbət yükü
    var.
  • 5:53 - 5:59
    Deməli, alfa zərrəciyi əslində helium
    ionudur,
  • 5:59 - 6:02
    daha davamlı hala keçmək üçün nüvədən
    buraxılan
  • 6:02 - 6:06
    2 müsbət yüklü helium ionu.
  • 6:06 - 6:08
    Bu, bir növ radioaktiv azalmadır.
  • 6:08 - 6:09
    Gəlin digərlərinə baxaq.
  • 6:09 - 6:14
    Qoyun buraya başqa nüvə çəkək.
  • 6:14 - 6:18
    Bir neçə neytron çəkəcəm.
  • 6:18 - 6:19
    Bir neçə də proton.
  • 6:24 - 6:28
    Bəzən neytron özünü
  • 6:28 - 6:31
    rahat hiss etməyə bilir.
  • 6:31 - 6:34
    Gündəlik həyatında protonun nə etdiyinə
    baxır və deyir ki,
  • 6:34 - 6:35
    bilirsən nə var?
  • 6:35 - 6:38
    Bəzən öz qəlbimə baxıb deyirəm ki,
  • 6:38 - 6:39
    kaş bir proton olsaydım.
  • 6:39 - 6:43
    Əgər bir proton olsaydım bütün nüvə daha
  • 6:43 - 6:44
    davamlı olardı.
  • 6:44 - 6:47
    O da elə bunu edir, bir proton olur,
    unutmayın ki,
  • 6:47 - 6:49
    neytron neytral yüklüdür.
  • 6:49 - 6:52
    Yəni o, elektron itirir.
  • 6:52 - 6:54
    Bilirəm ki, bunun axmaq
    fikir olduğunu
  • 6:54 - 6:56
    deyirsiniz, mən heç neytronların elektronu
  • 6:56 - 6:57
    olduğunu bilmirdim.
  • 6:57 - 6:58
    Mən sizlə razıyam.
  • 6:58 - 6:59
    Axmaq səslənir.
  • 6:59 - 7:02
    Bir gün biz nüvənin daxilində nə
  • 7:02 - 7:04
    olduğunu öyrənəcəyik.
  • 7:04 - 7:09
    Amma indi sadəcə onun elektron verə
    bildiyini hesab edək.
  • 7:09 - 7:10
    O, elektron verir.
  • 7:13 - 7:15
    Biz onun kütləsinin demək olar ki,
    sıfır olduğunu deyirik.
  • 7:15 - 7:18
    Elektronun kütləsinin sıfır olmadığını
    bilirik,
  • 7:18 - 7:20
    amma biz atom kütlə vahidindən danışırıq.
  • 7:20 - 7:25
    Proton birdirsə, elektron onun 1/1836
    hissəsidir.
  • 7:25 - 7:26
    Sadəcə yuvarlaqlaşdırırıq.
  • 7:26 - 7:28
    Kütləsinin sıfır olduğunu deyirik.
  • 7:28 - 7:29
    Kütləsi tam sıfır deyil.
  • 7:29 - 7:32
    Yükü isə mənfi birdir.
  • 7:32 - 7:34
    Onun atom nömrəsinin mənfi bir olduğunu
  • 7:34 - 7:35
    demək olar.
  • 7:35 - 7:37
    Neytron, elektron verir.
  • 7:37 - 7:40
    Elektron buraxaraq neytral olmaq
    əvəzinə
  • 7:40 - 7:41
    protona çevrilir.
  • 7:44 - 7:47
    Bu, beta azalma adlanır.
  • 7:52 - 7:57
    Beta zərrəcik isə buraxılan elektrondur.
  • 7:57 - 8:00
    Gəlin elementimizə qayıdaq.
  • 8:00 - 8:04
    E elementinin müəyyən protonu var və
    bir neçə də
  • 8:04 - 8:06
    neytronu.
  • 8:06 - 8:08
    Protonunuz və neytronunuz olduğu üçün
    müəyyən
  • 8:08 - 8:10
    kütlə ədədiniz var.
  • 8:10 - 8:13
    Bəs bu halda, beta azalma
    zamanı nə baş verir?
