< Return to Video

Is matrix multiplication commutative

  • 0:00 - 0:02
    Bilirik ki, skalyar kəmiyyətlərin
  • 0:02 - 0:04
    hasili komutativdir.
  • 0:04 - 0:12
    Məsələn, 5 vur 7
    7 vur 5-ə bərabərdir.
  • 0:12 - 0:13
    Bu, sadə bir misaldır.
  • 0:13 - 0:15
    Biz daha çox nümunə
    göstərə bilərik.
  • 0:15 - 0:22
    3 vur mənfi 11
    mənfi 11 vur 3-ə bərabərdir.
  • 0:22 - 0:24
    Beləliklə, komutativliyin
  • 0:24 - 0:25
    əsas məğzi odur ki,
  • 0:25 - 0:27
    vurma əməli zamanı
    ardıcıllıq
  • 0:27 - 0:28
    elə də əhəmiyyətli deyil.
  • 0:28 - 0:32
    Bu, mənfi 11 vur 3-lə eynidir.
  • 0:32 - 0:34
    Ümumi ifadə etsək,
  • 0:34 - 0:39
    a vur b hasili
  • 0:39 - 0:40
    yenə bərabər olacaq
  • 0:40 - 0:46
    b vur a hasilinə.
  • 0:46 - 0:48
    İndi isə bu videoda biz
  • 0:48 - 0:51
    skalyar hasillərin
  • 0:51 - 0:53
    komutativlik xassəsi kimi
  • 0:53 - 0:54
    matrislərin vurulmasında da
  • 0:54 - 0:56
    komutativlik və ya buna bənzər
  • 0:56 - 0:59
    bir xassə var ya yox,
    ona baxacağıq.
  • 0:59 - 1:02
    İki matrisin vurulmasına baxaq.
  • 1:02 - 1:08
    Fərz edək ki, A və B matrisləri verilib.
  • 1:08 - 1:11
    Gəlin görək,
  • 1:11 - 1:14
    A vur B matrislərinin hasili
  • 1:14 - 1:18
    B vur A matrislərinin hasilinə
    bərabərdir?
  • 1:18 - 1:20
    Sadəcə olaraq sıranı dəyişdik.
  • 1:20 - 1:23
    Sizcə bu, həmişə doğrudur?
  • 1:23 - 1:24
    Bəzən doğru ola bilər.
  • 1:24 - 1:28
    Lakin matrislərin vurulmasının
  • 1:28 - 1:30
    komutativ olmağı, matrisləri vurarkən
  • 1:30 - 1:32
    ardıcıllıq əhəmiyyətli deyil deməkdir.
  • 1:32 - 1:37
    Biz isə bunun həmişə doğru
    olub olmadığını tapacağıq.
  • 1:37 - 1:38
    Əvvəlcə videonu dayandırın və
  • 1:38 - 1:40
    özünüz tapmağa çalışın.
  • 1:41 - 1:43
    Gəlin indi birlikdə düşünək.
  • 1:43 - 1:45
    İlk olaraq, müxtəlif ölçülü
  • 1:45 - 1:47
    matrislərə baxaq.
  • 1:47 - 1:50
    Fərz edək ki, burada matrisimiz var.
  • 1:50 - 1:55
    Fərz edək ki, A matrisi
  • 1:55 - 1:59
    5x2 ölçülü matrisdir.
  • 1:59 - 2:01
    5x2 ölçülü matris
  • 2:01 - 2:09
    B matrisi isə 2x3 ölçülü matrisdir.
  • 2:09 - 2:14
    Bu zaman AB hasilinin ölçüləri necə
    olacaq?
  • 2:14 - 2:18
    Bu ikisini vurduqda biz üçüncü
    matris alacağıq.
  • 2:18 - 2:21
    Üçüncü matrisi C matrisi
    adlandıraq.
  • 2:21 - 2:23
    Beləliklə, üçüncü matrisimiz
    C-dir.
  • 2:23 - 2:25
    C matrisinin ölçüləri necə
    olacaq?
  • 2:26 - 2:31
    Əvvəla, bilirik ki, bu iki
  • 2:31 - 2:33
    matrisi bir-birinə vura bilərik.
  • 2:33 - 2:35
    Çünki A matrisinin sütunlarının sayı
  • 2:35 - 2:38
    B matrisinin sətirlərinin sayı ilə
    eynidir.
  • 2:38 - 2:41
    Bu zaman C matrisinin sətirlərinin
    sayı
  • 2:41 - 2:44