  • 8:13 - 8:15
    Protonlar dəyişir?
  • 8:15 - 8:19
    Əlbəttə, əvvəlkindən daha çox protonumuz
    var.
  • 8:19 - 8:20
    Çünki neytronumuz birə çevrilir.
  • 8:20 - 8:23
    İndi protonlar müsbət 1 oldu.
  • 8:23 - 8:25
    Kütlə ədədimiz dəyişdi?
  • 8:25 - 8:27
    Gəlin baxaq.
  • 8:27 - 8:29
    Neytronlar bir ədəd azalır, amma
  • 8:29 - 8:30
    protonlar bir vahid artır.
  • 8:30 - 8:32
    Yəni bu halda kütlə ədədi dəyişmir.
  • 8:32 - 8:37
    Hələ də p üstəgəl n olacaq,
  • 8:37 - 8:40
    alfa azalmadan fərqli olaraq kütlə ədədi
  • 8:40 - 8:43
    beta azalmada sabit qalır,
    amma element dəyişir.
  • 8:43 - 8:44
    Çünki proton sayı dəyişir.
  • 8:44 - 8:48
    Yəni beta azalma zamanı da yeni element
  • 8:48 - 8:49
    yaranır.
  • 8:49 - 8:53
    İndi başqa bir halı düşünək.
  • 8:53 - 8:57
    Elə bir hal ki, burada protonlardan biri
  • 8:57 - 9:01
    neytrona baxıb deyir ki, bilirsən nə var?
  • 9:01 - 9:02
    Onların necə yaşadığını görürəm
  • 9:02 - 9:04
    və bu mənə çox xoş gəlir.
  • 9:04 - 9:14
    Düşünürəm ki, mən neytron olsaydım
  • 9:14 - 9:16
    nüvədəki zərrəciklər
  • 9:16 - 9:17
    daha xoşbəxt olardı.
  • 9:17 - 9:20
    Daha davamlı halda olardıq.
  • 9:20 - 9:24
    Buna görə kiçik narahat protonun
  • 9:24 - 9:27
    sizə tanış olan idea ilə gələrək pozitron-
    proton yox-
  • 9:27 - 9:31
    yaymaq ehtimalı var.
  • 9:31 - 9:33
    Pozitron yayır.
  • 9:33 - 9:35
    Bəs pozitron nədir?
  • 9:35 - 9:36
    O, elektronla eyni kütləyə
  • 9:36 - 9:39
    malikdir.
  • 9:39 - 9:43
    Yəni kütləsi protonun 1/1836 hissəsidir.
  • 9:43 - 9:46
    Amma biz buraya sadəcə sıfır yazırıq,
    çünki atom kütlə vahidi
  • 9:46 - 9:48
    sıfıra çox yaxındır.
  • 9:48 - 9:50
    Amma müsbət yüklüdür.
  • 9:50 - 9:52
    Biraz baş qarışdırır, çünki onlar
  • 9:52 - 9:53
    e kimi işarə olunur.
  • 9:53 - 9:54
    Mən hər e görəndə elektron düşünürəm.
  • 9:54 - 9:57
    Amma yox, onlara e deyirlər,
    çünki təqribən
  • 9:57 - 10:00
    eyni tip zərrəcikdirlər, amma mənfi yerinə
  • 10:00 - 10:01
    müsbət yüklüdür.
  • 10:01 - 10:02
    Bu, pozitrondur.
  • 10:05 - 10:08
    İndi zərrəciklərin tipləri və məşğul
  • 10:08 - 10:10
    olduğumuz işlər bizə tanış deyil.
  • 10:10 - 10:12
    Amma bu normaldır.
  • 10:12 - 10:16
    Bu zərrəciyi buraxan protonunuz varsa
  • 10:16 - 10:19
    onun bütün müsbət yükü də gedir
  • 10:19 - 10:26
    və bu proton neytrona çevrilir.
  • 10:26 - 10:29
    Bu, pozitron yayılması adlanır.
  • 10:29 - 10:31
    Pozitron yayılmasını həll etmək çox
    sadədir,
  • 10:31 - 10:34
    çünki onlar bunu pozitron yayılması
    adlandırır.
  • 10:34 - 10:38
    Yəni əgər eyni E ilə başlayırıqsa, onun
    müəyyən sayda
  • 10:38 - 10:42
    protonu və neytronu var.
  • 10:42 - 10:43
    Yeni element nə olacaq?
  • 10:43 - 10:46
    O, bir proton itirəcək. p çıxaq 1.
  • 10:46 - 10:48
    Sonra neytrona çevriləcək.
  • 10:48 - 10:50
    Deməli, p bir vahid azalacaq.
  • 10:50 - 10:51
    n isə bir vahid artacaq.
  • 10:51 - 10:55
    Beləliklə, atomun ümumi kütləsi
    dəyişməyəcək.
  • 10:55 - 10:58
    p üstəgəl n olacaq.
  • 10:58 - 11:00
    Amma yenə də fərqli element alınacaq,
    düzdür?
  • 11:00 - 11:03
    Biz beta azalma olanda protonların
    sayını
  • 11:03 - 11:04
    artırmış olurduq.
  • 11:04 - 11:07
    Yəni dövri cədvəldə sağa doğru gedirdik,
    yaxud
  • 11:07 - 11:09
    artırırdıq, siz məni anladınız.
  • 11:09 - 11:12
    Biz pozitron yayılmasında proton sayını
  • 11:12 - 11:15
    azaldırıq.
  • 11:15 - 11:16
    Mən bunu reaksiyaların ikisinə də
  • 11:16 - 11:18
    yazsam daha yaxşı olacaq.
  • 11:18 - 11:20
    Bu, pozitron yayılmasıdır və mənə
  • 11:20 - 11:22
    bir pozitron qalır.
  • 11:22 - 11:29
    Beta azalmasında mənə bir elektron
    qalır.
  • 11:29 - 11:31
    Onlar eyni şəkildə yazılır.
  • 11:31 - 11:33
    Bu, elektrondur, çünki
    mənfi bir yüklüdür.
  • 11:33 - 11:34
    Bu da pozitrondur, çünki
  • 11:34 - 11:36
    1 müsbət yüklüdür.
  • 11:36 - 11:38
    İndi sadəcə son bir
  • 11:38 - 11:39
    azalma növü qaldı.
  • 11:39 - 11:43
    Amma o, nüvədəki proton və neytronların
  • 11:43 - 11:44
    sayını dəyişmir.
  • 11:44 - 11:47
    Amma böyük miqdarda enerji buraxır, yaxud
  • 11:47 - 11:48
    yüksək enerjili proton.
  • 11:48 - 11:50
    Bu, qamma azalması adlanır.
  • 11:50 - 11:53
    Qamma azalması bunların bir-birini yenidən
    qurması
  • 11:53 - 11:53
    deməkdir.
  • 11:53 - 11:55
    Onlar bir-birinə
    bir az yaxınlaşır.
  • 11:55 - 11:58
    Bununla da yüksək dalğalı elektromaqnit
  • 11:58 - 12:03
    dalğası şəklində enerji buraxır. Bu da
  • 12:03 - 12:06
    qamma zərrəciyi, yaxud
  • 12:06 - 12:08
    qamma şüası adlanır.
  • 12:08 - 12:09
    Çox yüksək enerjilidir.
  • 12:09 - 12:12
    Qamma şüalarının ətrafında olmaq
    istəməzsiniz.
  • 12:12 - 12:15
    Sizi öldürə bilər.
  • 12:15 - 12:17
    Dediyim və etdiyim şeylər nəzəridir.
  • 12:17 - 12:20
    Gəlin həqiqi məsələlərə baxaq və azalma
    tiplərini
  • 12:20 - 12:22
    tapmağa çalışaq.
  • 12:22 - 12:24
    Burada berilium 7 maddəm var, onun
  • 12:24 - 12:27
    atom kütləsi 7-dir.
  • 12:27 - 12:31
    Mən onu litium 7-ə çevirəcəm. Burada
  • 12:31 - 12:31
    nə baş verir?
  • 12:31 - 12:36
    Beriliumun nüvə kütləsi eyni qalır, amma
  • 12:36 - 12:42
    dörd protondan üç protona keçirəm.