    A matrisi ilə, sütunlarının sayı isə
    B matrisi ilə eyni olacaq.
  • 2:44 - 2:48
    Yəni, C matrisi 5x3 ölçülü matris olacaq.
  • 2:49 - 2:50
    5x3 ölçülü matris.
  • 2:51 - 2:52
    Bəs digər hasildə necə?
  • 2:52 - 2:54
    B vur A hasilində necə olacaq?
  • 2:54 - 2:56
    Yenə videonu dayandırıb özünüz
    düşünün.
  • 2:58 - 3:00
    Gəlin B matrisini
  • 3:00 - 3:03
    buraya köçürək
  • 3:04 - 3:06
    və A matrisi ilə vuraq.
  • 3:06 - 3:09
    Burada sadəcə olaraq vurmada matrislərin
  • 3:09 - 3:12
    yerini dəyişirik.
  • 3:13 - 3:16
    B vur A hasili
  • 3:16 - 3:18
    nəyə bərabər olacaq?
  • 3:18 - 3:20
    Bu hasil nəyə bərabər olacaq?
  • 3:20 - 3:23
    Gəlin bu hasili birlikdə tapaq.
  • 3:25 - 3:29
    Əvvəlcə gəlin görək, bu iki
  • 3:29 - 3:31
    matrisi bir-birinə vurmaq olar?
  • 3:31 - 3:35
    Burada B matrisinin sütunlarının sayına və
  • 3:35 - 3:38
    A matrisinin sətirlərinin sayına baxaq.
  • 3:38 - 3:40
    Bu vurma təyin olunmayıb.
  • 3:40 - 3:42
    Çünki B matrisinin sütunlarının sayı
  • 3:42 - 3:44
    A matrisinin sətirlərinin sayı ilə
    eyni deyil.
  • 3:44 - 3:47
    Deməli, burada vurma təyin olunmayıb.
  • 3:47 - 3:49
    Təyin olmayıb.
  • 3:50 - 3:52
    Bu isə o deməkdir ki,
  • 3:52 - 3:54
    bu, həmişə doğru olmayacaq.
  • 3:54 - 3:58
    Burada AB hasili təyin olunub və
  • 3:58 - 4:00
    hasildə 5x3 ölçülü matris alacağıq.
  • 4:00 - 4:04
    Lakin BA hasili təyin olunmayıb.
  • 4:04 - 4:06
    Beləliklə...
  • 4:06 - 4:10
    Beləliklə, bu, həmişə doğru olmayacaq.
  • 4:10 - 4:13
    Matrisləri vurarkən hansı
  • 4:13 - 4:15
    ardıcıllıqla vurduğumuz vacibdir.
  • 4:15 - 4:17
    Daha dəqiq nəticə üçün gəlin
  • 4:17 - 4:18
    başqa bir nümunəyə baxaq.
  • 4:18 - 4:20
    Düşünə bilrəsiniz ki, bu,
  • 4:20 - 4:21
    təyin olunmayıb.
  • 4:21 - 4:23
    Lakin bəlkə də matrislərimiz
  • 4:23 - 4:26
    kvadrat matrislər olduqda və ya
  • 4:26 - 4:28
    matrislərin hasilləri təyin olunduqda
  • 4:28 - 4:30
    komutativlik xassəsi də təyin olunub.
  • 4:30 - 4:32
    Gəlin baxaq.
  • 4:32 - 4:37
    2x2 ölçülü matris götürək və
    görək ardıcıllıq vacibdir?
  • 4:37 - 4:39
    Fərz edək ki,
  • 4:39 - 4:47
    elementləri 1, 2, mənfi 3, mənfi 4
    olan matrisimiz var.
  • 4:47 - 4:51
    Bu matrisi isə elementləri
  • 4:51 - 4:56
    mənfi 2, 0, 0, mənfi 3 olan matrisə vuraq.
  • 4:56 - 4:58
    Hasil nəyə bərabər olacaq?
  • 4:58 - 5:00
    Bir daha videonu dayandırın
  • 5:00 - 5:01
    və özünüz tapmağa çalışın.
  • 5:03 - 5:06
    Gəlin indi yenə birlikdə düşünək.
  • 5:07 - 5:09
    Burada birinci elementi tapaq.
  • 5:09 - 5:13
    Bunun üçün bu sətiri bu sütuna vururuq.
  • 5:13 - 5:15
    1 vur mənfi 2, mənfi 2-yə bərabərdir,
  • 5:15 - 5:16
    üstəgəl 2 vur 0.