  • 12:42 - 12:45
    Yəni proton sayını azaldıram.
  • 12:45 - 12:47
    Ümumi kütlə dəyişmir.
  • 12:47 - 12:49
    Əminliklə deyə bilərəm ki, alfa azalma
    deyil.
  • 12:49 - 12:51
    Alfa azalmada nüvədən helium
  • 12:51 - 12:53
    çıxarırdıq.
  • 12:53 - 12:55
    O zaman, nə verirəm?
  • 12:55 - 12:57
    Müsbət yük, yaxud pozitron
  • 12:57 - 12:59
    verirəm.
  • 12:59 - 13:01
    Bu, düsturda göstərilib.
  • 13:01 - 13:04
    Bu, pozitrondur.
  • 13:04 - 13:07
    Deməli, berilium 7-dən litirum 7-ə keçmək
    üçün pozitron
  • 13:07 - 13:10
    verilməlidir.
  • 13:10 - 13:11
    Məntiqlidir.
  • 13:11 - 13:12
    İndi başqa misala baxaq.
  • 13:12 - 13:20
    Uranium 238 azalıb torium 234-ə çevrilir.
  • 13:20 - 13:25
    Biz görürük ki, atom kütləsi 4 vahid
    azalır
  • 13:25 - 13:29
    və atom nömrəsi də azalır və protonlar da
  • 13:29 - 13:31
    2 vahid azalır.
  • 13:31 - 13:34
    Deməli, atom kütləsi 4
  • 13:34 - 13:37
    və atom nömrəsi iki olan bir maddə,
  • 13:37 - 13:40
    yəni helium buraxırıq.
  • 13:40 - 13:42
    Yəni alfa azalmadır.
  • 13:42 - 13:46
    Deməli, bu, alfa zərrəcikdir.
  • 13:46 - 13:48
    Bu da alfa zərrəciyə misal idi.
  • 13:48 - 13:51
    İndi yəqin ki, deyirsiniz ki, burada bir
  • 13:51 - 13:52
    qəribəlik var.
  • 13:52 - 13:57
    Çünki əgər 92 protondan 90 protona
    düşürəmsə hələ də
  • 13:57 - 13:59
    92 elektronum qalır.
  • 13:59 - 14:03
    Bu halda mənfi 2 yüküm olmayacaq?
  • 14:03 - 14:08
    Daha yaxşısı, mən helium buraxıram, onun
  • 14:08 - 14:09
    elektronu yoxdur.
  • 14:09 - 14:10
    Sadəcə helium nüvəsidir.
  • 14:10 - 14:13
    Yəni 2 müsbət yükü yoxdur?
  • 14:13 - 14:15
    Bunu desəydiniz tam razı olardım.
  • 14:15 - 14:20
    Amma həqiqət budur ki, bu azalma zamanı
  • 14:20 - 14:22
    toriumun bu iki elektronu saxlamaq üçün
  • 14:22 - 14:25
    səbəbi yoxdur, yəni iki elektron yox olur
  • 14:25 - 14:27
    və torium yenidən neytral olur.
  • 14:27 - 14:30
    Bu helium çox cəlddir.
  • 14:30 - 14:33
    O, iki elektronun davamlı olmasını çox
    istəyir, yəni
  • 14:33 - 14:37
    dəydiyi şey hər nədirsə ondan
    iki elektronu tez qoparır
  • 14:37 - 14:38
    və davamlı olur.
  • 14:38 - 14:40
    İki halda da yaza bilərsiniz.
  • 14:40 - 14:42
    İndi başqasına baxaq.
  • 14:42 - 14:44
    Burada yodum var.
  • 14:46 - 14:47
    Görək nə baş verir.
  • 14:47 - 14:51
    Kütlə dəyişmir.
  • 14:51 - 14:54
    Mən sadəcə protonları neytronlara, yaxud
    neytronları
  • 14:54 - 14:56
    protonlara çevirməliyəm.
  • 14:56 - 14:59
    Görürəm ki, 53 protonum var idi,
  • 14:59 - 15:01
    indi isə 54 protonum.