  • 5:16 - 5:18
    Deməli, birinci element mənfi 2-yə
    bərabər olacaq.
  • 5:18 - 5:21
    İndi isə
  • 5:21 - 5:21
    ikinci elementə baxaq.
  • 5:21 - 5:25
    Bu sətiri bu sütuna vuracağıq.
  • 5:25 - 5:28
    1 vur 0, 0-a bərabərdir, üstəgəl
    2 vur mənfi 6 isə
  • 5:28 - 5:30
    bizə mənfi verəcək.
  • 5:30 - 5:35
    Bu elementi almaq üçün isə
    bu sətirlə
  • 5:35 - 5:38
    bu sütunu vururuq.
  • 5:38 - 5:40
    Mənfi 3 vur mənfi 2
    müsbət 6-ya bərabərdir.
  • 5:40 - 5:43
    Üstəgəl mənfi 4 vur 0 isə
    müsbət 6-dır.
  • 5:43 - 5:45
    Beləliklə, bu element müsbət 6-dır.
  • 5:45 - 5:47
    Son olaraq isə bu elementi
    tapmaq üçün
  • 5:47 - 5:49
    ikinci sətiri ikinci sütuna vuracağıq.
  • 5:49 - 5:51
    Mənfi 3 vur 0, 0-a bərabərdir.
  • 5:51 - 5:55
    Mənfi 4 vur mənfi 3 isə müsbət
    12 edir.
  • 5:55 - 5:56
    Məntiqlidir.
  • 5:56 - 5:58
    Bəs sıranı dəyişsə idik necə?
  • 5:58 - 6:06
    Mənfi 2, 0, 0, mənfi 3
    elementli matrisi
  • 6:06 - 6:14
    1, 2, mənfi 3, mənfi 4 elementli
    matrisə vururuq.
  • 6:14 - 6:16
    Bu zaman hasil nəyə bərabər olacaq?
  • 6:16 - 6:18
    Həmişəki kimi videonu dayandırın
  • 6:18 - 6:20
    və özünüz tapmağa çalışın.
  • 6:20 - 6:22
    İndi isə birlikdə həll edək.
  • 6:22 - 6:30
    Mənfi 2 vur 1 mənfi 2-yə bərabərdir,
    üstəgəl 0 vur mənfi 3.
  • 6:30 - 6:32
    Bu isə mənfi 2-yə bərabər olacaq.
  • 6:32 - 6:34
    Hələ ki doğru görünür.
  • 6:34 - 6:39
    Daha sonra mənfi 2 vur 2 mənfi 4-ə
    bərabərdir,
  • 6:39 - 6:43
    üstəgəl 0 vur mənfi 4 isə yenə mənfi 4
    olacaq.
  • 6:43 - 6:45
    Artıq görünür ki, bu iki
  • 6:45 - 6:47
    matris bərabər deyil. Lakin yenə də
  • 6:47 - 6:50
    gəlin matrisimizi tamamlayaq.
  • 6:50 - 6:51
    Buradakı elementi tapmaq üçün
  • 6:51 - 6:53
    ikinci sətiri birinci sütuna vururuq.
  • 6:53 - 6:57
    0 vur 1 üstəgəl mənfi 3 vur mənfi 3
    müsbət 9-a bərabərdir.
  • 6:57 - 6:58
    Bir daha görürük ki,
    eyni matris deyil.
  • 6:58 - 7:02
    Son olaraq isə, 0 vur 2 0-a
    bərabərdir,
  • 7:02 - 7:06
    üstəgəl mənfi 3 vur mənfi 4 isə
    müsbət 12 olacaq.
  • 7:06 - 7:08
    Bu element uyğun gəldi, lakin
  • 7:08 - 7:11
    yenə də bu hasillər eyni deyil.
  • 7:11 - 7:14
    Fərqi yoxdur,
  • 7:15 - 7:16
    sarı matrisi
  • 7:16 - 7:17
    bənövşəyi matrisə vururuq,
  • 7:17 - 7:19
    ya bənövşəyi matrisi sarı matrisə
    vururuq,
  • 7:19 - 7:21
    hər iki halda da hasillər təyin olunub.
  • 7:21 - 7:24
    Lakin bu iki hasil bərabər deyil.
  • 7:24 - 7:26
    Beləliklə aldıq ki,
  • 7:26 - 7:31
    matrislərin vurulması komutativ deyil.
Title:
Is matrix multiplication commutative
Description:

more » « less
Video Language:
English
Team:
Khan Academy
Duration:
07:32

Azerbaijani subtitles

Revisions Compare revisions