  • 15:01 - 15:04
    Deməli, neytron protona çevrilməlidir.
  • 15:04 - 15:07
    Neytron protona çevrilməlidir.
  • 15:07 - 15:09
    Neytronu protona çevirmək üçün
  • 15:09 - 15:12
    elektron buraxılmalıdır.
  • 15:12 - 15:13
    Biz bunu bu reaksiyada görürük.
  • 15:13 - 15:17
    Elektron buraxılıb.
  • 15:17 - 15:19
    Yəni bu, beta azalmadır.
  • 15:19 - 15:20
    Bu, beta zərrəciyidir.
  • 15:26 - 15:27
    Eyni məntiqlə gedirik.
  • 15:27 - 15:33
    Deyə bilərsiniz ki, mən 53 protondan 54-ə
    keçdim.
  • 15:33 - 15:34
    İndi əlavə protonum var, yəni
  • 15:34 - 15:36
    müsbət yük olmayacaq?
  • 15:36 - 15:36
    Olardı.
  • 15:36 - 15:41
    Amma buradakı elektrondan biri
  • 15:41 - 15:43
    tez götürməyə bilər, amma davamlı olmaq
  • 15:43 - 15:46
    üçün bəzi elektronları götürə bilər
  • 15:46 - 15:47
    və yenə davamlı olar.
  • 15:47 - 15:49
    Amma belə düşünməkdə tamamilə
  • 15:49 - 15:52
    haqlısınız, qısa müddət də olsa
    ion olmayacaq?
  • 15:52 - 15:53
    İndi birini də edək.
  • 15:53 - 15:57
    Bizim 222 radonumuz var, atom nömrəsi
    86-dır,
  • 15:57 - 16:02
    218 poloniuma keçir və atom nömrəsi 84.
  • 16:02 - 16:04
    Burada maraqlı bir fakt var.
  • 16:04 - 16:08
    Polonium Polşanın adı ilə qoyulub
    Maria Küri tərəfindən,
  • 16:08 - 16:11
    bir vaxtlar Polşa, keçən əsrin
  • 16:11 - 16:15
    sonunda, 1800-cü illərdə digər ölkələrdən
  • 16:15 - 16:16
    ayrılmamışdı.
  • 16:16 - 16:20
    Prusiya, Rusiya və Avtriya arasında
    bölünmüşdü.
  • 16:20 - 16:22
    Onlar xalqlarının bir olduğunu
  • 16:22 - 16:24
    düşünmək istəyirdilər.
  • 16:24 - 16:27
    Beləliklə, onlar kəşf etdilər ki,
    radon azalanda bu elementi
  • 16:27 - 16:28
    yaradır.
  • 16:28 - 16:31
    Onlar bunu ana vətənləri Polşanın adı
    ilə adlandırdılar.
  • 16:31 - 16:34
    Bu, yeni elementləri kəşf etməyin
    üstünlüyüdür.
  • 16:34 - 16:35
    Gəlin məsələyə qayıdaq.
  • 16:35 - 16:36
    Nə baş verir?
  • 16:36 - 16:39
    Atom kütləmiz 4 vahid azaldı.
  • 16:39 - 16:41
    Atom nömrəsi isə 2 vahid azaldı.
  • 16:41 - 16:45
    Yenidən helium zərrəciyi buraxılıb.
  • 16:45 - 16:47
    Heliumun nüvəsinin atom kütləsi
  • 16:47 - 16:51
    4, atom nömrəsi isə 2-dir.
  • 16:51 - 16:52
    Bu qədər.
  • 16:52 - 16:56
    Bu, alfa azalmasıdır.
  • 16:56 - 16:58
    Biz bunu helium nüvəsi kimi də yaza
    bilərdik.
  • 16:58 - 16:59
    Onun elektronu yoxdur.
  • 16:59 - 17:01
    Biz deyə bilərdik ki, bunun
  • 17:01 - 17:03
    mənfi yükü olacaq, amma o yükü tez itirir
Title:
Types of Decay
Description:

more » « less
Video Language:
English
Team:
Khan Academy
Duration:
17:03

Azerbaijani subtitles

Revisions Compare revisions